N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

 

42 


 

İ.  Əfəndiyevin  dram  əsərlərinin  dilindəki  təkrarları  quruluşuna  görə 

aşağıdakı kimi göstərmək olar: 

 

Getsəm – getməsəm quruluşlu təkrarlar: N ə r g i z. Mən anama dedim 

ki, getsəm Samirdir, getməsəm də heç kəs [4. S. 166]. 

 

Necə  necə quruluşlu təkrarlar: N ə r m i n. Ən dəhşətlisi də budur ki, 

hamı  bir-birini  təbəssümlərlə  aldadır.  Mərdlik,  kişilik,  cəsarət  məhv  olub 

gedib. Mən  o tək  oğlumu bu  riyakarlıq xaosunun  içindən necə  sağ-salamat 

çıxarıb ləyaqətli insan edəcəyəm? Necə? [4. S. 167]. 

 

Niyə quruluşlu təkrarlar. Sual ekspressivliyini qüvvətləndirir, məs.: C ə 

m  i  l.  Partiya  iclasında  öz  nazirlərini  biabır  eləyib  ki,  «niyə  bunun  oğlu 



instituta  xüsusi  maşında  gedir?  Niyə  tək  oğlan  olduğu  halda  üç  otaqdan 

ibarət kvartira alıb? Niyə arvadı həkim olduğu halda heç bir yerdə işləmir?..» 

[4.  S.  178].  Belə  təkrarlar  isimə  də  aiddir.  Emosiyalı  fikirlərin  verilməsində 

belə təkrarlar işlənir. Özü də ki, nida ilə birlikdə özünü göstərir, məs.: D a- v u 

d (dərindən ah çəkərək). Ah insanlar… insanlar… [4. S. 176]. 



 

Narazıyam  –  çox  narazıyam  quruluşlu  təkrarlar:  N  ə  r  m  i  n.  Mən 

taleyimdən narazıyam… çox narazıyam [4. S. 168]. 

Ona  görə  yox  ki – ona görə  ki quruluşlu  təkrarlar:  N  ə  r  m  i  n. Ona 

görə yox ki, mən yüksək əxlaq nümunəsi olmaq istəyirəm. Ona görə ki, sənin 

prinsiplərin mənə iyrənc, mənasız görünür [4. S. 168]. 

Dialoqlarda  personajın  nitqini  müraciət  (şəxs  əvəzliyi  ilə)  cümlə  başı 

təkrarlanır,  məs.:  D  a  v  u  d  (həqiqi  heyranlıqla).  Siz  müqəddəssiniz.  Siz 

zəmanəmizin  yüksək  əxlaq  nümunəsiziniz…  Siz  [4.  S.  173].  Situasiyadan 

asılı olaraq belə təkrarların sonunda bəzən cümlə tamamlanmamış qalır. 

Dialoqlarda  personajların  münasibətlərindən  doğan  təkrarlarda  yüksək 

emosionallıq, intensivlik yaratmaq üçün çox vaxt birinci cümlənin sonundakı 

xəbər ikinci cümlədə yüksək tonla təkrarlanır, məs.: D a v u d. Təşəkkür nədi? 

Siz mənə əmr eləyin! Əmr eləyin ki, get özünü at dənizə [4. S. 172]. 

Müqəddəsdi – müqəddəs  quruluşlu  təkrarlar:  M  u  s i  k. Elədi… Mila 

xanım müqəddəsdi, müqəddəs [4. S. 173]. Təkrar olunan sözlərin  morfoloji 

quruluşunda fərq görünür. Beləsinə aşağıdakı təkrarı da misal göstərmək olar: 

K a m r a n. Doğrudur, ona görə də yaşamaq və yaşatmaq lazımdır, doktor! 

[4. S. 182]. 



 


 

43 


Göydəki  mələklər  –  yerdəki  mələklər  quruluşlu  təkrarlar:  M  u  s  i  k. 

Mənə  elə  gəlir  ki,  göydəki  mələklər  də  bizim  bu  yerdəki  mələyimizə  həsəd 

eləyirlər [4. S. 173]. 

Replikaların cümlə başında qeyri-müəyyən əvəzliklər (hamı) vasitəsilə 

təkrarı. Belə dialoqlar yüksək pafosla deyiləndə təkrara yol verilir, məs.: D a v 

u d (pafosla). Düz deyirsiniz… həyatın xəbis qüvvələri insanların qəlbindəki 



nəcib  hissləri,  ülvi  xəyalları  ləkələyirlər,  insanların  bir-birinə  inamını, 

sədaqətini  məhv  edirlər.  Hamı  bir-birindən  şübhələnir.  Hamı  bir-birindən 

anonimka  yazır…  Hamı  bir-biri  üçün  mənfur  gözətçi,  donosçu  olur  [4.  S. 

174]. 


İşarə əvəzliyi dialoqda gərginliyi yaratmaq üçün təkrarlanır: K a m- r a 

n. Doktor! zülmü, ədalətsizliyi ki, sizin kimi günahsız adama eləyiblər, siz 



dəli də ola bilərdiniz! [4. S. 182]. 

Dialoqlarda  diqqəti  cəlb  edən  təkrar  olunan  sözlərin  bir  çoxu  şəxs 

sonluqlarına  görə  fərqlənirlər,  məs.:  D  a  v  u  d.  Sizin  maşınınız  mənim 

maşınımın qabağını kəsib, bəlkə onu bir az kənara çəkəsiniz [4. S. 176]. 

 

Aldat ki,  aldadacaqsan tipli  təkrarlara  da replikalarda tez-tez rast  gəl-

mək olur, məs.: C a n i k. Yaxşı tapmısan. Aldat ki, aldadacaqsan           [4. S. 

176]. 

Üslubi təkrarlar dialoq nitqini əlvanlaşdırır, eyni sözün  müxtəlif  məna 



çalarları meydana çıxır, məs.: C ə m i l. Bilirəm ki, siz bir gün dar bir körpüdə 

üz-üzə gəlib, heç biriniz o birinə yol verməyəcəksiniz [4. S. 176]. 

 

Salam verməsəm – salam verməz quruluşlu təkrarlar: C ə m i l (acıqlı). 

«Düz  deyir».  Nə  bilirsən  ki,  sabah  acığı  tutanda  bizim  haqqımızda  da  nə 

deməz? Yekəxana fanatikin biridir. Qabağına çıxanda mən salam verməsəm

özü birinci salam verməz [4. S. 178]. 

 

Təkrarlar dialoqun ardıcıl gələn replikalarında təkrarlanır: C ə m i l. 



vaxtdan iyirmi il keçir… İndi sənin Samir boyda oğlun var (zarafatyana). Olan 

olub, keçib… N ə r m i n (fikri özündə deyil). Heç nə keçməyib… C ə- m i l 

(təəccüblə). Heç nə keçməyib?   N ə r m i n. Yox! (Birdən əsəbiləşərək). Heç 



nə [4. S. 179–180]. 

Dialoqun  sualındakı  cümlə  üzvü  cavab  replikasında  yenidən  təkrar 

olunur, məs.: C ə m i l  (eyni təəccüblə, mülayim). Mənim üçün qəribədir ki, 

sən nə üçün belə əsəbiləşirsən?  N ə r m i n (dərindən nəfəs alır, sanki şüuru 

təzədən  özünə  qayıdır,  sakit  və  mülayim  ifadə  ilə).  Əsəbiləşmirəm…  [4. S. 

180]. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə