N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 

35 


в Институт язьжа и литературы им. Мах- тумкули АН Туркменской 

ССР. Это решение учёного оказалось судьбоносным. 

E-mail: msoyegov@gmail соm  

 

Çapa təqdim edən  

  

A. Axundov - «Türkologiya»  



jurnalının baş redaktoru 

 

Çapa tövsiyə edən  

 

 



AMEA Nəsimi adına  

Dilçilik İnstitutunun elmi şurası  

(21.1.201 l,protokol№ 2) 

 

Məqalənin redaksiyaya 

daxil olma tarixi 

 

 



23. IX.2010  

 

Təkrar işlənməyə  

göndərilmə tarixi 

 

 

 

- 

 

Çapa göndərilmə tarix 

25.11.2011 




 

36 


 

 

 



№ 2                                                                                                      2011 

 

 

 

 

                                                                              FLORA  NAMAZOVA 

 

DRAM ƏSƏRİNİN DİLİNDƏ TƏKRARLAR 

 

(İlyas Əfəndiyevin dramaturgiyası əsasında) 

  

X  ü  l  a  s  ə.    Təkrar  bədii  dildə  mühüm  üslubi  mahiyyət  kəsb  edir. 

Xüsusən  də  sintaktik-konstruktiv  təkrarlar  bədii  əsərlərdə  yazıçının  istək  və 

arzularını ifadə edir. Dram əsərinin dilində təkrarlar obraz və personajın nitq 

qabiliyyətini  də  üzə  çıxarır.  Məqalədə  dram  əsərinin  dilində  müxtəlif  cür 

təkrarların  yaratdığı  formal  əlamətlər  və  semantik-üslubi  situasiyalar  İlyas 

Əfəndiyevin dramlarına istinadən öyrənilmişdir. 



 

Açar  sözlər:  təkrarlar,  sintaktik  təkrarlar,  təkrar-aktualizator,  üslubi 

təkrarlardram dialoqları 

  

 

Dilin  qanunauyğunluğunda  təkrarlar  da  labüd  elementlərdən  sayılır. 



Ona  görə  də  tədqiqatçılar  təkrar  hadisəsinin  dildə  gerçək  olaraq 

mövcudluğunu təsdiqləyirlər [1. S. 68].  

Təkrar konstruksiyaların çoxsaylı tipləri Azərbaycan xalq yazıçısı İlyas 

Əfəndiyevin  dramaturgiya  dilində  personajların  nitqinin  özəyini  təşkil  edir, 

müxtəlif  vasitələrlə  yaranan  həmin  təkrarlar  rəngarəng  qrammatik  və  modal 

münasibətləri formalaşdırır.  

Azərbaycan  dilində  çoxsaylı  təkrar  konstruksiya  tipləri  dilin  səs 

sistemindən tutmuş mətn sisteminə qədər inkişaf etmişdir. Bu fakt göstərir ki, 

dilimizin danışıq sintaksisi sərbəstdir, yəni şifahi və yazılı nitq prosesində bu 

amildən istifadə etmək mümkündür.  

İ.  Əfəndiyevin  dram  əsərlərinin  dilində  eyni  səsin  təkrarı  daha  çox 

qarşıdakını susmağa, danışmamağa təhrikin nəticəsi kimi meydana çıxmışdır, 

məs.: X u d u ş.  Şşş… Bəs neyləsin [2. S. 265]; X u d u ş.  Ssss… dinmə, 

eşidərlər! [2. S. 56].  

ТЦРК ОЛОЭИЙА   




 

37 


Ümumiyyətlə, dialoq şəraitində eyni sözün bir neçə dəfə təkrarı təbiidir. 

Bu təbiilikdən yazıçı məharətlə bəhrələnmişdir: L ə t a f ə t. Hamısı… hamısı 



iyrəncdir. Yox, yox, mən ondan utanıram [2. S. 268, 275].  

 Dialoji nitqdə təkrarların bütün növlərindən deyil, sintaktik təkrarlardan 

bəhs  etməyin  əhəmiyyətini  görürük.  Belə  təkrar  zamanı  iki  eyni  quruluşa 

malik  ifadə  (söz  birləşməsi  və  cümlə)  dialoq  şəraitində  təkrar  edilir.  Həmin 

təkrarlar  sintaktik  paralelizm  və  sintaktik-konstruktiv  təkrarlar  kimi  də  qeyd 

olunur.  

 İ. Əfəndiyev «daxili» təkrarlardan maksimum istifadə etmişdir. Dialoji 

nitq  üçün  ən  çox  xarakterik  olduğundandır  ki,  bu  cür  təkrarlar  dram 

əsərlərində  geniş  miqyasda  istifadə  olunur.  Belə  təkrarlar  eyni  sözün  cümlə 

şəklində təzahürüdür, məs.: X a n m u r a d (acıqlı). Qız qızdır, zad nədir? [2. 

S. 172]. Bu cür tərkiblərdə (yəni aparmağa aparacağamqırmağına qırıblar

abstraksiyanın  zəifliyi    felin  obyektlə  birləşməsinin  qüvvətli  olmaması 

nəticəsidir ki, bu təkrar həm də predikativ işlənə bilən digər sözlərdə də özünü 

göstərə bilir [1. S. 33].  

Personajın nitqində qız qızdır təkrarının işlənməsinin əsas səbəbi ondan 

əvvəlki replikada Nəcəfin – Yoxsa rayondan qız-zad gəlib?  sualını verməsi 

olmuşdur. Təkrar personajın zad ünsürünə etirazı kimi meydana çıxmışdır. Bu 

hal İ. Əfəndiyevin dramaturgiya dilində çoxdur, obrazın nitqinin kasıb olduğu 

bu ifadə ilə göstərilir, məs.: A l ı k i ş i. Mən bu qıza lap məəttəl qalmışam. Elə 

bil yuxu-zad yatmır… Ş ə f ə q. Yuxu yuxudur, bəs zad nədir? [2. S. 103]. 

Şəfəqin  nitqindəki  yuxu  yuxudur  təkrarı  Xanmuradın  dilindəki  qız  qızdır 

təkrarı  ilə  eynidir.  Bu  formalar  eyni  üslubi-sintaktik  funksiyanı  yerinə 

yetirmişdir.  

Şəxsiyyətə  qiymət  vermək  məqamında  daxili  təkrara  dramaturq  çox 

üstünlük vermişdir, məs.: H ə s ə n z a d ə. Belə də gözləmək olardı… Ana 



anadır [2. S. 356].  

M.  Adilov  bu  tipli  birləşmələri  doğru  olaraq  bütövlükdə  cümlə  sayır, 

obyektiv  faktlar haqqında  bitmiş  bir  fikir  bildirdiyi  üçün. Müəllifin  fikrincə, 

belə  birləşmələr  tam  hökmləri  ifadə  edir.  Bu  kimi  birləşmələrin  heç  bir 

komponenti atıla bilməz [1. S. 38]. 

Diqqəti cəlb edən daxili təkrarlardan biri də tutmatutdunmubaşlama



başladın  tipli  təkrarların  İ.  Əfəndiyev  dramaturgiya  dilində  intensiv 

işlənməsidir:  S a d ı q o v. Bir işi tutma, tutdunmu, qorxma!               [2. S. 

272];  Ş  a  h  s  u  v  a  r  o  v.  Mənim  atam  həmişə  deyərdi  ki, bir  işi  başlama, 

başladın, axıra çatdır [2. S. 270]. Belə təkrar, göründüyü kimi, hər hansı bir 

işin (proses və hərəkət) mütləq yerinə yetirilməsi ilə bağlı meydana çıxmışdır.  

Yazıçı  artırmağına  artırarıq,  çatdırarıq  çatar  qəbildən  olan 

təkrarlardan  istifadə  etməklə  götürülən  öhdəliyin,  görülən  işin  yerinə 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə