MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə23/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   19   20   21   22   23   24   25   26   ...   157

_____________________________________________ 

72

hansısa düzəlişlər etməyəcəyəm. Siz azad sənətkarsınız, nə 



etmisinizsə, onu da etmisiniz. Vaqif Mustafayev nə  çəkiləsə

qoy onu da göstərsin. 



Vaqif Mustafayev: Lomer də  şəxsiyyət haqqında hələ heç 

vaxt film çəkməmişdi, imtina edirdi. Mən də imtina edirdim.   

Amma  daha  burada...   Bu,  mənim üçün  böyük şərəfdir. 

Lomer Axvlediani: Bir halda ki, söhbət Vaqifdən, onun 

filmindən düşdü, onda icazə versəniz deyərəm ki, son bir çox 

illər ərzində mən kino əsərindən belə təəssürat almamışam. Mən 

bunu məni dinləyənlərin və ya dinləyəcək hər bir kəsin 

qarşısında tam vicdanla deyirəm. 

Yarım saatlığa vaxt tapsanız, Vaqifin “Hər  şey yaxşılığa 

doğru” adlı  qısametrajlı bir filmi var, Siz ona baxın. Mən 

təmtəraqla danışmağı sevmirəm, lakin tam məsuliyyətlə deyirəm 

ki, onun insani və vətəndaş müdrikliyi qarşısında baş əyirəm. Bu 

cəsurluqdur. Material belədir. Bəri başdan Sizə danışmaq 

istəmirəm, bu filmdən alacağınız zövqü sadəcə olaraq təsəvvür 

edirəm. Vaqifin bu filmdə etdikləri misilsizdir, bu, böyük 

sənətdir. Orada daim söhbət ölümdən gedir. Amma bu 

mövzunun öhdəsindən belə  şərəflə  gəlmək, heç kimin xətrinə 

dəyməmək, yumor hissləri doğurmaq və  əsl pasifist olmaq, 

sənətin belə yüksək səviyyəsinə qalxmaq... Sozün düzü, mən 

çox baxıram, çox çəkirəm, amma çoxdandır filmlər mənə belə 

böyük təsir bağışlamamışdır. Bunu məsləhət verməyə cürət 

etmək kimi qəbul etməyin, mən Sizə sadəcə olaraq, tövsiyə 

edirəm. 


Heydər  Əliyev: Hökmən baxacağam.  Əlbəttə, siz məndə 

maraq oyatdınız, təbliğat aparmaq lazım deyil. 



Lomer Axvlediani: Çox yüksək səviyyədə  çəkilmişdir. 

Bütün bu bir neçə gündə  məni heyrət bürümüşdür ki, sənət 

adamı ölümlə, münaqişə ilə, insan münasibətilə bağlı 

  



_____________________________________________ 

73

 



belə gərgin süjetli filmi belə yüksək sənət səviyyəsində çəkə və 

müharibəyə, ölümə mənfi münasibət hissləri oyada bilər. 



Heydər Əliyev: Sağ olun, sağ olun, hökmən baxacağam. 

Vaqif Mustafayev:  Мən bu film barədə  təkcə bir kəlmə 

deyəcəyəm. Oberhauzendə keçirilən nüfuzlu festivalda bu film 

birdən-birə dörd mükafat qazanmışdır. Demək istəyirəm ki, 

əvvəllər Qarabağa dair filmi yaxına belə buraxmırdılar, qalsın 

ki, ona dörd mükafat versinlər. Cənab prezident, bu da Sizin 

xidmətinizdir ki, Qarabağa dair filmlərimizə artıq baxırlar. 

Halbuki belə filmləri qəbul etmirdilər. 1991-1992-ci illərdə 

Qərbdə soruşurdular - film nə baradədir? Qarabağ haqqında? 

Yox, bizə belə film lazım deyil. Baxın, Siz nə  qədər işlər 

görmüsünüz, nə  qədər danışmısınız, nə  qədər işlər görürsünüz 

ki, artıq bizi dinləyirlər, bizim filmlərə baxırlar. Buna görə  də 

bizim filmə baxdılar, qiymətləndirdilər və dörd mükafat 

verdilər. Bu da Sizin xidmətinizdir. 

Ümumiyyətlə, incəsənətlə bağlı olan nə varsa, hamısı Sizin 

xidmətinizdir. Özü də  təkcə Azərbaycanda yox. Axı  mən 

materiallarla tanışam, açıq materiallara da bələdəm, yasaq 

edilmiş materiallara da. Sovetlər İttifaqında bütün kino sahəsinə 

Siz rəhbərlik edirdiniz. Filmdə bu da var. Kinomuzda nə varsa

hamısını, hətta avadanlıq alınmasını da Siz etmisiniz. О vaxtlar 

nə almışdınızsa, indiyədək qalan yalnız bunlardır. 



Heydər Əliyev: Sağ ol. Bu filmə görə, çəkdiyin əməyə görə 

və səmimi, xeyirxah keyfiyyətlərinə görə sənə bir daha təşəkkür 

edirəm.

*

  



 

 

 



 

 

                                                           



*

 

Görüşdə Vaqif Mustafayev “Heydər  Əliyev” filminin kassetini dövlətimizin başçısına 



təqdim etdi. 

 



_____________________________________________ 

74

  



  

 

İNTERFAKS MÜSTƏQİL AGENTLİYİNİN 

BAŞ DİREKTORU 

CƏNAB MİXAİL KOMİSSARA 

 

Hörmətli Mixail Vitalyeviç! 



Sizi və  həmkarlarınızı  İnterfaks agentliyinin - hələ sovet 

dövründə yaranmış birinci müstəqil agentliyi 10 illiyi 

münasibətilə ürəkdən təbrik edirəm. 

Birlik ölkələrində  və bütün dünyada baş verən hadisələrin 

operativ, obyektiv və  hərtərəfli işıqlandırılması sahəsində 

İnterfaksın jurnalist kollektivinin işi ən yüksək qiymətə layiqdir. 

Agentliyin kanalları ilə daxil olan xəbərlər həmişə faktların 

zənginliyi, hadisələrin təhlilində obyektiv mövqe

informasiyanın geniş auditoriyaya ünvanlanması ilə seçilir. 

Respublikanın həyatına dair doğru-düzgün informasiyanın 

yayılmasında, ümumi informasiya məkanında  ənənəvi və yeni 

əlaqələrin inkişafında agentliyin rolunu Azərbaycanda xüsusi 

məmnunluqla qeyd edirlər. 

Arzu edirəm ki, İnterfaks agentliyi daha da inkişaf etsin, daha 

böyük yaradıcılıq uğurları qazansın. 

 

Hörmətlə, 



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 29 sentyabr 1999- cu il 

  

 

 




_____________________________________________ 

75

 



 

MİSİR ƏRƏB RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ 

CƏNAB MƏHƏMMƏD HÜSNÜ MÜBARƏKƏ 

 

Hörmətli cənab prezident, Sizi yenidən Misir Ərəb 



Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən 

təbrik edirəm. 

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası 

arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük 

əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı 

əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və 

inkişaf edəcəkdir. 

Sizə möhkəm cansağlığı, işlərinizdə  uğurlar, dost Misir 

xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

 



Hörmətlə, 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 30 sentyabr 1999-cu il 

  



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə