N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 
 
74 
Qurucu  Daviddən  sonra  III  Georgi,  I  Tamar  və  Rusudan  həmin 
siyasəti  davam  etdirdilər.  Tamarın  və  qızı  Rusudanın  ərlərindən  başqa 
çoxsaylı aşnaları vardı [27. S. 39; 11. S. 25]. 
Akad.  Mari  Brosse  yazır  ki,  Şota  Rustavelinin  poemasına  dəfələrlə 
əlavələr və düzəlişlər edilmişdir [27. S. 102]. Ancaq yenə də orada şərq və 
müsəlman  dövlətçiliyindən  gələn  çoxsaylı  titullar,  etnoqrafik  terminlər 
qalmaqdadır:  vazir  –  vəzir,  spasalar  –  qoşun  başçısı,  Koran  –  Quran, 
Kəbə – müqəddəs yer, zaradxana – silah anbarı, çanq – cəng, nay – bala-
man və s. [2. S. 26; 10. S. 6; 9. S. 113, 331, 333]. 
Əsərdə ‘qədəh’ anlamında ayaq, ‘eşikağası’ mənasında eşikaqas et-
noqrafik terminləri işlənmişdir [12. S. 102]. Tacir arvadı Patma poemada 
gah  xatun,  gah  xanım  titulu  ilə  verilir  [9.  S.  222,  265,  333].  Quş  adla-
rından  turac  əsərdə  bir  neçə  dəfə  təkrar  olunur.  Ancaq  əsəri  nəşrə  ha-
zırlayanlar  onun  türk  sözü  olması  barədə  bir  söz  demirlər  [9.  S.  332]. 
Bircə onu qeyd edirlər ki, turac yalnız Qafqazda yaşayan ov quşudur.  
Şota  Rustaveli  Xatayetinin  hökmdarını  xan  adlandırır  [9.  S.  95]. 
Xatayeti Kitay türklərinin ölkəsidir. İbn-əl-Əsir (XIII əsr) «Əl-kamil-fi-t-
tarix»  əsərində  yazır:  «Xatay  Çinin  bir  mahalının  və  Xəta  türklərinin 
adıdır»  [28.  S.  50].  Mahmud  Kaşğarinin  lüğətində  deyilir:  «Çin  adlanan 
ölkə üçdür. Orta Çinə Xitay deyirlər» [29. S. 726]. 
Xatay eyni zamanda Türkiyə ilə Suriya arasındakı qədim mahalın adıdır. 
Şota  Rustaveli  Xatayeti  deyərkən  onların  hansını  nəzərdə  tutur,  bu  məlum 
deyil. Məlum olan odur ki, həm Çin Türküstanında, həm də Şimali Suriyada 
Xatay və Kaşğar adlı mahallar, şəhərlər olmuşdur. E. ö. II minilliyə aid Xett və 
e. ö. I minilliyə aid Urartu kitabələrində Xatay mahalının adı Xate, Kaşğar 
şəhərinin adı  Kaşqar kimi  yazıya alınmışdır [30. S. 122, 237; 6. S. 429]. 
Şah  İsmayıl  Xətai  (Xətayi)  Suriyadan  Ərdəbilə  köçürülən  xataylardan 
çıxmışdır [31. S. 263–265]. 
Şota Rustaveli zadəganların at üstündə topla oynadıqları oyunu çokan 
adlandırır. Azərbaycan dilinə tərcümədə o söz ‘top oyunu’ kimi verilmişdir. 
Rus dilinə tərcümələrdə isə o, orijinala yaxın formada – çovkan formasında 
saxlanılmışdır.  N.  Y.  Marrın  fikrincə,  çokan  fars  dilindəki  covkan  sözün-
dəndir [2. S. 40]. N. Y. Marr nəzərə alır ki, çovkanı oturaq farslar yox, atlı 
türklər oynayırdılar. Çovkan türk dillərindəki çovumaq felindən törəmişdir. 
Şota Rustavelinin poemasında Siren  mifoloji obrazı  var. Siren cən-
nətdə  şirin  səslə  oxuyan  quşlara  deyilir  [9.  S.  332].  Gürcü  həmkarından 
fərqli olaraq Nizami Gəncəvi Şirin adını surətini şirinliklə bağlayır və onu 
şəkərlə müqayisə edir. 
Nizami ilə müqayisədə Şota Rustaveli Şirin mifoloji obrazının daha 
arxaik variantını dünyəvi ədəbiyyata gətirmişdir. Ona görə də o, kilsə xa-
dimlərinin qəzəbinə düçar olurdu. Hətta iş o yerə çatmışdı ki, katolikos 
I Antoninin fitvası ilə şairin kitablarını Kür çayına atmışdılar.  


 
 
75 
Homerin «İliada» poemasında Siren gözəl səslə oxuyan qızlara de-
yilir [32. S. 188]. Siren qızların oxuduqları mifik mahnı Ellada folkloruna 
Sirenada kimi daxil olmuşdur. Sirenada oxuyan qızlar öz şirin səsləri ilə də-
nizçiləri məftun edir, onları uzaq adalara apararaq suda boğub öldürürdülər. 
Ernst Renan yazır ki, Siren Ellada panteonuna Aralıq dənizinin şər-
qində yaşayan etnoslardan keçmişdir. Həmin etnoslar şirin səsli dəniz mə-
ləklərini Siren adlandırırdılar [23. S. 226]. 
Siren  qızlar  Ellada  folkloruna  mənfi  obrazlar  kimi  daxil  olmuşlar. 
Bu da ondan irəli gəlir ki, sevimli qızları Siren olan etnoslar Troya müha-
ribəsində yunanların yox, troyalıların tərəfini saxlayırdılar.  
Siren kultu şərq folklorunda islamiyyətin və xristianlığın təsiri ilə öz 
arxaik  məzmununu  itirmiş,  yalnız  sevgi  timsalı  kimi  bədii  ədəbiyyatda 
qalmışdır. Çuvaş folklorunda isə onun arxaik variantlarının bəzi izləri gö-
rünür,  XIX  əsrdə  yaşamış  çuvaş  şairi  Maksim  Arzamasov  yazır  ki,  çu-
vaşlar ilin yaz fəslində keçirdikləri Seren (sevgi) ayini zamanı Kərəm adlı 
bulaq başında paklıq və bakirəlik ilahəsi Əsliyə ağ qaz qurban kəsərdilər 
[34. S. 21–22]. 
Şota Rustaveli Türküstan xanının arvadını İtiçine adlandırır [1. S. 229]. 
Əslində İtiçine, yəni itiçənə, zəvzək xanımın adı deyil, ləqəbidir. V. V. Radlov 
çine sözünün türk dillərində ‘çənə’ mənasında işləndiyini göstərmişdir.  
Poema Aran dilinin və düşüncəsinin izləri ilə o qədər zəngin idi ki, 
çar VI Vaxtanq 1712-ci ildə onu yenidən redaktə etdi. Daha doğrusu, re-
daktə etmədi, əsərdə qalmış  bütün qeyri-gürcü  beytləri  mətndən çıxartdı. 
İ.  M.  Rubanovski  poemanın  Peterburqun  «Academia»  nəşriyyatı  tərəfin-
dən çap olunan 1937-ci il nəşrinə ön sözündə yazır: «Çar VI Vaxtanq əsə-
ri  redaktə  etməmişdir,  redaktə  adı  altında  onun  ən  qiymətli  fəsillərini  və 
beytlərini qayçılayıb atmışdır» [35. S. 18–19]. 
VI Vaxtanqın əsərə əlavələrini N. Y. Marrdan və İ. M. Rubanovski-
dən xeyli qabaq XIX əsrin ortalarında A. İ. Saracişvili duymuşdu. Saraclı 
nəslindən  olan  xristian  soydaşımız  poemada  13  şübhəli  beytin  olduğunu 
sübuta  yetirdi  [2.  S.  III].  Əsərin  1712-ci  ildən  öncəki  nüsxələri  əlimizdə 
olsaydı, biz birmənalı şəkildə deyərdik: «Bars dərisi geymiş koma» Aran 
epik dastanı olub, Şota Rustaveli tərəfindən qurd dilinə tərcümə edilmiş-
dir. Şair özü əsərin başlanğıcında bunu etiraf edir. Ancaq poemanın sətri 
tərcüməsini  hazırlayan  gürcü  mətnşünasları  Ran,  yəni  Aran  adını  İran 
kimi yazaraq diqqəti yayındırmışlar. 
 
 
 
Bu bir İran dastanıydı, dolaşırdı dildən-dilə, 
Onu gürcü dilində mən şeirə saldım bilə-bilə [35. S. 10]. 
 
Eта повест, из Ирана занесyoннаya давно, 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə