N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


  məniyyənin  dili  ərəb  və  fars  dilləridir.  Ancaq  Bərdə  və  ətrafındakı  kəndlərdə Aran dilində



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

 
 
72 
məniyyənin  dili  ərəb  və  fars  dilləridir.  Ancaq  Bərdə  və  ətrafındakı 
kəndlərdə Aran dilində danışırlar [17. S. 127; 18. S. 48]. 
Bərdə  Aran  vilayətinin  mərkəzi  şəhəri,  Ereti  Er  və  Aran  nəsillərinin 
qədim  yurdu  idi.  Hətta  müəyyən  dövrdə  İberiya  Bərdədən  idarə  olunurdu. 
İberiyanın  qüdrətli  çarlarından  biri  Vaxtanq  Qorq  Aslan  Aran  hakiminin 
bacısı oğlu idi. O Qorq Aslan ki, O. İ. Senkovski onu hansısa türk tayfasının 
başçısı  adlandırır  [19.  S.  83].  Aran  hakiminin  göndərdiyi  12  minlik  qoşun 
olmasaydı,  Qorq  Aslan  İberiya  üzərində  hakimiyyətini  qura  bilməzdi.  Bu 
barədə  nə  qədər  üzərində  əl  gəzdirilirsə  də,  sonrakı  gürcü  salnamələrində 
bilgilər qalmaqdadır [16. S. 63, 80]. «Kartlis Sxovreba»da göstərilir ki, Aran 
kartvellərin çarı idi. Aranın oğlu Azo Makedoniyalı İskəndərin vassalı kimi 
Metexdə çar oldu və ölkəni 24 il idarə etdi [14. S. 204; 20. S. 182]. 
Azonın ölümündən sonra hakimiyyətə gələn Parnavaz Aran nəslinin 
Metexdəki  bütlərini  sındırmadı.  Öz  bütlərinin  yanında  Aran  nəslinin  bü-
tünü saxladı. Bu o deməkdir ki, ölkədə müxtəlif etnosların konsolidasiyası 
nəticəsində  yeni  dövlət  yarandı.  Yeni  dövlət  qohum  və  yad  etnosların 
qardaşlaşması nəticəsində quruldu [20. S. 176–179]. 
Fikrimizcə,  poemanın  süjeti  İran  əfsanələrindən  yox,  iberlərlə  qar-
daşlaşan, ortaq dövlət quran Aran nəslinin ağız ədəbiyyatından gəlmədir. 
Bunu duyan N. Y. Marr yazır ki, poema  yalnız gürcülərin poetik dastanı 
deyil, çoxmillətli Gürcüstanın çoxdilli xalqlarının ədəbi abidəsidir. 
Aran nəsli e. ö. III əsrin əvvəllərinə – İberiyada hakimiyyəti ələ ala-
na qədər uzun bir alplıq və ərənlik yolu keçmişdir. Yəhudi tarixçisi İosif 
Flavi  (I  əsr)  yazır  ki,  Aran  İbrahim  peyğəmbərin  qardaşıdır.  Onun  qəbri 
Hələb ölkəsinin Ur şəhərində  indiyəcən durur [21. S. 32–33]. Bəzi tarixi 
mənbələrdə  isə  Aran  İbrahim  peyğəmbərin  oğludur  [22.  S.  474–475]. 
Nəzərə alsaq ki, hər üç dinin müqəddəs patriarxı olan Avraham miladdan 
qabaq XVIII əsrdə yaşamışdır, Aran nəslinin Ön Asiyanın qədim sakinlə-
rindən olduğuna şübhə yeri qalmaz. 
İ. İ. Şopen Ernst Renana [23. S. 77] istinadən yazır ki, Aranın adını sa-
milər öz dillərinə çevirərək Misraim (Misir adı buradandır) şəklinə salıbdır. 
Aran Oğuz, yəni Öküz totem adının başqa bir formasıdır [5. S. 204–205]. 
Düzdür, Aran dilində qədim mətnlər bizə gəlib çatmamışdır. Yalnız 
ayrı-ayrı  kitabələrdə  sözlər  qalmışdır  ki,  həmin  sözlər  əsasında  Aran 
dilinin arxaik türk dillərindən biri olması fikrini söyləməyə bəs edir. Aran 
dilində göyə gök, yerə yir, suya suy, süvariyə atli, qartala kuş və s. deyi-
lirdi [5. S. 9, 111, 113]. 
Gürcü din xadimlərinin qısqanclığına səbəb həm də o idi ki, poema 
islam dininə,  islam peyğəmbərinə dərin rəğbətlə  yazılmışdır. Əsərin əsas 
surətləri müsəlmandır. Poemanın baş qəhrəmanları kilsəyə deyil, məscidə 
ibadətə gəlirlər. Tariyelin atasının yasında Quran oxunur [9. S. 75, 113]. 
N.  Y.  Marr  yazır:  «Poema  hər  cür  xristian  ehkamlarından  azaddır, 
əsərin ruhu islam ruhudur» [2. S. I]. Onda belə bir sual qarşıya çıxır: şair 


 
 
73 
müsəlmandırsa,  nəyə  görə  ömrünün  sonunu  Qolqof  monastırında 
keçirmiş  [11.  S.  89],  Yerusəlim  mədrəsələrindən  birində  başa 
yaşamamışdır? 
Düşünürük ki, bu, şairin əvvəl müsəlman olub, xristian dinini sonra-
dan qəbul etməsi ilə bağlıdır. Şota Rustaveli çariça Tamarın atası III Georgi 
ilə vuruşan vilayət hakimi Şota Arçavadzedirsə, əvvəllər xristian deyildi. 
Həmin  Şota  Arçavadze  baqrationlarla  uzun  zaman  döyüşmüş,  sonra 
qaladan çıxaraq təslim olmuşdu [11. S. 92]. 
Nəzərə  alsaq  ki,  1121-ci  ilə  qədər  Tiflis  müsəlman  şəhəri  idi,  ən 
azı şairin atasının xristian olmadığını düşünmək olar. Tiflis cəmi 105 il 
–  1121–1226-cı  illərdə  xristianların  şəhəri  ola  bilmişdir.  Sonra  gürcülər 
Xarəzmşah  Cəlaləddinə  məğlub  oldular,  1127-ci  ildə  şəhəri  yandırıb 
dağlara  qaçdılar  [24.  S.  29].  Bundan  sonra  onlar  yüz  illərlə  islam  mədə-
niyyətinin təsiri altında yaşadılar və şərq ədəbiyyatının seçmə incilərini öz 
dillərinə tərcümə etdilər [25. S. 169–175; 19. S. 102; 24. S. 6, 8, 75, 77]. 
İvan Ratişvili belə hesab edir ki, poemanın folklor variantında xris-
tian  elementləri  çox  imiş,  Şota  Rustaveli  onları  müsəlmanlaşdırmışdır 
[2.  S. II].  Əgər  doğrudan  da  belədirsə,  xristian şairi  nə  vadar edirdi ki, 
əsərin məzmununu və ideyasını dəyişsin? 
Düşünürük ki, dönmə Şota Rustaveli öz müsəlman əslini unutmadı-
ğına görə, islam aləminə sevgisini gizlətməmişdir. Əsərdəki Patma ərəbcə 
Fatmanın, Usan Hüseynin, Kais Qeysin Micnun Məcnunun [9. S. 46, 332, 
382] gürcüləşmiş formasıdır. Başqa bir səbəb odur ki, heç I Tamar şairlər-
dən  monax-monastır  ruhlu  əsərlər  yazmalarını  tələb  etmirdi.  O,  şairlərə 
hədiyyələr  verirdi  ki,  özünün  gözəlliyini  və  aşnalarının  igidliklərini 
tərənnüm  etsinlər.  Birmənalı  şəkildə  kilsə  sarayı,  saray  kilsəni  sevmirdi. 
Hətta iş o yerə çatmışdı ki, yüksək rütbəli keşişlər 1184-cü ildə çariça Ta-
marın tacqoyma törəninə qatılmamışdılar [11. S. 40–49]. 
Tamar monax və keşişlərin yox, hərbçi feodalların dəstəyi ilə haki-
miyyətə  gəlmişdi.  Hərbçi  feodallar  dindar  xristianlardan  fərqli  bir  həyat 
tərzi keçirirdilər. Həmin həyat tərzi Aran və Kənan həyat tərzinin davamı 
idi. Çaxruxadze, Tmoqveli, Rustaveli kimi dünyəvi şairlər Aran və Kənan 
folklorundan  gələn  Aster  və  Karam  (Əsli  və  Kərəm)  sevgisini  tərənnüm 
edirdilər. Həmin sevgini öz həyatında yaşayan çariça Tamar onları müka-
fatlandırırdı. 
Hələ eradan öncə I minilliyin əvvəllərində Kənan mənşəli Tir çarları 
öz  qızlar  İzebeli  və  Ateli  Samaria  sarayına  ərə  vermiş,  bu  yolla  qonşu 
ölkələri özlərinə tabe etmişdilər. Yaxud çariça Tamarın ulu babası Quru-
cu David (1084–1125) qızının Şirvanşahla sevişməsinə şərait yaratmışdı 
[26. S. 8–9]. Həmin sevişmənin Gürcüstanla Şirvanın yaxınlaşmasında və 
Azərbaycanın zəifləməsində az rolu olmamışdı. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə