N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 

46 


 İ.  Əfəndiyevin  dramlarının  dilindəki  müxtəlif  quruluşlu  sintaktik 

təkrarlar  mətnin  struktur-semantik  bütövlüyünü  təmin  edir.  Mətnin 

komponentlərini  əlaqələndirir,  mikromətnlərin  qapanmasında,  örtülməsində 

əsas  rol  oynayır.  Bu  cür  təkrarlar  personajın  nitqini  təşkil  edən  mətnin 

semantikasını  açır,  müxtəlif  münasibətləri  meydana  çıxarır.  Təkrarlar 

qapalılıq  keyfiyyətinə  malik  olduğu  üçün  sintaktik  konstruksiyaları  dövrəyə 

alır.  Təkrar  olunan  elementlər  leksik  və  sintaktik-semantik  münasibətləri 

təmin edir, tematik-rematik bağlılığın xarakterini açır [5. S. 38]. 

 

 Beləliklə,  İ.  Əfəndiyevin  dram  əsərlərinin  dilində  təkrarlar  bir  sistem 



təşkil  edir.  Xalq  dilinin  strukturundan  çıxış  edən  dramaturq  yaratdığı 

personajların nitqində aşağıdakı tip təkrarlara müraciət etmişdir: ana anadır



qız  qızdır,  gəliş  gəlmək,  gedəndə  getsin,  gələndə  gəlsin,  baxmırlar  ki

baxmırlar,  gələndə…  gəlməyəndə,  yalançının  yalançısı,  artırmağına  artıra 

bilərikgedəndə də gedərsinizqayıdanda qayıdarıqçatdırarıq çatardeyirlər 

qoy  desinlər,  öküzsən,  öküz,  öküz  gəldin,  öküz  də  gedəcəksən,  qəribənin 

qəribəsidir,  kor-kor,  gör-gör  və  s.  Bu  və  ya  digər  təkrar  növləri  semantik 

çalarları gücləndirir, mətnin emosionallığını təmin edir. 



 

Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Bu  məqalənin  elmi 

yeniliyi dram əsərlərinin dilində, xüsusən də İlyas Əfəndiyevin dramaturgiya 

dilində, təkrarların tutduğu yer və mövqe ilə şərtlənir. Digər bir tərəfdən, bədii 

və  sintaktik  təkrarların  dram  əsərlərinin  dilinə  gətirdiyi  üslubi-ekspressivlik 

aşkarlanır. 

 Məqalənin  nəticələrini  digər  janrlarda  yazılmış  əsərlərdə  işlənən 

təkrarlara da tətbiq etmək olar. Tətbiqi cəhətdən məqalənin dəyəri təkrarlara 

aid təşkil olunmuş dərslərdə istifadə oluna dilər.  



 

Ə D Ə B İ Y Y A T 

 

1.  Adilov  Musa.  Azərbaycan  dilində  sintaktik  təkrarlar.  Bakı:  Elm, 

1974. 

2.  Əfəndiyev İlyas. Seçilmiş əsərləri. Bakı, 2002. C. 2. 



3.  Велиев  К.  Н.  Интерпретация  художественного  текста  в  свете 

изучения лингвистики текста // Вопросы лингвистики и лингвометодики 

текста  в  процессе  преподавания  неродного  языка:  Тез.  докл.  IV 

Междунар. симпоз. Тбилиси, 1984. 

4.  Əfəndiyev İlyas. Bizim qəribə taleyimiz. Bakı, 1988. 

5.  Novruzova N. Mətn sintaksisi. Bakı: Təhsil, 2002. 



                                                                                            ФЛОРА  НАМАЗОВА 


 

47 


 

ПОВТОРЫ В ЯЗЫКЕ ДРАМАТИЧЕСКОГО ПРОИЗВЕДЕНИЯ 

 

Р е з ю м е 

 

В  литературном  языке  повтор  имеет  огромное  стилистическое 



значение.  Синтаксически-конструктивные  повторы  в  художественных 

произведениях, особенно в  драмах,  выявляют  речевые особенности  их 

персонажей.  В  данной  статье  повторы  исследуются  на  основе 

материала, взятого из драматических произведений Ильяса Эфендиева.  



 

 

Ключевые  слова:  повторы,  синтаксические  повторы,  повтор-

актуализатор

стилистические 

повторы

драматические диалоги 

 

 



                                                              FLORA  NAMAZOVA 

 

REITERATIONS IN THE DRAMA LANQUAGE 

 

S u m m a r y 

 

Reiteration plays an important role in thе artistic language. Especially, 



syntaxical reiterations indicate writers wishes and desires in work of art. In the 

drama language reiterations reveal the gift of speech of the character. 



 

Key  words:  reiterations,  sintаxical  reiterations,  reiteration-actualizator,  

stylistic reiterations, drama dialogues 

 

 

Ünvan:   Az-4500. Mingəçevir-4500, H. Əliyev küç., 55/18.  Azərbay- 

can Müəllimlər İnstitutunun Mingəçevir filialı 

 

 

Çapa təqdim edən 



N. Xudiyev – 

«Türkologiya» jurnalı  

redaksiya heyətinin üzvü 

 

 



Çapa tövsiyə edən 

AMEA Nəsimi adına  




 

48 


Dilçilik İnstitutunun elmi şurası 

(21.I.2011, protokol № 2) 

 

 

Məqalənin redaksiyaya  



daxil olma tarixi 

3.XII.2010 

 

 

Təkrar işlənməyə  



göndərilmə tarixi 

21.II.2011              

 

 

Çapa göndərilmə tarixi 



25.II.2011 

 

 



_________ 

 

 



 


 

49 


№ 2                                                                                                      2011 

   

                               

                                                                                                                                                                                          

 

     


 

 

 



 

 

 



                                                                                           

                                                                       

  GÜNEL   ƏLİYEVA 

 

MÜASİR  AZƏRBAYCAN  DİLİNDƏ   

İSMİ  BİRLƏŞMƏLƏRİN OMONİMLİYİ  HAQQINDA 

           



X  ü  l  a  s  ə.    Məqalə  müasir  Azərbaycan  dilində  ismi  birləşmələrin 

omonimliyi  məsələsinə  həsr olunmuşdur.  Məqalədə  bədii  və publisistik üslub 

materiallarının təhlili nəticəsində III növ təyini söz birləşmələrində omonimlik 

hadisəsinin zəngin təzahür imkanlarına sahib olması qənaəti öz əksini tapır. Söz 

birləşmələrinin  omonimliyinin  cümlə,  mətn  və  kontekst  vasitəsilə  aradan 

qaldırılması mümkün olduğuna görə kommunikasiya prosesinə mane olmadığı 

və bu dil faktının öyrənilməsinin zəruriliyi qənaətinə gəlinir. 

 

Açar  sözlər:  müasir  Azərbaycan  dili,  sintaktik  omonimlik,  ismi 

birləşmələrin  omonimliyi,  kommunikasiya  prosesi,  dil 

vahidlərinin informativ yükü 

 

 



Sintaktik  omonimlik  hadisəsi  dilin  sintaktik  səviyyəsində  təzahür  edən      

dil  faktı  olub,  bu  və  ya  digər  dərəcədə  sintaktik  səviyyənin  bütün  vahidlərini 

əhatə  edir.  Bu  baxımdan  söz  birləşmələrinin  də  omonimliyi  tədqiqat  üçün 

maraqlı faktlar ortaya çıxarır. Söz birləşmələrinin omonimliyi dedikdə, sintaktik 

səviyyənin  vahidləri  olan  sərbəst  söz  birləşmələrinin  omonimliyi  nəzərdə 

tutulur; məna baxımından bir sözə  ekvivalent olan və leksik səviyyənin vahidi 

hesab olunan sabit söz birləşmələri bu tədqiqata daxil edilmir. 

Sərbəst  söz  birləşmələrinin,  o  cümlədən  onun  böyük  bir  qolunu  təşkil 

edən ismi birləşmələrin omonimliyi tədqiq olunarkən bu birləşmələrin quruluşu 

və daşıdığı  informativ  yükü  ilə  bağlı  bütün özünəməxsus  keyfiyyətləri  nəzərə 

alınmalıdır.  Leksik  səviyyənin  vahidi  olan  sözün  omonimliyi  ilə  müqayisədə 

söz  birləşməsinin  omonimliyi  özünün  mürəkkəb  təbiəti  və  meydanaçıxma 

xüsusiyyətləri  ilə  seçilir.  Çünki  əgər  omonimlik  sözlərdə  məna  və  formanın 

müxtəliftərəfli münasibəti əsasında yaranmış olursa, sərbəst söz birləşmələrində 

onun  meydana  çıxması  daha  da  mürəkkəbləşir.  Buna  səbəb  sərbəst  söz 

birləşməsinin dilin daha yüksək səviyyəsinin vahidi olması və bununla əlaqədar 

mürəkkəb  quruluşa  malik  olmasıdır.  Sərbəst  söz  birləşmələrinin  omonimliyi 

ТЦРК ОЛОЭИЙА   

4 «Тцрколоэийа», № 2 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə