N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 

50 


onların  tərkib  hissələrinin  ayrı-ayrılıqda  ifadə  etdiyi  mənaların  omonimliyi 

deyil,  struktur-semantik  bütövlüyə  malik  olan  bu  konstruksiyaların  özlərinin 

ifadə  etdiyi  mənanın  omonimliyidir.  Həmçinin  sərbəst  söz  birləşmələrindəki 

omonimliyin  mürəkkəb  təbiətə  malik  olması  sözlərdən  fərqli  olaraq  onların 

əşyaları,  hadisələri təcrid olunmuş  şəkildə deyil,  bir-biri  ilə qarşılıqlı  əlaqə  və 

münasibətdə ifadə etməsi ilə bağlıdır. Söz birləşmələrinin ifadə etdiyi məna bu 

əlaqə və münasibətlər əsasında formalaşır. Bu da bir daha sübut edir ki, sərbəst 

söz  birləşmələrinin  omonimliyi  onun  tərkib  hissələri  arasındakı  məna  və 

qrammatik  əlaqələrin  yaratmış  olduğu  omonimlikdir.  Bu  hadisəni  məna  və 

qrammatik əlaqələrin fonunda təzahür edən dil faktı kimi də qiymətləndirmək olar. 

Fikrimizi aydınlaşdırmaq üçün söz birləşmələrinin ilk sistemli tədqiqini 

aparmış Y. Seyidovun «Azərbaycan dilində söz birləşmələri» kitabında verilmiş      

aşağıdakı qeydə diqqət yetirək: «Söz birləşmələri sözlərin məna və qrammatik 

cəhətdən 

əlaqələnməsindən 

əmələ 


gəldiyinə 

görə, 


birləşmələrin 

komponentlərinin  münasibətindən  bəhs  edərkən  hər  iki  cəhəti  nəzərə  almaq 

lazımdır.  Bunlardan  biri  söz  birləşmələrinin  daxili  mahiyyətini,  ikincisi  isə 

xarici-formal cəhətini təşkil edir» [1. S. 83]. 

Müəllifin yuxarıda qeyd olunan fikri bir daha sübut edir ki, sərbəst söz 

birləşmələrində  təzahür  edən  omonimlik  hadisəsini  tədqiq  edən  zaman  da 

həmin  cəhətlərin  nəzərə  alınması  zəruridir.  Çünki  hər  hansı  bir  dil  vahidinin 

təbiətinə  xas  olan  cəhətləri  nəzərə  almadan  onda  baş  verən  hər  hansı  bir  dil 

hadisəsinin  də  mahiyyətini  hərtərəfli  açmaq  və  həmin  hadisənin  dildəki 

mövqeyini  düzgün  şəkildə  qiymətləndirmək  mümkün  deyildir.  Zənnimizcə, 

dilçiliyimizdə  sərbəst söz birləşmələrində təzahür edən omonimlik hadisəsinin 

tədqiqatdan  kənarda  qalmasının  əsas  səbəbi  məhz  bu  cəhətin  nəzərə  alınma-

masıdır. Sözün mənasının söz birləşməsi daxilində dəqiqləşməsi, çoxmənalılıq-

dan,  omonimlikdən  məhrum  olması  və  sözün  mümkün  olan  mənalarından 

yalnız birinin söz birləşməsi daxilində aktivləşməsi kimi dilçiliyin sintaksis böl-

məsində özünə möhkəm yer tutmuş və elmi cəhətdən əsaslandırılmış fikirlərin 

sintaktik omonimlik  hadisəsi  ilə  düzgün  əlaqələndirilməməsi  uzun  müddət  bu 

hadisənin  tədqiqatdan  kənarda  qalmasına  səbəb  olmuşdur.  Yuxarıda  da  qeyd 

etdiyimiz kimi,  sintaktik omonimlik hadisəsi tədqiq olunan zaman söz birləş-

mələri  sözlərin  adi  yığını  kimi  deyil,  özünəməxsus  keyfiyyətlərə  malik  olan 

müstəqil dil vahidi kimi nəzərdən keçirilməlidir.  

Söz  birləşmələrinin  omonimliyini  tədqiq  edərkən  rus  dilçiliyinin  bu 

sahədə  əldə  etdiyi  elmi  yeniliklərdən  və  təcrübədən  istifadə  etmək  daha 

məqsədəuyğundur.  Çünki  sintaktik  omonimlik  hadisəsinin  tədqiqində  50  illik 

təcrübəyə malik olan rus dilçiliyində omonim söz birləşmələri də geniş şəkildə 

tədqiq  olunmuşdur.  Rus  dilçiliyində  omonim  söz  birləşmələri  sintaktik 

omonimlik  hadisəsinin  разметочная  омонимия  adlanan  tipinə  daxil  edilir. 



 

51 


Sintaktik  omonimlik  hadisəsinin  bu  tipi  forma  və  tərkib  hissələri  arasındakı 

sintaktik əlaqələrin müxtəlif cür şərh edilməsi ilə xarakterizə olunur [2]. 

Bu sahədə aparılan tədqiqatlar arasında N. P. Kolesnikovun tədqiqatları 

xüsusilə  seçilir. Öz  fikrini dilimizdəki III  növ təyini  söz birləşmələrinə uyğun 

gələn  приглашение  учителя,  приём  министра,  вызов  сенаторов

осуждение  Паганини  kimi  nümunələrlə  izah  edən  N.  P.  Kolesnikov  bu 

birləşmələrin  omonimliyinin  səbəbini  belə  izah  edir:  «Beləliklə,  omonimliyin 

yaranma  səbəbi  hərəkətin  ismin  yiyəlik  halı  ilə  ifadə  olunmuş  subyekti  ilə 

obyektinin bir-birinə uyğun gəlməsidir» [3. S. 67]. 

Müəllif  bu  hadisənin  aradan  qaldırılmasında  kontekstin,  oxucunun 

biliyinin, həyat təcrübəsinin, situasiyanın vacib amillər olduğu qənaətinə gəlir. 

Onu da qeyd edək ki, müəllif «омонимия предложно-именных сочетаний» 

başlığı  altında  за  тобой,  сражавшиеся  с  национальными  героями  Кубы



вирус в маскеиз хвостадо конца медового месяцана славу və s. kimi sırf 

rus dilinə xas olan birləşmələrdən bəhs etmişdir ki, bunlar bizim dilimiz üçün 

səciyyəvi deyil [3. S. 73]. Çünki dilimizdə önlüklər və onlar əsasında düzələn 

söz  birləşmələri  mövcud  deyil.  Buna  görə  də  sintaktik  omonimlik  hadisəsi 

tədqiq  olunan  zaman  rus  dilçiliyinin  bu  sahədə  əldə  etdiyi  nəticələrdən  kor-

koranə  şəkildə  deyil,  dilimizin  iltisaqiliyi  və  bu  quruluşdan  irəli  gələn 

özünəməxsus keyfiyyətləri nəzərə alınmaq şərti ilə istifadə olunmalıdır. Onu da 

qeyd  edək  ki,  dilimizdə  müşahidə  olunan  II  növ  təyini  söz  birləşmələrinin 

omonimliyi  də  rus  dili  üçün  səciyyəvi  deyil.  Bu  isə  onu  göstərir  ki,  sintaktik 

omonimlik  hadisəsi  ayrı-ayrı  dillərdə  yeni-yeni  keyfiyyətlər  qazanaraq  özünü 

büruzə verir.  

 

Bildiyimiz kimi, ismi birləşmələr iki qrupa ayrılır:  



 

1) təyini söz birləşmələri; 

2) təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr. 

 

Məqalədə yalnız təyini söz birləşmələrinin omonimliyindən bəhs olunur. 



Təyini  söz  birləşmələrinə  daxil  olmayan  ismi  birləşmələr  haqqında  onu  deyə 

bilərik ki, müasir Azərbaycan dilinin  materialları üzərində aparılan tədqiqatlar 

zamanı  həmin  birləşmələrin  omonimliyi  faktına  rast  gəlinməmişdir.  Bu  isə 

ikinci qrup ismi birləşmələrin dilimizdə azlıq təşkil etməsi və birinci qrup ismi 

birləşmələr  qədər  zəngin  təzahür  imkanlarına  malik  olmaması  ilə  izah  oluna 

bilər. 


 

 

4






Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə