_____________________________________________
47
keçməz, yaxın gələcəkdə Siz bizim tərəfimizdən bu sahəyə
yönəlmiş fəaliyyətləri görərsiniz.
Cənab prezident, bilirsiniz ki, sentyabr ayının 29-da xanım
Olbrayt hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə
Vaşinqtonda belə bir görüş keçirməyi planlaşdırır.
Cənab prezident, deməliyəm ki, elə gecə vaxtı mən xanım
Olbraytdan çox təcili teleqram aldım. O, həmin teleqramda
sentyabrın 29-dan əvvəl nə edilə bilərsə, fikirlərini Sizinlə
bölüşür və ümid edir ki, Siz bunların hamısını nəzərə
alacaqsınız. Bəlkə də artıq bu mesajı oxumusunuz. Belə ki,
dünən bu xəbəri Vaşinqtonda səfir Paşayevə ötürmüşük. Eyni
zamanda xanım Olbraytın Sizə hörmətinin və valeh olmasının
bir əlaməti kimi, istərdim bu şəkli Sizə təqdim edim. Bu, Dağlıq
Qarabağ məsələsinin həllinə, enerji ehtiyatlarının inkişaf
etdirilməsinə yönəlmiş səylərinizə onım hörmətidir və Bakı-
Ceyhan kəmərinin tikilməsinə olan dəstəyinizin ifadəsidir.
Səfir ABŞ-ın dövlət katibinin məktubunu və xanım Olbraytın
prezident Heydər Əliyevlə birlikdə çəkdirdiyi fotoşəkli
dövlətimizin başçısına təqdim etdi.
Heydər Əliyev: Çox gözəl şəkildir. Мən çox məmnunam ki,
bunun altında xanım Olbraytın özünün dəst-xətti ilə yazılar
vardır. Xanım Olbrayt çox gözəl görünür. Amma Azərbaycan
prezidenti də pis deyil. Bu diqqətə və şəklə görə təşəkkür
edirəm.
Həqiqətən, aprel ayında mənim Vaşinqtonda həm NATO-nun
50 illik yubiley mərasimlərində iştirakını, həm də keçirdiyim
çoxsaylı görüşlər, о cümlədən xanım Olbraytla görüşüm çox
əhəmiyyətlidir və demək olar ki, Dağlıq Qarabağ məsələsinin
həll olunmasına, Ermənistan-Azərbaycan münaqişəsinin həll
edilməsinə yeni bir təkan verdi.
Мən bu məktuba görə təşəkkür edirəm. Мən artıq bu
məktubun məzmunu ilə bu gün tanışam. Siz dediyiniz kimi,
məktubun məzmununu bizim səfir Paşayevə vermisiniz və о
_____________________________________________
48
da bizə çatdırıbdır. Mən səhər bunu almışam və tanış olmuşam.
Ona görə məktub haqqında söhbət apara bilərik.
Мən hesab edirəm ki, dövlət katibi xanım Olbraytın buradakı
fikirləri çox əhəmiyyətlidir və irəli sürdüyü təkliflər də çox
əhəmiyyətlidir. Bu, onu nümayiş etdirir ki, Amerika Birləşmiş
Ştatlarının hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin
sülh yolu ilə həll olunması məsələsinə daha da çox əhəmiyyət
verir və bu prosesə daha da ciddi girişir. Bir daha qeyd etmək
istəyirəm, bunun əsasını aprel ayında Vaşinqtondakı bizim
görüşlər təşkil edir.
Xanım Olbraytın təklifi ilə və onun səyləri nəticəsində
Vaşinqtonda mənim, Azərbaycan prezidentinin Ermənistan
prezidenti Koçaryanla görüşü də bu məsələnin həll olunmasında
yeni bir mərhələdir. Bilirsiniz ki, ondan sonra qısa bir zamanda
biz - prezident Koçaryan və mən üç dəfə təkbətək görüş
keçirmişik: iki dəfə Cenevrədə, bir dəfə də Yaltada. Мən hesab
edirəm, bu görüşlər çox məhsuldar olubdur. Şübhəsiz ki,
danışıqlar asan getmir, çətin gedir. Çünki 12 il bundan öncə
başlanmış və çox böyük faciələrə gətirmiş münaqişənin indi həll
olunması ilə əlaqədar, bir-biri ilə müharibə aparmış iki dövlətin
başçılarının görüşləri asan keçə bilməz. Ancaq mən deyə
bilərəm ki, bu görüşlər ilk dəfə bəlkə müəyyən bir tərəqqi əldə
etməyə ümid yaradıbdır.
Təbiidir, bizim danışıqlarımızın məzmunu hələ məxfi
xarakter daşıyır. Biz əvvəldən belə razılığa gəlmişik. Çünki bu,
çox ciddi bir prosesdir. Təbiidir ki, əgər biz son nəticəyə gələ
bilsək, bunlar heç kəsdən gizlədilməyəcəkdir. Çünki bunları biz
bəyan etməliyik və onların əsasında işlər görülməlidir. Sadəcə,
mən onu bildirmişəm ki, kompromislərə getmək lazımdır. Əgər
qarşılıqlı kompromislər olmasa heç bir nəticə əldə
edilməyəcəkdir.
Prezident Koçaryan da belə fikirdədir. О da belə bəyanatlar
veribdir. Hesab edirəm ki, bizim bu görüşlər bundan
_____________________________________________
49
sonra davam etdiriləcəkdir. Eyni zamanda, biz son dəfə
Cenevrədə görüşdüyümüz zaman belə razılığa gəldik ki, Yaltada
bizim görüşümüzdən öncə Azərbaycanın və Ermənistanın xarici
işlər nazirləri görüşsünlər. Belə görüş keçirilmişdir. Onların
nəticəsi haqqında xarici işlər nazirləri bizə məlumat vermişlər.
Bundan sonra biz, prezidentlər görüşdük və danışıqlar apardıq.
О vaxt biz, prezidentlər danışıq apararkən belə fikrə, belə
razılığa gəldik ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisində olduqları zaman Ermənistanın xarici işlər naziri
və Azərbaycanın xarici işlər naziri bu görüşü davam etdirsinlər.
Mən çox məmnunam ki, bu prosesə Amerika Birləşmiş
Ştatlarının hökuməti və Dövlət Departamenti də qoşulubdur. Bu,
məni sevindirir. Çünki bu, danışıqlar prosesinin daha da uğurlu
keçməsinə kömək edə bilər.
Məktubdakı bir çox fikirlər mənim tərəfimdən müsbət
qiymətləndirilir. Мən də belə fikirdəyəm ki, biz çalışmalıyıq ki,
noyabr ayının 18-19-da İstanbulda keçiriləcək ATƏT-in zirvə
görüşünə yeni nəticə ilə gələ bilək. Ona görə də Amerika
Birləşmiş Ştatlarının bu barədə öz xidmətlərini təqdim etməsi və
prosesdə iştirak etməsi və əgər biz hansısa razılığa gələriksə,
bunun üçün həm beynəlxalq aləmdə, həm də Azərbaycanda və
Ermənistanda lazımi mühitin yaranmasında bizə kömək etməsi
haqqında xanım Olbraytın məktubundakı fikirlər çox
əhəmiyyətlidir.
Bilirsiniz ki, ATƏT-in sədri, Norveçin xarici işlər naziri bu
yaxınlarda həm Ermənistanda, həm də Azərbaycanda olmuşdur.
Мən onunla bu barədə çox ətraflı danışdım. ATƏT-i və onun
Minsk qrupunu ciddi tənqid etdim.
Xatirinizdədir, ondan öncə - sentyabr ayının əvvəlində
Amerika Birləşmiş Ştatları prezidentinin Dağlıq Qarabağ
məsələsi üzrə xüsusi nümayəndəsi sizinlə bərabər görüşə
gəlmişdi. О görüş zamanı da mən ATƏT-in Minsk qrupunu çox
Dostları ilə paylaş: |