N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   30   31   32   33   34   35   36   37   38

 

77 


ümumxalq  dili  sözləri  təşkil  edir. 

Ümumxalq  dilinə  məxsus  sadəlik, 

aydınlıq, yığcamlıq, axıcılıq, ifadəli-

lik  kimi  keyfiyyətlər  bu  qəzetin 

dilinə 

məxsus 


xüsusiyyətlərdir. 

Müxtəlif  zəngin  mövzulu  qəzet 

materiallarının  ayrı-ayrı  janrlarda 

verilməsi  məhz  qəzetin  dilinin, 

üslubunun 

da 


rəngarəngliyi, 

coxcəhətliliyi  və  oxunaqlılığı  üçün 

zəmin  yaradır. Müəllif qeyd edir ki, 

«Kommunist»  qəzetində  çap  edilən 

elə  yazılar  vardır  ki,  hər  söz,  hər 

cümlə,  hər  ifadə  bənzətmə  və  mü-

qayisə,  ifadəlilik,  bədii  və  estetik 

keyfiyyət nümunəsi kimi nəzəri cəlb 

edir. 

«Kommunist» 



qəzetinin 

leksikasındakı  frazeoloji  ifadələr 

obrazlılıq,  bədiilik,  emosionallıq, 

milli  kolorit,  yığcamlıq,  canlı,  bədii 

lövhə  və  təsvirlər  və  s.  yaratmağa 

xidmət  edir.  Qəzetin  dilində  bədii 

ədəbiyyat  nümunələrinə    hekayə, 

şeirlərə,  təmsillərə,  müdrik  sözlərə 

və  bədii  publisistika  janrlarına 

(felyeton, oçerk,  həcv və b.) da tez-

tez  rast  gəlmək  olur.  Bütün  bunlar 

qəzetin 


oxunaqlı, 

canlı, 


təsirli 

çıxması, onun tərbiyəvi, təbliğatçılıq 

və  təşkilatçılıq  qüdrətinin  artması 

məqsədinə xidmət edir.       

«Kommunist» qəzetinin lüğəti 

ictimai  həyatın  bütün  sahələrini  – 

maddi  və  mənəvi,  daxili  və  xarici 

aləmi  əhatə  edir.  Buna  görədir  ki, 

qəzetin  lüğət  tərkibi  çoxcəhətli  və 

rəngarəngdir. 

 

Qəzetdə 


olan 

məlumat,  xəbər,  hadisələrin  və  s. 

xarakterindən və məzmunundan asılı 

olaraq işlədilən sözlər və birləşmələr 

ictimai  və maddi  istehsalın müxtəlif 

sahələrinə,  məişətə.  mədəniyyətə, 

siyasətə,  texnikaya,  elmə  və  s. 

aiddir. Ümumiyyətlə, qəzet leksikası 

mövzuların  bir-birilə  əlaqəli  olması 

cəhətdən  çox  geniş  imkanlara 

malikdir. Leksik üslubi laylar adı ilə 

qəzetin  dilində  işlədilən  terminlər, 

publisist 

leksika, 

rəsmi-işgüzar 

leksika,  ümumxalq  danışıq  sözləri, 

vulqar, mənfi məzmunlu söz və ifa-

dələr,  dialektizmlər,  arxaizmlər,  ta-

rixizmlər və əcnəbi dil leksikasından 

bəhs edir.  

«Kommunist» 

qəzetinin 

dilində  publisist  leksikaya  qəzet 

janrlarının çoxunda işlədilən, yüksək 

emosionallığı, 

ekspressivliyi, 

obrazlılığı  ilə  seçilən  və  ictimai, 

publisist mahiyyətə malik sözləri aid 

edirik. 

Publisist 

leksika 

qəzet 


üslubunun 

təbiətinin, 

xarakter 

xüsusiyyətlərinin  açılmasında  baş-

lıca  rol  oynayır.  Qəzetin  dilində  is-

tifadə olunan publisist leksika və se-

mantik  tərkibinə,  quruluşuna  görə 

rəngarəng və zəngindir. 

Bildiyimiz kimi, qəzet mövzu-

ları 


 

müxtəlifdir. 

 

Bunların   



içərisində  həm  cəmiyyət  həyatının, 

həm  də  gündəlik  həyat  və  məişətin 

ayrı-ayrı  sahələrindən  bəhs  edən 

materiallar 

olur. 

Gündəlik 



həyatımızın  salnaməsini  yaradan 

qəzet  səhifəsində  çox  müxtəlif, 

rəngarəng  materiallar  dərc  edilir. 

İclaslar, konfranslar, plenum, sessiya 

və  qurultaylar  haqqında  hesabat  və 

məlumatlar müxtəlif inzibati təşkilat 

və  orqanların  işindən  danışan  ma-



 

78 


teriallar, xarici və yerli xəbərlər, baş 

məqalə 


və 

korrespondensiyalar, 

hökumət və dövlətin rəsmi məlumat 

və məktubların dilində rəsmi-işgüzar 

leksikasız heç cür keçirmək olmaz.             

Beləliklə, İ. Məmmədovun bu 

monoqrafiyası göstərir ki, «Kommu-

nist» qəzetinin leksikası yalnız müa-

sir Azərbaycan ədəbi dilinin mətbuat 

üslubunun  leksik  xüsusiyyətlərinin 

öyrənilməsində    deyil,    həm    də  

lüğət  


tərkibinin  hazırkı  vəziyyətinin  mən-

zərəsinin 

müəyyənləşdirilməsində 

xüsusi əhəmiyyət kəsb edir. 

Müəllif 

faktları 

hərtərəfli 

təsvir 


etməklə, 

sadalamaqla 

kifayətlənmir,  lazım  olan  yerdə 

«Kommunist»  qəzeti  leksikasının 

razılıq doğuran müsbət 

cəhətlərini qeyd edir, bununla yanaşı 

nitq  mədəniyyəti  sahəsindəki  kəsir-

ləri də, açıb göstərir. 

Monoqrafiya 

Azərbaycan 

mətbuatından  tədqiqat  aparan  gənc 

araşdırıcılara  istiqamətləndirici  bir 

elmi 

mənbə 


kimi 

qiymətlidir. 

Əsərdən  filologiya  və  jurnalistika 

fakültələrinin tələbələri də faydalana 

bilər. 

 

                    SEVİNC 



MƏMMƏDOVA 

 

 



 

 

Çapa təqdim edən 

S. Süleymanova –                                 

«Türkologiya» jurnalı  

  baş redaktorunun müavini   

 

 



Çapa tövsiyə edən 

AMEA Nəsimi adına  

Dilçilik İnstitutunun elmi şurası 

(21.I.2011, protokol № 2) 

 

 

Məqalənin redaksiyaya 



daxil olma tarixi 

17.XII.2010 

 

 

Təkrar işlənməyə  



göndərilmə tarixi 

20.XII.2010 

 

 

Çapa göndərilmə tarixi 



25.II.2011 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə