N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   26   27   28   29   30   31   32   33   34

 
 
94 
rini  məna  baxımdan  ehtiva  edir  və 
dilçiliyin  riyaziyyat,  statistika,  ki-
bernetika elmləri kompleksi ilə qo-
vuşma  nöqtəsində  yaranan  yeni 
sahəsini əhatə edir. 
Kitabda  kompüter  linqvis-
tikası  tətbiqi  dilçiliyin  mühüm  bir 
sahəsi  kimi  araşdırılır.  «Kompüter 
dilçiliyini tətbiqi dilçiliyin başqa sa-
hələrindən  fərqləndirən  əsas  cəhət 
dil  materialının  kompüterlərdə  iş-
lənməsidir.  Müstəqil  bir  elm  sahəsi 
kimi  formalaşan  kompüter  dilçili-
yində  bir  çox  yeni  anlayış  və  ter-
minlərdən  istifadə  olunur.  Həmin 
termin  və  anlayışların  əksəriyyəti 
süni  intellekt  sistemlərində  və  koq-
nitiv dilçilikdə işlənir» (s. 27). 
Bu  gün  sözügedən  dilçilik 
koqnitiv  dilçiliklə  sıx  bağlı  şəkildə 
öyrənilir. Koqnitiv dilçilikdə dünya 
modeli  qurulur  və  onun  kompüter 
analoqu  yaradılır.  Dünya  modeli 
süni  intellekt  sistemlərində  xüsusi 
blok  sistemini  formalaşdırır.  Belə 
kompüter  modellərinin  linqvistik 
aspekti  kompüter  dilçiliyinin  də 
obyekti hesab olunur. 
Kitabda  kompüter  linqvi-
stikasının koqnitiv aspektləri və  is-
tiqamətləri  müəyyənləşdirilmişdir. 
Müəllif  hipermətnlərin  texnolo-
giyası 
üzərində 
müəyyən 
iş 
aparmış,  hipermətnlərin  nəzəri  və 
praktik  əsaslarını  təyin  etmişdir. 
Ümumiyyətlə, bu əsərdə hipermətn 
sistemi  çox  güclü  şəkildə  tədqiq 
olunur, kompüter sistemində hiper-
mətnlərin 
struktur-semantik 
və 
qrammatik 
əlamətləri 
çözülür. 
Azərbaycan  hipermətnlərinin  kom-
püterdə  realizasiyası  iyerarxik  və 
şəbəkə  şəklində  gerçəkləşir.  Hi-
permətn  elementləri  arasında  müna-
sibətlər aydınlaşdırılır.  
M.  Mahmudov  Azərbaycan 
dilçiliyinə, sözün həqiqi mənasında, 
bir sıra yeniliklər, təzə terminlər də 
gətirmişdir.  Onlardan  biri  hiper-
mətn terminidir. Müəllif bu termin-
anlayışı  belə  interpretasiya  edir: 
«Hipermətn mətnlərin xüsusi üsulla 
təşkilidir.  İstifadəçi  mətni  və  onun 
ayrı-ayrı  fraqmentlərini  müxtəlif 
əlaqə  tiplərinə  görə  bağlaya  bilər. 
Burada  assosiativ  münasibətlər  də 
mühüm  rol  oynayır.  Müxtəlif  ardı-
cıllıqla  internetdə  yerləşdirilmiş 
mətnə  istənilən vaxtda müraciət et-
mək,  oradan  istənilən  mövzu  ilə 
bağlı  məlumat  əldə  etmək  müm-
kündür.  Hipermətn  sistemi  infor-
masiya  texnologiyaları  sahəsində 
inqilab  kimi  səciyyələndirilə  bilər» 
(s. 39). 
Kitabın  mündəricatı  əhatəli-
dir.  Redaktorların  yazdığı  «Kom-
püter dilçiliyi» əsərinə ön söz və ya 
dilçilik  müasir  dəqiq  elmlər  orbi-
tində» adlı yazıdan, 9 fəsildən, son-
luqdan, zəngin ədəbiyyat siyahısın-
dan ibarətdir.  
«Ön    söz»ün    müəllifləri  
A. Axundov və İ. Tahirov yazırlar: 
«İnanırıq  ki,  dil  və  nitqin  dialektik 
vəhdətinin  ünsürləri  kimi  mətn 
vahidlərinin  sistem-struktur-semio-
loji 
mərhələ-səviyyələri 
və 
çoxşaxəli-səviyyələrarası 
model-
ləşdirilməsi  sahəsində  işləyib  ha-
zırladığı  bütöv  linqvistik  konsep-
siya»nın  (A.  Ələkbərov)  müəllifi 
olaraq  Məsud  Mahmudov  və  onun 
davamçıları  Azərbaycan  Respub-


 
 
95 
likası  Prezidentinin  2013-cü  il        
9  aprel  tarixli  Sərəncamı  ilə  təsdiq 
edilmiş 
«Azərbaycan 
dilinin 
qloballaşma  şəraitində  zamanın 
tələblərinə  uyğun  istifadəsinə  və 
ölkədə  dilçiliyin  inkişafına  dair 
“Dövlət  Proqramı”nda  fövqəladə 
əhəmiyyətli  aktual  sosial  sifariş 
kimi nəzərdə tutulmuş, Azərbaycan 
dilinin  daha  geniş  istifadəsinin 
təmin edilməsi üçün internet texno-
logiyalarının,  maşın  tərcüməsi  sis-
temlərinin  və  digər  müasir  tətbiqi-
linqvistik  texnologiyaların  yaradıl-
ması  və  inkişaf etdirilməsi  işinə də 
öz töhfələrini verəcəklər» (s. 11). 
Əsərin  I  fəslində  kompüter 
dilçiliyi dilçiliyin yeni bir sahəsi kimi 
təqdim olunur. Bu fəslin 5 yarımböl-
məsində  ənənəvi  dilçiliyə  qeyri-
ənənəvi 
baxışlara 
münasibət 
bildirilir,  kompüter  dilçiliyi  anlayı-
şının  mahiyyəti  açılır,  həmin  dilçi-
liyin  sahələri  göstərilir,  mətn  kom-
püter dilçiliyinin obyekti kimi götü-
rülür  və  nəhayət  kompüterlərdə 
mətnlərin  formal  işlənmə  məsə-
lələri aydınlaşdırılır. 
Təqdir ediləsi bir hal müəllif 
tərəfindən kompüter dilçiliyinin bir 
sıra  istiqamətlərinin  müəyyənləşdi-
rilməsidir: 1) təbii mətnin təhlili və 
sintezi  məsələləri;  2)  məlumat-ax-
tarış  sistemlərinin  işlənib  hazır-
lanması;  3)  süjet  quruluşunun  mo-
delləşdirilməsi. 
II  fəsil  «Azərbaycan  dilinin 
milli  korpusu»  adlanır.  Bu  fəslin 
ayrı-ayrı  bölmələrində  müxtəlif  lü-
ğətlərə  müraciət  edən  müəllif  kor-
pus termininin hansı mənaları daşı-
dığını göstərir, bu çoxmənalı sözün 
semantik tutumu  və  aid olduğu an-
layışların  məna  əlaqəsini  müəy-
yənləşdirir  və  bəlli  olur  ki,  korpus 
sözü sözügedən dilçilikdə fərqli an-
lamda istifadə edilir. Kompüter dil-
çiliyində  korpus  dedikdə,  hər  hansı 
bir konkret dildə mətnlərin elektron 
formada  toplanmasına  istiqamət-
lənmiş məlumat axtarışı sistemi ba-
şa  düşülür  (s.  44).  Müəllif  ümumi 
məsələlərdən sonra milli dil korpus-
larından  bəhs  edir,  türk  dillərinin, 
başqırd  dilinin,  rus  dilinin  milli 
korpuslarını  şərh  edir,  bəzi  mətn 
korpusları,  nitq  korpusları,  həm-
çinin də dilimizin milli korpusunun 
yaradılmasının  nəzəri  və  praktik 
məsələlərini  aydınlaşdırmağa  çalı-
şır.  Dilimizin  milli  korpusunun 
strukturunu müəyyənləşdirir. 
«Kompüter  lüğətçiliyi»  –  bu 
sanballı  kitabın  III  fəslini  təşkil 
edir.  Belə  bir  lüğətçilik  leksiko-
qrafiyanın  inkişafında, sözsüz, yeni 
mərhələ  yaradır.  Kompüter  lüğət-
çiliyi  anlayışını  aydın  və  məntiqi 
şərh  verən  M.  Mahmudov  kompü-
terin  köməyi  ilə  tərtib  olunmuş 
lüğətlərin  üstünlüyündən,  internet 
məkanında  yerləşdirilmiş  elektron 
lüğətlərin əhəmiyyətli cəhətlərindən 
söz  açır.  «Gələcəkdə  bu  tipli 
lüğətlərin  daha  da  təkmilləşdiril-
məsi və genişləndirilməsi imkanları 
da böyükdür. Kompüter lüğətlərinin 
daha  bir  üstün  cəhəti  onların  canlı 
orqanizm  kimi  daim  inkişafda  və 
ətraf  mühitlə,  cəmiyyətlə  təmasda 
olmasıdır.  Bu  tipli  lüğətlərin  gə-
ləcəkdə elə  yeni cəhətləri, imkanları 
ola bilər ki, elmin indiki durumunda, 
cəmiyyətin 
indiki 
inkişaf 
sə-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə