N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

 

52 


Təyini söz birləşmələrinin omonimliyi ilə bağlı dil materiallarının tədqiqi 

isə bu hadisənin III növ təyini söz birləşmələrində zəngin təzahür imkanlarına 

sahib  olduğunu  söyləməyə  əsas  verir.  I  və  II  növ  təyini  söz  birləşmələri 

haqqında  eyni  fikri  söyləmək  olmur.  I  növ  təyini  söz  birləşməsinin  tərəfləri 

arasındakı münasibət (təyinlə təyin olunan arasındakı münasibət), buna uyğun 

olaraq təyin edən tərəfin təyin olunan tərəfi  yalnız müəyyən bir cəhətinə görə 

izah  etməsi  və  onların  arasında  heç  bir  formal-qrammatik  əlaməti  olmayan 

yanaşma  əlaqəsinin  mövcudluğu    omonimlik  hadisəsinin  qarşısını  alır.  Buna 

baxmayaraq  dil  materiallarının  təhlili  zamanı  aşkarlanmış  və  hələlik  yeganə 

nümunə olan güllü vaza birləşməsində  omonimlik hadisəsinin mövcudluğunun 

şahidi  olmaq  mümkündür.  Bu  birləşmə  iki  mənanı  özündə  ehtiva  edir:                 

1)  ‘güllərlə  bəzədilmiş,  yəni  üzərində  gül  təsviri  olan  vaza’;  2)  ‘içərisinə  gül 

qoyulmuş  vaza’.  Onu  da  qeyd  edək  ki,  birləşməyə  məna  baxımından  iki  cür 

şərhin  verilməsinə  şərait  yaradan  amil  güllü  sözünün  öz  potensial  məna 

imkanıdır.  Oxşar  birləşmənin  omonimliyinə  N.  P.  Kolesnikov  da  diqqət 

yetirmişdir.  V.  İ.  Koduxovun  da  diqqət  yetirdiyi  кувшин  с  цветами 

birləşməsini  nümunə  göstərən  müəllif  həmin  birləşmənin  mənası  ilə  bağlı  üç 

cür şərhin verilə bilməsinin mümkünlüyünü qeyd edir. Bunlar aşağıdakılardır:  

1  –  ‘bardaq  və  güllər’;  2  –  ‘üzərində  gül  təsviri  olan  bardaq’;  3 –  ‘içərisində 

güllər olan bardaq’ [3. S. 75]. 

           

II  növ  təyini  söz  birləşmələri  də  omonimlik  hadisəsi  ilə  bağlı  zəngin 

material  vermir.  Buna  səbəb  birləşmənin  tərəfləri  arasındakı  əlaqənin  möh-

kəmliyi,  birləşmənin ümumiliyə  və qeyri-müəyyənliyə  meyili  kimi  amillərdir: 

«Bu birləşmələrdə sözlər arasında əlaqə o qədər möhkəm olur ki, bunlar arasına 

heç  bir  söz  əlavə  etmək  mümkün  deyildir.  Belə  bir  möhkəm  əlaqəyə  malik 

olmaq  xüsusiyyəti  onları  tam  lüğəti  vahidə,  bir  anlayışı  ifadə  etməyə  gətirib 

çıxarır»  [4. S. 109]. 

 

II növ təyini söz birləşmələrinə xas olan bu cəhət onların söz yaradıcılı-



ğında (əlbəttə  ki,  burada  mürəkkəb sözlərin  yaranması  nəzərdə tutulur)  və  ən 

əsası termin yaradıcılığında fəal iştirakına səbəb olur. Terminləri səciyyələndi-

rən ən mühüm xüsusiyyət isə onların təkmənalılığa meyili və omonimliyə zidd 

mövqedə  durmalarıdır.  Bu  fakt    II  növ  təyini  söz  birləşmələrində  omonimlik 

hadisəsinin təzahürü üçün geniş imkanların olmadığını bir daha sübut edir. Bu 

cəhət I növ təyini söz birləşmələrinə də aiddir.  

 



 

53 


II növ təyini söz birləşmələrinin omonimlik hadisəsi baxımından zəngin 

material  verməməsi  bu dil  faktının tədqiqinin zəruriliyini azaltmır, əksinə  çox 

nadir  hallarda  təsadüf  olunan  II  növ  omonim    ismi  birləşmələr  sintaktik 

omonimlik  hadisəsinin  mahiyyətinin  tam  şəkildə  müəyyənləşdirilməsində 

əhəmiyyətli  rol  oynayır.  Çünki  hər  hansı  bir  dil  hadisəsinin  hərtərəfli 

öyrənilməsi  üçün onun dildə  sıx-sıx  və  ya  nadir  hallarda  mövcud olmasından 

asılı olmayaraq bütün təzahür imkanları nəzərə alınmalıdır.  

Aşağıdakı nümunələrdə II növ omonim təyini söz birləşmələri öz əksini 

tapmışdır:  1.  –  Dostum,  bu  pulu  sənə  borc  vermirəm,  bunu  mənim  sənə dost 

payım hesab edə bilərsən, – dedi... (R. Qaraca): dost payı: 1 – ‘dostun verdiyi 

pay’  (əsas);  2  –  ‘dosta  verilən  pay’;  2.  Q  a  y  n  a  t  a.  Bəli,  kişi  söhbətidir             

(Ə. Əmirli): kişi söhbəti: 1 – ‘kişilər arasında olan söhbət və ya kişilərə aid olan 

söhbət’ (əsas); 2 – ‘hər hansı bir kişi ilə bağlı olan söhbət’; 3. Ana bu əllərdə 



övlad  məhəbbəti  duymadı,  balasına  süd  verən  döşləri  sızıldadı,  taqəti  kəsildi, 

təlaşı  artdı  (Ə.  Cəfərzadə):  övlad  məhəbbəti:  1  –  ‘övladın  anaya  məhəbbəti’ 

(əsas); 2 – ‘ananın övladına məhəbbəti’; 4. Həmi casus xəbərini gətirdin, həmi 



də  casusun  kim  oldusu  xəbərini  (K.  Abdulla):  casus  xəbəri:  1  –  ‘casus 

haqqında  xəbər’  (əsas);  2  –  ‘casusun  gətirdiyi  xəbər’.  K.  Abdullanın  həmin 

romanından götürülmüş daha  bir  fakt da diqqəti  cəlb  edir: – Beyrək bu casus 

söhbətini ortaya nə üçün indi, yağma zamanı atsın? Casus söhbəti: 1 – ‘casus 

haqqında söhbət’ (əsas); 2 – ‘casusun danışdığı söhbət’. 



Ana  məhəbbəti    birləşməsi  də  bu  baxımdan  maraq  doğurur.  İki  fərqli 

müəllifin  əsərlərinin  dilində  işlənmiş  bu  birləşmənin  ifadə  etdiyi  məna  fərqi 

həmin  birləşmənin omonimliyinə  işarə edir: 1. Ceyranı görmədən, tanımadan 

evlənmişdi, amma elə isinmişdi, elə uyuşmuşdu ki, bu adətkərdəlik dərin, həyati, 

ailəvi  bir  bağlılığa,  əbədi  bir  qadın-ana  məhəbbətinə  çevrilmişdi                         

(Ə. Cəfərzadə): ana məhəbbəti: 1 – ‘anaya olan məhəbbət’ (əsas); 2 – ‘ananın 

övladına  məhəbbəti’;  2.  S  a  h  i  b.  ...Arxayınlıq  adamın  əzalarına  yayılır,  göz 

qapaqları  ağırlaşır,  mürgü  adamı  ana  məhəbbəti  ilə  sevən  qadın  kimi 

qucaqlayır (Ə. Əmirli): ana məhəbbəti: 1 – ‘ananın övladına məhəbbəti’ (əsas); 

2 – ‘anaya olan məhəbbət’. 

Ə.  Cəfərzadənin  «Aləmdə  səsim  var  mənim»  romanından  götürülmüş 

çəngi həvəsi birləşməsi də maraqlı omonimlik faktı kimi qiymətləndirilə bilər: 

Yoxsa çəngi həvəsi ürəyindəki qorxuya üstün gəlib? – 1 – ‘rəqqasəyə olan ma-

raq, Tərlanın rəqqasə Sonaya bəslədiyi hisslər’ mənasında (əsas); 2 – ‘rəqqasə-

nin nəyə və ya kiməsə göstərdiyi həvəs’. 

Digər  maraqlı  bir  fakt  isə  R.  Qaracanın  «Qamışlıqda  yox  olanlar» 

hekayəsindəki telefon söhbəti birləşməsidir: 

 

 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə