N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 

44 


Dialoqda  modal  söz  təkrar  olunur:  C  ə  m  i  l.  Doğrudan  da  (telefon 

zəngi,  Cəmil  dəstəyi  götürür).  Eşidirəm.  Sədrin  yanına?  Nə  məsələdir  ki? 



Yaxşı… yaxşı… (dəstəyi qoyur)  [4. S. 180]. 

 

Dram  əsərlərinin  monoloqlarında  maraq  doğuran  təkrarlardan  biri  ri-



torik sualların təkrardır. Təkrar sual əvəzlikləri üzrə qurulur, məs.: K a m -  r a n 

(tək). Biz nə vaxt Stalinin sisteminin yaratdığı vahiməni insanların ürəyindən 



çıxaracağıq?  Nə  vaxt  Rəhmanzadə  kimi  günahsız  müqəssirlərdə  ədalətə, 

həqiqətə,  insanlıq  şərəfinə  inam  yaradacağıq?  İnsanların  qanına  işləmiş 

inamsızlığı,  etibarsızlığı  bir-birindən  şübhələnmək,  yanlış  hökmlərə  kor-

koranə  tabe  olmaq  hissini,  vahiməni  onların  damarlarından  nə  vaxt 

çıxaracağıq? Nə vaxt?  [4. S. 183]. 

Dialoqun replikalarındakı konstruksiyalar təkrarlanır: N ə r g i z. Mən 



heç  nə  bilmirəm.  C  a  n  i  k. Bilmirsən  bil [4. S. 183].  Bu təkrar  inkar-təkid 

məqamında yaranmışdır. 

Təkrar  əmr-rica  məqamında:  N  ə  r  g  i  z.  Bilirsən  nə  var?  Rədd  ol 

burdan! C a n i k. Rədd ola bilmirəm [4. S. 183]. 

 

Yelləyirdim – yellənməyəydin quruluşlu təkrar: C a n i k. Canına dərd 

oldu. Samirdən ötəri ölürsən, məni də yelləyib salırsan Nərgizin üstünə. M i l 

a. Mən yelləyirdim, sən yellənməyəydin… [4. S. 183]. 

Təfsilatlı izahedici təkrarlara dramaturqun Mehrican obrazının nitqində 

rast  gəlirik:  Mehrican  «Hiss  edirəm»  deyərkən  obyekt  məlum  deyil,  lakin 

cümlənin  davamı  olan  «Korlar  işığı,  gözəlliyi  necə  duyurlarsa,  mən  də 

məhəbbəti  eləcə  hiss  edirəm»  [2.  S.  234]  budaq  cümləsindəki  hiss  edirəm 

tərkibinin təkrarı fikri tamam açıb üzə çıxarmışdır. Burada təkrarın əhəmiyyəti 

görünür.  

İ.  Əfəndiyevin  istifadə  etdiyi  təkrarlardan  sonra  gələn  hissə  ay-

dınlaşdırıcı, izahedici mahiyyət daşıyır, məs.: M ə d ə d. Hə, yoldaş ispalkom, 

saxlamağına saxlaya bilirik, ancaq ehtiyacımız yoxdur  [2. S. 228]. 

 

İ.  Əfəndiyevin  dram  əsərlərinin  dilində  təkrar-aktualizatorlar  digər 



struktur-qrammatik  təkrarlardan  məntiqi  vurğunun  spesifikliyi  ilə  fərqlənir. 

Yuxarıdakı  bir  sıra  misallar  versək  də,  aşağıdakı  nümunələr  də  maraqlıdır, 

məs.: S ə d ə f. Sən niyə quruyub qalmısan? «Get» deyir, get də!  [2. S. 219]; 

X a n m u r a d (həyəcanlı daxil olub). Su yenə kəsildi. Deyir dəhnə uçub! U ğ 

u r. Yenə uçub?  [2. S. 219];  S ə s l ə r. İspalkom gəldi, ispalkom gəldi [2. S. 

227]; T o f i q. Bəli, Qambay gedir... Ağır, bilinməz bir səfərə gedir. Bu üç ildə 



o səni görmədi... Görə də bilməzdi [2. S. 10]; A l x a s   b ə y. Mən əsgərəm, 

əsgərin oğlu da, hər şeydən əvvəl, əsgər olmalıdır             [2. S. 13]; G ü l y a 


 

45 


z. Elə bil ki, bu sözləri mənə deyən odur! Elə bil ki, bütün dünya dilbir olub 

məni  məzəmmət  edir...  [2.  S.  33];  G  ö  v  h  ə  r.  Mənə  baxma,  qızım,  mən 

anayam.  (Qambayın  portretini  göstərərək).    Mən  onu  gözləyəcəyəm.  Qəbrə 

kimi  gözləyəcəyəm.  Bütün  yoldaşları  qayıdıb  gəlib  «onun  öldüyünü  öz 

gözlərimizlə gördük» desələr də, gözləyəcəyəm... [2. S. 35]. 

Mətn  bağlayıcının  təkrarı  ilə  yaranır:  S  ü  r  ə  y  y  a.  Lakin  insan  hər 



zaman fəlakət zülməti içərisindən səadət məşəli qaldırmağı bacarmışdır! Siz 

güman  edirsiniz  ki,  Qambayın  gözləri  açılmazsa,  o məhv  olmuş  deməkdir... 

Lakin  mən  deyirəm:  «Xeyr!  İnsan  əsl  səadətə  yalnız  təkcə  gözləri  ilə  deyil, 

bütün qəlbi, bütün ruhu ilə qovuşa bilər!» [2. S. 37]. 

Müharibələrə  münasibət  personaj  tərəfindən  bu  cür  təkrarla 

mənalandırılır: S ü r ə y y a. Nə var yenə, kefin kökdür? C ə f ə r. Heç, xanım, 

müharibədir də. Adam bikef  olar, kefi kök də olar. S ü r ə y y a. Nə olub 

axı? C ə f ə r. Mən güman edirdim ki, biz daha yaddan çıxıb getmişdik. Heç 

demə,  yox.  Müharibədir  də.  Yaddan  da  çıxarsan,  yada  da  düşərsən                

[2.  S.  49].  Eyni  intonasiya  ilə  Cəfər  deyir:  «Eybi  yoxdur,  xanım,  siz  gülün. 



Qızlardır da,  adamı  sevməzlər  ,  sevərlər  »  [2. S. 49];  C  ə  f  ə  r  (qəzeti 

Sürəyyaya  verir).  Alın  bu  şeiri  oxuyun,  xanım.  Şairlərdir  ,  yazmırlar  da



yazırlar da [2. S. 50]. Cəfərin Sürəyya ilə qarşılıqlı replikalarında intonasiya 

başdan-başa təsdiq-inkar xətti üzrə köklənib. 

 

Təkrar feli xəbəri üç zamanı ilə ifadə olunur: indiki, keçmiş və gələcək: 



A  l  x a s   b ə  y. Əziz balalarım, mənim ürəyimə çəkilən dağın hayıfı yerdə 

qalmayacaq.  Düşməni  mən  də  əzmişəm,  oğlum  da  əzib,  nəvələrim  də 

əzəcəkdir [2. S. 50]. 

 

Replikanın  təkrar  sualı:  M  i  d  h  ə  t.  Sən  demə  məni  lap  rəis  özü 



çağırıbmış! P ə r i. Rəis özü?  [2. S. 371]; M i d h ə t. Məni bura ticarət rəisi 

göndərib!  R  a  h  i  l  ə  (gülümsəyərək). Ticarət  rəisi?    [2.  S.  376];  F  a  r  i  z. 

Ondan qorx, bundan qorx… Ona yaltaqlan, buna yaltaqlan [4. S. 101]; Q ö 

n  ç  ə.  Bilmirəm…  Bəlkə  mən  tamam  başqa  cür  yaşadığım  üçün  belə  dü-



şünürəm… Bəlkə mən o həyatın ləzzətini, sirrini dərk edə bilmirəm?  [4. S. 

96]. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə