N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 
 
70 
poemasının  tarixi  əhəmiyyəti  ondadır  ki,  orada  qadına  sitayişin  əski, 
çox əski izləri qalmaqdadır.  
O  ki,  qaldı  koma  sözünün  gürcü  mənbələrində  k.ma  kimi  yazıl-
masına, burada təəccüblü bir şey yoxdur. Çünki gürcü dilində çox zaman 
sözlərin birinci və ikinci hecalarının saitləri yazılmır. Nəticədə Metex şə-
hərinin adı Mtsxeti, tubal etnonimi Tbilisi formasına salınır. 
Koma sözü gürcü dilinə türk dillərindən keçmiş, gürcü dilində XIX əs-
rədək ‘vassal’ mənasında işlənmişdir. Çar VI Vaxtanqın «Qanunlar»ında mər-
kəzi hakimiyyətdən asılı olan vilayət hakimləri k.ma adlandırılır [8. S. 50]. 
Şota  Rustavelinin  əsərində  koma  titulunun  daha  2  formasına  təsa-
düf edirik: si + k.ma ‘gənc aşiq-cəngavər’, mo + kma ‘böyük cəngavər’ 
[1. S. 228–229; 2. S. X–XIII].  
Poemanın baş qəhrəmanlarının ikisi də komadır, yəni aşiq-vassaldır. 
Tariyelin  atası  Sarı  Dan  əslən  Xatayetidən    Çin  Türküstanından  olub, 
Hindistanın bir vilayətini ələ keçirmiş, sonra hind şahının vassalına çevril-
mişdir [9. S. 46–47]. 
İkinci  qəhrəman  Avtandil  Xoşbəxt  Ərəbistanın  şahının  vassalıdır. 
Eyni zamanda şah qızının qulu – komasıdır [2. S. XIV–XV]. 
D.  Z.  Bakradze,  M.  Q.  Canaşvili  və  b.  yazırlar  ki,  poemanın  əsas 
ideyası  sevgi  və  vətənpərvərlikdir.  Əslində  isə  əsər  başdan-başa  aşna-
vassal süjeti üzərində qurulmuşdur [10–11]. 
Gürcü  tarixçiləri  ilə  eyni  fikirdə  olan  Dilarə  Əliyeva  poemanın 
Azərbaycan dilinə tərcüməsinə ön sözündə yazır: «Əsərin əsas ideyası və-
tənpərvərlikdir. O, bütünlükdə XII əsr Gürcüstan həyatının, ənənələrinin, 
arzu və istəklərinin ifadəsidir» [12. S. 4–5]. 
Əksinə, əsərin tarixi kökləri Ran, yəni Aran alplıq və ərənlik fəlsəfə-
sindən gəlir. Əsərin  əsas  ideyası  vətənpərvərlik  yox, cəngavərlikdir. Özü 
də o, indiki gürcülərin deyil, İberiyanın qədim sakinlərinin  Ereti əhalisi-
nin arzu və istəklərinin ifadəsidir. 
Azərbaycan  və  gürcü  alimlərindən  fərqli  olaraq  hələ  1895-ci  ildə 
N. Y. Marr yazırdı ki, Şota Rustavelinin poeması hər cür milli hisslərdən 
və vətənpərvərlikdən uzaqdır. Əsərin əsas ideyası aşna-vassal münasibət-
ləridir [1. S. 228–229]. 
Avropanın  bir çox ədəbiyyatçıları  və tarixçiləri poemanı  milli  hiss-
lərdən  uzaq  bir  əsər  hesab  edirlər.  Roland  Aristo  yazır  ki,  «Bars  dərisi» 
qeyri-milli əsərdir. Onun ruhu müəyyən dərəcədə italyan ruhuna bənzəyir. 
M. Q. Canaşvili həmin fikirlə razılaşmasa da [11. S. 85], əsərdə gürcülərə 
və  xristianlığa  aid  bircə  işarəyə  təsadüf  etmirik.  Əsərin  əsas  surətləri 
müsəlman, hadisələrin baş verdiyi yer Ərəbistan, Hindistan və Xatayeti – 
Çin Türküstanıdır. 
N. Y. Marr yazır ki, əsərin əsas  ideyası qadına  sitayiş, qadın qarşı-
sında  itaətdir.  Avropa  cəngavərlik  romanlarında  olduğu  kimi,  burada  da 
hər fəsildə qadına ehtiram, qadına hörmət aydın görünür [2. S. I]. 
6 * 


 
 
71 
«Bars  dərisi»  müəyyən  mənada  Avropa  cəngavərlik  romanlarına 
bənzəsə də, şərq ruhu və düşüncəsi ilə onlardan fərqlənir. Əsər azad sevgi 
ruhunda yazıldığına görə, kilsə şairi lənətləyir, təqib edirdi. Bu baxımdan 
Şota  Rustaveli  ərəblərin  Uzra  məhəbbət  şairlərinə  və  Finikiyanın  Astara 
kahinlərinə ruhən daha yaxındır.  
M. Q. Canaşvili yazır ki, bəziləri Şota Rustavelini İran və yunan tə-
siri  altında  olan  şair  sayırlar,  belə  deyil.  Əsəri  düzgün  başa  düşmədiklə-
rinə görə, din xadimləri şairi təqib edirdilər [11. S. 83, 92]. 
Əslində  çariça  Tamarın  və  aşnalarının  həyat  tərzinə  nifrət  edən 
keşişlər əsərin ideyasını düzgün başa düşürdülər. Ona görə də Rustavelini, 
Çaxruxadzeni, Tmoqvelini ölkədən qovur, oda atıb yandırırdılar. 
 
Мы в стихах Мосе Хонели Амирана узнаyoм. 
Прочитав Абдул Мессиyo, дан Шавтели воздаyoм. 
Делергета пел Тмогвели, сjигаемый огнyoм, 
Тариела – Руставели, горко плачуşий о нyoм [8. S. 330]. 
 
M. Q. Canaşvili yazır ki, Şota Rustaveli Xaldey və Suriya peyğəm-
bərlərinin şeirlərinin tərcümələri ilə tanış idi. Çox ehtimal ki, poemanı ya-
zarkən həmin şeirlərin təsiri altında olmuşdur [11. S. 90]. Belə hesab edi-
rik  ki,  Şota  Rustavelinin  və  digər  dünyəvi  ruhlu  şairlərin  təqib  olunma-
sının səbəbini burada axtarmaq lazımdır. Həmin şairlərin cəngavər-feodal 
əxlaqi kilsə-monax əxlaqına uyğun gəlmədiyinə görə [11. S. 89; 2. S. 51], 
onlar vətənlərindən didərgin salınır, odda yandırılırdı.  
N.  Y.  Marr  yazır:  «Deyilənə  görə,  “Bars  dərisi”nin  süjeti  İrandan 
gəlmədir.  Ancaq  İran  ədəbiyyatında  belə  bir  süjetə  təsadüf  etmirik.  Çox 
ehtimal ki, şair əsərin gürcü folklorunda yayılan bir süjetinin tərcüməsin-
dən istifadə etmişdir» [1. S. 228–229; 2. S. I]. 
Əslində  şair  əsərin  süjetini  İran  ədəbiyyatından  deyil,  özünə  anla-
şıqlı olan Aran folklorundan götürmüşdür. Qədim iber və orta yüzil gürcü 
salnamələrində həm Aran, həm İran adları Ran formasında yazıya alınırdı 
[13. S. 225; 14. S. 204; 15. S. 36; 16. S. 9, 63]. 
Düzdür, XII–XVII əsrlərdə İran ədəbiyyatının  ən  yaxşı  nümunələri 
gürcü  dilinə  tərcümə  edilmişdir.  Bunlar  «Rostomiani»,  «Cimşidiani», 
«Şahnamə», «Rusudaniani» və başqalarıdır [1. S. 227–229, 233]. Onların 
içində «Bars dərisi» poeması yoxdur. N. Y. Marr yazır: «Ümid edirəm ki, 
gec və ya tez, nə zamansa Gürcüstanın qədim əlyazmaları arasından “Bars 
dərisi”nin  ilkin  nüsxəsi  tapılacaq.  O  zaman  biz  süjetin  hansı  xalqa 
məxsusluğu haqqında son sözü deyə biləcəyik» [1. S. 229; 2. S. I]. 
Qədim  yazılı  abidələrdə  Aran,  orta  yüz  il  xristian  salnamələrində 
Eran  kimi  yazıya  alınan  İran  fars  etnonimi  deyil.  Aran  vilayətinin  əha-
lisinin farsdilli olmadığını V–X əsr erməni, fars və ərəb tarixçiləri dəfələr-
lə  bildirmişlər.  VII–X  əsr  ərəb  tarixçiləri  yazırlar  ki,  Azərbaycan  və  Ər-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə