N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


    Etrusk  Çuvaş    lth th  leth thu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 
 
54 
 
Etrusk 
Çuvaş 
 
lth th 
leth thu ‘yağ göndərin’ 
lth sth 
leth set ‘süd göndərin’ 
 
Bu uyğunluq məşhur dilçi N. Y. Marrın çuvaş dilinin Avropanın ölü 
dillərinə körpü rolunu oynadığına dair fikrini təsdiq etmirmi? 
Etrusk  mətnində  lth  (‘aparmaq’)  felinə  əlavə  olunan  k  şəkilçisinin 
‘və’,  ‘həm  də’  mənasında  olduğunu  etruskoloqlar  bilinqvalar  əsasında 
müəyyən etmişlər. Bu halda lth k ‘həm də aparın’ kimi tərcümə olunur: 
 
sth  velshu  lth  k  th  velshu  ‘Süd  Velşuya,  aparın  həm  də  yağ 
Velşuya’. 
 
Tarixən etrusklar ilə əlaqələndirilən lidiyalıların da mətnlərində k şə-
kilçisi ‘və’ mənasında işlənmişdir. Həmin şəkilçi eyni zamanda qırğız dilin-
dəki ok, çuvaş dilindəki ax (‘və’, ‘həm də’) şəkilçisi ilə eyni mənşəlidir. 
Mətndəki  türkizmlər  ərzaq  adları  və  aparmaq  feli  ilə  məhdudlaş-
mayıb, əksər sözləri əhatə edir. Burada thapik qədim türk dilindəki tapığ 
(‘tapınma’, ‘etiqad’) sözündən th – t samit əvəzlənməsi ilə fərqlənir. Söz 
əvvəlində  bu  fonetik  əvəzlənmə  beynəlmiləl  fonetik  hadisə  olub,  hind-
avropa dilləri üçün də səciyyəvidir [4. S. 30]. 
 
1. sth velshu lth k th velshu inpa thapikun ‘süd Velşuya apar, həm 
də yağ Velşuya … etiqad olaraq’. 
Burada thapikun qədim türk dilindəki tapığ (‘tapınma’) felindən və 
vasitə,  uyğunluq,  müqayisə  bildirən  -un  (-ün,  -ın,  -in)  şəkilçisindən 
ibarətdir: tapığın ‘etiqad kimi’, ‘etiqad əlaməti olaraq’.  
 
Sətirdəki inpa çuvaş dilindəki unpa (‘onunla’, ‘ona görə’) sözünün 
morfoloji quruluşu (un ‘onun’ -pa ‘ilə’) sayəsində ‘bununla’ şəklində şərh 
oluna bilir: etrusk in ‘bu’, -pa ‘ilə’. Etruskologiyada in sözünün ‘bu’ mə-
nasında  olduğu  müəyyən  olunmuşdur.  inpa-nın  tərkibindəki  -pa  ünsürü 
isə məhz çuvaş dilindəki -pa birgəlik hal şəkilçisi (‘ilə’) işığında mənasını 
tapır.  Ən  önəmlisi  isə  budur  ki,  inpa  həmin  mənada  sətrin  məzmunu  ilə 
tam uzlaşır: ‘süd Velşuya, göndər həm də yağ Velşuya, bununla tapının’. 
Mətnin  üç  önəmli  sözü  fonetik-morfoloji  quruluşuna  görə  çuvaşca 
səslənir  th  –  thu  (‘yağ’)  və  inpa  (‘bununla’),  çuvaş  anpa,  lth  –  leth 
(‘göndər’). 
Mətn türk dilləri əsasında tam bərpa olunur: 
 
Etrusk 
Qədim türk / çuvaş 


 
 
55 
 
sth… lth k th inpa thapikun 
süt… leth ok thu unpa tapığın 
 
‘süd… apar həm də yağ, bununla 
tapının’ 
 
thapin  feli  ‘tapınmaq’  mənasında  həm  də  digər  şəffaf  türkizmlərin 
müşayiəti ilə aşağıdakı sətirdə işlənir: 
 
2. lth thapintas ath velshu th velshu 
 
Etrusk 
Qədim türk / çuvaş 
 
lth 
elt / leth ‘apar’ 
thapintas 
tapın  feli  +  qədim  türk  dilində  hərə-
kətin gələcəkdə olmaq zərurətini  bildi-
rən  taç  /  taçı  şəkilçisi:  buldaçı  ‘olası’, 
çuvaş tath: pultath ‘olası’ [5. S. 189]. 
ath (thapıntas ath) 
ət: tapıntaç ət ‘tapınmaq üçün qurban 
veriləsi ət’ 
th 
thu ‘yağ’ (çuvaş dilində) 
 
Sətir şəffaf olaraq ‘aparın tapınmaq üçün ət Velşuya, yağ Velşuya’ 
mənasındadır. 
Göründüyü  kimi,  oxuduğumuz  etrusk  mətninin  daxilində  aşkar  et-
diyimiz türkizmlərin eyni  məzmunlu olması,  yəni onların  hamısının qur-
banvermə  və etiqadla bağlılığı  mətnin düzgün oxunduğunu göstərən  mü-
hüm  bir  linqvistik  amildir.  Onlar  semantik  baxımdan  bir-birini  məntiqli 
şəkildə izləyir: qurbanlıq ərzaq adları (ath ‘ət’, sth ‘süd’, th ‘yağ’), onların 
çatdırılması  (lth  ‘apar,  çatdır’,  türk  ilet,  çuvaş  leth),  bu  qurbanlıqların 
etiqad əlaməti olması (thapin ‘tapınmaq’, thapik ‘tapınma, etiqad’, qədim 
türk tapıntapığ) və s.  
Sözlər  arasındakı  məntiqli  semantik  əlaqənin,  onların  qrammatik 
cümlə səviyyəsində bitkin bir fikri ifadə etməsinin məhz türk dilləri əsa-
sında əldə olunması etrusk dilinin türk mənşəli olduğunu göstərmirmi?  
Etruskologiya  tarixində  mətnlərin  hər  hansı  bir  dildə  qrammatik 
cümlə səviyyəsində oxunması təcrübəsi olmamışdır. Mətnləri türkcə oxu-
mağa  çalışanlar  isə  etrusk  dilinin  türk  mənşəli  olduğunu  bəyan  edərkən 
sadəcə  bir-iki  sözün  zahiri  uyğunluğuna  əsaslanmış,  sözlər  arasında  se-
mantik  əlaqənin  olması,  bitkin  bir  fikrin  ifadəsi  kimi  linqvistik  amilləri 
nəzərə  almamışlar.  Göstərilən  linqvistik  amilləri  nəzərə  almadan  tək-tək 
sözlərin zahiri uyğunluğu əsasında nəticə çıxarmaq qeyri-elmidir. 
5 * 


 
 
56 
Eyni  linqvistik-semantik  sistem oxuduğumuz  başqa etrusk mətn-
lərində də əldə olunur. Dini ayinlərlə bağlı mətnlər ardıcıl olaraq türk dini 
terminlərindən ibarət olub, bitkin bir fikri ifadə edən cümlə əmələ gətirir. 
Misal  üçün,  dini  ayinlərin  təsvir  olunduğu  bir  etrusk  mətni  («The 
tile of Capua») tamamilə qədim türk dini terminlərindən ibarətdir. 
 
Etrusk 
Çuvaş və qədim türk 
 
tule 
tüle / töle ‘borcunu, haqqını ödəmək’ 
apire 
abıra ‘sevgisini ifadə etmək’, ‘tərif etmək’ 
šanti 
sandı ‘sanlı’, ‘mötəbər’, ‘müqəddəs’ 
arvuš 
arviš ‘əfsun’, ‘sehir’ 
iluk 
ilak ‘ağı’ 
kuies 
kuykukeyiş ‘qüssə’ 
salu 
šalu ‘qurbanvermə’ 
vilu 
vile ‘ölü’ (çuvaşca) 
sun 
sunmaq 
eth 
etmək 
kuvei 
kuw ‘uğurlu’ və b. 
 
Mətndə apire / apirase feli, bir qayda olaraq, məlum etrusk tanrıla-
rının  adları  qarşısında  işlənərək,  onlara  tapınmağı,  etiqad  etməyi  ifadə 
edir. 
 
apirase lethamsul 
apire nuntheri 
apirase unialthi 
 
Bu  felin  mənası  qədim  qıpçaq  yazılarında  tanrı  və  mifoloji  surət-
lərin  adlarını  müşayiət  edən  abra  (‘sevmək’,  ‘sevgi  ifadə  etmək’)  feli 
sayəsində  açılır:  Biyqə…  abrayalım  ‘allaha  sevgimizi  bildirək’,  abradı 
İsraelni ‘İsraelə sevgisini bildirdi’ [6. S. 35]. 
Etrusk mətnindəki apire felinin türk dillərindəki çoxmənalı abra / 
abıra  / amra (‘sevmək’, ‘sevgisini bildirmək’, ‘xilas etmək’, ‘qorumaq’) 
feli ilə eyni mənşəli olması bütün hallarda müşahidə olunur. Bir neçə mə-
qamda Lethamsul adlı tanrıya ağı söyləməklə sevgi bildirmək ifadə olunur: 
 
ilukve apirase lethamsul 
 
Burada  ilukve  sözü  iluk  (türk  dillərində  ilak,  elak  ‘ağlama’ 
<  ila  – 
iğla ‘ağlamaq’) ismindən və ismin vasitə halını bildirən -ve şəkilçisindən 
ibarətdir: ilukve ‘ağı ilə’. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə