MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə8/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   4   5   6   7   8   9   10   11   ...   157

_____________________________________________ 

24

 



Türkmənistan da, İran da Xəzəryanı ölkələrdir. Başa düşürük ki

Xəzərin beynəlxalq statusunu müəyyən etmək lazımdır. Bir də 

ki bu, təkcə bizdən asılı deyildir. Qətiyyən bizdən asılı deyildir. 

Bu, bütün Xəzəryanı ölkələrdən asılıdır. Bununla yanaşı, dünən 

deyildi ki, biz öz işimizə başlamaq üçün Xəzərin statusunun həll 

ediləcəyini illərlə gözləyə bilməzdik. Bizdə  hələ 50-ci, 70-ci 

illərdə  kəşf edilmiş müəyyən yataqlar var. Biz hələ Sovetlər 

İttifaqı dövründə bu yataqların mənimsənilməsinə hazırlaşırıq. 

Təsadüfi deyildi ki, dərin dəniz özülləri zavodu tikmişdik, 

borudüzən “Süleyman Vəzirov” və “İsrafil Hüseynov” gəmiləri 

inşa etmişdik. Təsadüfi deyildi ki, “Şelf-2”, “Şelf-3”, “Şelf-5” 

kimi üzən qazma qurğuları inşa etmişdik, indi onlar 

modernləşdirilmişdir və “İstiqlal”, “Dədə Qorqud” adlandırılır. 

Yəni hələ onda, Sovetlər  İttifaqı dövründə biz Xəzər 

dənizinin dərin qatlarına, necə deyərlər, yol açmaq üçün lazımi 

maddi-tezniki baza yaratmışdıq. Bu, bizim üçün yeni bir iş 

deyildir. Amma о vaxtlar, - sizə bu da yaxşı  məlumdur, -

Xəzərdə neft hasilatı ilə Azərbaycandan başqa heç kim məşğul 

olmurdu. Əlbəttə, о vaxtlar Azərbaycan müstəqil dövlət deyildi, 

Sovetlər  İttifaqının tərkibinə daxil idi. Biz ümumi bir iş 

görürdük. Sovet hökuməti, о cümlədən Sovetlər İttifaqının Neft 

Sənayesi Nazirliyi də  məqsədəuyğun hesab edirdi və bununla 

biz də razı idik ki, bütün bu işlər Azərbaycanda başlandığına 

görə orada da cəmləşdirilir. Biz Türkmənistan sahillərində neft 

çıxarırdıq. Burada və  Xəzər dənizinin başqa akvatoriyalarında 

olan yataqları Azərbaycan neftçiləri, geoloqları kəşf etmişlər. 

Yəni müstəqillik  şəraitində, iqtisadiyyatımızın çox ağır 

vəziyyətə düşdüyü, Ermənistan tərəfindən təcavüzə  məruz 

qaldığımız,  ərazimizin 20 faizinin işğal edildiyi şəraitdə biz 

hansısa rəsmiyyətçiliyə tabe olub bu işlə  məşğul olmaya 

bilməzdik ki, nə var. Xəzər dənizinin statusu yoxdur, bunu 

  



_____________________________________________ 

25

 



hamı   başa   düşməli,   о   cümlədən   də   Rusiyada   siz   başa 

düşməlisiniz. 

О vaxt biz Xəzər dənizinin statusunu təklif etdik. Hətta 

xatirimdədir, bir dəfə Viktor Stepanoviç Çernomırdin baş 

nazirləri Həştərxana topladı, biz orada fəal iştirak etdik. Amma 

bütün bunlar hamısı sadəcə söhbət olaraq qaldı, biz heç bir 

nəticəyə nail olmadıq. Ona görə də biz işə başladıq. Biz düzgün 

hərəkət etdik və bu gün də düz edirik, bizim mövqeyimiz 

düzgündür. 

Ancaq biz Xəzərin statusunu müəyyənləşdirmək haqqında 

danışıqların davam etdirilməsinə hazırıq.  Əlbəttə,  şadıq ki, 

Rusiya Qazaxıstan və Rusiya sektorlarında Xəzər dənizinin 

dibindən istifadəyə dair Qazaxıstanla saziş imzalamışdır. Amma 

ola bilər ki, sizdə kimsə bunu sektor adlandırmır, kimsə bu 

termindən yapışıb qalmışdır. Bəs başqa cür necə adlandırmaq 

olar? Şelf ayrı bir anlayışdır, sahə demək olmaz. Sektor - məlum 

rus sözüdür, beynəlxalq sözdür. Bəs nə üçün bu söz kimlərisə 

qıcıqlandırır? Başa düşmürəm. Yaxşı, Rusiya Qazaxıstanla saziş 

imzalamışdır - bu, çox yaxşıdır. Biz təklif etdik “ki, - gəlin 

Rusiya ilə Azərbaycan arasında ikitərəfli qaydada saziş 

imzalayaq, biz bundan yayınmırıq. Sektorların 

müəyyənləşdirilməsi üzrə  təklif edilmiş prinsipə görə, 

Azərbaycana az, Qazaxıstana, Rusiyaya çox sahə düşür. 

Doğrudur, Qazaxıstana nisbətən Rusiyaya az sahə düşür, amma 

Rusiyanın da payı var. Ancaq biz öz sektorumuzdan kənara 

çıxmırıq. Öz sektorumuzda isə bu işi davam etdirməyə haqqımız 

var və biz onu davam etdirəcəyik. 

Xəzər dənizinin statusunun müzakirəsi üçün yeni görüş, mən 

bilən, oktyabrda İranda keçiriləcəkdir. Biz bu müzakirədə iştirak  

edəcəyik, bu müzakirəyə    öz    müsbət  töhfəmizi verməyə 

hazırıq. Amma gərək bu müzakirə normal olsun, hər tərəf öz 

ideallarını əsas tutaraq çıxış etməsin,  əksinə, 

  

 



_____________________________________________ 

26

 



Tehrana toplaşacaq bütün tərəflər qarşılıqlı anlaşma tapmağa 

çalışsınlar. 

Bir sözlə, Viktor İvanoviç, xahiş edirəm ki, nəzərə alasınız, 

sektor problemləri barəsində bizim başqa fıkrimiz yoxdur. 

Düşünürəm ki, bu fikir Rusiya Federasiyasına məlumdur. 

Neft sənayesi sahəsində Rusiya ilə  əməkdaşlığımızın 

fundamental xarakteri var. Biz “Əsrin müqaviləsi”ni 

imzalayarkən elə oradaca müəyyənləşdirdik - ilkin neft üçün 

boru kəməri lazımdır. Həm də bu kəməri Bakı-Novorossiysk 

neft kəməri kimi müəyyənləşdirdik. Axı bunu biz 

müəyyənləşdirmişik. Bu ki müqavilədə yazılmışdır.  Еlə isə  nə 

üçün kimsə bütün bunları  təhrif edir? Bu barədə sakit danışa 

bilmirəm. Münasibətlərimizi pozmaq istəyən bu adamlar hər 

şeyi beləcə  təhrif edir, bu cür təsəvvür yaradırlar.  Əlbəttə, bu, 

bizim xoşumuza gəlmir. Bununla bərabər, həmin adamlar nəinki 

Azərbaycana, həm də özlərinə, bizim münasibətlərimizə ziyan 

vururlar. 

Müxtəsəri, bu, müqavilədə yazılmışdır. Odur ki, biz bununla 

məşğul olmağa başladıq. Biz oraya öz vəsaitimizi qoyduq. 

Rusiyanın “Transneft” şirkəti orada öz məsələsi ilə məşğul oldu 

və  hələ 1997-ci ilin oktyabrında biz Bakı -Novorossiysk boru 

kəmərinə neft vurmağa başladıq, onu doldurduq. 1997-ci ilin 

noyabrında biz “Çıraq” platformasından ilkin neftin 

çıxarılmasını qeyd edərkən, həmin platformadan hasil olunan 

neft artıq Novorossiysk terminalında idi. Bir sözlə, bunlar 

faktdır. 

Doğrudur, Çeçenistanda vəziyyətlə bağlı  çətinliklər 

olmuşdur. Biz deyirdik ki, bu çətinliklər sizə əngəl törədir. Yeri 

gəlmişkən, bir daha xatırlatmaq istəyirəm ki, hələ 1996-cı ilin 

yanvarında mən Moskvaya getdim, biz bu məsələni həll etdik və 

Rusiyanın Baş naziri Viktor Stepanoviç Çernomırdinlə Bakı-

Novorossiysk neft kəməri haqqında saziş imzaladıq, bu sənədi 

mən imzaladım.  Bir sözlə, Rusiya Federasiyası ilə 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə