N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   26   27   28   29   30   31   32   33   34

 
 
96 
viyyəsində biz hələ onları heç təsəv-
vürümüzə gətirə bilmirik (s. 68). 
Kompüter  lüğətləri  müxtəlif 
elmi  mərkəzlər  tərəfindən  müxtəlif 
məqsədlərlə  tərtib  olunur.  Müəllif 
bunu  –  yəni  bu  tipli  lüğətlərin 
informasiya  texnologiyaları  siste-
mindəki  vəziyyətini  nəzərə  alaraq 
ümumi  şəkildə  təsnifatını  vermiş-
dir:  maşın  tərcüməsi  və  süni  intel-
lekt  sistemlərində  istifadə  olunan-
lar;  terminoloji  bankların  bazasını 
təşkil  edən  lüğətlər  və  tərçüməçi-
lərə  kömək  məqsədilə  yaradılmış 
«Poliqlot»  tipli  lüğətlər;  müxtəlif 
biblioqrafik  və  ensiklopedik  məlu-
matları  əhatə  edən  elektron  karto-
tekalar;  kağız  (kitab)  variantında 
çoxdan  mövcud  olan  və  geniş  isti-
fadə  dairəsinə  malik  lüğətlərin 
elektron variantları (s. 69). 
M.  Mahmudov  bununla  ya-
naşı  kitabda  kompüter  lüğətlərini 
adi  lüğətlərdən  fərqləndirir:  sözü-
gedən  lüğətə  müraciət  və  ondan 
müəyyən  sorğular  əsasında  məlu-
matların  alınması  proseduru  daha 
sadə və sürətlidir; eyni zamanda bir 
neçə  lüğətə  müraciət  edib,  sözün 
mənasının  qısa  zamanda  dəqiqləş-
dirilməsi və ümumi nəticənin çıxa-
rılması mümkündür. Adi lüğətlərdə 
bu  işin  yerinə  yetirilməsi  üçün 
xeyli vaxt və zəhmət tələb olunardı; 
bu  lüğətlərin  hər  birində  hər  hansı 
bir  dili  ön  plana  çəkmək  və  başqa 
lüğətlərdə  müqayisə  aparmaq  im-
kanı var və s. 
Ümumiyyətlə,  kompüter  lü-
ğətlərinin  üstün  cəhətlərini  oxucu-
ların,  mütəxəssislərin  də  nəzərinə 
çatdırmaq  yerinə  düşər:  həcmin 
qeyri-məhdudluğu;  həcmin  çox  ol-
masına baxmayaraq zəruri informa-
siyanın  axtarış  sürətinin  çox  böyük 
olması;  istinadlar  vasitəsilə  digər 
lüğətlərdən əlavə məlumatların əldə 
edilə bilməsi imkanı; lüğətdəki mə-
lumatların  yeniliyi  və  müasir  hə-
yatla  bağlılığı,  yeni  söz  və  ifadə-
lərin  dəqiq  izahının  olması;  lüğət 
məqalələri  daim  təzələndiyi  və  ta-
mamlandığı üçün köhnəlməməsi və 
uzunömürlülüyü;  irihəcmli  olması-
na  baxmayaraq,  eyni  zamanda  yığ-
camlığı (s. 68). 
Kitab  müəllifi  Azərbaycan 
dilinin  elektron  lüğətlərinin  indiyə 
kimi  təhlildən  kənarda  qaldığını  da 
nəzərə  alaraq  həmin  lüğətlər  haq-
qında  da  ayrıca  məlumat  verir.  O, 
elektron  ensiklopediyalarını  kom-
püter  lüğətləri  şəbəkəsində  mühüm 
komponentlərdən  biri  kimi  səciy-
yələndirir. Assosiativ lüğətlərin ma-
hiyyətini  açır:  assosiativ  tərcümələr 
göstərir  ki,  sözün  semantik  struktu-
runu  ancaq  assosiativ  münasibətlər 
fonunda  tam  şəkildə  açmaq  müm-
kündür. Belə təcrübələrlə lüğətlərdə 
indiyə  qədər  təsbit  olunmayan 
leksik-semantik  variantların  tapıl-
ması,  sözlərin  milli-mədəni  xüsu-
siyyətlərinin  müəyyənləşdirilməsi 
mümkündür. 
Azərbaycanda  kompüter  lü-
ğətçiliyinin tarixinə toxunan müəllif 
ötən  yüzilliyin  70-ci  illərindən 
respublikamızda qəzet dilinin tezlik 
lüğətinin  «BESM-2»  elektron  he-
sablama  maşınlarının  köməyi  ilə 
tərtib  olunmasını  xatırladır.  Bizim 
kompüter  lüğətçiliyi  məsələsinə 
gələndə  iki  yanaşmanın  olduğunu 


 
 
97 
nəzərə  çatdırır.  Birinci  yanaşmada 
kompüter  vasitəsilə  tərtib  olunan 
müxtəlif  statistik  lüğətlər,  ikinci 
yanaşmada  isə  internet  məkanında 
təmsil olunan lüğətlərin əhatə olun-
duğunu,  nəzərdə  tutulduğunu  bil-
dirir. Bəlli olur ki, respublikamızda 
indiyə  kimi  kompüterin  köməyilə 
xeyli  sayda  lüğətlər  tərtib  edil-
mişdir.  Onların  bəzilərinin  adını 
çəkmək yerinə düşər: «Azərbaycan 
qəzet  dilinin  tezlik  lüğəti»  (Bakı, 
2004,  2010),  «“Kitabi-Dədə  Qor-
qud”  dastanlarının  statistik  təhlili» 
(Bakı,  1997,  1999),  «Məhəmməd 
Füzulinin  nəzm  əsərlərinin  əlifba-
tezlik  sözlüyü»  (Bakı,  2004), 
«Azərbaycan  dilinin  əks-əlifba  lü-
ğəti» (Bakı, 2004) və s. 
Bu  tipli  lüğətlərin  tərtibi  və 
nəşrində  M.  Mahmudovun,  K.  Və-
liyevanın, Valeri Pinesin, Ə. Fətul-
layevin və başqalarının əməyini xü-
susi ilə qeyd etmək lazımdır. 
Bundan  savayı,  maşın  tər-
cüməsi  ilə  əlaqədar  tezlik  lüğətləri 
bazasında  təcrübi  azərbaycanca-
rusca  avtomatik  lüğət  də  təhlil 
etdiyimiz 
bu 
kitabın 
müəllifi 
Məsud  Mahmudov  tərəfindən  ha-
zırlanmış  və  onun  əsasında  avto-
matik  linqvistik  təhlil  aparmaqla 
kifayət  qədər  maşın  tərcüməsi 
nümunələri də əldə edilmişdir. 
M.  Mahmudovun  dilçiliyin 
bu  yeni  sahəsi  üçün  gördüyü  işlər-
dən biri də kompüterlərin köməyilə 
tərtib  olunmuş  həmin  lüğətlərin 
linqvistik  xüsusiyyətləri 
barədə 
apardığı  səmərəli  elmi  araşdırma-
lardır.  Bununla  belə,  müəllif  elekt-
ron  məkana  daxil  olan,  yəni  inter-
netdə  yerləşdirilmiş  elektron  lüğət-
lər  haqqında  da  dəyərli  məlumatlar 
verir.  «Dilmanç»  Azərbaycanda  ilk 
maşın  tərcüməsi  sistemidir.  Azər-
baycanca-ingiliscə, 
ingilscə-azər-
baycanca  və  türkcə-azərbaycanca 
«Dilmanç»  tərcümə  sahəsində  artıq 
tanınır. Bu sistemdə böyük mətnlər 
də  tərcümə  olunur.  «Dilmanç»ın 
yaranması  ilə  Azərbaycan  dilinin 
formal  qrammatikası  yaradılmış  və 
onun  əsasında  ilkin  dildə  formal 
morfoloji, sintaktik və semantik təh-
lil, tərcümə olunmuş dildə cümlənin 
sintezi  alqoritmləri  işlənib  hazır-
lanmışdır. Leksik baza 250 000-dən 
artıq  ümumişlək  söz-forma  və  söz 
birləşməsindən  ibarətdir.  Sonrakı 
məlumat 
«Poliqlot 
Azərbaycan 
lüğətləri»  haqqındadır.  Bu  lüğətlər 
sistemi  istifadəçilərin  dərin  rəğ-
bətini  qazanaraq  kütləviləşmişdir. 
Proqram  respublikamızda  İKT-nin 
inkişaf  etdirilməsi  layihəsi  çər-
çivəsində  hazırlanmışdır.  8  lüğətin 
bu  proqram  əsasında  hazırlandığı 
M.  Mahmudov  tərəfindən  gös-
tərilmişdir.  Maraqlıdır  ki,  «Azər-
baycan  dilinin  orfoqrafiya  lüğəti» 
elektron 
variant 
şəklində 
də 
hazırlanmışdır. 
Kitabın IV fəslində mətnlərin 
formal  təhlili  sistemləri  ilə  milli 
korpusların 
əlaqəsi 
məsələsinə 
toxunan müəllif Azərbaycan dilinin 
milli 
korpusunu 
linqvistik 
baxımdan  morfonoloji  və  semantik 
bloklara ayırmış, maşın lüğətlərinin 
rolunu  göstərmiş,  avtomatik  linq-
vistik təhlilin  sintezlə  bağlı  bir  sıra 
problemlərini  üzə  çıxarmış,  mətn-
lərin avtomatik işlənməsi sistemləri 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə