N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


  yozduğu thap felinin türk mənşəli tap /



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 
 
52 
yozduğu thap felinin türk mənşəli tap / tapın (‘tapınmaq’) feli olduğunu 
[1. S. 290–291] və  yaxud tanrılara sitayiş kimi  yozulan makte  felinin  bir 
sıra türk dillərində indi də işlənən makta (‘tərif etmək’) feli olduğunu [1. 
S. 256–257] müəyyən etdi. 
Qərb  dilçiləri  bir  sıra  hallarda  ayrı-ayrı  etrusk  sözlərinin  düzgün 
mənasını  təyin  etsələr  də,  türk  dillərindəkindən  fonetik  quruluşuna  görə 
fərqlənən  həmin  sözlərin  türk  mənşəli  olduğunu  duymamışlar.  Misal 
üçün, bir etrusk mətnində flerth felini haqlı olaraq ‘bəlli etmək’ kimi qə-
bul  edən  bir  tədqiqatçı  onun  türk  dillərindəki  belirt  (‘bəlli  etmək’)  sözü 
olduğunu  duymamış,  e.  ə.  I  minillikdə  danışılmış  etrusk  dili  ilə  çağdaş 
türk dilləri arasında sabit şəkildə özünü göstərən b – f, th – t və başqa sa-
mit əvəzlənmələrini görməmişlər. 
Digər  türk  dillərindən  əsaslı  şəkildə  fərqlənən  çuvaş  dili  ilə  etrusk 
dilinin  fonetik  sistemləri  arasında  aşkar  etdiyimiz  yaxınlıq  isə  aşkar  ola-
raq, etrusk dilinin sirrinə açar rolunu oynayır. Hələ XIX əsrin 30-cu illə-
rində məşhur sovet dilçisi akad. N. Y. Marr çuvaş dilinin  Avropanın ölü 
dillərinə açar rolunu oynaya biləcəyini göstərirdi [2. S. 115]. 
Apardığımız araşdırmalar nəticəsində aşkar olunur ki, çuvaş dili fo-
netik baxımdan etrusk və türk dilləri arasında, doğrudan da, körpü rolunu 
oynaya  bilir.  Misal  üçün,  çuvaş  dilini  digər  türk dillərindən  fərqləndirən 
əsas fonetik fərqlərdən biri bu dildə söz əvvəlində dişarası th samitinin di-
gər  türk  dillərində  y  samitinə  uyğun  gəlməsidir.  Bəzən  isə  söz  sonunda 
ümumtürk t samiti çuvaş dilində th şəklində deyilir: 
 
 
Ümumtürk 
 
    Çuvaş 
1.  yavru ‘bala’ 
thur < thavar 
 
yan ‘yanmaq’ 
thun 
 
yağ 
thu < thav 
 
yağmur 
thumar 
 
yarık 
thurak 
2.  ilet / elt ‘aparmaq’ 
2. leth 
 
Yavru sözünün çuvaş dilindəki variantı olan thur (‘bala’) etrusk di-
lində  naməlum  mənşəli  sayılan  thur  (‘övlad’)  sözü  deyildirmi?  Bilinq-
vaların köməyi ilə bu sözün “övlad” mənasında olduğunu müəyyən edən 
Avropa etruskoloqları onun mənşəyini təyin edə bilməmişlər. 
Siyahıdakı yağ və ilet / elt (‘aparmaq’, ‘çatdırmaq’) sözlərinin çuvaş 
dilindəki  variantları  olan  thu  və  leth  isə  başqa  bir  etrusk  mətninə  açar 
rolunu oynayır. Mifoloji  surətlərə (Velshu, Şuplu, Kleuste  və  b.) qurbanlıq 
aparmaqdan  bəhs  edən  bu  etrusk  mətnindəki  th  sözünün  ‘yağ’  mənasında 
olduğu çuvaş dilindəki thu (‘yağ’) sözünün, lth felinin ‘aparmaq’ mənasında 
olduğu isə çuvaş dilindəki leth (‘apar’, ‘çatdır’) feli sayəsində müəyyən olu-


 
 
53 
nur. Hər iki etrusk sözündə u  e saitlərini bildirən işarələr buraxılmışdır 
(th 
<  thu,  lth  <  leth).  Sait  səsləri  bildirən  işarələrin  çox  zaman  ixtisar 
olunması  Orxon-Yenisey  və  digər  qədim  türk  yazıları  üçün  də  səciyyəvi 
olmuşdur. 
Yalnız th (‘yağ’) deyil, mətndəki ath və sth sözlərinin də qurbanlıq 
ərzaqları bildirməsi türk dilləri sayəsində açılır: ət və süd / süt.  
 
sth velshu lth c th velshu inpa thapicun 
lth thapintas ath velshu th velshu lth c 
lth c ls velshu ath shuplu 
ath shuplu ls hasmun//–// 
sth cleuste ath cleuste vl runs au 
thanchvil velshui ces zerish imsh se 
mutin aprenshaish inpa thapicun 
thapintaish ceushn inpa thapicun i 
luu thapicun cesh zerish 
titi setria lautnita 
 
lth  (‘aparmaq’),  ath  (‘ət’)  və  sth  (‘süd’)  sözlərində  sonda  gələn  th 
samiti türk sözlərində t ilə əvəzlənmişdir (eltətsüt / süd). Yalnız çuvaş 
türkcəsində  leth  (‘aparmaq’)  sözü  th  samitini  qoruyub  saxlamışdır.  Bu, 
çuvaş və etrusk dillərini yaxınlaşdıran daha bir dil faktıdır. 
Mətndəki  sth  sözünün  başqa  bir  etrusk  mətnindəki  tam  formasını 
(suth) etruskoloq A. Pfiffig ‘süd’ mənasında qəbul edir. O, qurbanvermə-
yə həsr olunmuş etrusk mətnindəki keli suth ifadəsini ‘isti süd’ kimi tərcü-
mə edir və göstərir ki, isti süd süzmək romalılarda qurbanvermə ayinlərin-
dən biri olmuşdur [3. S. 98]. Romalılar isə bir çox dini ayinləri etrusklar-
dan mənimsəmişdilər. 
 
Beləliklə,  türk  dillərinin  materialları  sayəsində  ərzaq  adları  kimi 
müəyyən  edilən  th  (‘yağ’),  ath  (‘ət’),  sth  (‘süd’)  və  ‘aparmaq’,  ‘çatdır-
maq’ mənasında lth feli etrusk mətninin ayrı-ayrı hissələrini aşağıdakı ki-
mi tərcümə etməyə imkan verir: 
 
Etrusk 
 Çuvaş 
Ümumtürk 
 
lth th 
leth thu 
ilet yağ ‘yağ aparın’ 
lth sth 
leth set 
ilet süt ‘süd aparın’ 
lth ath 
leth aş 
ilet ət ‘ət aparın’ 
Müqayisə edilən dil faktları aşkar olaraq göstərir ki, qurbanverməyə 
həsr  olunmuş  etrusk  mətnindəki  lth  th,  lth  ath  və  lth  sth  ifadələrinin 
mənalarının açılmasında fonetik baxımdan etrusk dilinə yaxın olan çuvaş 
dili faktları (leth thu və leth set) xüsusi rol oynayır: 
5 «Türkologiya», №  2 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə