MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   10   11   12   13   14   15   16   17   ...   157

_____________________________________________ 

43

 



XXI  əsrin astanasında öz müstəqilliyini bərpa etmiş 

Azərbaycanın qarşısında geniş inkişaf perspektivləri açılmışdır. 

Həyatın bütün sahələrində mühüm dəyişikliklər baş verir. 

Azərbaycan bütün postsovet məkanına xas olan mürəkkəb 

sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, cəmiyyətdə milli-

mənəvi dəyərlərin bərpa və bərqərar edilməsi sahəsində ciddi iş 

aparır.  İnanıram ki, islam memarlığının inkişafı  məsələlərinə 

həsr olunmuş seminarınız da bu yolda atılmış mühüm 

addımlardan biri olacaq, xalqlarımızın mədəni və intellektual 

inkişafına yardım edəcəkdir. 

Seminarmızın işinə böyük uğurlar arzulayır, hər birinizə 

cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər diləyirəm. 



 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 21 sentyabr 1999-cu il 



  


_____________________________________________ 

44

 



 

ABŞ-ın AZƏRBAYCANDAKI SƏFİRİ  

STENLİ ESKUDERO İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı 



 

25 sentyabr 1999-cu il 

 

Heydər Əliyev: Sizi xoş gördük. İki-üç gün bundan öncə 

biz Azərbaycanda, Bakıda böyük tədbirlər keçirdik, “Əsrin 

müqaviləsi”nin beş illiyini qeyd etdik. Siz də bu işlərdə, 

mərasimlərdə fəal iştirak etdiniz. Amerika Birləşmiş Ştatlarının 

şirkətlərinin də çoxu iştirak edirdilər, bura gəlmişdilər. Xüsusən 

prezident cənab Bill Klintonun təbrik məktubu mərasimi çox 

zənginləşdirdi. Çünki bu məktubda sadəcə  təbrik deyil, bizim 

əldə etdiyimiz nailiyyətlərə verilən qiymət və  gələcək işlər 

haqqında çox dəyərli sözlər ifadə olunmuşdur.  Мən buna görə 

bir də təşəkkür edirəm. 

Cənab səfir,  şəxsən siz də çox gözəl çıxış etdiniz. Amerika 

Birləşmiş  Ştatlarının hökumətini təmsil etdiniz. Bizim 

ölkəmizdə bu mərasim çox böyük maraq doğurmuşdur və çox 

ruh yüksəkliyi  əmələ  gətirmişdir.  Şübhəsiz ki, bizim 

vətəndaşlarımızın  əksəriyyəti beş il bundan öncə imzalanmış 

müqavilənin əhəmiyyətini bilirlər və bu beş il müddətində əldə 

olunan nailiyyətləri də bilirlər. Ancaq sentyabrın 20-də biz bu 

beş il müddətində  əldə olunan nailiyyətlər haqqında ümumi 

sözlərlə yox, konkret faktlarla, konkret rəqəmlərlə, konkret 

göstəricilərlə bir daha vətəndaşlarımıza bildirdik ki, “Əsrin 

müqaviləsi” nədən ibarətdir, Azərbaycana nə kimi faydalar - 

həm siyasi,  həm  iqtisadi,  həm  də  sosial  faydalar  veribdir  və 

  

 




_____________________________________________ 

45

 



gələcəkdə Azərbaycan xalqı bu müqavilədən nə gözləyir. Bizim 

əsas məqsədimiz bu idi və hesab edirəm ki, biz buna nail olduq. 

Мən sizə öz təəssüratlarım haqqında sözlərimi dedim. Buyurun. 

Stenli Eskudero:  Cənab prezident, yəqin ki, Siz 

təəccüblənməzsiniz - mən Sizin dediklərinizlə tam razıyam. 

Prezident Klintonun məktubunu izah etməyiniz,  əlbəttə, çox 

düzgün, doğru izahdır. Bu isə  о deməkdir ki, biz Azərbaycanı 

əvvəllər də dəstəkləmişik, indi də dəstəkləyirik və gələcəkdə də 

Azərbaycanın həm ərazi bütövlüyünü, həm də iqtisadi inkişafını 

dəstəkləyəcəyik. 

Bu mənada,  сənаb prezident, Siz gələcək haqqında 

danışarkən,  əlbəttə, neft müqavilələrinin adlarını inamla çəkə 

bilərsiniz. Bu sözləri yalnız neft sahəsinə deyil, eyni zamanda 

qaz sahəsinə aid etmək istəyirəm. Bu yaxınlarda “Şahdəniz” 

yatağından səmt qazının tapılması  о deməkdir ki, burada yeni 

müqavilələrin imzalanması gözlənilir. Bunu hələ praktik iş 

təsdiq etməsə  də, seysmik məlumatlar təsdiq edir ki, burada 

böyük, hətta deyərdim ki, nəhəng qaz ehtiyatı, təbii ehtiyatlar 

vardır. Bu о deməkdir ki, ümumiyyətlə, Azərbaycan bu 

strukturları inkişaf etdirməlidir. Bunları inkişaf etdirmək üçün 

buraya  şirkətlər dəvət ediləcək, bu işə  cəlb olunacaqdır. Daha 

sonra layihəni həyata keçirməkdən ötrü qurğular lazım olacaq, 

qazın ixracı üçün kəmərlər tikilməsi gərək olacaqdır. Bu 

baxımdan Azərbaycan  əvvəlcədən gələcəyi təmin olunmuş  və 

qibtə ediləsi bir vəziyyətdədir. 

Cənab prezident, bunların hamısı  “Əsrin müqaviləsi”nin 

imzalanmasından başlandı. Bu, daha sonra güclü, nəhəng milli 

struktur adlandırılacaq böyük divarın ilk kərpici idi. Elə bilirəm 

ki, bu cür atalar sözləri Mərkəzi Asiya ölkələrində vardır. 

Мənсə, Qafqazda da belə bir atalar sözü var ki, “əgər böyük 

divar tikmək istəyirsənsə, birinci kərpicini düzgün qoy”. 

 



_____________________________________________ 

46

 



Heydər Əliyev: Doğrudur, belə atalar sözü var.  

Stenli  Eskudero:  Cənab prezident, deməliyəm ki, “Əsrin 

müqaviləsi”nin təməl daşı Sizin təşəbbüsünüzlə qoyularkən və 

Sizin göstərişlərinizlə Azərbaycan Dövlət Neft Şirkəti təməl 

daşını qoyarkən bu, düzgün qoyulmuşdur. 

Mən avqust ayında və sentyabrın əvvəlində ABŞ-da olarkən 

bütün ölkə boyu səfərlərimdə Azərbaycanın xeyrinə  çıxışlar 

etdim və gördüm ki, həqiqətən, biznes dairələrinin Azərbaycana 

gəlmək arzusu çox böyükdür. Həm Vaşinqtonda, həm Floridada, 

həm Hyustonda, Texas ştatında, həm də Alyaskada 

biznesmenlər Azərbaycana böyük maraq göstərirlər. Diqqətinizə 

xüsusi çatdırmaq istəyirəm ki, Alyaskada biznesmenlər, xüsusilə 

neft sahəsi ilə  məşğul olanlar çox istəyirlər ki, noyabr ayında 

Bakıya gəlsinlər. Onlar ticarət nümayəndə heyətinin tərkibində 

Azərbaycana, Bakıya gəlib burada lazımi danışıqlar aparmaq və 

şəraiti yerində görmək istəyirlər. Amerika biznesmenləri daim 

buraya gəlməkdədirlər. 



Heydər Əliyev: Bu, çox yaxşı haldır. Biz bunu istəyirik. 

Stenli Eskudero: Cənab prezident, Sizə onu da deməliyəm 

ki, biz - Amerika Birləşmiş  Ştatları, eləcə  də Minsk qrupunun 

digər üzvləri çox şadıq və çox sevinirik ki, Siz belə bir təşəbbüs 

irəli sürmüsünüz. İkitərəfli danışıqlar yalnız prezidentlər 

səviyyəsində deyil, bütün mümkün müxtəlif səviyyələrdə davam 

etdiriləcəkdir. Bu vasitə ilə Dağlıq Qarabağ  məsələsinə

ümumiyyətlə, regiona sülh gətirmək məsələsinə yollar açılması 

gözlənilir. Eyni zamanda aydındır ki, bu narahat problemi həll 

etməkdən ötrü yalnız bu ölkələrin liderləri, yəni prezidentlər öz 

aralarında razılığa gələ bilərlər. Yalnız Siz Azərbaycana sülh 

gətirə bilərsiniz. Minsk qrupunda bizim rolumuz ondan 

iləarətdir ki, bu məsələnin həllini daha hamar edək, 

sürətləndirək. Elə bilirəm ki, çox 

  

 



 


Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə