N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 
 
63 
Mətndəki  sözlər  və  ifadələr  arasında  cümləyə  xas  olan  bir  əla-
mətin,  semantik  və  məntiqi  tamlığın,  bitkin  bir  fikrin  ifadəsinin  məhz 
qədim  türk  dilində  açılması  etrusk  dilinin  türk  mənşəli  olduğunu 
göstərmirmi?  
Digər  etrusk  mətnlərində  də  türkizmlər  bitkin  cümlə  səviyyəsində  tə-
zahür  edir  və  bitkin  fikir  ifadə  edir.  Misal  üçün,  rəsmdə  gənc  qadın  yola 
saldığı döyüşçüyə ii ulath ilina inath deyə müraciət edir ki, bu da həm leksik-
semantik  tamlığı, 
həm  də  morfoloji  quruluşu 
etibarilə 
məhz 
türkcədir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
iyi ulaş iline, inath 
‘yaxşı çat elinə, sağal’ 
 
ii – türk iyi ‘yaxşı’; 
ulath – türk ulaş (th-ş); 
 
ilina – il-in (ismin yiyəlik halı) – a (yönlük hal) – türk il-in-e
inath – qədim turk yinath ‘sağal’, ‘yaxşılaş’. 
 
Göründüyü  kimi,  mətndəki  sözlərin  dördü  də  semantik  baxımdan 
bir-birini  tamamlayır:  yaxşı  →  çat  →  elinə  →  sağal  və  üstəlik,  mətnin 
qrammatik quruluşu da tamamilə türkcədir. 
Tərcümə  ilə rəsmin  məzmunu – qızın döyüşçü  ilə vidalaşması səh-
nəsi arasında əlaqə aşkardır. 
 


 
 
64 
Ulath – ulaş arasındakı samit əvəzlənməsi (th – ş) bir neçə etrusk-
türk paralelində də özünü göstərir. Ehsanvermə mərasimi ilə bağlı bir et-
rusk mətnindəki athaes atha qədim türk dilindəki aşa (‘ye’), iç aşa (‘ye-
iç’) felləridir. 
Ümumtürk ş samitinin bəzən çuvaş dilində də th ilə deyildiyi müşa-
hidə olunur (baş – çuvaş puth – çuvaş eth
Etrusk  dilinin  tam  leksik  və  morfoloji  cümlə  səviyyəsində  türkcə 
şərhi mifologiya ilə bağlı bir mətndə də şəffaf olaraq görünür. Məzar sü-
tunu  üzərindəki  bir  yazıda  etrusk  dilinin  qədim  türk  mahiyyəti  xüsusilə 
yüksək bir səviyyədə öz ifadəsini tapır: 
 
 
 
 
 
 
 
hermial. kapzna. slman. sexis. kapzna 
‘Hermesin qapısına saldırma, axirət qapısına’ 
 
Mətndə  yiyəlik  halda  olan  hermial  qədim  yunan  mifologiyasında 
ölənlərin  ruhunu  o  dünyaya  yola  salmaq  funksiyasını  daşımış  Hermesi 
bildirir. Məzar üzərində qoyulan bu sütun o dünyaya gedən yolun simvo-
lu, qapısı hesab edilər və Hermes ilə bağlanardı. Odur ki, müqəddəs sayı-
lan bu qurğuya zərər gətirmək günah sayılardı [7. S. 292]. 
Sütun üzərində  yazılmış hermial  kapzna  slman  məhz qədim türkcə 
‘Hermesin  qapısına  xətər  yetirmə’  mənasındadır.  Yalnız  Hermial  (‘Her-
mesin’) Qafqaz dillərinə xas olan yiyəlik hal formasında olub, etrusk dili-
nin qeyri-türk komponentinə aiddir. Onu izləyən kapzna türk dillərində is-
min mənsubiyyət (- / -si) və yönlük (-na) hal şəkilçiləri qəbul etmiş qa-
pısına sözüdür. Slman isə qədim və müasir türk dillərində ‘vurmaq’, ‘sal-
dırmaq’, ‘zərər yetirmək’ mənalı sal felinin qədim türk dilinə xas olan in-
kar (-man, -men) şəklidir: salman ‘vurma’, ‘zərər yetirmə’. 
Latın dilindəki sal(io) (‘vurmaq’, ‘toxunmaq’) feli də eyni mənşəli-
dir və heç şübhəsiz, latın dilinin leksikasının formalaşmasında mühüm rol 
oynayan etrusk mənşəli yüzlərlə sözlərdən biridir. 
Mətnin  bu  hissəsi  şəffaf  şəkildə  ‘Hermesin  qapısına  zərər  yetirmə’ 
mənasındadır ki, bu da yuxarıda qeyd olunan mifoloji baxışla tam üst-üstə 
düşür. 
Mətnin ikinci hissəsi birincinin tam məntiqi davamıdır: 
 
sexis kapzna 
‘axirət qapısına’ 


 
 
65 
 
Sexis qədim türk yazılarında ‘qiyamət’, ‘axirət’, ‘haqq-hesab’ mənala-
rını  daşıyan sağis sözünün  fonetik  variantıdır. (Türk dillərində a – e saitlə-
rinin əvəzlənməsi geniş müşahidə olunur). 
Sexis kapzna aşkar olaraq ‘axirət qapısına’ mənasında olub, əvvəlki 
hissəni  mənaca tamamlayır: ‘Hermesin qapısına zərər  yetirmə, axirət qa-
pısına’.  
Yiyəlik halda olan hermial istisna olunmaqla mətn leksik və morfo-
loji baxımdan qədim türkcədir: 
 
  Etrusk   
 
 
          Qədim türk 
 
Hermial kapzna slman,  
 
[hermesin] kapısına salman, 
sexis kapzna    
 
 
 sağıs kapısına 
 
Bu  mətnin də qrammatik cümlə səviyyəsində qədim türkcə olması, 
mətndəki sözlər arasında semantik əlaqə,  nəticə etibarilə  bitkin  bir  fikrin 
ifadəsi  göz önündədir. Mətnin  iki  hissəsi  arasındakı  məntiqi  əlaqə də ta-
mamilə  şəffafdır,  Hermesin  qapısına  saldırma,  zərər  gətirmə,  çünki  o, 
axirət qapısıdır. 
Bu mətndə diqqəti cəlb edən həm də odur ki, onun qədim türkcə ortaya 
çıxan  məzmunu  regionun  mifoloji  reallığı  ilə  tam  üst-üstə  düşür.  Beləliklə, 
bir  tərəfdən  mətnin  məhz  qrammatik  cümlə  səviyyəsində  qədim  türkcə 
olması,  eyni  zamanda  regionun  məlum  bir  mifoloji  gerçəyini  –  məzar 
sütununun Hermesin qapısı sayılması ilə bağlı inancını əks etdirməsi etrusk 
dilinin qədim türkcə olması faktından qaynaqlanır. Əks halda edilən tərcümə 
həm linqvistik, həm də ekstra-linqvistik tələblərə cavab verməzdi. 
 
Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Məqalənin  elmi 
yeniliyini səciyyələndirən əsas cəhətlər odur ki, etrusk mətnlərinin qədim 
türk dillərində olması həm leksik, həm də morfoloji baxımdan, həm linq-
vistik,  həm  də  kulturoloji  amillərin  işığında  əsaslandırılır.  Elmi  işin 
nəticələri  digər  etrusk  mətnlərinin  qədim  türk  dilləri  əsasında  oxunması 
yolunda önəmli bir mərhələdir. 
 
 
Ə D Ə B İ Y Y A T  
 
1.  Ayda  A.  Etrüskler  (Tursakalar)  Türk  idiler.  Ankara:  Ayyıldız 
Matbaası A. Ş., 1992. 
2.  Самойлович А. Н. Тyuркологиya и новое учение о yaзыке: XLV 
академику Н. Y. Марру. М.; Л.: Изд-во АН СССР, 1935. 
3.  Майyaни З. Eтруски начинаyuт говорит. М.: Наука, 1966. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə