_____________________________________________
50
ciddi tənqid etdim və bəyan etdim ki, biz yeni təkliflər
gözləyirik.
Sentyabrın əvvəlində Rusiyanın xarici işlər naziri
Azərbaycana gəlmişdi. Onunla görüşümüzdə də bu məsələni çox
geniş müzakirə etdik və onlardan da, yəni Minsk qrupunun
həmsədrlərindən biri kimi, Rusiyadan çox böyük narazılığımız
olduğunu ona bildirdim. Bir də qeyd edirəm ki, son bir ildə
ATƏT-in Minsk qrupu dcmək olar, fəaliyyətsizdir. Bunu onunla
izah etməyə çalışırlar ki, guya Ermənistan və Azərbaycan
prezidentləri birbaşa görüşdüklərinə görə bu qrup öz fəaliyyətini
dayandırıb və gözləyirlər ki, bu görüşlərin nəticəsi nə olacaqdır.
Мən bu gün də belə fikirdəyəm ki, biz bir neçə istiqamətdə
fəaliyyət göstərməliyik. Ermənistan və Azərbaycan
prezidentlərinin görüşləri Minsk qrupunun fəaliyyətini
dayandırmamalıdır. Əksinə, hesab edirəm ki, bu görüşlər də
olmalıdır, Minsk qrupu da öz fəaliyyətini davam etdirməlidir və
biz başqa vasitələrdən də istifadə etməliyik. Мən ATƏT-in
sədrindən xahiş etdim ki, Minsk qrupu tezliklə öz yeni
təkliflərini versin. Biz bu təklifləri gözləyirik. Bu baxımdan -
yəni о mənada ki, biz bütün vasitələrdən istifadə etməliyik, bir
çox istiqamətlərdə fəaliyyət göstərməliyik, - bu baxımdan xanım
Olbraytın təşəbbüsü, Nyu-Yorkda Azərbaycanın və
Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirmək istəməsi və
bununla əlaqədar mənə göndərdiyi məktubda şərh etdiyi fikirlər,
hesab edirəm ki, çox əhəmiyyətlidir. Ona görə də mən bu gün
yola düşmüş Azərbaycanın xarici işlər naziri Zülfüqarova lazımi
göstərişlər vermişəm və o, bu məktubun məzmununu da bilir.
Hesab edirəm ki, orada, Amerika Birləşmiş Ştatlarında
Azərbaycan çalışacaq ki, xanım Olbraytla çox səmərəli
əməkdaşlıq etsin. Təşəkkür edirəm.
Stenli Eskudero: Cənab prezident, Siz də sağ olun. Çox
şadam və məmnunam ki, Siz məktubun məzmunu ilə
_____________________________________________
51
nazir Zülfüqarovu da tanış etmisiniz. Elə bilirəm ki, bu,
Vaşinqtonda görüşün uğurla keçməsinə öz töhfəsini verəcəkdir.
Çox sağ olun, cənab prezident.
Heydər Əliyev: Sözümün axırında bir də bildirmək
istəyirəm, - xahiş edirəm, hörmətli xanım Olbrayta çatdırasınız
ki, biz məsələnin sülh yolu ilə həll olunması üçün indi daha da
sürətli tədbirlər həyata keçirmək əzmindəyik.
Doğrudur, Ermənistan prezidenti Robert Koçaryanla mənim
son görüşlərim Azərbaycanda bəzi təbəqələrdə birmənalı qəbul
edilməyibdir. Bəziləri isə buna çox kəskin etirazla çıxış edirlər.
Bəzi müxalifət qüvvələri isə artıq məsələnin həll edilməsinin
mümkün olduğunu hiss edərək, sadəcə, aranı qarışdırmaq
istəyirlər, Qarabağın azad olunması haqqında yürüşlər təşkil
etmək istəyirlər, mitinq keçirmək istəyirlər. Halbuki onlara
aydındır ki, Azərbaycanın dövləti, hökuməti və şəxsən prezident
bu məsələlərlə demək olar ki, hər gün məşğul olur.
Hesab edirəm ki, biz indiyə qədər həm Minsk qrupunun
böyük köməyi ilə, həm də Minsk qrupu həmsədrlərinin köməyi
ilə, о cümlədən xüsusən Amerika Birləşmiş Ştatlarının köməyi
ilə xeyli iş görmüşük. Doğrudur, məsələ indiyə qədər həll
olunmaybdır. Bunun da səbəbləri vardır. Ancaq məsələnin həll
edilməsi üçün çox işlər görülüb və biz mərhələyə xeyli
yaxınlaşmışıq. Bizim bu tədbirlərimizin əleyhinə çıxan, yaxud
da mitinqlər, nə bilim, yüruşlər keçirmək istəyən adamlar,
sadəcə, hiss edirlər ki, biz məsələni həll edə bilərik. Onlar buna
mane olmağa çalışırlar. Onlar da bilməlidir, hamı da bilməlidir
ki, Azərbaycanın həyatı üçün ən vacib, ən əsas səbəb olan
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi dövlətin
üzərinə düşübdür və buna dövlət məsuliyyət daşıyır. Heç bir
siyasi partiya, yaxud ictimai təşkilat, yaxud da ki, hansısa bir
qrup bu məsələnin həll edilməsində heç bir məsuliyyət daşımır.
Biz məsuliyyəti öz üzərimizə götürmüşük
_____________________________________________
52
və bu məsuliyyəti dərk edirik. Bu məsuliyyəti dərk edərək də
məsələni həll etməyə çalışırıq.
Mən dəfələrlə bəyan etmişəm və bu gün də bildirmək
istəyirəm ki, əgər kimsə bizim bu gördüyümüz işlərdən əlavə
görülə biləcək işlər haqqında konkret təkliflər irəli sürə bilərsə,
biz onu məmnuniyyətlə qəbul edərik və həmin adamlarla, yaxud
qüvvələrlə məmnuniyyətlə əməkdaşlıq edərik. Amma cürbəcür
qəzet məqalələrində, yaxud da küçələrdə, başqa yerlərdə heç bir
məzmunu, mənası olmayan sözlərlə özlərini Qarabağ
məsələsinin həll olunmasına daha da maraqlı hesab edənlər, heç
bir təklifi, heç bir fikri olmayan adamlar, sadəcə, bizim işimizə
mane olmaq istəyirlər. Şübhəsiz ki, biz bunlara yol
verməyəcəyik. Ancaq biz hər bir dəyərli, səmərəli təklifi qəbul
etməyə hazırıq.
Milli Məclisin payız sessiyasında - oktyabrın 1-dən sessiya
işə başlayır, - xarici işlər naziri Amerika Birləşmiş Ştatlarından
geri dönəndən sonra görülən işlər haqqında Milli Məclis üçün
geniş məlumatla çıxış edəcəkdir. Milli Məclisin üzvləri həm
bilmədikləri şeyləri araşdıra bilərlər, həm də öz təkliflərini verə
bilərlər. Eyni zamanda, kim istəyirsə, - fərqi yoxdur ki, o, Milli
Məclisin üzvüdür, ya üzvü deyil, - əgər prezidentə göndərmək
istəmirlərsə Milli Məclisə, prezidentə bu barədə öz təkliflərini
göndərə bilərlər. Əgər bu təkliflərin içərisində bizim üçün
faydalı bir faiz də bir şey olsa, mən buna sevinəcəyəm.
Bu mənada xanım Olbraytın məktubunda bir fikir məni çox
sevindirdi. Xanım Olbrayt yazır ki, əgər bu proses inkişaf edərsə
və münaqişənin həll olunması məsələsində həlledilmə prosesi
reallaşarsa, onda Amerika Birləşmiş Ştatları həm Azərbaycanda,
Ermənistanda bunun üçün lazımi mühit yaranmasına öz səylərini
göstərəcək, həm də beynəlxalq aləmdə öz səylərini
göstərəcəkdir. Bu fikirlər, bu təkliflər bizim üçün çox
əhəmiyyətlidir, vacibdir. Əvvəlcədən deyə
Dostları ilə paylaş: |