N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 

58 


dəvət olunması’; 5. Ş e y x  N ə s r u l l a h. ...İman məmləkətini canalıcı naz-

qəmzə gözəllərinin qarətindən mühafizə etmək üçün siğə möhkəm bir tədbirdir 

(C. Məmmədquluzadə): naz-qəmzə gözəllərinin qarəti: 1 – ‘gözəllərin kimi isə 

qarət  etməsi’  (əsas);  2  –  ‘kiminsə  gözəlləri  qarət  etməsi’;  6.  Qalan  kəndlilər 

dəvəçinin  ölüsünü  sürüyüb  salırlar  otağa  (C.  Məmmədquluzadə):  dəvəçinin 

ölüsü: 1 – ‘öldürülmüş dəvəçi’ mənasında (əsas); 2 – ‘dəvəçinin ölən hər hansı 

bir yaxını’. 

 

Sintaktik  omonimlik  hadisəsinin  tədqiqində  bədii  üslub  nümunələrinə 



müraciət olunması  daha zəngin  materialın toplanmasına  şərait  yaradır.  Bu  isə 

bədii  ədəbiyyatın, daha doğrusu,  bədii  üslubun dilimizdə sintaktik omonimlik 

hadisəsini  izləmək üçün ən əhəmiyyətli  mənbə olduğunu  bir  daha  sübut edir. 

Çünki dilin digər üslublarından fərqli olaraq, bədii üslub həm ədəbi dil, həm də 

canlı danışıq dili faktlarını əhatə edə bilir. Aşağıdakı nümunələrin də mənbəyi 

bədii üslub, daha dəqiq desək, müasir Azərbaycan ədəbiyyatıdır: kişinin cəzası



gələcək nəslin məhkəməsiorqanların tapşırığıəsgərin müşayiətimüəllimənin 

danlağı,  kolxozun  sifarişi,  həkimlərin  müalicəsi,  bankın  təsdiqi,  Hüseynin 

tərbiyəsi,  redaktorun  qəbulu,  katibənin  zəngi,  müəlliminin  sorğu  məclisi

Beyrəyin cəzasıOğuzun casusuDış Oğuzun payıAğanın tərifiqız-gəlinlərin 

təqlidi,  İmanlının  hayıfı,  atamın  təhqiri,  Buxara  əmirinin  hədiyyəsi,  Əlfridin 

qiymətiqızın rəyimüqtədir aktyorundünyagörmüş ağsaqqalın alqışıQacarın 

qisası,  ruhumun  qayğısı,  bədənimin  əsarəti,  dövlətin  himayəsi  və  s.  Onu  da 

qeyd edək ki, bu nümunələrin sayını artırmaq mümkündür.    

İsmi  birləşmələrin  omonimliyi  tədqiq  olunan  zaman  həmin  söz 

birləşmələri  təcrid  olunmuş  şəkildə  deyil,  cümlə  və  mətn  daxilində  nəzərdən 

keçirilməlidir.  Yalnız  bu  zaman  onlarda  omonimlik  faktının  mövcudluğu  və 

birləşmə daxilində  ifadə olunan  mənalardan  hansının  aparıcı  mövqedə olması 

haqqında düzgün qənaətə gəlmək olar. Q. Kazımov yazır: «Söz birləşmələrinin 

semantik və qrammatik xüsusiyyətlərini cümlədən kənarda da öyrənmək olar, 

lakin  onların  əlamət  və  xüsusiyyətləri  cümlə  daxilində  daha  dəqiq 

müəyyənləşir,  ona  görə  də  sintaksisin  bu  ilkin  vahidinin  cümlə  daxilində 

öyrənilməsi daha münasib sayılır»   [6. S. 42]. 

Sintaktik  omonimlik  hadisəsinin  mövcudluğu,  eləcə  də  onun  ismi  söz 

birləşmələrində  təzahürü    mənfi  dil  hadisəsi  kimi  arzuolunan  hal  hesab 

olunmasa da, amma kommunikasiya prosesində heç bir ciddi maneə yaratmır. 

O. V.  Draqoyun  çoxmənalılıqla  bağlı  aşağıda  qeyd olunan  fikrini  eynilə  ismi 

söz  birləşmələrinin  omonimliyinə  də  aid  etmək  olar:  «Çoxmənalılıqla  bağlı 

problem, bir qayda olaraq, danışan və yazan tərəf üçün aktual deyil – normal 

ünsiyyətdə  insanlar  eyni  vaxtda  söyləmə  bir  neçə  fikir  daxil  etmirlər.  Şərhin 




 

59 


müxtəlif  variantları  arasındakı  seçim  yalnız  dinləyici  və  ya  oxucu  tərəfindən 

anlama prosesində həyata keçirilir» [7. S. 44]. 

 

Sintaktik omonimliyin  ünsiyyət  prosesinə  mane olan  mənfi  dil  hadisəsi 



kimi qiymətləndirilərək tədqiqata cəlb olunmaması doğru olmazdı. O cümlədən 

söz  birləşmələrinin  və  onun  böyük  hissəsini  təşkil  edən  ismi  birləşmələrin 

omonimliyi  də  tədqiqatdan  kənarda  qalmamalıdır.  Çünki  ismi  birləşmələrin 

omonimliyinin tədqiqi bu dil vahidlərinin informativ yükünün müəyyənləşdiril-

məsi  və  kommunikasiya  prosesindəki  mövqeyinin  dəqiqləşdirilməsi  baxımın-

dan zəruridir. 



 

Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti.  Omonimlik hadisəsinin 

dilin  sintaktik  səviyyəsində  tədqiqi  Azərbaycan  dilçiliyində  işlənməmiş 

sahələrdəndir. Məqalədə ilk dəfə olaraq ismi birləşmələrin omonimliyi və bu dil 

faktının  həmin  birləşmələrin  informasiya  ötürücülüyünə  təsiri  araşdırılmışdır. 

Bu  sahədə  aparılan  tədqiqatın  nəticələrindən  Azərbaycan  dilinin  qrammatika-

sının  (sintaksis  bölməsi  üzrə)  tədrisi  prosesində,  söz  birləşmələrinin  məzmun 

tərəfinin, istifadə imkanlarının genişliyinin öyrənilməsində  və maşın tərcüməsi 

sahəsində istifadə oluna bilər. 



 

Ə D Ə B İ Y Y A T 

 

1. 


Seyidov  Y.  M.  Azərbaycan  dilində  söz  birləşmələri.  Bakı:  Bakı 

Universiteti nəşriyyatı, 1992. 

2. 

Неоднозначность  на  уровне  словосочетания  и  предложения.                              



http://www.krugosvet.ru

 

3. 



Колесников  Н.  П.  Омонимичные  словосочетания  в  составе 

предложения  //  Науч.  докл.  высш.  шк.:  Филол.  науки.  М.:  Высш.  шк., 

1967.  № 6.  

4. 


Müasir Azərbaycan dili: 3 cilddə. Bakı: Elm, 1981. C. 3: Sintaksis. 

5. 


Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 

1998. 


6. 

Kazımov Q. Ş. Müasir Azərbaycan dili: Sintaksis. Bakı: Təhsil, 2007. 

7. 


Драгой О. В. Разрешение синтаксической неоднозначности: правила 

и вероятности // Вопр. языкознания. 2006. № 6. http://www.ebiblioteka.ru 



 

 

                                                                                


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə