MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə2/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   2   3   4   5   6   7   8   9   ...   157

_____________________________________________ 

6

neftin hasil olunmasını  və dünya bazarına çıxarılmasını  təmin 



etmişdir. Təbiidir ki, bunların hamısı Azərbaycana, ancaq deyə 

bilərəm ki, Bakı  şəhərinə çox fayda vermişdir və Bakının 

inkişafı üçün xidmətlər göstərmişdir. Bu gün biz Nobel 

qardaşlarını, Azərbaycanın böyük sahibkarlarından və 

xeyriyyəçilərindən biri olan Hacı Zeynalabdin Tağıyevi və  о 

illərdə Azərbaycanın təbii sərvətlərindən istifadə edib mənfəət 

götürən, eyni zamanda Bakı  şəhərini inkişaf etdirən insanları 

xatırlaya bilərik. 

Bakı şəhəri XIX əsrin sonlarında - XX əsrin əvvəllərində çox 

güclü inkişaf etmişdir. Burada о dövrün tələblərinə uyğun olan 

sənaye müəssisələri, yaşayış evləri, ofisləri üçün müxtəlif 

binalar, ticarət mərkəzləri yaradılmış və bunların hamısı Bakını 

bir növ Avropa üslubunda olan gözəl bir şəhərə çevirmişdir. О 

vaxtlar yaradılan binaların bir çoxu həqiqətən gözəl memarlıq 

abidələridir. 

Biz о dövrdə Azərbaycan neftinin çıxarılması ilə məşğul olub 

ölkəmizdə  iş görmüş xarici şirkətləri də  və öz sahibkarlarımızı 

da bu gün minnətdarlıq hissi ilə xatırlayırıq. 

Sonra isə, bilirsiniz ki, 1918-ci ildə ilk Azərbaycan Xalq 

Cümhuriyyəti bir müstəqil dövlət kimi öz sərvətlərindən xalqı 

üçün istifadə etməyə çalışmış, amma o, az yaşamış, buna nail 

ola bilməmişdir. 1920-ci ildən isə Azərbaycan Sovetlər 

İttifaqının, sovet hakimiyyətinin tərkibində olmuşdur. Bu gün 

cəsarətlə demək lazımdır ki, 1920-ci ildən keçən 70 il ərzində 

Azərbaycanda neft sənayesi çox güclü inkişaf etmişdir və bunun 

da səbəbi ondan iləarətdir ki, о vaxt sovet hakimiyyətinə, sovet 

dövlətinə neft lazım idi. Sovet İttifaqını sənayeləşdirmək, onun 

iqtisadiyyatını inkişaf etdirmək üçün neft çox lazım idi. Əgər 

nəzərə alsaq ki, о illərdə Sovetlər  İttifaqının  ərazisində hasil 

edilən neftin 80, bəlkə  də 90 faizi Bakıda  əldə olunurdu, onda 

anlamaq olar ki, sovet hakimiyyəti üçün, SSRİ dövləti üçün 

Bakının nefti nə qədər lazım idi. 

  

 



_____________________________________________ 

7

Azərbaycan xalqı, ölkəmizin neftçiləri və alimləri neft 



sənayesinin inkişaf etməsi üçün böyük xidmətlər göstərmiş  və 

nailiyyətlər əldə etmişlər. Mən bir daha qeyd etmək istəyirəm ki 

İkinci dünya mühariləəsində alman faşizmi üzərində  qələbə 

çalınmasında Azərbaycan neftinin misilsiz rolu olmuşdur. 

Azərbaycan Sovetlər  İttifaqının başqa bölgələrində neft 

sənayesinin inkişaf etdirilməsi üçün də böyük xidmətlər 

göstərmişdir. Biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan 

neftçiləri, alimləri Rusiyada “İkinci Bakı”, “Üçüncü Bakı”, 

“Dördüncü Bakı” kimi neft mədənlərinin və yataqlarının 

açılmasında iştirak ediblər və onların çoxu о vaxtdan indiyə 

qədər о diyarlarda - Sibirdə, Tümendə yaşayır və bu gün də neft 

hasilatı ilə məşğuldurlar. 

Azərbaycan Xəzər dənizində neft yataqlarının aşkar 

olunmasında, bu yataqların sənaye üsulu ilə istismar 

edilməsində dünyada birinci yerdə olmuşdur. Azərbaycanda 

neftin sənaye üsulu ilə hasil olunmasına başlanandan bu günə 

qədər yerin təkindən, dənizin dərinliklərindən 1 milyard 500 

milyon tona qədər neft hasil edilmişdir. Bunun təxminən 450-

500 milyon tonu Xəzər dənizinin dərin sularından çıxarılmışdır. 

Amma bütün bu zamanlarda Azərbaycan xalqı özünün zəngin 

təbii sərvətlərinin sahibi olmamış, Azərbaycanın öz müstəqil 

dövləti olmamış  və ölkəmizdə hasil edilən neft, şübhəsiz ki, 

Sövetlər İttifaqının bütün tələbatlarını təmin etmək üçün istifadə 

edilmişdir. 

Keçmişdə mən uzun illər Azərbaycanda işləmişəm və 1969-

cu ildən Azərbaycanın başçısı olmuşam.  Мən bunları yaxşı 

bilirəm və yaxşı xatırlayıram. Bizdən tələb olunurdu ki, neft-qaz 

hasilatını artıraq. Biz bunu edirdik. Ancaq bundan əldə olunan 

gəlirlərin hamısı Sovet İttifaqının vahid büdcəsinə gedirdi. Yəni 

о illərdə neft sənayesinin Azərbaycana nə  qədər mənfəət 

verməsinə baxmayaraq, ölkəmiz  əldə olunan neftin faydasının 

çox hissəsini görməyibdir. Tarixin səhifələrini sizə xatırladaraq, 

  

 



_____________________________________________ 

8

onu demək istəyirəm ki, Azərbaycan yalnız dövlət müstəqilliyini 



əldə etdikdən sonra öz aqibətinin, öz sərvətlərinin sahibi olmuş 

və ölkəmizin ən zəngin sərvəti olan qaz və neft ehtiyatlarından 

müstəqil, sərbəst istifadə etmək imkanı əldə etmişdir. 

Biz keçmişə    minnətdarlıq edirik. Ancaq xoşbəxtik ki, 

nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, 

dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, 

hansı yolla istifadə olunmasını özü müəyyən edir. 

“Əsrin müqaviləsi” də  məhz Azərbaycanın dövlət 

müstəqilliyinin  əldə olunmasından irəli gəlmiş bir tarixi 

hadisədir. Biz yalnız müstəqil dövlət olandan sonra dünyanın 

müxtəlif ölkələri, neft şirkətləri ilə  sərbəst, heç kəsdən asılı 

olmayaraq danışıqlar aparmaq imkanı əldə etmişik və bu sahədə 

gördüyümüz işlərin ən görkəmlisi, ən böyüyü, ən mühüm tarixi 

əhəmiyyət kəsb edəni “Əsrin müqaviləsi”nin hazırlanıb 

imzalanması idi. Bu gün təntənəli mərasimdə artıq deyildi ki, bu 

müqavilənin hazırlanması ilə biz nə cür ağır  şəraitdə  məşğul 

olmuşuq, daxili və xarici qüvvələrin yaratdığı  nə  qədər 

çətinliklərlə rastlaşmışıq. Ancaq biz iradə  və  əzm göstərmişik, 

risk etmişik və “Əsrin müqaviləsi”ni imzalamağa nail olmuşuq. 

“Əsrin müqaviləsi” bu möhtəşəm “Gülüstan” sarayında 

imzalanıbdır. О gün bizim üçün böyük sevinc, bayram günü idi. 

Eyni zamanda biz yaxşı bilirdik ki, üzərimizə böyük məsuliyyət 

götürmüşük və qarşımızda çox böyük sınaqlar vardır. Bu gün 

iftixar hissi ilə deyirəm ki, bu beş illik yolun bütün sınaqlarından 

şərəflə keçmişik, bütün çətinliklərin qarşısını almışıq, hər cür 

təzyiqlərə cavab vermişik və  “Əsrin müqaviləsi”nin qısa bir 

zamanda həyata keçirilməsinə nail olmuşuq. Təbiidir ki, bu 

nailiyyətlərimiz böyük neft şirkətləri ilə bizim müştərək işimizin 

nəticəsidir. 

Bu gün tam cəsarətlə demək olar ki, müqavilənin 

imzalanmasından sonra yaranmış Beynəlxalq Əməliyyat Şirkəti, 

Azərbaycan  




Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə