N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

 

67 


bildirən  sözlərin  düzəldilməsində  istifadə  olunur:  kalıcı,  ivdirici,  iletici

inceltici,  oyalayıcı,  görücü,  okuyucu,  düşündürücü,  artırıcı,  bağlayıcı

ayırtıcı və s.  

Bu şəkilçi əski türkçədə  -gçı



2 

-guçı



2   

şəklində olmuşdu.  -g-gu,         



-gü + -çı-çi  birləşməsindən yaranan şəkilçi  g-nin düşməsi ilə -uşı-üçi 

formasını almışdır. Sonradan ç-nin c ilə əvəzlənməsi və dodaqlanan sait-

lərin  ahəngə  uyğun  olaraq  öz  yerini  qapalı  saitlərə  verməsi  nəticəsində    

-ıcı-ici  şəkli meydana çıxmışdır. -ıcı

4 

şəkilçisinin yaratdığı isimlər həm 

ümumişlək,  həm  də  terminoloji  məna  daşıyır,  məs.:  tüketici,  denetici

yöneticiüreticieğiticidinleyicialıcıverici kimi sözlər müxtəlif termi-

noloji sistemlərin tərkib hissəsidir.  

Ümumiyyətlə, bu yolla yaranan sözlər əsasən hər hansı bir hərəkəti 

yerinə yetirəni və bu işi daima, mütəmadi olaraq həyata keçirən şəxsi ifa-

də peşə adlarını bildirir: satıcıdikicibakıcıörücüalıcıeğiticideneti-

ciyöneticiekici və s. 

-ıcı

4

 şəkilçisinin digər bir xüsusiyyəti isə adət halını almış vəziyyə-

ti  ifadə  edən  atributiv  adlar  yaratmaqdır:  yiyici,  binici,  bölücü,  yırtıcı

arabulucuaraştırıcı və s. 

 

Azərbaycan  dilində  isə  «həmin  şəkilçi  vasitəsilə  əsasən  hər  hansı 



bir hərəkəti davam etdirən şəxs, heyvan və ya alət adlarını bildirən atri-

butiv  isimlər  əmələ  gətirilir»  [2.  S.  94],  məs.:  alıcı,  dinləyici,  qaldırıcı



bilicioxucuötürücügəmirici və s. 

Terminoloji sistemin əsas vasitələrindən olan -ıcı



4

 şəkilçisi türk di-

lində olduğu kimi, Azərbaycan dilində də fellərə əlavə olunaraq ayrı-ayrı 

prosesləri və alətlərin adlarını bildirən terminlər əmələ gətirir.  

 

Türkmən dilində bu şəkilçinin -ıcı



4

,

  



-ıjı

4 

 variantları mövcuddur, məs.: ke-



çirijiayıklayıcıdüzüjügalplaşdırıcıqoneldijibezikdiricigıcındırıcı və s. Bu 

şəkilçinin ahəng qanununa uyğunlaşdırılmış -ucı-uji variantı da var. Bu sözlər 

də axırıncı hecadakı dodaqlanan sait şəkilçidəki birinci ı saitinin u ilə əvəzlən-

məsinə səbəb olmuşdur, məs.: gansoruciovrujiarabozucıtutujiövrüji və s. 

 

İşləkliyi ilə diqqəti cəlb edən -tı



4

 şəkilçisinin müasir türk dilindəki 

funksiyaları aşağıdakılardır: 

 

1    sifət  mənşəli  sözlərdən  yaranan  fellərə  qoşularaq  atributiv 



xarakterli isimlər yaradır: işartıqızartıbozartıalçaltıboşaltıgöğerti

karaltıçökeltiürpertipırıltıışıltıgöverti və s.; 

5




 

68 


2  fellərə qoşularaq konkret  və mücərrəd anlayış bildirən isimlər ya-

radır: gömültübağlantıdayantıdüzeltibuyrultubelirtiyükseltioyalantı



ulantıçilentikoşaltıeklentiçakıltıçevrintielentiönerti və s.; 

3    təqlidi  sözlərə  və  təqlidi  sözlərdən  əmələ  gələn  fellərə 

artırılaraq  təbiət  və  məişətdə  olan  müxtəlif  səsləri  ifadə  edən  isimlər 

yaradır:  zırıltı,  çıtırtı,  fıkırtı,  şakırtı,  gurultu,  çığırtı,  dırıltı,  hıçkırtı



böğürtübağırtıböbürtükıpırtı və s.  

 

Burada  daha çox ır + kır + ıl +  sözyaratma variantları mü-



şahidə olunmaqdadır. Bu şəkilçi vasitəsilə Azərbaycan dilində də əsasən, ha-

disə və cisim bildirən substantiv adlar əmələ gətirilir və türk dilində müşahidə 

olunan məna xüsusiyyətləri eynilə dilimizdə də müşahidə olunmaqdadır.  

 

Azərbaycan  dilində  də  sifət  mənşəli  sözlərdən  yaranan  fellərə  qo-



şularaq  ağartı,  göyərti,  bozartı  kimi  atributiv  xarakterli  isimlər,  bağırtı

tıqqıltışaqqıltıuğultu kimi müxtəlif səsləri ifadə edən isimlər yaranır. 

 

Türkmən  dilində isə bu şəkilçi -dı-di şəklindədir və fellərə qoşularaq 



daha  çox  təqlidi  sözlərlə  bağlı  olan  və  müxtəlif  səsləri  ifadə  edən  isimlər 

yaradır, məs.: takırsorkulxümürdişakırinirdisakırşabır və s. 



 

-ıntı-inti-untu-üntü. S. Cəfərov yazır ki, «başqa türk dillərində 

təsadüf edilməyən və ya qeyri-məhsuldar olan bu şəkilçi bizim dilimizdə 

nisbətən məhsuldar olub, xüsusi bir semantikaya malikdir. Etimologiyası 

etibarilə -ın



4 

-tı



4 

 şəkilçisinin əlavəsi ilə düzəlmişdir» [2. S. 93]. Ancaq 

digər oğuz qrupu türk dillərində də  bu  şəkilçiyə təsadüf  edilir. Xüsusilə 

müasir türk dilində ərəb-fars mənşəli sözlərin əvəzlənməsində, yeni anla-

yışların  ifadəsində  olduqca  məhsuldardır:  şayia    söylenti,  teessür   

üzüntü,  evham    kuruntu,  harabe    yıkıntı,  kat`iyat    kesinti,  aidat   

ödenti [7. S. 259]. 

 

Müasir  türk  dilində  fasiləsiz  baş  verən  hərəkəti  (aşıntı,  yaşantı



akıntısüzüntüsızıntı), prosesin adını (çalkantıgezintisallantısarsıntı

çırpıntı),  iş  və  hərəkətin  nəticəsini  (birikinti,  yıkıntı,  yığıntı,  dağıntı

kalıntı), insanla bağlı anlayışları (sıkıntıtakıntıkuruntuüzüntükasıntı

bozuntu),  konkret  anlayışları  (görüntü,  kaşıntı,  alıntı,  toplantı,  sığıntı

bildirən  isimlərlə  yanaşı,  bu  şəkilçi    bəzən  əşya  və  şəxsin  xüsusiyyətilə 

əlaqədar  qəlibləşmiş  isimlərin  yaranmasında  da  yaxından  iştirak  edir: 

askıntıçalıntıdidintigirintikapantıirinti



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə