MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

_____________________________________________ 

39

 



mən çeçen problemini nəzərdə tuturam. Lakin bir daha 

təsdiqləyirəm ki, biz mövcud öhdəlikləri yerinə yetirmək üçün 

və sizin itkilərə  məruz qalmamağınız üçün bütün tədbirləri 

görürük və artıq müəyyən tədbirlər görmüşük. Belə ki, indi bu 

boru ilə  əlaqədar mövcud olan qeyri-tarazlıq bu gün üzərimizə 

düşmüşdür. Biz Azərbaycana qarşı  qətiyyən heç bir iddia irəli 

sürmədən bunu həll edirik. Düşünürəm ki, biz bu problemlərin 

hamısını həll edəcəyik. 

Axırıncı olaraq bunu demək istəyirəm. Neft sahəsində 

əməkdaşlığı davam etmək istərdim. Bu məktubda “LUKoyl” 

şirkəti ilə birgə  fəaliyyətin inkişafı  çərçivəsində Dövlət Neft 

Şirkəti ilə qarşılıqlı münasibətlərin daha bir forması  təklif 

olunur. İstərdik ki, siz onu qiymətləndirəsiniz. Biz Dövlət Neft 

Şirkəti ilə bu qərara gəlmişik ki, onun üzərində  hələ  işləmək, 

müzakirə etmək, onun hər iki tərəf üçün nə  dərəcədə maraqlı 

olduğunu qiymətləndirmək lazımdır. 

Qəbula görə, bizə vaxt ayırdığımıza görə bir daha çox sağ 

olun. Taleyimə çox minnətdaram ki, mənə sizinlə - dövrümüzün 

patriarxı ilə, dünya görmüş və çox yaxşılıqlar etmiş bir insanla 

görüşmək qismət oldu. Мən dəmiryol nəqliyyatında vəziyyət 

barəsində sizin selektor müşavirələrinizi xatırlayıram. 

Heydər Əliyev: Xatırlayırsınız? 

Viktor Kalyujnı: Вəli, xatırlayıram, çünki siz bu vəziyyətlə 

əlaqədar çox əziyyət çəkmisiniz. Heydər  Əliyev selektor 

müşavirələri keçirərkən kimsə tir-tir əsirdi, kimin ki, butün işləri 

yaxşı idi, sevinirdi və sair. Bu, sizinlə bağlı idi, siz bu iş üçün 

cavabdeh idiniz. Zənnimcə, həmişə müsbət nəticə olurdu, çünki 

münasibət vardı, mövqe vardı, vicdanlı münasibət vardı. Ona 

görə  də  mən bizim tanışlığımıza olduqca şadam və sizə 

cansağlığı, cansağlığı, cansağlığı  və  уеnə  də cansağlığı 

arzulamaq istərdim.  Мən Azərbaycanda adamlarla üsiyyətdə 

olarkən başa düşdüm ki, sizə bu ümumxalq 

  

 

 




_____________________________________________ 

40

 



məhəbbətinin indi Azərbaycanda həyata keçirdiyiniz işlərə görə 

tam əsası var. 

Sizə bir daha uğurlar arzulayıram, hər şeyə görə sağ olun. 

Aleksandr Bloxin: Burada hələ  bəzi məsələlər var, amma 

yaxşı olar ki, onlara məbtuatın iştirakı olmadan baxılsın. 



Heydər  Əliyev: Yaxşı, sən ki bilirsən, elə isə  nə üçün 

yerindən deyirsən? 



Viktor Kalyujnı:  Zənnimcə, mətbuat bizim verdiyimiz 

qiymətlər və bir-birimizə münasibətimiz barədə  hər  şeyi 

bilməlidir. Sağ olun. 

Heydər  Əliyev: Viktor İvanoviç, xoş sözlərinizə görə çox 

sağ olun. Demək istəyirəm ki, sizinlə görüşmək mənim üçün çox 

xoş idi. Xüsusən ona görə ki, siz bizim həmyerlimizsiniz. 

Bilirsiniz, dünən mən öz çıxışımda söylədim və indi də  fəxrlə 

deyirəm ki, Azərbaycan neftçiləri təkcə Azərbaycan nefti üçün 

deyil, həm də  о vaxtkı bütün Sovetlər  İttifaqı üçün çox işlər 

görmüşlər. Siz həmin neftçilərdən birisiniz. Mən şadam ki, siz, 

Azərbaycandan olan kadr indi Rusiyanın Yanacaq və Energetika 

Nazirliyinə başçılıq edirsiniz, şadam ki, mən Siyasi Büronun 

üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 

keçirdiyim selektor müşavirələrini yada saldınız. Bəli,  о illər 

ağır dövr idi və mənim üzərimə mürəkkəb iş düşmüşdü. Şadam 

ki, siz о dövrlə müəyyən dərəcədə tanışsınız. Çox sağ olun. 

Xahiş edirəm, Aleksandr Voloşinə salam söyləyin, bazar 

günü onunla telefonla danışmışam. Söhbətimiz məndə çox yaxşı 

təəssürat buraxmışdır. Ona minnətdarlığımı  və salamımı 

çatdırın. 

Şübhəsiz ki, Vladimir Vladimiroviç Putinə salam söyləyin. 

Мən bu gün sizə dedim, bir də  təkrar edirəm - deyin ki, onun 

üçün münasib olan vaxtda Azərbaycana səfərə dəvət edirəm. Biz 

onunla görüşməyə şad olacağıq. 

  



_____________________________________________ 

41

 



Əlbəttə, Boris Nikolayeviç Yeltsinə salamımı  və möhkəm 

cansağlığı arzuladığımı, Rusiyanın həyatında olan çətinlikləri 

aradan qaldırmaq üçün ölkənin prezidenti kimi, daha güclü 

surətdə fəaliyyət göstərməsi barədə xoş arzularımı özünüz və ya 

başqaları vasitəsilə yetirin. Bu çətinliklərin aradan 

qaldırılacağına isə mənim heç bir şübhəm yoxdur. Rusiya böyük 

ölkədir, Rusiya qüdrətli dövlətdir, Rusiya çox böyük potensiala 

malikdir və bütün bu çətinlikləri aradan qaldıracaqdır. Sağ olun. 

  



_____________________________________________ 

42

 



 

“İSLAM MEMARLIĞI MİNİLLİKLƏR  

AYRICINDA” BEYNƏLXALQ SEMİNARININ 

İŞTİRAKÇILARINA 

 

Hörmətli seminar iştirakçıları! Sizi – “İslam memarlığı 



minilliklər ayrıcında” mövzusunda paytaxtımız Bakı  şəhərində 

keçirilən beynəlxalq seminarın iştirakçılarını müstəqil 

Azərbaycan torpağında səmimi-qəlbdən salamlayıram. 

Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam 

elminin və  mədəniyyətinin böyük rolu danılmazdır. Müxtəlif 

müsəlman xalqlarının birgə  səyləri ilə  təşəkkül tapmış islam 

mədəniyyətinin  ən mühüm tərkilə hissələrindən biri isə 

memarlıqdır. Xalqlarımızın uzun əsrlər boyu yaratdıqları nadir 

memarlıq abidələri öz əzəmətli, orijinal üslubu və yüksək 

sənətkarlıq keyfiyyətləri ilə mütəxəssisləri bu gün də heyran 

edir. İslam memarlıq məktəbinin bəşəriyyətə bəxş etdiyi misilsiz 

sənət inciləri dinimizin humanist fəlsəfi dəyərlərinin parlaq 

ifadəsi, müsəlmanların daim qurub-yaratmaq eşqinin  əyani 

maddi təcəssümüdür. 

Bu mötəbər beynəlxalq forumun erkən islam mədəniyyəti 

mərkəzlərindən biri sayılan Bakı  şəhərində keçirilməsini 

ölkəmizin dünya memarlığında tutduğu yerə verilən yüksək 

qiymət kimi dəyərləndirir və onu müstəqil Azərbaycan 

Respublikasının mədəni həyatında  əlamətdar hadisə hesab 

edirəm. Avropa və Asiyanın qovşağında yerləşən ölkəmizdə 

dünya və islam memarlığının  ən yaxşı  ənənələri ilə milli 

xüsusiyyətlərin sintezini özündə  əks etdirən güclü memarlıq 

məktəbi təşəkkül tapmışdır. Zənn edirəm ki, seminarın 

keçirildiyi günlərdə Azərbaycan memarlarının yaratdıqları  bəzi 

sənət nümunələri ilə  əyani  şəkildə tanış olmağa imkan tapıb 

buna əmin olacaqsınız. 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə