N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   30   31   32   33   34   35   36   37   38

 

79 


TÜRKOLOGİYA 

 

 

 

 

 

 

 

 

 

 

№ 2                                                                                                     2011

 

 



P E R S O N A L I А 

 

 

 

 

 

 

 

 

ƏLİZADƏ  AFİNA  CAVAD  QIZI   

(Anadan olmasının 80 illiyi) 

 

 



Görkəmli  alim,  filologiya  elmləri 

doktoru  Afina  Cavad  qızı  Əlizadə  1930-cu 

ildə  Salyanda  anadan  olmuşdur.  Orta 

məktəbi  bitirdikdən  sonra  Azərbaycan 

Pedaqoji İnstitutunun (indiki  ADPU)  dil  və 

ədəbiyyat  fakültəsinə  daxil  olmuş,  1953-cü 

ildə  oranı  bitirmişdir.  Filologiya  fakültəsini 

bitirdikdən  sonra  Azərbaycan  SSR  EA-nın 

Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 

dilçiliyin  ən  ağır,  ən  mürəkkəb  sahəsi  olan 

dil  tarixi  şöbəsində  əvvəlcə  laborant,    daha 

sonra  elmi  işçi  kimi  fəaliyyət  göstərməyə 

başladı.  Artıq  yarım  əsrə  yaxındır  ki,  dil-

çiliyin  aktual  problemlərini  tədqiq  et-

məkdədir. Bu müddət ərzində  «Azərbaycan 

dilinin  kəmiyyəti  kateqoriyası:  (XIV–XVII 

əsrlərin materialları əsasında)» mövzusunda 

namizədlik dissertasiyasını, 1998-ci ildə 

isə «XX əsrin əvvəllərində Azərbaycan 

ədəbi dilinin elmi üslubu» mövzusunda 

doktorluq  dissertasiyasını  müdafiə  etdi. 

Əsər  Azərbaycan  ədəbi  dili  və  elmi 

üslubunun  təşəkkül  tarixinə,  XX  əsrin 

əvvəllərində  elmi  üslubun  inkişaf 

meyillərinə,  elmi  əsərlərin  leksik  və 

qrammatik 

xüsusiyyətlərinə 

həsr 


edilmişdir.  Azərbaycan  dilçiliyində  ilk 

dəfə  olaraq  müxtəlif  elm  sahələrinə 

(riyaziyyat, 

tibb, 


kimya, 

tarix, 


coğrafiya) 

dair 


tarixən 

yazılmış 

əsərlərin  dilini  araşdıraraq  bu  üslubda 

ədəbi 


dilin 

funksional 

üslublar 

sistemində yerini, təşəkkül tarixini, elmi 

üslubun 

ədəbi 


dilin 

normasına 

çevrilmək 

imkanlarını, 

elmi-fikrin 

dəqiq  və  səlis  ifadəsi  üçün  cümlələrin 

xarakterini  və  həmin  prosesdə  elmi 

əsərlər yazan şəxsiyyətlərin rolunu açıb 

göstərdi və müəyyən etdi. 

A. Əlizadə bütün ömrünü xalqın 

varlıq  meyarı  olan  dilin  tarixinin  elmi 

axtarışına  sərf  etmişdir.  «Azərbaycan 

ədəbi  dili  tarixi:  (sovet  dövrü)»  (Bakı, 

1968),  «Azərbaycan  dilinin  tarixi 

qrammatikası»,  «Azərbaycan  dilinin 

tarixi  lüğəti»,  «“Kitabi-Dədə  Qorqud” 

dastanının  izahlı  lüğəti»  (Bakı,  1999), 



 

80 


«Füzulinin  poetik  əsərlərinin  izahlı  lüğəti» 

kimi  əsərlərin  yazılışında  fəal  iştirak 

etmişdi. Bundan başqa o, 1997-ci ildən çapa 

hazırlanmaqda  olan  üçcildlik  böyük  həcmli 

«Azərbaycan  dili  tarixi»  əsərinin  də  əsas 

müəlliflərindən biridir. 

A.  Əlizadənin  elmi  fəaliyyəti  dil 

tarixinin  şöbəsinin  kollektiv  tədqiqatlarında 

iştirak  etməklə  məhdudlaşmamışdır.  O, 

dilçiliyin  ayrı-ayrı  problematik  məsələləri  ilə 

bağlı 160-dan artıq elmi məqalənin müəllifidir. 

Elmi axtarışlarında qatı açılmamış mədəniyyət 

tariximizin  müəyyən əsrlərində yazıya alınmış 

abidələrinin dilini tədqiq etmişdir. Bu cəhətdən 

M. Kaşğarinin  «Divanü lüğat-it-türk» əsərinin 

dil  haqqında,  «Kitabi-Dədə  Qorqud  toplusu» 

(Bakı, 

1999), 


eləcə 

də 


«AMEA-nın  

Xəbərləri»ndə,  «Sovetskaya  türkologiya»  və 

«Türkologiya»  jurnallarında  tədqiqləri  elmi 

dəyəri  ilə  diqqəti  cəlb  edir.  Belə  bir  faktı  da 

xüsusi  vurğulamaq  lazımdır  ki,  göstərilən 

abidələr,  yalnız  türk  dilinin  və  ədəbiyyatının 

deyil,  eləcə  də  türk  tarixinin  mədəniyyətinin 

araşdırılması  və  öyrənilməsi  üçün  misilsiz 

mənbə  və  sonsuz  qaynaq  rolunun  oynayan 

əsərlərdir.    Bu  əsərlərlə  bağlı  A.  Əlizadə  bir 

sıra beynəlxalq, eləcə  də respublikamızda ke-

çirilən  elmi-nəzəri  konfranslarda,  İ.  Nəsimi, 

M. Füzuli,  Mirzə  Kazım  bəy,  Ü.  Hacıbəyov, 

N. Nərimanov və b. dahilərin yaradıcılıqları ilə 

bağlı  toplantılarda  maraqlı  məruzələrlə  çıxış 

etmişdir.  Dil  tarixinin  yorulmaz  tədqiqatçısı 

olmaqla  yanaşı,  öz  işinin  sözün  həqiqi 

mənasında  vurğunudur.  O,  dilimizin  qədim 

abidələri ilə bağlı silsilə məqalələr yazmışdır. 

Dilçi  alim  elmi  axtarışlarında  anadilli 

yazılı  abidələrin    tədqiqinə    xüsusi  yer 

ayırmaqla  yanaşı,  orta əsrlər  Azərbaycan  şair 

və  yazıçılarının əsərlərinə  müraciət edərək bu 

sahədə aktuallıq kəsb edən məsələləri tədqiqat 

obyektinə  çevirmişdir.  Füzuliyə  həsr 

etdiyi elmi əsərlərində  Azərbaycan bədii 

dilinin  inkişafında  və  elmi  üslubunun 

formalaşmasında Füzulinin yeni  mərhələ 

açdığını  və  xüsusi  mövqeyi  olduğunu, 

şairin  xalqın  söz  xəzinəsindən  ustalıqla 

istifadə etdiyini qeyd edərək, onun dilində 

işlənmiş sözlərin leksik-semantik və fo-

noloji təhlilini aparmışdır. 

A.  Əlizadə  özünə  və  işinə  qarşı 

hər zaman ciddi və tələbkar alimdir. O, 

Azərbaycan  dilinin  tarixinin  bu  və  ya 

digər  problemlərini  tədqiq    edərkən 

bununla 


əlaqədar 

isə 


ümumtürk 

kontekstində  yanaşan,  ən  kiçik  lüğəvi 

vahidin  araşdırılmasında  belə  onlarla 

türkdilli  qaynaqları  tədqiqata  cəlb 

edərək, əlyazmaları zərgər dəqiqliyi ilə 

öyrənən, tədqiq edən alimlərimizdəndir. 

Bir  türkoloq,  bir  dilçi  alim  kimi  türk 

dillərinin  tarixi  üçün  əvəzsiz  xəzinə 

olan, müasir türk  dillərinin inkişaf  pro-

sesini təhlil etmək, onların keçib gəldiyi 

yolu  düzgün  müəyyənləşdirmək  üçün 

elmi  əhəiyyətə  malik  ən  mühüm 

mənbələrdən  biri  Mahmud  Kaşğarinin 

«Divanü 


lüğat-it-türk» 

əsərinin 

dilçiliyin 

müxtəlif 

aspektlərindən 

tədqiqata  cəlb  etmiş  və  bir  sıra  dəyərli 

elmi məqalələr yazmışdır. 

Yorulmaz  tədqiqatçı  Azərbaycan 

dilinin  sistemli  və  əsaslı  şəkildə  elmi 

tədqiq  edən, XIX əsrin böyük alimi, rus 

və Avropa şərqşünaslığının görkəmli nü-

mayəndələrindən  olan  ilk  azərbaycanlı 

professor Mirzə Kazım bəyin irsinə alim 

həssaslığı ilə yanaşaraq, elmi əsərlərində 

M.  Kazım  bəyin  Azərbaycan  dilinin 

tədqiqindəki  xidmətlərini  araşdırmış, 

onun  «Türk-tatar  dilinin  ümumi  qram-



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə