N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

69 


Azərbaycan  dilində  də  bu  şəkilçi  hadisə,  proses,  nəticə  bildirən 

isimlər  yaradır:  çalxantı,  sarsıntı,  bağlantı,  sallantı,  ovxantı,  yığıntı



axıntısıxıntısəpintigəzintipozuntuçürüntüdağıntı və s. Qeyd etmək 

lazımdır  ki,  -ıntı



4

  şəkilçisinin  yaratdığı  bir  çox  söz  terminoloji  məna 

qazanaraq  texniki  və  elmi  terminologiyaya  daxil  olmuşdur:  döyüntü

tikinti,  qazıntı,  yağıntı,  tapıntı,  çıxıntı,  çöküntü,  qaşıntı,  ərinti,  bulantı

sızıntıyeyintiovuntutullantıqırıntı və s. 

 

Müasir  türk  ədəbi  dilində  atributiv  və  substantiv  isimlər  yaratmaqda 



istifadə olunan -ıq

4

 şəkilçisinə əski türkçədə də təsadüf edilir. Ancaq  mənşə 

etibarilə feli sifət şəkilçisi olduğundan bu şəkilçinin yaradığı isimlərin də ək-

səriyyəti atributivlik xüsusiyyəti daşıyır, məs.: kırıkyarıkdelikyanıkçizik



çürük  kimi  sözlər  həm  sifətə,  həm  də  bu  xüsusiyyəti  daşıyan  anlayışların 

adını bildirdiyi üçün ismə aid edilir: tanık ‘şahid’, tutuk ‘məhkum’, sanık 

‘şübhəli  şəxs’,  yaratık  ‘məxluq’,  içerik  ‘məzmun’,  soluk  ‘nəfəs’,  duruk 

‘statik’ kimi terminlər də məhz bu şəkilçilər vasitəsilə yaranmışdır. 

 

Ümumiyyətlə,  türk  dilində  bu  şəkilçinin  yaratdığı  yeni  isimləri 



məna baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:  

 

1    hərəkət  və  prosesin  adını  bildirən  isimlər:  ısırık,  hıçkırık



aksırıkkesik;  

2    hərəkət  və  prosesin  nəticəsini  bildirən  isimlər:  gömük,  katık



yatıkbitik

3  konkretlik bildirən isimlər: bölükatıkyırtıkdelikkasıksırık



körük

 

Azərbaycan  dilində    atributiv  isimlərin  yaranmasında  işlək  olma-



sına  -ıq-ik-uq-ük şəkilçiləri terminyaratmada da əhəmiyyət kəsb edir. 

«Bu  şəkilçilərlə  yaranan  sözlər  daha  çox  terminoloji  birləşmələrin  bir 

hissəsi kimi terminoloji  leksikaya daxil olur. Məsələn: örtük  qalvanik 

örtük,  dəmir  örtük,  cüt  örtük  (texnik  terminlər);  sınıq      liftli  sınıq,  in-

terkristalit sınıq və s.» [5. S. 62]. 

 

Türkmən dilində isə bu şəkilçi qoşulduğu felin mənası ilə bağlı an-



layışları  ifadə  edən  konkret  və  mücərrəd  mənalı  isimlər  yaratmaqda  ol-

duqca  işləkdir.  Sadə  və  düzəltmə  fellərə  artırılan  -ık



4

  şəkilçisi  qazıq



üzükserpikqırkılıkqatnaşıkçapışıkyaraşıkçaknışık və s. kimi sözlər 

yaranır. 




 

70 


 Bir çox türkoloqun fikrincə, -ıq

4

 şəkilçisi ilə eyni kökə sahib olan  



-aq-ək,  şəkilçiləri -q-k morfoloji vahidinin semantik diferensiasiyaya 

məruz  qalması  nəticəsində  meydana  çıxmışdır.  Müasir  türk  dilində  -ak,          



-ek variantları olan şəkilçi gag → ag → ak  istiqamətində inkişaf  prosesi 

keçmişdir.  Şəkilçi  hal-hazırda  türk  dilində    aşağıdakı  mənalarda  yeni 

isimlər yaradır: 

 

1    yer,  məkan  bildirən  isimlər:  barınak,  korunak,  batak,  bulak



durak

2  əşya, alət, vasitə bildirən isimlər: tarakkaydırakbinekkaşık



saçak

3    mücərrəd  mənalı  isimlər  yaradır:  istek,  anlak,  bellek,  adak



olanak

4    atributiv  isimlər  yaradır:  oturak,  süzek,  peltek,  üşütük,  dönek



bitek

5  yeni terminlər yaradır: ədəbiyyat  uyakkavuştak, iqtisadiyyat 

  ortak,  enek;    coğrafiya    budak,  gölek,  çatak;  tibb    çapak,  geğrek

boğaksızak

 

Türk  dilindəki  ən  qədim  şəkilçilər  sırasına  aid  olan  -gı



4

,  -kı



4

 

şəkilçiləri  isə  edilən,    edən,  bəzən  də  görülən  hərəkətlə  bağlı  işi  ifadə 



edən isimləri yaradır: uykuilgisaysergibilgisevgisorguburgu

biçki,  ör,  gör,  bıç,  bas.    Özləşmə  hərəkatı  zamanı  çoxsaylı 

anlayış  və  məfhumun  ifadəsi  üçün  yeni  sözlər  yaradan  bu  şəkilçi 

əsasında aldalyarbulguvarolguyetkidolgusorguseçki

etkikatyetkiçelişkiyergi kimi terminlər meydana çıxmışdır.   

 

Azərbaycan  dilində  də  -qı,  -ki,  -qu-kü,  -ğı,  -gi-ğu,  -gü  variant-



larına rast gəlinən şəkilçilər daha çox əşya, hadisə və s. bildirən substan-

tiv  isimlər  əmələ  gətirilir:  al,  çalğı,  yanğı,  qarğı,  as,  sat,  sevgi



silgi,  üzəngi,  düzəngi,  səpki,  böl  və  s.  Bu  şəkilçinin  yaratdığı  sözlər 

arasında atributiv isimlərə də təsadüf edilir: gəzərgiötərgiçisəngikəs-



kiqırğıyayğı və s. Əmələ gələn sözlər arasında ümumişlək sözlərlə bə-

rabər  bəzən  elmi-texniki  terminlərə  də  rast  gəlmək  mümkündür:  bas



sarğıdartsürsünhörvurğusorğu

 

 



 Oğuz    qrupu  türk  dillərində  şəkilçilər  tarixən  mühüm  funksiya 

daşımış,  dilin  inkişafında  və  zənginləşməsində  əsas  istiqamətləndirici 

vasitə  olmuşdur.  Bu    baxımdan  qeyd  edilən  türk  dillərinin  semantik  və 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə