MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə5/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   2   3   4   5   6   7   8   9   ...   157

_____________________________________________ 

15

 



bildirmək istərdim. Təəssüf ki, hansısa bir mərhələdə bir sıra 

mənfi məqamlar baş verdi. Çeçenistan bölgəsində siyasi işlərlə 

bağlı olan bu məqamlar sabit münasibətlərimizə əngəl törətdi. 

Demək istərdim ki, belə bir vəziyyətin düzəldilməsi üçün 

əsaslı  qərar qəbul edilmişdir. Kənardan keçən boru kəməri 

çəkilməsi haqqında qərar qəbul olunmuşdur. Zənnimcə, biz bu 

işi 6-8 ay ərzində görəcəyik. Bu isə bizim hökumətlərarası 

sazişlər çərçivəsində  əvvəlki razılaşmalara uyğun olaraq şimal 

marşrutu ilə ildə 12 milyon ton nefti sabit rejimdə buraxmağa 

imkan verəcəkdir. 

İndi biz Novorossiysk terminalının gücünü 42 milyon tondan 

52 milyon tonadək, yəni 10 milyon ton artırırıq, Baltik boru 

kəməri sistemi yaradırıq. Yəni bu, sabit işləməyə imkan verir. 

Bu, bizim vəzifəmizdir və hökumətin adından sizi rəsmən əmin 

edirəm ki, biz şimal marşrutunu bərpa edəcəyik. Cari işlərə 

gəldikdə, 1999-cu il və sonrakı il üçün 2 milyon ton həcmində 

olan razılaşma çərçivəsində işləri yubatmırıq və davam etdiririk. 

Düşünürəm ki, bir daha belə fasilələr olmayacaqdır. Bizim 

vəzifəmiz işin sürətini artırmaqdır. 

Onu da demək istərdim ki, Azərbaycanda hasilatın artdığını 

nəzərə alaraq, burada çıxarılan nefti sizin zavodlarda emal 

etmək yolu ilə, - zənnimizcə, bu, tamamilə realdır, - neft 

məhsulları bazarının sərhədini Stavropola, Şimali Qafqaza qədər 

genişləndirə bilərdik. Çünki bu gün bizim həmin rayonda 

yanacaq çatışmır. Biz ümumi razılaşmalar, hökumətlərarası 

komissiya çərçivəsində Dövlət Neft Şirkəti üçün biznes 

sahəsinin genişləndirilməsinə imkan verməyə hazırıq. Мənə elə 

gəlir ki, bu komissiya hansısa bir mərhələdə öz işini 

dayandırmışdır, lakin zənnimcə, biz onu bərpa edəcəyik. Bu, 

bizim üçün maraqlıdır, neft məhsullarının Rusiya ərazisinə 

ixracı baxımından Azərbaycan üçün əlavə gəlir deməkdir. Мən 

istərdim ki, bu maraq Azərbaycan Dövlət Neft Şirkətinin 

biznesinə çevrilsin. 

  



_____________________________________________ 

16

 



О ki qaldı  şimal marşrutu və  Xəzərdə biznesin 

genişləndirilməsi ilə bağlı  əsas mövzuya, indi biz əlavə neft 

şirkətləri cəlb etmək məsələsini nəzərdən keçiririk: elə şirkətləri 

ki, onlara görə  xəcalət çəkməyək, baxmayaraq ki, bir sıra 

şirkətlər buraya sərmayə qoymaq perspektivlərini doğrultmadı 

və  Xəzər məsələsi ilə  fəal məşğul olmağı davam etdirmədilər. 

Biz bu məsələni Dövlət Neft Şirkəti ilə müzakirə etdik və 

düşünürəm ki, bu işlə iştirak edə biləcək daha bir sıra şirkətləri 

nəzərdən keçirmək üçün həmin məsələyə qayıdacağıq. 

Bizim ümumi bir məsələmiz var - bu, Xəzərlə bağlı olan 

problemdir. Bu gün biz onu Baş nazirlə müzakirə etdik. 

Düşünürəm ki, burada bu problemin həllini irəlilətmək üçün 

ümumi razılaşmaların variantları var. Məncə, burada işimizi 

sadəcə olaraq gücləndirmək lazımdır. Ümumi razılaşmaların, 

məsələn, Qazaxıstanla razılaşmanın ilkin şərtləri var. Biz 

Azərbaycanla danışıqlar aparırıq. Düşünürəm ki, danışıqları 

sadəcə olaraq davam etdirmək və bu problemi birdəfəlik və 

həmişəlik həll etmək lazımdır. Başlıcası, bu işi gücləndirməkdir. 

Dediklərimin hamısı iqtisadi qarşılıqlı münasibətlərimiz 

baxımından hazırda Yanacaq və Energetika Nazirliyi, hökumət 

çərçivəsində  həll edilməkdə olan məqsəd və  vəzifələrə aiddir. 

Bunımla yanaşı, demək istərdim ki, indi Şimali Qafqazda 

yaranmış  vəziyyət bizdə xüsusi təşviş doğurur. Moskvada, 

Volqodonskda baş vermiş hadisələrə bəşəriyyət, əlbəttə, biganə 

qala bilməz. Biz bu işə öz münasibətimizi bildirməliyik. Sizi 

xüsusən  Şimali Qafqazda ən nüfuzlu adamlardan biri kimi 

tanıdığıma görə, Heydər  Əliyeviç  Əliyevin sözünün nə demək 

olduğumu bildiyimə görə, yekdil rəу  çərçivəsində  və  ən fəal 

şəkildə inkişaf etməyə başlayan terrorçu qüvvələrin dəf edilməsi 

çərçivəsində bu gün çox zəruri olan ümumi mövqe, ümumi 

dəstək barəsində sizin mövqeyiniz bizim üçün çox vacibdir. 



_____________________________________________ 

17

 



Öz mövqeyinizi mənə iki kəlmə ilə bildirdiyiniz dünənki 

söhbətdən sonra səfirdən təbb etdim ki, o, Azərbaycan tərəfinin 

indiyədək ifadə etdiyi bütün fikirləri mənə göstərsin. 

Deməliyəm ki, mən bu fikirləri diqqətlə oxudum. Sizin 

mövqeyinizə  bələd olduğuma görə istərdim ki, yaxşı  mənada, 

daha açıq, sərt fikirlər qəzet oxuyub-oxumamasından asılı 

olmayaraq hər bir insanın qəlbinə yol tapsın, bu məsələdə 

Heydər Əliyeviçin mövqeyi sərt olsun, çünki sizin rəyinizin və 

nüfuzunuzun nə demək olduğunu bilirəm. Rusiyada biz hamımız 

istərik ki, Şimali Qafqazda bu bəla genişlənməsin,  əksinə, 

məhdudlaşdırılsın və qurtarsın. 

Bəli, hazırda müəyyən məqamlar var və biz bu gün Baş 

nazirin yanında bu mövzuda danışdıq. Ancaq mən demək 

istərdim ki, bəla gələndə, - terrorizm isə  yəqin ki, ümumi 

bəladır, - birləşmək və bu vəziyyəti aradan qaldırmaq lazımdır. 

Çeçenistan tərəfinin buradakı nümayəndəliyindəkilərin bu gün 

oxuduğum fikirlərini  əlbəttə ki, normal hesab etmək çətindir. 

Bu, Çeçenistan tərəfinə başucalığı gətirmir. Lakin əlbəttə ki, sırf 

ekstremist, anlaşılmaz və  rəxnə salan və ya buna yönəldilən 

fikirlər heç bir halda bizim qarşılıqlı münasibətlərimizə nüfuz 

etməməlidir. 

Biz həmişə normal şəraitdə yaşamışıq, bir-birimizi başa 

düşmüşük. İndi Dağıstanda hansısa milli azadlıq müharibəsinin 

aparılması barədə fikirləri oxuyarkən heç bir anlaşma ola 

bilməz. Belə bir müşahidə Dağıstanda, sadəcə, mümkün 

deyildir. Lakin təəssüf ki, mən oxudum və söyləyə bilərəm ki, 

müşavir deyəndə ki, Dağıstanda azadlıq müharibəsi gedir və 

hətta Yermolovu xatırlamışlar, zənnimcə, bu, sadəcə, qeyri-

ciddidir. Sizin aparat tərəfındən təkzilə verilsə  də, bir daha 

təkrar edir və Azərbaycan torpağı ilə bağlı olan adam kimi 

şəxsən öz adımdan xahiş edirəm, bu terrorizmə qarşı 

birləşmənin baş verməsi üçün bu gün sizin fikriniz, sözsüz, 

faydalıdır, sözsüz, zəruridir. Gecə yatan yüzdən çox insan 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə