N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

 

40 


əli yuyar, əl də qayıdıb üzü [2. S. 291]; H ə s ə n z a d ə. Heç nə… Söz sözü 

gətirdi  [2. S. 325].  

Dialoqun replikalarında cümlələr təkrar edilir. Təkrarı yaradan təəccüb 

və  inamsızlıq  məqamıdır,  məs.:  T  u  r  a  c.  Bizim Sədəf Balakişi oğluna  güc 

gəldi. X a n m u r a d. Necə yəni güc gəldi?  [2. S. 173].  

İ.  Əfəndiyevin  dramaturgiya  dilindəki  daxili  obyektli  təkrarların  bir 

hissəsi,  fikrimizcə,  tarixi  frazeologizmlərdən  istifadə  nəticəsində  əmələ 

gələnlərdir.  Məsələn,  gəliş  gəlmək  təkrar  ifadəsi  xalq  frazeologiyasının 

məhsuludur  -iş şəkilçisi ilə birləşmənin asılı tərəfi isimləşmişdir, ikinci tərəf 

isə  məsdərdir.  İfadə  bütövlükdə  məcazi  məna  ifadə  edir.  «Bahar  suları» 

dramında Qalmaqal Mədəd Narıngülə qəzetdə onun haqqında tənqidi yazının 

olduğunu  deyəndə,  Narıngül  əsəbiləşərək  aşağıdakı  mətn  parçasında  həmin 

ifadəni aktuallaşdırır: N a r ı n g ü l. Yoxsa bizi üzüyola görmüsünüz? Vallah, 

o Gülzardı, nədi, ona bir gəliş gələrəm ki, babası dəli Xankişinin toyu yadına 

düşər! Bu da sözdür?  [2. S. 175].  

İ.  Əfəndiyev  üslubi  yığcamlıq  yaratmaq  üçün  bəzən  mürəkkəb 

cümlənin komponentlərində (hər  iki komponentində) təkrar ediləsi  mümkün 

olan feli xəbərin birini ixtisar edir, məs.: N a r ı n g ü l. Kolxozdur, sənin əmrin 



iki  yüz  gün  almaqla  aşır,  mənimki  də  yüz  günlə…    [2.  S.  175].  Nöqtələrin 

yerinə aşmaq feli yazılsa, təkrar-lüzumsuz təkrar meydana çıxa bilər.  

Dram əsərlərinin dilində görüşmək, hal-xoş etmək məqamında sintaktik 

konstruktiv  təkrarlardan  istifadə  olunur.  Bu,  həyəcanlı,  emosional  və  gərgin 

nitq üçün səciyyəvidir, məs.: A l x a n (onu – Uğuru qucaqlayır). Ay, həmişə 

sən  gələsən!  Həmişə  sən  gələsən!  [2.  S.  178].  Maraqlıdır  ki,  ay  nidası 

cümlənin 

təkrarlanan 

hissəsində 

işlənməmişdir. 

Fikrimizcə, 

bu, 

emosionallığın, gərginliyin təkrarlarda getdikcə zəifləməsi ilə bağlıdır.  



Yazıçının  dramlarının  dilində  hirslənmək  və  sevinmək  məqamlarında 

leksik vahidlər təkrar olunur: N ə c ə f. Yaxşı, yaxşı, özündən çıxma!  X a n m 

u r a d. Aha, budur, gəlirlər!  N ə c ə f. Muştuluqla, muştuluqla!  [2. S. 172].  

Fikir iki şəxsə aid olanda leksik vahidlər təkrar edilir: M ə d ə d. Sübut? 



Sübütu  haradan  alım?  Mən  kəmsavad,  sən  kəmsavad,  haqq-hesabdan  nə 

sənin başın çıxır, nə də mənim başım çıxır [2. S. 176];  U ğ u r. Bu çox ağır 

ittihamdır, əmiqızı. Mən yalançı deyiləm və yalançı adamları da insan hesab 

etmirəm! [2. S. 186].  

 Dialoji  nitqdə  sözün  təkrarı  üslubi  mətləblərin  açılmasına  səbəb  olur. 

Məsələn,  dövlət  sözünü  təkrar  edən  surətlər  nəhayət  onun  hansı  qurum 

olduğunu  öz  arzuları  çərçivəsində  izah  edirlər.  Bu  da  çox  maraq  doğurur, 

təsərrüfatın  irəliləyişinə,  zəhmətkeşlərin  firavan  yaşamalarına  gətirib  çıxarır: 

A l x a n.  Dövlət, dövlət! Canım, sən dövlət nəyə deyirsən ki, kolxozçunun bu 




 

41 


ilinin taxılı o biri ilə qalır!  U ğ u r. Mən dövlət ona deyirəm ki, qızıl zəmilər 

dərya kimi dalğa vurub həyatı öz ağuşuna alsın! [2. S. 181].  

İ.  Əfəndiyevin  dram  əsərlərində  istifadə  etdiyi  sintaktik  təkrarların  bir 

hissəsi hər iki tərəfin eyni ölçülü feldən qurulmasıdır, məs.: A l x a n. Sözümə 

baxmırlar ki, baxmırlar [2. S. 182]. Bu təkrarı eyniölçülü fellərin arasındakı 

ki əmələ gətirib. Ki işlənməsəydi, fellər arasındakı intonasiya zəifləyərdi.  

Yazıçının dramlarında mətndə feli bağlama təsdiq və inkarda işlənərək 

təkrar hadisəsini yaratmışdır, məs.: S ə d ə. Mənim üçün ən əzablı dəqiqələr 

 

poçtalyonu  gözlədiyim  zamanlar  olurdu.  O  gəlməyəndə  səbrim  kəsilirdi. 

Gələndə də ürək eləyib səndən kağız olub olmadığını soruşa bilmirdim. Ah, o 

günlər,  o  günlər…  [2.  S.  184].  Mətnin  sonunda  dramaturq  keçən  günləri 

sintaktik təkrarlar vasitəsilə yada salır.  

Tədqiqatçıların  nöqteyi-nəzərincə,  təkrarlar  mətni  struktur-semantik 

cəhətdən təşkil edən sintaktik vasitələrdəndir. K. Vəliyev  müxtəlif quruluşlu 

təkrarları  fərqləndirərək  onların  mətnin  struktur-semantik  təşkilində  mühüm 

rolunu göstərir [3. S. 20]. 

Feli  xəbər  personajın  nitqini  təşkil  edən  cümlələrdə  eyni  formada 

təkrarlanır. Təkrar olunan xəbər mikromətnlərin qapanmasında, örtülməsində 

aparıcı  rola  malikdir,  məs.:  X  a  n  m  u  r  a  d.  …Öz  xüsusi  inəyimi  və  beş 

qoyunumu  və  iki  keçimi  qatıram  kolxoz  malına,  çünki,  niyə,  canım,  yağdı, 

«bəsdi» deyincən kolxozdan alırıq. Ətdi, alırıq. Pendir alırıq [2. S. 228]. Bu 

cür təkrar, fikrimizcə, fərdin psixoloji vəziyyəti, əhval-ruhiyyəsi ilə bilavasitə 

bağlıdır.  Yəni,  personaj  həmin  fikri  əşyaları  həmcinsləşdirməklə  də  istifadə 

edərdi, bu zaman təkrara yol verilməzdi.  

Nəcəfin nitqindəki dinmədim felinin təkrarı mətnin təşkili mexanizminə 

xidmət  etmişdir,  çünki  belə  təkrarlar  mətnyaratma  funksiyasını  da  yerinə 

yetirir,  məs.:  N  ə  c  ə  f.  Yoldaş  Niyaz  da  buradadır,  qoy  eşitsin.  «Qardaşı 

briqadirlikdən  çıxartdır»,  dinmədim.  Dedin  «həyətyanı  torpağın  çoxdur», 

tutub yarısını aldın, dinmədim. Dedin «pambıqdan sonra gəl tikintidə işlə», 

dinmədim…  [3.  S.  210].  Yuxarıdakı  mətndə  almaq  və  sonrakı  mətndə 

dinməmək  fellərinin  təkrarı,  fikrimizcə,  mövzunun  açılmasında  da  əsaslı 

mövqeyə malikdir.  

Maraqlıdır ki, təkrarlarla bəzən yazıçı tipin böyüklər yanında mütiliyini, 

yaltaqlığını da oxucuya çatdırır. Məsələn, Ağasəlim kolxoz sədrinin, raykom 

katibinin yanında deyirsən burda ifadəsini bir neçə dəfə təkrar edir ki, bununla 

da  onun  yarınan  xarakteri  açılır:  A  ğ  a  s ə  l  i  m.                    Canım,  ispalkom 



deyirsən burda, ministr deyirsən burda, müstəntiq deyirsən burda [2. S. 254]. 

 Təkrar  olunan  ifadələr  birinci  cümlənin  sonunda  və  ikinci  cümlənin 

əvvəlində gəlir: D a v u d. Təşəkkür nədi? Siz mənə əmr eləyin! Əmr eləyin 



ki, get özünü at dənizə [4. S. 172]. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə