MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   2   3   4   5   6   7   8   9   ...   157

_____________________________________________ 

18

 



evin uçuqları altında həlak olarkən, bu barədə  nəyi isə izah 

etmək və nəsə demək çətindir. 

Sizə demək istədiklərim bunlardır. Mənə ayırdığınız vaxta 

görə, fikirlərimizi söyləməyə imkan verdiyinizə görə sizə bir 

daha təşəkkür edirəm. Burada işləyən neft şirkətlərimizə 

göstərdiyiniz dəstəyə görə Yanacaq və Energetika Nazirliyi 

adından və təbii ki, hökumət adından minnətdaram. Sağ olun. 

Heydər Əliyev: Viktor İvanoviç, sizə təşəkkür edirəm. 

İlk növbədə  mənim səhhətimlə bağlı xoş sözlərə görə sizə 

təşəkkürümü bildirirəm. Xoşbəxtliyimdən, hesab edirəm ki, 

xalqımın da xoşbəxtliyindən, sağlamlığım keçirdiyim 

əməliyyatdan sonra çox tez bəгра olundu, artıq çoxdan işə 

başlamışam və  zənnimcə, hələ bir çox illər öz xalqıma fayda 

verəcəуəm. 

Ailəniz, Azərbaycanla, Azərbaycanın neft sənayesi ilə 

bağlılığımız haqqında söylədikləriniz məni sevindirdi. Mən 

bunu bilmirdim. Bilmirdim ki, siz əslən Azərbaycandansınız, 

atanız burada neft sənayesində  işləyilə  və  “İkinci Bakı”nın 

mənimsənilməsi üçün bir çox başqa neftçilərlə birlikdə Rusiyaya 

köçüb getmisiniz. Bəli, belə  də olmuşdur. Yeri gəlmişkən, 

həmyerlimiz Nikolay Konstantinoviç Baybakov bu barədə tez-

tez danışır. Belə ki, о da Bakıda doğulmuş, burada böyümüşdür. 

Onun valideynləri, qohumları burada dəfn olunmuşlar. O, hələ 

cavan yaşlarında burada, Sabunçuda, о zaman “Leninneft” 

adlanan böyük bir neft mədənləri idarəsinin rəisi səviyyəsinə 

yüksəlmişdi.  İxtisaslı mütəxəssis kimi oradan Sovetlər 

İttifaqının yeni yataqlarının mənimsənilməsinə, Rusiyaya, 

“İkinci Bakı”ya göndərilmişdi. Ona görə  də  eşitməyimə  şadam 

ki, sizin atanız da Azərbaycanın neft sənayesinin inkişafında 

iştirak etmiş  və sonra azərbaycanlı kimi Rusiyaya, neft 

sənayesini daha da inkişaf etdirməyə getmişdir. Bunu eşitmək 

çox xoş idi. 

  

 



 


_____________________________________________ 

19

 



Əməkdaşlığımıza gəldikdə isə, siz bilirsiniz ki, Azərbaycan 

hamı üçün açıqdır. Bilmirəm, siz özünüzdə “LUKoyl”u başqa 

şirkətlərlə müqayisədə necə qiymətləndirirsiniz. “LUKoyl”u biz 

dəvət etməmişik, o, buraya özü gəlibdir.  Əgər neft şirkətləri 

olarsa və müsabiqədə başqalarına nisbətən daha yaxşı  şərtlər 

təklif edərlərsə, onda biz bunu etməyə  həmişə hazırıq. Yeri 

gəlmişkən, biz “LUKoyl”a heç vaxt heç bir güzəşt getməmişik, 

ona heç vaxt heç bir imtiyaz yaratmamışıq. Yoxsa kimsə düşünə 

bilər ki, Vahid Ələkbərov azərbaycanlıdır və biz müəyyən 

imtiyazlar yaratmışıq. Heç vaxt Çünki kommersiya 

maraqlarımız, milli maraqlarımız adamların hər hansı qarşılıqlı 

münasibətlərindən yüksəkdə durur.  

“LUKoyl” “Bi-Pi” və “AMOKO” kimi digər  şirkətlərlə 

birlikdə danışıqlar prosesinə fəal qoşulmuş və yer əldə etmişdir. 

Yeri gəlmişkən, özü də təkcə birinci müqavilədə yox. “Qarabağ” 

yatağına dair ikinci müqavilədə “LUKoyl” “Acip”lə birlikdə 

əslində operatorlar kimi çıxış etmiş, çox iş görmüşlər. Doğrudur, 

biz orada arzu olunan nəticəni  əldə etmədik. Lakin orada 

aparılmış iş çox faydalı oldu. Əgər infrastrukturla, bir çox digər 

hallarla bağlı problemlər nəzərə alınarsa, bu gün orada sənaye 

üsulu ilə neft hasilatına başlamaq hələlik  о  qədər də 

məqsədəuyğun deyildirsə, sabah mümkün olacaqdır. Yeri 

gəlmişkən, “Qarabağ” yatağı barəsində biz artıq təkliflər alırıq. 

Ona görə  də görülmüş  işlər hədər getməmişdir. “LUKoyl” 

birinci oldu və onunla birlikdə digər  şirkətlər Azərbaycan 

Dövlət Neft Şirkəti ilə  əl-ələ verilə  nəinki kəşfiyyat işləri 

apardılar, həm də orada neft olduğunu və özü də böyük 

miqdarda olduğunu proqnozlaşdırdılar.  Bu  neft  çıxarılacaqdır. 

Ola bilər “LUKoyl” da oraya qayıdacaqdır, bəlkə digər şirkətlər 

də qayıdacaqlar. Нər halda, artıq böyük iş görülmüşdür. 

Bizim sonrakı, üçüncü müqaviləmiz “Şahdəniz” yatağı 

haqqındadır. “LUKoyl” bu müqavilədə də çox mühüm yer 

  

 

 




_____________________________________________ 

20

 



tutur.   “Şahdəniz”  müqaviləsi üzrə    nə    kimi    nəticələr  əldə 

etdiyimiz indi artıq hamıya məlumdur.  Əlbəttə, hər  şey heç də 

həmişə rəvan olmur, siz neftçilər bunu bilirsiniz. Amma Allaha 

şükür ki, bəxtimiz gətirir. Ona görə yox ki, Allah bizə iltifat 

göstərir, ona görə ki, Azərbaycanın neft sənayesi çox əsaslı, 

fundamental, elmi bünövrəyə malikdir. Əgər bizim 

geoloqlarımız nəyisə müəyyən etmişlərsə, buna şəkk-şübhə ola 

bilməz. Budur, dünən “Şahdəniz” yatağı barəsində  də söhbət 

getdi. Biz orada iş apararkən mətbuatda, yeri gəlmişkən,  о 

cümlədən də Rusiya mətbuatında nə qədər müxtəlif yazılar  dərc  

edilirdi,  deyirdilər  ki,  görürsünüzmü,  Əliyev adamlara  kələk  

gəlir,  Azərbaycanın  nüfuzunu  qaldırmaq üçün Xəzər dənizində 

böyük neft ehtiyatları olduğu barədə əfsanə yaradır, əslində isə 

belə  şey yoxdur. Onlar cavablarını aldılar. Özü də  təkcə 

xaricdəki bədxahlarımız deyil, bəlkə  də  hətta, təəssüflər olsun, 

düşmənlərimiz də. Ölkəmizin daxilində də hər şey rəvan getmir. 

Natiq  Əliyevlə  İlham  Əliyev burada əyləşilələr, onların 

xatirindədir ki, “Şahdəniz”ə dair müqavilə kifayət qədər uzun 

müddət və “LUKoyl” ilə birlikdə hazırlanmışdı.  Biz onu 

hazırlayanda bilirdik ki, orada böyük qaz ehtiyatları var. Yeri 

gəlmişkən, hələ 1990-cı ildə neftçilərimiz, Azərbaycan neft 

şirkəti orada bir quyu qazmağa cəhd göstərmişdilər. Nəyə görə? 

Ona görə ki, geoloqlarımız, neftçilərimiz bilirdilər ki, orada 

böyük qaz yataqları var. Bizim başqa yataqlarımızda qaz hasilatı  

azalırdı.  Odur ki,  bu  azalmaya yol verməmək, qaz hasilatını 

artırmaq üçün biz həmin quyunu qazmaq   istəyirdik,   amma   

qaza   bilmədik,   çünki   suyun dərinliyi çoxdur - 400-500 

metrdir. Hesab edin ki, 600 metr qazmaq lazımdır. Başa 

düşürsünüzmü? Lakin bununla belə, bu yatağın çox perspektivli 

olduğu bizə məlum idi. Buna görə də biz oraya cəsarətlə getdik. 

  

 



Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə