MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə7/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   2   3   4   5   6   7   8   9   10   ...   157

_____________________________________________ 

21

 



Həm də  təkcə biz yox. Biz təklif edirik, amma çox böyük 

məbləğdə pul, çox böyük məbləğdə kapital qoyan xarici şirkətlər 

bu və ya digər blokun perspektivli olduğunu yəqin etməyincə 

oraya getməyəcəklər. Neftçi kimi siz bunu çox gözəl bilirsiniz. 

Müqavilə hazırlandı. Lakin bədxahlarımız, bizim üçün pisdən 

də pis olmasını istəyənlər təkcə Azərbaycanın hüdudlarından 

kənarda deyildir. Belələri ölkəmizin daxilində  də kifayət 

qədərdir. Bax onda, müqavilənin imzalanmasına təxminən bir 

həftə qalmış parlamentimizin о vaxtkı  sədri Rəsul Quliyev, - 

yeri gəlmişkən, o, Natiq Əliyevin yaxın dostudur, - birdən gəlib 

mənə deyir ki, bu müqaviləni imzalamaq olmaz. Bizdə isə 

müqavilənin imzalanacağı gün artıq elan edilmişdi. Yeri 

gəlmişkən, biz onu “Xəzərneftqaz” adlı növbəti böyük neft 

sərgisinin açılışı ilə bir vaxta salmışdıq. Artıq hər  şey elan 

olunmuşdu. Soruşuram ki, nə üçün imzalamaq olmaz? O, düz 

bir saat ərzində mənə sübut etməyə çalışır ki, “bu, Azərbaycana 

sərfəli deyildir, bu, lazım deyildir, biz nə üçün nefti xarici 

şirkətlərlə birlikdə  çıxarmalıyıq, yaxşısı budur, onu saxlayaq, 

sonra biz özümüz çıxararıq...”. Nə isə, çox səriştəsiz, açığını 

deyim, səfeh mülahizələr idi. 

Мən dedim, qulaq asın, siz bizimlə birlikdə  işləyirsiniz, 

bilirsiniz ki, bu müqavilə bir ildir hazırlanır, üstəlik, siz həmişə 

bizim neft şirkətiylə çox yaxın münasibətlərdə olmağa  саn 

atırsınız, halbuki parlament sədrinin iqtisadiyyata rəhbərliklə 

məşğul olmaq səlahiyyəti yoxdur. Amma o, mənim xeyirxah 

münasibətimdən istifadə edərək, öz mövqeyindən sui-istifadə 

edərək Azərbaycan Dövlət Neft Şirkətinin işinə həmişə qarışırdı. 

Mən dedim, siz ki hər  şeyi bilirsiniz, bu nuqavilə sizin 

gözünüzün qabağında hazırlanıb, bütün dillərdə hazırlanıb, 

tərcümə edilib və sair. О isə dediyindən əl çəkmırdi. Yaxşı. Мən 

həmişə adamları dinləyirəm. Deyirəm, yaxşı, mən neft şirkətinin 

rəhbərliyini buraya dəvət edəcəyəm. 

  

 

 




_____________________________________________ 

22

 



Bəs nə üçün siz bunu onlara deməmisiniz? “Yox, demişdim”. 

Deyirəm, onlar bilmirlər? Orada Natiq Əliyev, çox böyük 

geoloq Xoşbəxt Yusifzadə, digər mütəxəssislərimiz var, о 

adamlar ki, Xəzər dənizində on illərlə kəşfiyyat işləri aparmış və 

neft çıxarmışlar. “Onlar heç nə bilmirlər, onlar heç nə başa 

düşmürlər. Mən onlara bunu da, onu da, başqa şeyləri də sübut 

edirəm”. Yeri gəlmişkən, bax bu, çox yelbeyin olan, bununla 

belə, hər şeyə çox təkəbbürlə yanaşan bu adam üçün xarakterik 

idi. 

Odur ki, mən müqavilənin imzalanması üçün təyin edilmiş 



vaxta bir həftə qalmış, yeri gəlmişkən, elə bu salonda müşavirə 

çağırmalı oldum. Mütəxəssislərimizi, neft şirkətinin rəhbərlərini 

və Nazirlər Kabinetinin rəhbərlərini dəvət etdim. Ona dedim ki, 

indi öz dəlil-sübutlarını gətir. O, düz bir saat ərzində cəfəngiyat 

danışdı,  əsaslandırmadı ki, bu müqaviləni nə üçün imzalamaq 

olmaz. Əvvəla, bir tərəfdən deyirdi ki, şərtlər Azərbaycan üçün 

sərfəli deyildir, digər tərəfdən isə deyirdi ki, orada kifayət qədər 

ehtiyatlar yoxdur. Gah deyirdi ki, yoxdur, gah da deyirdi ki, bu 

ehtiyatları  gələcək nəsillərə saxlamaq lazımdır. Hər halda, 

məqsəd aydın idi - bizim bu böyük işimizi pozmaq. 

Onda  şirkətin prezidenti Natiq Əliyev də, vitse-prezidentlər 

Xoşbəxt Yusifzadə,  İbrahimov, Zeynalov, Valeh Ələsgərov da, 

bütün başqaları da çıxış etdilər. Hamı onun üzünə dedi ki, bura 

bax, sən haqlı deyilsən, nə danışdığım bilirsənmi? Xoşbəxt 

Yusifzadənin çıxışı xüsusilə xatirimdədir. O, neft sənayesində 

bu naşıya ağıllı, səriştəli və çox müdrik cavab verdi. 

O, istədiyinə nail olmadığını gördükdə  mənə dedi ki, bu 

barədə  rəsmən yazacaqdır. Dedim ki, yazın. Heç yazmadı da. 

Yeri gəlmişkən, biz bir həftədən sonra müqaviləni imzaladıq. 

Bir çox müşahidəçilərin xatirindədir ki, müqavilənin 

imzalanması günü onun üçün matəm gününə çevrildi. Buna görə   



_____________________________________________ 

23

 



də təsadüfi deyildi ki, bundan iki həftə sonra o, Azərbaycandan 

qaçıb getdi və artıq üç ildir Amerikadadır, öz xalqına qarşı, öz 

müstəqil dövlətinə qarşı müxtəlif fitnəkar cəhdlər, təxribat, 

terror cəhdləri edir. 

Bir sözlə, görürsünüz, mən fürsətdən istifadə edərək bunu bir 

daha ona görə dedim ki, mövqeyimiz aydın olsun. “Şahdəniz” 

perspektivli yataqdır, “LUKoyl” bu müqavilənin fəal 

iştirakçısıdır və Allaha şükür ki, güman edilənlərin hamısı 

nəinki təsdiqləndi, hətta gözlədiyimizdən də artıq oldu. Xoşbəxt 

Yusifzadə burada çıxış edərkən dedi - mən orada 400 milyard 

kubmetr qaz və filan qədər kondensat olduğuna təminat verirəm. 

Budur, indi isə hesablamalara görə, ehtiyatlar trilyon 

kubmetrdən artıqdır.İndi bunu hamı etiraf edir. 

Yəni, tən təkcə bizim adamın pozucu, xəyanətkar rolundan 

danışmaq istəmirəm. Bununla birlikdə onu da demək istəyirəm 

ki, müqavilə imzalandıqdan sonra bunun barəsində çoxlu 

bədxah xarakterli yazılar dərc edildi, о cümlədən də Rusiyada 

Yeri gəlmişkən, biz buna heç vaxt məhəl qoymamışıq. Ona görə 

də bu neft mövzusunu bitirmək üçün demək istəyirəm ki, biz 

başqa şirkətlərlə də əməkdaşlıq etməyə hazırıq. Yeri gəlmişkən, 

Şafrannikin başçılıq etdiyi Moskva neft şirkəti buraya gəlmişdi, 

biz ona imkan verdik. Londonda biz “İnam” yatağına dair 

müqavilə imzaladıq.  Şafrannikin orada 12,5 faiz payı var. Axı 

Moskva neft şirkəti də Rusiya şirkətidir. Özü də o, Şafrannik 

Londonda Dauninq-Stritdə müqavilənin imzalanmasında 

bizimlə iştirak etmişdir. Odur ki, biz bundan sonra da hazırıq. 

İndi də  Xəzər dənizinin statusu barədə. Biz Xəzər dənizinin 

beynəlxalq statusunun bütün parametrlər üzrə, yəni Xəzərin dibi 

üzrə, suyun səthi üzrə, gəmiçilik üzrə və bütün digər parametrlər 

üzrə müəyyənləşdirilməsi mövqelərində  həmişə durmuşuq və 

indi də möhkəm dururuq. Axı biz yeganə  Xəzəryanı ölkə 

deyilik.  Rusiya da.  Qazaxıstan da,  




Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə