MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   7   8   9   10   11   12   13   14   ...   157

_____________________________________________ 

33

 



Mövqeyimizə  gəldikdə isə, bilirsiniz, mənə sadəcə gülməli 

gəlir, gülməli gəlir. Hesab edirəm ki, bəlkə də sizin səfir, - mən 

Rusiyanın Azərbaycandakı  səfirini nəzərdə tuturam, - bizim 

sənədləri oxumur, bizim televiziyaya qulaq asmır və lazımi 

məlumatı vermir. Bəlkə də, - çox güman ki, belədir, - Moskvada 

elə qüvvələr var ki, onlar Azərbaycanı  təqsirləndirmək üçün 

dezinformasiya materiallarından istifadə edirlər. Müdafiə 

Nazirliyinin nümayəndəsi  İvaşov belə  bəyanat vermişdir ki, 

quldurlar Azərbaycandan keçib gəlirlər, - doğrudur, o, 

Gürcüstanın da adını  çəkmişdir, - guya onları Azərbaycanda 

hazırlayırlar. O, belə  bəyanatı hansı  əsasla verir? O, Müdafiə 

Nazirliyinin rəsmi nümayəndəsidir. Yaxud, Dumanın Müdafiə 

Məsələləri Komitəsinin sədri Roman Popkoviç belə  bəyanat 

verir və bu, mətbuatda gedir. O, bu bəyanatı hansı əsasla verir? 

Bunları yalan, dezinformasiya, böhtan xarakterli, Rusiya ilə 

Azərbaycan arasında münasibətləri mürəkkəbləşdirməyə 

yönəldilmiş bəyanatlar hesab edirəm. 

Мən təəccübləndim ki, Dumanın sədri cənab Seleznyov da, - 

doğrudur, açıq iclasda deyil, hardasa başqa yerdə, - bəyanat 

vermişdir ki, guya quldurlar Azərbaycandan keçib gəlirlər, oraya 

silah keçirilir və sairə. Bu bəyanat da yayılmış  və Rusiya 

mətbuatında istifadə olunmuşdur. Azərbaycanın silahı 

haradandır? Hamıya məlum idi ki, Çeçenistanda həmin 

quldurlar silahı  əsasən Rusiyanın müxtəlif xüsusi xidmət 

idarələrindən alırlar. О da hamıya məlumdur ki, onlar bunu indi 

də oradan alırlar. Keçmişdə xüsusi xidmət orqanlarında işləmiş, 

böyük hərbi xidmət keçmiş, böyük siyasi fəaliyyət təcrübəsinə 

malik olan bir insan kimi mənə sadəcə aydın deyil, Rusiya 

ərazısində bir çox aylar ərzində, bəlkə  də daha çox müddətdə, 

əcnəbi Xəttab başda olmaqla, о cür quldur dəstəsi necə 

formalaşa bilmişdir və bu dəstə orada belə müsibətlərə  və 

bədbəxtliklərə gətirilə çıxaran müharibəyə başlamışdır? Məgər 

  

 

 




_____________________________________________ 

34

 



Rusiyanın xüsusi xidmət orqanları öz xətalarını, səhvlərini 

görmürlərmi? Bunu etiraf etmək, tədbirlər görmək əvəzinə onlar 

başqalarını ittiham etməyə çalışırlar. 

Budur mənim mövqeyim. Мən bütün mətbuatın iştirakı ilə 

bunu sizə açıq şəkildə bəyаn edirəm. 

О ki qaldı  mənim münasibətimə,  əvvəllər, Çeçenistandakı 

hadisələr zamanı da bildirmişəm və bu gün də bildirirəm. 

Mənim mövqeyim aydın və  dəqiqdir - bu, Azərbaycan 

dövlətinin mövqeyidir. Biz həmişə separatizmin əleyhinə 

olmuşuq və  əleyhinəyik. Azərbaycan 12 ildir erməni 

separatizmindən əzab çəkir, bu separatizm nəticəsində müharibə 

başlanmış  və  ərazimizin 20 faizi artıq işğal olunmuşdur, bir 

milyon vətəndaşımız müsibətli vəziyyətdədir, onlar çadırlarda 

yaşayırlar. 

Lakin belə bir fakt barədə  də deməliyəm. Biz MDB-nin 

iclaslarında sənədə separatizmin pislənməsi haqqında müddəalar 

daxil olunmasında təklif edərkən Ermənistanın etirazı ilə 

rastlaşırıq və  təəssüf ki, digər dövlət başçıları buna qarşı  çıxa 

bilmirlər. Həmin müddəa sənəddən çıxarılır. Axı onlar о zaman 

düşünmədilər ki, bu separatizm Rusiyaya da çox böyük zərər 

vuracaqdır. Azərbaycan üçün separatizm bax, budur - bu, bizə 

müsibət gətirmişdir. Məgər biz separatçıları - Rusiyanı 

parçalamaq istəyən adamları  dəstəkləyə bilərikmi? Bu 

separatçılıq hərəkətləri ölkəmizi parçalayırdı, ərazisizin 20 faizi 

işğal altındadır. Məgər biz bunu dəstəkləyə bilərikmi? 

Terrorçuları, quldurları biz həmişə pisləmişik və pisləyirik. 

Dünən deyildiyi kimi, biz bu quldurluqdan çox zərər çəkmişik. 

1993-cü ildə burada vətəndaş müharibəsi olmuşdur. Söz 

düşmüşkən, qayda-qanun yaratmaq və bu vətəndaş 

müharibəsinin qarşısını almaq üçün mən buraya gələndə, 

Rusiyanın heç bir mövqeyini eşitmədim.  Мən gileylənib 

demədim ki, onlar öz mövqelərini bildirmirlər, mən öz işimi 

görürdüm. Biz bu vəziyyəti aradan qaldıra bildik. 

  



_____________________________________________ 

35

 



Elə  həmin 1993-cü ildə bir qrup Azərbaycanın cənubunda 

“Talış-Muğan Respublikası” yaratmağa cəhd göstərmişdi və 

Azərbaycanın həmin hissəsi  əslində bir neçə ay Azərbaycan 

dövlətinin nəzarəti altında olmamışdır. Biz çətin vəziyyətdə idik. 

İndi hələsxanada cəzasını  çəкən bu lider о vaxtlar Boris 

Yeltsinə, slavyan dövlətlərinə müraciət edərək bildirmişdi ki, 

onlar Rusiya ilə, slavyanlarla birləşmək istəyirlər. Lakin biz bu 

məsələdə Rusiyanın mövqeyini eşitmədik. Heç olmasa bizə 

bildirəydilər ki, bu cür xəbər almışıq, onu pisləyirik. Biz bunu 

eşitmədik. 

Bunu ona görə deyirəm ki, biz həmişə düzgün 

mövqelərdəyik. Amma təəssüflər olsun ki, biz Rusiya tərəfinin 

də bu cür mövqe tutduğunu görmürük. 

1994-cü ildə bizdə metroda iki dəfə böyük partlayış oldu. 

Yeri gəlmişkən, bu partlayışları Ermənistanın xüsusi idarələri, 

Dağıstan millətindən olan adamlar törətmişdilər. Bu iki partlayış 

nəticəsində onlarca adamımız həlak oldu. Bizim metropolitenə 

ziyan vuruldu. Bilirsinizmi, heç kim halımıza acıdığını və bu cür 

əməlləri pislədiyini bildirmədi. Hərçənd, sonra biz təhqiqat 

apararaq bu partlayışları kimlərin törətdiyini müəyyənləşdirə 

bildik. Biz onları tapdıq, məsuliyyətə cəlb etdik. Yeri gəlmişkən, 

onlardan biri döyüşlər zamanı Ermənistan qoşunlarına  əsir 

düşmüşdü, ermənilər onu öz tərəflərinə  cəlb edərək Dağıstan 

vasitəsilə buraya, anasının yanına göndərmişdilər. Bu partlayışı 

da  о  təşkil etmişdi. Sonra o, Azərbaycandan olsa da, Rusiya 

vətəndaşlığı alaraq uzun müddət Dağıstanda gizlənmişdi. 

Nəhayət, o, Dağıstanda bir terror hərəkətinin təhqiqi zamanı ələ 

keçmiş, yaxalanaraq Moskvaya aparılmış, Federal Təhlükəsizlik 

Xidməti onun işi ilə  məşğul olmuşdur. Bu mövzunun sonunda 

deyə bilərəm - FTX sağ olsun ki, bu adamı sonra bizə verdi, biz 

onu mühakimə etdik. O, cəzasını çəkir. 

  

 



 


Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə