N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


  Bu şəkilçi türk dillərindəki birlə, bilə, ilə qoşmasının çuvaş və ka- raim dillərindəki -



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

 
 
57 
Bu şəkilçi türk dillərindəki birləbiləilə qoşmasının çuvaş və ka-
raim dillərindəki -pa / -pe / -be (‘ilə’, ‘vasitəsilə’) variantına uyğundur.  
Bu şəkilçinin  ‘ilə’, ‘vasitəsilə’  mənasında olduğunu etrusk və Fini-
kiya dillərində yazılmış eyni məzmunlu mətn (bilinqva) də sübut edir. Hə-
min mətnin Finikiya variantında ‘ilahə tərəfindən’ mənasında işlənən sö-
zün etrusk variantı da (ilakve) etruskoloqlar tərəfindən düzgün olaraq ‘ila-
hə tərəfindən’ kimi tərcümə olunur, lakin -ve şəkilçisinin mənşəyi açılmır. 
Gördüyümüz kimi, etrusk dilindəki -ve və türk dillərindəki -be / -pe / -pa 
(‘ilə’)  şəkilçilərinin  eyni  mənşəli  olması  Finikiya  bilinqvası  sayəsində 
aydın olur. 
Bu müqayisə etrusk mətnindəki ilukve sözünün ‘ağı vasitəsilə’ mə-
nasında olduğuna sübutdur.
 
Bundan  başqa,  iluk  (‘ağı’)  sözü  mətndə  yaxın  mənalı  kuiesxu  sözü 
ilə qoşa söz əmələ gətirir: iluku kuiesxu ‘ağı-qüssə’. kuiesxu sözünün bu məna-
sı türk dillərindəki keyiş (‘qüssə’, ‘kədər’ < keyi ‘kədərlənmək’), küy / koy (‘kə-
dərlənmək’, ‘göynəmək’) sözləri fonunda aydın olur: 
 
Etrusk 
Türk 
 
iluku kuiesxu 
ilak keyiş ‘ağı-kədər’ 
 
Mətnin digər sətirlərinin də dini səciyyəsi qədim türk dini terminləri 
sayəsində açılır. 
 
lethamsul iluku perpri šanti arvuš ta aius nuntheri 
‘Lethamsula ağıdan sonra (perpri) mötəbər bir əfsun da söyləyin’ 
 
Türk dilləri əsasında izahı olmayan perpri sözü həm burada, həm də 
digər  məqamlarda  iki  hərəkəti  əlaqələndirməyə  xidmət  edir:  tanrı  Letha-
ma ağı söylənməsini və sonra (perpri) başqa bir dini ayinin başlanmasını. 
Həmin ayin tamamilə qədim türkcədir: 
 
šanti arvuš ta aius nuntheri 
‘sanlı / mötəbər əfsun da söyləyin Nuntha’ 
Etrusk 
Qədim türk 
 
šanti 
sandı  türk  dillərindəki  sanlı 
sözünün  qədim 
bir 
fonetik  variantı  (‘san-
lı’,  ‘möhtərəm’,  ‘la-
yiqli’) 
arvuš 
arvış    ‘əfsun’,  qədim  türk  di-
lindəki  arva  (‘əfsun 


 
 
58 
etmək’) felindən 
ta 
ta / da (‘da’, ‘də’) 
aius (ai-us) 
ay (‘söyləmək’) feli 
eri şəkilçisi (Nuntheri) 
-ri  –  qədim  türk  dilində  yön-
lük  halı  bildirən  şəkilçi 
növü 
 
Mətndəki  aius  qədim  türk  dilindəki  ay  felinin  xahiş  forması  sayıla 
bilər.  -ız,  -iz  şəkilçisinin  Azərbaycan  dialektlərində  ‘xahiş,  nəzakətli  xa-
hiş’ mənasında işləndiyi məlumdur: gəlizoturuz. Eyni şəkilçi qədim türk 
dilində də işlənmişdir [6. S. 75]. 
Etrusk mətnindəki bu cümlənin qədim türk dilində tam leksik-qram-
matik qarşılığı alınır: 
 
Etrusk 
Qədim türk 
 
šanti arvuš ta aius 
sandi arviš ta ayız ‘mötəbər / 
/ layiqli əfsun da söyləyin’ 
 
Göründüyü kimi, šanti arvuš ta aius nuntheri tam bir cümlə səviyyəsində 
– həm leksik, həm də morfoloji baxımdan qədim türkcədir. Burada da bu və ya 
digər  sözün  deyil,  bütün  cümlənin  türkcə  səslənməsi  tam  aşkardır.  Həm  də 
yalnız  bu  cümlənin  deyil,  bütün  mətnin  yalnız  cüzi  istisnalarla  qədim  türkcə 
səslənməsinin,  onu  təşkil  edən  cümlələrin  eyni  məzmuna  (dini  ritual)  malik 
olmasının yalnız bir izahı vardır: etrusk dili qədim türk dilinin bir variantıdır. Bu 
həqiqətə inanmaq üçün sadəcə qədim türk dili ilə tanışlıq lazımdır. 
Xeyli  etrusk sözünün daxil olduğu  latın dili  də  bu həqiqəti qismən 
təsdiq edir. Bu dildəki haruspex (‘falabaxan’) sözünün tərkibindəki harus 
kəlməsinin  etrusk  mənşəli  olması  Avropa  etruskoloqlarına  məlumdur, 
sadəcə onun türk mənşəli olması onlara məlum deyildir. Harus mətndəki 
arvuš (‘əfsun’) ilə, eləcə də türk dillərindəki harva / arva (‘əfsunlamaq’) 
feli ilə eyni kökdəndir. Qədim türk dilindəki arvış (‘əfsun’) ismi də arva 
(‘əfsunlamaq’) feli əsasında yaranmışdır. 
Mətndəki  aius  (‘söyləyin’),  qədim  türk  dilindəki  ay  (‘söyləmək’), 
həm də latın dilindəki etrusk mənşəli aio (‘söyləmək’) eyni sözlərdir. 
Göründüyü  kimi,  latın  dilindəki  etrusk  mənşəli  sözlər  də  etrusk 
mətnlərinin düzgün oxunduğunu təsdiqləyən daha bir dil faktorudur. 
Qədim türkcə səslənən  və  mətnin ümumi  məzmununu tamamlayan 
daha bir sətir: 
šanti ma vilu tule 
 


 
 
59 
Leksik  və  morfoloji  baxımdan  tamamilə  qədim  türkcə  olan  və 
mətnin əvvəlki cümlələrinin məntiqi davamı olan bu sətir ‘həm də layiqli 
ölü borcunu ödəmək’ kimi tərcümə olunur: 
 
Etrusk 
Qədim türk 
 
šanti 
sandı ‘sanlı’, ‘layiqli’, ‘mötəbər’ 
ma 
ma ‘həm də’ 
vilu 
vile ‘ölü’ (çuvaşca) 
tule 
tüle (çuvaşca) 
töle (qədim türkcə) ‘borcunu ödəmək’, 
‘haqqını ödəmək’ 
 
Qədim  türk  və  çuvaş  dillərinin  materialı  əsasında  yuxarıdakı  cüm-
lənin tam leksik-morfoloji qarşılığı əldə olunur: 
 
Etrusk 
Qədim türk / çuvaş 
 
šanti ma vilu tule 
sandı ma vile tüle ‘həm də mötəbər 
ölü borcunu ödəmək’ 
 
Qədim  türk  dilində  ma  hissəciyi  (‘həm  də’,  ‘və’)  çox  geniş  işlən-
mişdir: adın-ma taqı bar sözüm ‘mənim həm də başqa bir sözüm var’: ya-
na-ma ayıttı… ‘və yenə soruşdu’. 
Etrusk mətnindəki  ma  hissəciyinin  ‘və’, ‘həm də’  mənasında oldu-
ğunu daha bir faktor sübut edir: tarixən etrusklarla əlaqələndirilən lidiya-
lıların da dilində ma eyni mənada işlənmişdir. 
Etrusklarla  eyni  regionda  yaşamış  romalıların,  yunanların,  hat  və  hur-
rilərin də dillərində işlənmiş bir çox türkizmlərin mənbəyi regionun türk kökənli 
troyan,  etrusk  və  digər  dilləri  olmuşdur.  Odur  ki,  etrusk  mətnlərinin  düzgün 
tərcüməsini  yalnız  türk  dillərinin  faktları  deyil,  həm  də  latın,  Lidiya,  qədim 
yunan və başqa qədim dillərdəki alınma türkizmlər (etruskizmlər) təsdiq edir. 
Etrusk  dilində  sami  mənşəli  alınma  sözlərin  olması  etruskoloqlara 
məlumdur.  Xüsusilə  finikiyalılarla  etruskların  sıx  regional  əlaqəsi 
nəticəsində  etrusk  dilinə  nesl  (‘nəsil’),  meit  (‘meyid’)  və  digər  sami  ele-
mentləri daxil olmuşdur. Bu siyahıya huzr (‘hüzur’) sözü də daxildir. 
Laris Pulena adlı mərhumun epitafiyasının da məzmunu qədim türk 
dili sayəsində aydın olur. Bu mətn başdan-ayağa mərhumun ruhunun tan-
rılara  qovuşmasından,  tanrıların  hüzurunda  rahatlıq  tapmasından  bəhs 
edir. Həmin tanrılar Alumnath, Cath, Paxanak və Hermudur: 
 
pul Alumnath pul Hermu huzrna tre 
‘Yetiş Alumnath və Hermunun hüzuruna xidmətə / haqqa’ 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə