Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə7/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   87

 
 
18 
 
6.  Müqayisənin nəticəsini cədvəldə qeyd edin. 
Hansı əsaslar (əlamətlər) üzrə müqayisə olunurlar? 
Əsərlərin adı 
C.Cabbarlı. “Ana” 
Ə. Xaqani. “Ana” 
 
 
 
7.  C.Cabbarlının “Ana” şeirinin ilk bəndinin (onun aşağıdakı cədvəldə yerləşdirilməsi işinizi asan-
laşdıracaqdır)  ifadəli  oxusunu  hazırlayın.  Əsər  əruz  vəzninin  müctəs  bəhrində  yazılmışdır.  Bu 
bəhrin dördtəf”iləli növündə olan şeirin oxusunda hər təf”iləyə uyğun olan misra bölümünün bütöv 
ifasına çalışın. Lakin bu, misranın oxusundakı bütövlüyə, ahəngdarlığa mane olmamalıdır. 
 
İfaçılıq vəzifəsini (dinləyicilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını 
və s. müəyyənləşdirin. Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (tən-
tənəli, hüznlü və s.) qazanacaqdır. 
MəfA”ilün 
fə”ilAtün 
məfA”ilün 
fə”ilün (fə”lün ) 
Əgər bütün 
bəşəriyyət 
 ədüvvi-ca- 
nım ola, 
Ürək süqu- 
    t eləməz al- 
dığı məta- 
nətdən. 
  Ricavü xəv- 
     fə məkan ver- 
     mərəm, gər a- 
limlər 
   Min il də və- 
    z edələr dəh- 
şəti-qiya 
mətdən. 
 
8.  İfaları dinləyib müzakirə edin. 
 
 
• Əsərin sonrakı üç bəndinin ifadəli oxusunu hazırlayın. Cədvəldən və şərti işarələrdən istifadə edin. 
 
 
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən 
topladığınız məlumat əsasında təqdimata hazırlaşın. 
 
 
 
E v d ə   i ş  
 
M ü s t ə q i l   i ş   ü ç ü n


 
 
 
19 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

Azərbaycan Xalq Cümhuriyyəti rus-sovet qoşun-
larının hərbi müdaxiləsi ilə devrildikdən sonra haki-
miyyətə gələn bolşevik-kommunist rejimi incəsənəti, 
ədəbiyyatı  öz  ideologiya  alətinə  çevirmək  üçün  ilk 
gündən  tədbirlər həyata keçirməyə başladı. Ədəbiy-
yatımızdakı milli-demokratik meyillər get-gedə daha 
sərt  şəkildə  sıxışdırıldı.  Sovet  ideologiyasını  ardıcıl 
və  qəti  şəkildə  müdafiə  edən  ədəbi  birliklər,  təşki-
latlar yaradıldı. Ədəbiyyatın təbiətinə yad olan siyasi 
amiranəlik ədiblərə öz yaradıcılıq imkanlarını həyata 
keçirməyə getdikcə daha çox mane oldu. Sovet hakimiyyətinin ideoloji prinsiplərinin rəhbər 
tutulması ədəbiyyatın təbii inkişafının qarşısına sədd çəkdi, nəticədə əvvəlcə “proletar ədə-
biyyatı”,  sonra  isə  “sovet  ədəbiyyatı”  anlayışları  meydana  çıxdı.  Həyat  həqiqətlərini  əks 
etdirmək baxımından sovet ədəbiyyatının öz prinsipləri var idi. Keçmişə, klassik ədəbiyya-
tımıza  ilk vaxtlar daha çox xor baxan, yeni quruluşu, sovet həyat tərzini göylərə qaldıran bu 
ədəbiyyat milli məfkurəyə qarşı idi. Ciddi ideoloji problemlərə, sərt təzyiqlərə baxmayaraq, 
güclü mütərəqqi və humanist ənənələrə sahib olan ədəbiyyatımız inkişafını dayandırmadı. 
Hakim kommunist partiyasının tələblərinə cavab verən nümunələrlə yanaşı, vətənpərvərliyi
qəhrəmanlıqla dolu tarixi keçmişi, milli adət-ənənələri və s. əks etdirən sənət əsərləri də yara-
nırdı.  
Ədəbi fəaliyyətə  sovet hakimiyyətinin qurulmasından  əvvəl  başlayan  C.Məmmədqulu-
zadə, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Nəzmi, H.Cavid, A.Şaiq, Ə.Cavad və b. yaradıcılıq 
amallarına,  əsasən,  sadiq qalır,  özlərinə  məxsus    janr-üslub  xüsusiyyətlərini  qoruyub  sax-
layırdılar. Lakin yeni ictimai quruluş yeni ədəbi qüvvələrin – sovet yazıçılarının yaranmasını 
və formalaşmasını bir vəzifə kimi qarşıya qoyur, bu yolda cidd-cəhdlə çalışır, xüsusən gənc 
yazarları şirnikləndirirdi. Təsadüfi deyildir ki, yardıcılıq yolu çoxdan müəyyənləşmiş, milli 
ədəbiyyatımızda xüsusi mövqeyi olan, təcrübəli sənətkarlarla yeni qüvvələr arasında qarşı-
durma get-gedə daha da dərinləşir və genişlənirdi. Bu, həmin dövrdə yaradılmış ədəbi təş-
kilatların,  ədəbi  birliklərin  (“Gənc  qızıl  qələmlər”,
 
“Yaşıl  qələmlər”  və  s.)  adlarında  da, 
fəaliyyətlərində də özünü qabarıq göstərirdi. “Sovet adamı”nı formalaşdırmaq, insanları so-
sializm ehkamlarının itaətkar icraçısına çevirmək üçün bütün bunlar kifayət etmirmiş kimi, 
Stalin rejimi görünməmiş cinayətə əl atdı – minlərlə günahsız ədibi, ziyalını, müxtəlif peşə 
sahiblərini repressiyaya məruz qoydu. Bu, Azərbaycanda daha dəhşətli şəkildə həyata keçi-
rildi. H.Cavid, S.Hüseyn, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, Ə.Cavad, T.Ş.Simurq, M.Müş-
fiq və başqa sənətkarlar ya güllələndi, ya da sürgündə dözülməz şəraitdə məhv oldu. 
Ədəbiyyata gələn yeni qüvvələrin içində poeziyaya, şeirə meyil edənlər daha çox idi. On-
ların yaratdıqları əsərlər isə bir-birinə bənzəyirdi. Müraciət etdikləri mövzular, təsvir və tə-
rənnüm obyektləri yaxın olduğundan təkrarlara yol verir, bədii cəhətdən zəif, sönük əsərlər 
çap etdirirdilər. Yeni quruluşun insanlara sevinc, fərəh gətirdiyini təbliğ edən şeirdə – sovet 
poeziyasında  güclü  yeknəsəqlik  müşahidə  olunurdu.  1920-ci  illərin  sonu,  1930-cu  illərin 
əvvəllərində  yaranan  şeirdə  keyfiyyət  dəyişikliyi  müşahidə  edilir.  S.Rüstəm,  S.Vurğun, 
M.Rahim, R.Rza, az sonra O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil, N.Rəfibəyli, M.Dilbazi və başqa-
larının  yaradıcılıq  axtarışları  səmərəli  olur.  Vətəni,  onun  gözəlliyini  tərənnüm  edən  bədii 
cəhətdən qüvvətli əsərlər meydana çıxır, lirik qəhrəmanın hiss və düşüncə aləmi zənginləşir. 
Nəsr sahəsində də irəliləyiş müşahidə olunur. Kiçikhəcmli hekayələrlə yanaşı, povest və 
romanlar yaranır. Ə.Əbülhəsənin “Yoxuşlar”, S.Rəhimovun “Şamo”, M.Hüseynin “Daşqın”, 
“Tərlan”,  Mir Cəlalın  “Dirilən adam”,  M.S.Ordubadinin  “Dumanlı  Təbriz”  romanları  işıq 
üzü görür. 
İctimai-siyasi 
ziddiyyətlər və 
repressiya dövründə 
ədəbiyyat  
(1920 – 1940) 
••• 

••• 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə