_____________________________________________
53
bilərəm ki, bizim buna ehtiyacımız var və bu, bizə lazım
olacaqdır. Çünki 12 il davam edən münaqişənin həll olunma
prosesi heç də asan keçməyəcəkdir. Müxtəlif xarici və daxili
qüvvələr Azərbaycanı daim belə vəziyyətdə qoymaq üçün,
Ermənistanla Azərbaycan arasında sülh yaranmasına mane
olmaq üçün, şübhəsiz ki, öz imkanlarından çox güclü istifadə
edəcəklər. Ona görə də biz bu sahədə çox sıx əməkdaşlıq
edəcəyik.
Məktuba görə bir daha təşəkkür edirəm. Hesab edirəm ki,
bizim əməkdaşlığımız indi sürətlənibdir.
Stenli Eskudero: Cənab prezident, həqiqətən belədir. Elə
bilirəm ki, məktub da bunu təsdiqləyir. Sağ olun.
H e у d ə r Ə l i у е v: Sağ olun.
_____________________________________________
54
GÜRCÜSTAN KİNEMATOQRAFÇILAR
İTTİFAQININ KATİBİ, KİNOOPERATOR
LOMER AXVLEDİANİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏTİ
Prezident sarayı
27 sentyabr 1999-cu il
Heydər Əliyev: Lomer Bidzinoviç, sizi Azərbaycanda
salamlayıram.
Azərbaycanla Gürcüstan arasında, о cümlədən də incəsənət,
mədəniyyət sahəsində inkişaf edən və genişlənən əlaqələrin çox
böyük əhəmiyyəti var. Buna görə də Gürcüstanın mədəniyyət
nümayəndələrinin Azərbaycanda, eləcə də Azərbaycanın
mədəniyyət nümayəndələrinin Gürcüstanda hər bir görüşü
münasibətlərimizin inkişaf etməsi və möhkəmlənməsi işinə
müəyyən töhfədir.
Mənə dedilər ki, siz bir neçə gündür buradasınız. Mən buna,
eləcə də bu gün sizinlə görüşmək imkanım olmasına çox şadam.
Lomer Axvlediani: Sizinlə görüşmək, habelə çox mühüm
əsər üzərində işləmək üçün buraya dəvət edilməyim məndən
ötrü böyük şərəfdir.
Demək istəyirəm ki, təxminən on beş dəqiqə əvvəl, biz
buraya gələndə yanında uşaq olan ziyalı bir xanım rejissor Vaqif
Mustafayevə yaxınlaşdı və onunla hərarətlə danışmağa başladı.
Мən Azərbaycan dilini, təəssüflər olsun, hələlik bilmirəm, lakin
bir müddətdən sonra biləcəyəm. О xanım onunla çox həvəslə,
maraqla danışdı, sonra da sağollaşıb
_____________________________________________
55
getdi, Vaqif onun dediklərini mənə tərcümə etdi. О xanım ona
“Heydər Əliyev” filminə görə çox sağ olun deyib soruşdu: Bəs
nə üçün filmin davamı yoxdur? Əlbəttə, Vaqif söz verdi ki,
filmin davamı olacaqdır.
Klassik variantda, adətən, belə olur: Varislik və irsilik atadan
oğula keçir. Məndə isə əksinə oldu. Artıq ekrana çıxan bu filmin
dörd seriyasını oğlum çəkmişdir. İndi isə mənə bu filmi davam
etdirmək şərəfi göstərilibdir.
Heydər Əliyev: Bu, çox xoşdur.
Lomer Axvlediani: Мənə də çox xoşdur. Çünki bu film
nümayiş etdirilərkən onun necə qarşılandığını gördüm. Onda
mən mehmanxanada idim və gördüm ki, adamlar televizora
baxmağa necə tələsirdilər. Maraq çox böyük idi.
Heydər Əliyev:Nə deyirəm, bunları eşitmək xoşdur. Bəli, bu
fürsətdən istifadə edərək, tariximizin müəyyən mərhələlərini
olduğu kimi, necə deyərlər, sənədlər əsasında canlandırmaq
üçün çəkdiyi böyük zəhmətə görə gözəl kino-rejissorumuz Vaqif
Mustafayevə təşəkkürümü bildirmək istəyirəm. Axı kimdən və
nədən bəhs etməsindən asılı olmayaraq, tarixi səpkili sənədli
filmlər çox böyük əhəmiyyətə malikdir.
Əlbəttə, biz bədii kinonu yüksək qiymətləndiririk, hamımız
uşaqlıqdan, ola bilsin, kinofilmlərin böyük təsiri ilə böyüyüb
başa çatmışıq. Məsələn, mən yaşlı nəslin adamıyam,
xatirimdədir, səssiz kinoya baxmağa necə böyük həvəslə
gedirdik, sonra səsli kino meydana gəldi, - bu, bizim üçün
hadisə idi. Sonra uzun müddət kinofilmləri Qarabağ təsvirdə
göstərirdilər, nəhayət, rəngli kinofilmlər meydana gəldi - bu da
böyük hadisə idi. Buna görə də о illərdə kino insanların, onların
xarakterinin formalaşmasına, mənəvi dəyərlərin formalaşmasına
həqiqətən çox böyük təsir göstərirdi. Biz bunu unuda bilmərik,
bunu həmişə qiymətləndirməliyik.
Televiziya meydana gəldikdən sonra kino, əgər belə demək
mümkünsə, tədricən sıxışdırılmağa başladı. Buna baxmayaraq,
_____________________________________________
56
mənə məlumdur ki, bir çox ölkələrdə adamlar əvvəlkitək
kinoteatrlara gedir, filmlərə baxır, onlara böyük maraq
göstərirlər. Buna elə bizim Azərbaycanda da tədricən qayıdırlar.
Bilirsiniz, keçmişdə mən incəsənətə, mədəniyyətə, о
cümlədən kinematoqrafa öz münasibətimi dəfələrlə bildirməli
olmuşam. Özü də bunu mən təkcə işimə, yüksək vəzifə
tutduğuma görə deyil, həm də ürəkdən edirdim. Mədəniyyət və
incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də
gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi.
Amma qismət başqa cür oldu. Ona görə də bunların hamısı
qəlbdən gəlir.
Lomer Axvlediani: Siz həyatda rejissor olmusunuz, bu isə
daha mühümdür.
Heydər Əliyev: Buna görə də 30-40 il əvvəl olduğu kimi,
yenə də deyirəm ki, teatr yaşayır və yaşayacaqdır. Çünki kino,
sonra isə üstəlik televiziya meydana gəldikdə teatra maraq
azaldı. Bununla belə, teatrı heç nə əvəz edə bilməz. Heç nə. Ona
görə ki, teatrda insan canlı adamlarla - bu və ya digər vəziyyəti
səhnədə canlandıran aktyorlarla bilavasitə ünsiyyətdə olur. Bunu
kinematoqraf haqqında da demək olar. İncəsənətin yeni nə kimi
növləri meydana gəlsə də kinematoqraf öz əhəmiyyətini heç
zaman itirməyəcəkdir. Odur ki, bədii kino, bədii əsərlər indi
televiziya ilə, digər üsullarla yaradılan qalan bütün lentlərdən,
şübhəsiz, qat-qat yüksəkdir.
Lakin bir daha ona qayıdıram ki, sənədli kino xüsusi
əhəmiyyətə malikdir. Əlbəttə, adamlar bədii filmə baxarkən
gördüklərinə inanır və bunu gerçəklik hesab edirlər. Təbiidir ki,
bu, əksər hallarda gerçəkliyin təqlidi deyil, əks olunmasıdır. Bu,
gerçəkliyin filmin yaradıcısının mövqeyindən əks etdirilməsidir.
Bununla yanaşı, - mən yenə də öz hissiyyatlarımı, təəssüratımı
deyirəm, - hər hansı bədii filmə baxış
Dostları ilə paylaş: |