N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 

63 


məsdər  şəkilçisi  ilə  bağlı  olduğunu  qeyd  edirlər.  «Bizcə,  bir  tərəfdən, 

həmin  şəkilçinin  ancaq  fel  köklərinə  bitişməsi,  digər  tərəfdən  –  yenə 

həmin  şəkilçinin  tam  forması  olan  -maq,  -mək  şəkilçisinin  isim  əmələ 

gətirməsi,  ismə  yaxınlaşması  -ma,  -mənin  -maq,  -məklə  bir  mənşədən 

olduğunu  təsdiq  etməyə  əsas  verir»  [1.  S.  104].    S.  Cəfərov    da  bu 

şəkilçinin  -maq



2

  məsdər  şəkilçisindən  törənib  dilimizdə  atributiv  və 

substantiv  isimlər  əmələ  gətirdiyini  qeyd  edir  [2.  S.  181].    M.  Erginin 

fikrincə,  bütün  fel  köklərinə  artırıla  bilən  -ma,  -me  şəkilçilərinin  əsas 

funksiyası iş isimləri yaratmaqdır [3. S. 186]: okumagelmeyazma və s. 

R. Rüstəmov  isə  bu  şəkilçinin  hal-vəziyyət, əşya,  keyfiyyət, münasibət 

bildirdiyini,  bununla  yanaşı,  konkret  isimlər  düzəltdiyini  qeyd  edir                

[4. S. 23]. Türk dilində xəfif məsdərin şəkilçisi olan bu şəkilçi qoşulduğu 

fellərə  isim  xüsusiyyəti  qazandırır.  Ən  çox  terminyaratmada  istifadə 

olunan bu şəkilçinin digər bir xüsusiyyəti isə qəlibləşən, əşya adı bildirən 

sözlər  düzəltməkdir.  Hərəkət  və  proses  adı  bildirən  birinci  qrup 

isimlərdən fərqli olaraq dondurmakavurmadolma kimi sözlər felə aid 

xüsusiyyətini  tamamilə  itirərək  qəlibləşmiş  ismə  çevrilmişdir.  Hind-

Avropa dillərindəki -tion-ung şəkilçilərinin qarşılığı kimi -ma



2 

şəkilçisi 

həm də mücərrəd anlayışları ifadə etmə xüsusiyyətinə malikdir.  

 

 



Türk  dilinin  ərəb-fars  mənşəli  hərəkət  adlarından,  fail  və 

məfullardan  təmizlənməsində  (süküt    düşme,  murur    geçme,  kıraat   



okuma,  muhafaza    koruma,  naliş    inleme,  nevaziş    okşama,  ihraç   

çıkarma,  tediye    ödeme,  istikbal    karşılama,  temadi    uzama

müzayede    artırma)  aktiv  rol  oynamış  bu  şəkilçi  terminlərin 

türkləşməsində  də  əsas  vasitələrdən  biridir:  tarh  –  çıkarma,  mizan   



sağlama,  teşri    yasama,  icra    yürütme,  tehammür    mayalanma

tasfiye    arıtma,  temeyyu  –  sıvılaşma,  tahkik  –  gerçekleme,  tekanuz  – 

çelişme və s. 

Sifət  yaratma  xüsusiyyətinə  malik  olan  -ma



2

  şəkilçinin  yaratdığı 

isimlərin  əksəriyyətində  də  sifətlik  xüsusiyyəti  hiss  olunmaqdadır. 

Görünür, ilk  yaranarkən sifət şəklində olan  bu sözlər tədricən qəlibləşib 

isimləşmişdir.  Xüsusilə  yeməklə  bağlı  sözlər  bu  qəbildəndir:  dolma

şekerleme,  sarma,  ezme,  akıtma,  tarama,  bulama,  katlama,  kaplama

pastırmadürmetaramasöğürmeçevirmehaşlama

-ma

  şəkilçisinin  sözyaratma  funksiyalarından  biri  də  fellərə 

qoşularaq  əşya  adı  bildirən  isimlər  yaratmaqdır.  Bu  sözlər  hərəkət  adı 

bildirən  isimlərlə  omonim  xarakter  daşıyır:  asma,  burma,  sıtma,  inme



saçmadonanmayarmakazmadöşemeçizme və s.  


 

64 


 

Azərbaycan  dilində  də  bu  şəkilçi  proses,  hal-vəziyyət  ifadə  edən 

isimlərin  yaranmasında  olduqca  işləkdir:  uydurma,  döşəmə,  gəlmə

qızdırma,  vuruşma,  suvarma  və  s.  Qeyd  etdiyimiz  məna  çalarını  ifadə 

etməsi  şəkilçinin  termin  yaratmadakı  rolunu  daha  da  artırır.  «Bu 

şəkilçidən  terminlərin  yaranmasında  daha  çox  istifadə  olunmasının  əsas 

səbəbi  də  elmdə  hərəkət  və  proseslə  bağlı  anlayışların  daha  zəngin  ol-

masıdır»  [5.  S.  61].  Ayrı-ayrı  prosesləri  ifadə  edən  bu  şəkilçi  geniş 

sözyaratma  qabiliyyətinə  malikdir:  görmə,  durulma,  sorulma,  süzülmə



maqnitlənməaşqarlamaşüalanmasüzmə və s. 

 Terminyaratma  zamanı  bu  şəkilçi  nəinki  sadə,  həm  də  düzəltmə  

fellərə  artırılır.  Ən  çox  -laş

2

,  -lan



2

,  -dır



4

  şəkilçilərindən  sonra  artırılan              



-ma

2

  şəkilçisi    düzəltmə  fellərin  ifadə  etdiyi  hərəkəti  adlandırmaq 

vəzifəsini  yerinə    yetirir:  əhəngləşmə,  durulaşdırma,  qatılaşdırma

fırlanma,  sızlaşma  və  s.  Həm  alınma,  həm  də  milli  sözlərə  qoşulan  bu 

şəkilçi  nümunələrdən  göründüyü  kimi    onları  məsdərləşdirir,  yəni  felə 

isim  xüsusiyyəti qazandırır və tədricən onlar isimlik  qazanır. Ancaq bu 

şəkilçinin  yaratdığı  yeni  sözlər  arasında  müasir  dildə  əşya  adı  bildirən 

sözlər əksəriyyət təşkil edir: çəkməsüzməqovurmadöşəmə. Təsirli və 

təsirsiz  fellərə  qoşularaq  proses  ifadə  edən  şəkilçi  vasitəsilə  yaranan 

isimləri 2 qismə bölmək  mümkündür: a) prosesin gedişini ifadə edənlər 

(becərilmə,  anlama,  qidalanma,  baltalama,  doydurma,  buxarlanma);              

b)  prosesin  nəticəsini  və  ya  bitmiş    bir  prosesi  ifadə  edənlər  (vurma

sınmatoqquşmaaldatma).  

 

Türkmən  dilində  də  isim  yaratma  xüsusiyyətinə    malik  olan  -ma



2 

şəkilçisi digər oğuz qrupu türk dillərində olduğu kimi hərəkət, proses adı 

bildirən sözlər yaradır. Sadə və düzəltmə fel köklərinə artırılan bu şəkilçi 

həm  alınma,  həm  də  milli  sözlərdən  yeni  isimlər  yaradır. 

Terminyaratmada  da  aktiv  olan  bu  şəkilçi  Azərbaycan  dilində  olduğu 

kimi,  -la



2

,  -lan



2

,  -laş



2

,  -dır



4

,  -t,  -n  şəkilçilərindən  sonra  gələrək  fellərin 

ifadə  etdiyi  hərəkəti,  o  hərəkətin  baş  verdiyi  prosesi  adlandıran  isimlər 

əmələ  gətirir:  dolandyrma  ‘idarəetmə’,  optimallaşdyrma,  iymitlendirme 

‘bəsləmə’,  aỳyrma  ‘dövrəaçma’,  qozqanma  ‘tərpənmə’,  ırqıldama 

‘titrəmə’, eyülma ‘pozulma’, şemallatma ‘ventilyasiya’, dikeltme ‘bərpa’, 



denaqramlaşma  ‘müvazinətləşdirmə’,  eglenme  ‘ləngimə’,  deneşdirme 

‘müqayisə’, qışarma ‘meyiletmə’ və s. 

 

 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə