N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 

54 


– Yadıma düşdü. Mən Nicatla telefonla danışdım

– Yoox, telefon söhbəti axşam olmuşdu: 1 – ‘telefonla bağlı söhbət, yəni 

Mətinin evinə axşam vaxtı kiminsə zəng etməsi’ mənasında (əsas); 2 – ‘telefon-

da gedən söhbət’. 

Ə.  Əmirlinin  «Bala-bəla  sözündəndir?»  komediyasından  götürülmüş 

telefon  sevgisi  birləşməsi  də  omonim  söz  birləşmələrinə  nümunədir:  A  n  a

...Oğlum,  aldanma  telefon  sevgisinə:  1  –  ‘telefon  vasitəsilə  tanışlıq,  yaranan 

sevgi’ mənasında (əsas); 2 – ‘telefonla danışmağa qarşı olan güclü meyil’. 

Televiziya  dilindən  götürülmüş  aşağıdakı  nümunə  də  sintaktik 

omonimlik  hadisəsi  baxımından  maraq  doğurur:  Təyyarədə  yastıq  davası 

(«Xəzər»  tv):  1  –  ‘yastıq  vasitəsilə  həyata  keçirilən  dava’  (əsas);  2  –  ‘yastıq 

üstündə  düşən  dava’.  S.  Rəhmanın  «Nişanlı  qız»  pyesindəki  oxşar  söz 

birləşməsi  də eyni  mənanı  ifadə  etmişdir: B ə  n ö v  ş ə. ...Mən öz nişanlımla 

əməlli-başlı  qılınc  davasına  çıxmalı  olacağam:  qılınc  davası:  1  –  ‘qılınc 

vasitəsilə həyata keçirilən dava’ (əsas); 2 – ‘qılınc üstündə düşən dava’. Molla 

Nəsrəddin  lətifələri  ilə  bağlı  yaranmış  məsəllərdən  biri  olan  Dava  yorğan 

davası idi məsəlində isə oxşar quruluşlu söz birləşməsi ‘yorğan üstündə düşən 

dava’ mənasını ifadə etmişdir. Bu fakt həmin II növ təyini söz birləşmələrinin 

omonimliyini sübut edir. 

          Əgər diqqət  yetirsək, görərik ki,  yuxarıda  sadalanan  bütün II  növ təyini 

söz  birləşmələrində  omonimliyin  yaranmasında    birləşmələrin  ikinci  tərəfi  öz 

fəallığı ilə seçilir. Buna səbəb ikinci tərəf kimi çıxış edən sözlərin semantikası 

və  bu  semantikanın  tərəflər  arasındakı  məna-qrammatik  əlaqələrin 

formalaşmasına təsiridir. Yuxarıdakı birləşmələrin ikinci tərəfi kimi çıxış edən 



paysöhbətməhəbbətxəbərhəvəssevgi kimi sözlər birləşmə daxilində digər 

sözlə  əlaqələndiyi  zaman  bəzən  həmin  sözün  aktiv  mövqedə  çıxış  edərək 

subyekt,  bəzən  də  passiv  mövqedə  çıxış  edərək  obyekt  kimi  müəyyənlik 

qazanmasına şərait yaradır. Deməli, ikinci tərəf öz semantikası ilə birinci tərəfin 

qrammatik  mövqeyinin  təyin  olunmasına,  birinci  tərəfin  qrammatik 

mövqeyinin  təyin  olunması  isə  onunla  ikinci  tərəf  arasında  olan  məna  və 

qrammatik  əlaqələrin  müəyyənləşməsinə,  bu  da  öz  növbəsində  birləşmə 

daxilində omonimlik faktının meydana çıxmasına səbəb olur. Fikrimizi belə bir 

nümunə  ilə  aydınlaşdıraq:  ...Elə  onun  özü  də  qazanc  mənbəyi  kimi  qiy-

mətləndirdiyi Mahmud ağa ehsanlarından az bəhrələnmirdi (Ə. Cəfərzadə). 

Cümlə  daxilində  Mahmud  ağa  ehsanları  birləşməsinin  ifadə  etdiyi 

mənanı  müəyyənləşdirmək  qeyri-mümkündür.  Bunun  üçün  həmin  cümlə  ilə 

əlaqələnən digər cümlələrə, yəni mətnin müəyyən kəsiminə müraciət olunması 

zəruridir.  Yalnız  bundan  sonra  həmin  birləşmənin  ‘Mahmud  ağanın  verdiyi 

ehsanlar’  mənasında  işləndiyini  görmüş  olarıq.  Burada  da  ikinci  tərəfə,  yəni 



ehsanlar  sözünə  nəzərən  birinci  tərəfin,  yəni  Mahmud  ağanın  qrammatik 


 

55 


mövqeyi təyin olunur və Mahmud ağa ehsanvermə prosesində fəal iştirak edən 

tərəf kimi çıxış edir, prosesin birbaşa subyekti olur. Bu birləşmə ikinci mənada, 

yəni  ‘Mahmud  ağanın  adına  verilən  ehsanlar’  mənasında  işləndikdə  birləşmə 

daxilində Mahmud ağanın qrammatik mövqeyi dəyişir. Mahmud ağa birləşmə 

daxilində,  deməli,  həm  də  ehsanvermə  prosesində  passiv  mövqe  tutaraq, 

özünün  aktiv  subyekt  mövqeyini  qeyri-müəyyən  şəxsə  verir.  Bu  proses 

yuxarıda nümunə kimi verilmiş birləşmələrə də eynilə şamil edilə bilər. 

Dilimizdə omonimlik hadisəsinin diaxronik aspektdə tədqiqi də maraqlı 

faktların aşkarlanmasına təkan verə bilər. Bu baxımdan C. Məmmədquluzadə-

nin dilimizin bütün incəliklərini özündə əks etdirən dram əsərləri xüsusi maraq 

doğurur. II növ təyini söz birləşmələrinin omonimliyi ilə bağlı dram əsərlərinin 

dilində beş nümunə diqqəti cəlb edir: 1. U ç i t e l. ...Xub, başa düşmürsünüz, 



götürək  müsəlman  sözünü.  Məsələn,  ot  (C.  Məmmədquluzadə):  müsəlman 

sözü: 1 – ‘müsəlman (burada Azərbaycan dili nəzərdə tutulur. – G. Ə.) dilinə 

məxsus olan söz’ (əsas); 2 – müsəlman sözünün özü’; 2. H ü m m ə t ə l i. A ki-



şi, yox, yox, saldat söhbəti yoxdu    (C. Məmmədquluzadə): saldat söhbəti: 1 – ‘sal-

dat ilə bağlı söhbət’ (əsas); 2 – ‘saldatların öz arasında olan söhbət’; 3. M ə r c a n   

x a n ı m. ...Millət işi və camaat işi desən, hər gün ictimai işlərdə və məclislərdə 

(C.  Məmmədquluzadə):  millət  işi  və  camaat  işi:  1  –  ‘millət  və  camaat  üçün 

görülən iş’ (əsas);   2 – ‘millətin və camaatın özünün gördüyü iş’; 4. M ə r c a n   

x  a  n  ı  m.  ...Hərənin  bir  dərdi  olar,  sən  axır,  niyə  bizə  baxırsan  və  çörəyini 



yarımçıq  qoyub  arvad-uşaq  söhbətinə  qarışırsan  (C.  Məmmədquluzadə): 

arvad-uşaq  söhbəti:  1  –  ‘arvad-uşağın  etdiyi  söhbət’  (əsas);  2  –  ‘arvad-uşaq 

haqqında olan söhbət’; 5. Ş e y x  N ə s r u l l a h. ...Xalqın heç bir nəfərinə öz 



nəfsini və əxlaqını təmizləmək padşahlara və sultanlara zəruri olan qədər zəruri 

deyildir ki, məmləkətə möhkəm bir İskəndər səddi çəkib, qəlb ölkəsini, Yəcucun 

şərri  kimi  pis  olan  düşmən  təşvişindən  əmin  eləsin  (C.  Məmmədquluzadə): 

düşmən təşvişi: 1 – ‘düşmənlə bağlı təşviş keçirmək’ (əsas); 2 – ‘düşmənin təş-

viş keçirməsi’. 

Artıq  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  dilimizdə  zəngin  omonimlik 

faktları ilə seçilən birləşmələr III növ təyini söz birləşmələridir. Bunu tədqiqat 

nəticəsində  əldə  olunan  faktların  çoxluğu  da  təsdiqləyir.  III  növ  təyini  söz 

birləşmələrinin  omonimliyinə  aid  materialların  kəmiyyətcə  çoxluğu  bu 

birləşmələrin  elastik  quruluşu,  tərkib  hissələrinin  ifadə  imkanlarının  genişliyi, 

dinamikliyi,  birləşmənin  işlənmə  tezliyi  ilə  bağlıdır.  III  növ  təyini  söz 

birləşmələrinin  tərəfləri  arasındakı  sintaktik  əlaqələrin  tam  formalaşması  da 

sintaktik omonimlik hadisəsinin yaranmasına şərait yaradır, çünki yuxarıda da 

qeyd  etdiyimiz  kimi,  omonimlik  hadisəsi  dilin  sintaktik  səviyyəsində  məhz 

məna  və  qrammatik  (sintaktik)  əlaqələrin  əsasında  reallaşan  dil  faktı  kimi 

təzahür edir.   



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə