N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

38 


yetirilməsi  haqqında  tam  təsəvvür  yaradır,  məs.:  U  ğ  u  r.  Demək,  bu  il 

əkdiyimiz on iki min toxmaçar hesabına biz gələn il üçün barama planını iki 

dəfə artıra bilərik. B ə d ə l. Artırmağına artıra bilərik, ancaq bir bu qədər 

işlə onu becərməyə vaxtımız çatacaqmı? A l ı  k i ş i. Niyə çatmır, öz əlimizdə 

deyil! Çatdırarıq çatar… [2. S. 206].  

Danışıq  dilində  heyvansan,  heyvan  tipli  təkrarlar  da  mövcuddur, 

bunlardan  az,  cüzi  hadisə  və  predmetləri  qiymətləndirmə,  mənalandırma 

məqamında istifadə olunur. İ. Əfəndiyev də belə təkrarlardan həmsöhbətlərin 

nitqində  istifadə  etmişdir:  Q  u  l  u.  Eh,  sən  də  söz  danışdın.  Alnıma 

yapışdırmayıb  ki,  bir  sözdür  kağıza  yazıb  tullayıblar  ora.  Nə  töhmət?  Nə 

protokol?  Öküzsən,  öküz…  [2.  S.  213].  Öküzsən,  öküz  təkrarı  Qulunun 

dilində çox maraqlı ikikomponentli təkrar yaratmış, əvvəlki təkrarda olan fikir 

genişləndirilmiş şəkil almışdır: Q u l u. Amma dünyaya öküz gəldin, öküz də 

gedəcəksən. Axşamacan söz, qeybət: Niyə filankəs belə oldu, mən heylə… Tfu 

[2. S. 214].  

Yazıçının  dram  əsərlərinin  dilində  qeyri-müəyyən  şəxsli  cümlənin 

xəbəri (deyirlər) tez-tez təkrar olunur: B a l l ı. Nə olar, deyirlər qoy desinlər 

[2.  S.  208];  N  i  y  a  z.  Aparılar  qoy  aparsınlar  [2.  S.  34];  U  ğ  u  r.  Onu 

öldürürlər qoy öldürsünlər!  [2. S. 45].  

Adi danışıq dilindən gələn digər təkrara (barışmır ki, barışmırdüzəlmir 



ki, düzəlmir və s.) personajların  nitqində təsadüf olunur: I  o ğ l a n. Ancaq 

qızın olunla ulduzu barışmır ki, barışmır… [2. S. 353]; II  o ğ l a n. Onun 

ürəyi  düzəlmir  ki,  düzəlmir…  [2.  S.  342].  Təkrar  olunan  üzv  frazeoloji 

birləşmənin bir hissəsidir (ulduzu barışmırürəyi düzəlmir).  

İ.  Əfəndiyevin  dramaturgiya  dilində  sintaktik  təkrarlar  mühüm,  vacib 

işlərin xəbər verilməsi ilə bağlı da ortaya çıxa bilir, məs.: Ş a h s u v a-  r o v. 



Sabah axşam düz yeddinin yarısında təzə parkda olarsan. Sənə çox mühüm 

bir şey xəbər verəcəyəm. S a d ı q o v. Ola bilməz ki, indi deyəsən?  Ş a h s u v 

a  r  o  v.  Sabah  axşam  düz  yeddinin  yarısında!  [2.  S.  271].  Belə  təkrarlar 

təkidli  təkrarlardır;  dəqiqlik  burada  gözlənilir.  Təkidli  təkrar  Sadıqovun 

replikasında da özünü göstərir: S a d ı q o v. Yoldaş Şahsuvarov, onu bilin ki, 



siz  aktı  yazmasanız  da,  mən  bu  işi  lap  bu  saat  hər  yerə…  hər  yerə  xəbər 

verəcəyəm!  [2. S. 279].  

Qoşmaların  təkrarı  iki  komponentdə  görünür,  cümləyə  xüsusiləşmə 

çaları verir, məs.: H ə s ə n z a d ə. Mənim deməyim başqa, sizin ürəyinizdən 

olmağı başqa [2. S. 299]; H ə s ə n z a d ə. Ancaq bilirsinizmi, heylə işləmək 

başqa, cəmiyyət içində başqa… [2. S. 313].  

Əmr  şəklində  olan  feli  xəbər  xəbər  şəklinin  indiki  zamanında 

təkrarlanır: N ə c ə f (pəncərədən baxır). Mən getdim. Sədr gəlir. Oxu, yaxşı 

oxuyursan [2. S. 214].  



 

39 


2-ci şəxsin təkində felin xəbər şəkli təkrar olunur: N a r g i l ə. Bir gün 

mahnı oxumağını tələb elədim… Sən oxudun… Oxudun… Birdən susdun… 

[2. S. 349].  

Əmr  konstruksiyaları  da  2-ci  şəxsin  cəmində  təkrar  edilir,  belə  təkrar 

təlaş, həyəcan yaradır: M e h r i c a n. Ora baxın, ora baxın! Özünü atmaq 



istəyir! [2. S. 288]. 

Təkrar 


olunan 

konstruksiyanın 

biri 

personajların 



nitqində 

substantivləşir: R e y h a n. Gələcəyi kim bilir?!  İ l d ı r ı m  A ğ a y e v. 



«Kim bilir»i əkiblər, bitməyib  [2. S. 243].  

Dramların dilində özümüz özümüzübir birimizihərəmiz hərəmizi tipli 

əvəzliklərdən ibarət olan daxili təkrarlar da geniş yayılmışdır: S a d ı- q o v. 

Biz gərək özümüz özümüzü yox, bir-birimizi tərifləyək [2. S. 272]. Sintaktik 

təkrarlar  komponentlər  arasında  antiteza  yaradır:  II   o ğ  l  a  n. Naryadçı qız 



gələndən bəri nə gecəsi gecədi, nə gündüzü gündüz…             [2. S. 352].  

Təkrar  müsahiblərin  hər  ikisinin  nitqində  gerçəkləşir.  Burada  birinci 

müsahibin  dediyi  konstruksiyanı  ikinci  müsahib  eyni  ilə  və  ya  qismən  də-

yişdirilmiş şəkildə təkrarlayır. Təsdiqetmə, razılaşma mənası belə təkrarlarda 

əsas yer tutur: N a r g i l ə. Doğru deyirəm. H ə s ə n z a d ə. Yəqin ki, doğru 

deyirsiniz…  [2.  S.  301];  H  ə  s  ə  n  z  a  d  ə    (dərindən  nəfəs  alaraq).  Əsl 

məsələ…  insanlar  üçün  nə  kimi  xeyirli  işlər  görməkdədir.  N  a  r  g  i  l  ə  

(pərişan). İnsanlar üçün…  [2. S. 302]; N a r g i l ə. Ax, siz nə yaxşısınız… 



Mən sizi elə-belə də təsəvvür edirdim… H ə s ə n z a d ə.  Siz də yaxşısınız… 

[2. S. 314].  

Dramaturqun  əsərlərinin  dilində  şəraitlə  və  müəyyən  hadisə  ilə  bağlı 

silsilə təkrarlara da rast gəlmək olur. Sadıqovla Şahsuvarovun replikalarında 



qəribədir  sözü  qəribənin  qəribəsidir  daxili  təkrarını  formalaşdırır.  Dialoqun 

gedişinə diqqət yetirək:  S a d ı q o v. Qəribədir.  Ş a h s u v a r o v. Doğrudan 



da  çox  qəribədir…  S  a  d  ı  q  o  v.  Ürəyim  lap  darıxdı. Ş  a  h  s  u  v  a  r  o  v 

(saatına  baxaraq).  Bu  ağacın  dalısına  çəkil.  S  a  -d  ı  q  o  v.    İ…  i…  lap 



qəribənin qəribəsidir [2. S. 275].  

Daxili üzvlü təkrarlara atalar sözləri və məsəllərdə çox rast gəlmək olur 

ki, İ. Əfəndiyevin personajları da həmin cümlələrdən istifadə etmişdir, məs.: Ş 

a h s u v a r o v. Elə isə daha şübhə yeri yoxdur.  S a d ı q o v. Kor-korgör-



gör  [2.  S. 276].  Bu təkrar, görünür,  Azərbaycan  xalqının ən  qədim  dövrünü 

əks  etdirir.  Həmin  fikri  Kor  kora  kor  deməsə  bağrı  çatlar  atalar  sözü 

haqqında da demək olar.  

İ. Əfəndiyevin tədqiqata cəlb edilmiş dramlarının dilində komponentləri 

ismin  müxtəlif  hallarında  qurulmuş  təkrarlara  da  təsadüf  olunur.  Məsələn, 

birinci komponenti adlıq, ikincisi təsirlik halda işlənir:  Z a b i t ə. Biz dedik əl 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə