MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə21/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   17   18   19   20   21   22   23   24   ...   157

_____________________________________________ 

66

 



Onlardan biri sizin keçmiş sürücünüz, о deyirdi ki, Kremldə 

başqa belə bir şəxsiyyət görməmişəm. Kutapin danışdı, 

Yakovlev lap çox danışdı. O, gözəl sözlər söylədi - Heydər 

Əliyev özü barəsində haqq-ədaləti bərра etmişdir. Mənim üçün 

çox maraqlı olan budur ki, Yakovlevin danışığında, - Siz bir 

diqqət yetirin, - onun Qorbaçova sadiqliyi ilə öz alicənablığı 

arasında bir tarazlıq var. Нər halda, alicənablıq daha çoxdur. O, 

konkret olaraq Qorbaçovun adını  çəkmir, amma bununla belə 

deyir ki, bu işlər qəsdən buradan - Kremldən qurulurdu, 

Kremldə isə Qorbaçov otururdu. 

Bütün bunlar çox xoşdur. Biz tədqiqatlara xüsusi diqqət 

yetirdik. Çernyayevin kitabını  əldə etdik, sonra Yakovlevlə 

görüşdük,  о dedi ki, bu sənədlər məndə idi, sonra Puqoya 

verdilər. Həm də bütün bunlar tədqiqat kimi aparılırdı. Ona görə 

ki, təkcə bir ifadə - “Əliyevin ayağının altını qazırıq” ifadəsi, 

“qazırıq” sözü onu göstərir ki, bunlar çirkin işlərdir. 



Heydər  Əliyev:  Bəli. Yeri gəlmişkən, mən Çernyayevin bu 

kitabını görməmişdim. Onu mənə  Rəfael verdi. Çernyayev isə 

Qorbaçovun çox yaxın köməkçisi idi. Sonra, Qorbaçov daha 

Sovetlər İttifaqının prezidenti olmayanda da Çernyayev həmişə 

onunla birlikdə idi. Görünür, onlar sonralar ayrılmışlar. 

Rəfael Allahverdiyev: O, indi də oradadır. Raisa Qorbaçova 

dəfn edilərkən orada idi. 



Heydər  Əliyev:  Eləmi? Bu, onun çox yaxın adamıdır. 

Amma, görünür, obyektiv yazır, o, öz gündəliyini yazır. 

Şahnazarovla birlikdə Qorbaçovun yanına necə getdiklərindən 

yazır. Qorbaçov Şahnazarovu bağrına basaraq, onu 64 illiyi 

münasibətilə təbrik etmiş və sonra demişdir - Əliyevin ayağının 

altını qazırıq və bu, Rəşidovun işindən də betər bir iş olacaqdır. 

Fikir verin. Onlar həqiqətən qazırdılar, özü də necə qazırdılar. 

Rəşidov vəfat etmişdi və onun ölümündən sonra qazmağa 

başlamışdılar. Ən dəhşətlisi isə 

  

 



 


_____________________________________________ 

67

 



bunu Siyasi Büroda müşahidə etmək idi. Mən bir neçə  dəfə 

hiddətləndim, öz fikrimi bildirdim, amma nə etmək olardı. İnsan 

ölüb gedib, di gəl ki, onun ölümündən sonra da qazırlar, 

qazırlar, qazırlar. Elə  dəhşətli işlər,  əxlaqa, mənəviyyata zidd 

işlər görürdülər ki, bunlara dözmək sadəcə, mümkün deyildi. 

Onda mən Siyasi Büronun tərkibində idim və bir neçə  dəfə 

etiraz edib dedim ki, belə olmaz. Amma, demə, onlar sonra... 

Qazmağı qərara alıblarmış... 



Vaqif Mustafayev: Prinsipcə, bir kinematoqrafçı kimi mənə 

elə  gəlir ki, Qorbaçovla Sizin əhvalatınız Motsartla Salyerinin 

əhvalatıdır. Kimin Motsart, kimin isə Salyeri olduğu aydındır, 

ancaq sonluq ayrıdır - Motsart qalib gəlir. 

Cənab prezident, deməliyəm ki, sözün düzü, mən bütün 

bunları bilmirdim. Yəni, filmi çəkərkən mən, - açığını deyim, 

məni sözü elə-belə deməyən adam kimi tanıyırlar, - başa 

düşdüm ki, Siz nəinki XX yüzilliyin böyük adamlarından 

birisiniz, mən Sizi XX yüzilliyin ən böyük adamı sayıram. 

Hesab edirəm ki, Sizin tərcümeyi-halınız bədii film 

yaradılmasına layiqdir və artıq bunu etmək lazımdır. Ona görə 

ki, danışılanların heç də hamısını  sənədli kino vasitəsilə 

çatdırmaq mümkün deyildir. 

Məsələn, Sizin Bakı hava limanına gəlişiniz, - Rəfael 

müəllimin söylədiyi kimi, - Sizi hədələyirdilər, maşın 

yaxınlaşdı... 



Heydər Əliyev: Mən Moskvadan buraya qayıdanda? 

Vaqif Mustafayev: Bunu bədii kino vasitəsilə çatdırmaq 

olar. 


Heydər Əliyev: Ümumiyyətlə, o, doğru deyir. Bu epizod bir 

film üçün tamamilə kifayətdir - mən Moskvadan necə  çıxıb 

getmək istəyirdim, orada yolumu necə kəsirdilər, hətta ona da əl 

atdılar ki, məni təkcə qorxutmaq naminə bir insanı - bir qrup 

ziyalının hava limanında görüşünü təşkil etməyə hazırlaşan 

jurnalist Xanbabayevi öldürdülər. Мənə 

  



_____________________________________________ 

68

 



 

bundan sonra da çıxıb getməyə imkan vermirdilər. Mən 

təyyarəyə bileti qeyri-leqal aldım, hava limanına qeyri-leqal 

getdim, buraya gəldim. Rəfael və digər dostlarım avtomobili 

təyyarənin yanına sürdülər və dedilər - tez oturun. Мən dedim - 

nə olub ki? Onlar cavab verdilər - orada adamları sizə qarşı 

toplayıblar. Amma biz onları, necə deyərlər, aldatdıq. Necə 

sürətlə gedirdik, çünki hər yerdə yolumuzu kəsirdilər, məni 

tutub saxlamaq istəyirdilər. Bu, Rəfaelin avtomobili idi. Yeri 

gəlmişkən, onun sürücüsü yadımdadır, o, maşını necə cəsarətlə 

sürürdü. O, sonralar rəhmətə getdi. Çox alicənab adam idi, 

burada məni az qala həbs etmək istəyirdilər, sadə bir insan olan 

bu adam isə öz həyatını  təhlükə qarşısında qoyaraq məni 

maşında aparırdı. 



Lomer Axvlediani: Belə şeyi uydurmaq istəsən də, heç vaxt 

fikirləşib tapa bilməzsən. 



Vaqif Mustafayev: Biz filmdə bu səhnəni  əks etdirmişik. 

Lakin bütün bunları  bədii vasitələrlə başqa cür etmək olar. 

Zənnimcə, bədii obrazı hökmən yaratmaq lazımdır. Çünki hesab 

edirəm ki, Azərbaycanda prezident yox idi. Axı başqa bir adamı 

tamam başa düşdükdə, belə nümunə olduqda, belə hadisə baş 

verdikdə, Azərbaycanda belə bir şəxsiyyət olduqda - bax, onda 

bu insan, məsələn, Hemenquey kimi hərəkət etmişdir. Lakin 

Azərbaycanda belə bir şəxsiyyət olmadıqda, onda Sizin 

dediyiniz kimi, gələcək nəsillər üçün, indi görüb-götürməli 

olanlar üçün hökmən çəkmək lazımdır. 

Misal üçün, görünür, az adam bilirdi ki, Siz Moskvada 19 

nazirliyə  rəhbərlik edirdiniz. Burada isə birisi mənzil-istismar 

kontorunu idarə edə bilmir, amma prezident olmaq istəyir. 

Belələri də var. 



Heydər  Əliyev:  Özü də  mən müxtəlif profilli nazirliklərə 

rəhbərlik edirdim. 



Lomer Axvlediani: Mədəniyyətdən tutmuş dəmir yolunadək. 

  

 



 

 



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə