N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 

56 


 

 

Dilçiliyimizdə  sintaktik  omonimlik  hadisəsinin  tədqiqi  tarixi    yenidir, 



buna  görə  də  sintaktik  omonimlik  hadisəsinə  və  söz  birləşmələrinin 

omonimliyinə həsr olunmuş ayrıca tədqiqat işi tapmaq mümkün deyildir. Buna 

baxmayaraq birbaşa şəkildə olmasa da, dolayısı  yolla, dilin  başqa problemləri 

ilə  əlaqədar  olaraq  bəzən  sintaktik  omonimlik  hadisəsinə  də  toxunulmuşdur.          

III növ omonim təyini söz birləşmələrinə aid olan Əhmədin dəvəti birləşməsinin 

cümlə daxilində təhlilini verən K. Abdullayev söz birləşməsinin omonimliyini 

onun  daxil  olduğu  cümlənin  omonimliyi  kimi  təhlil  edir,  həmin  cümlədəki 

reallaşma hallarını mübtəda tərkibindəki subyektin aktiv və ya passiv mövqeyi 

ilə  əlaqələndirir.  Müəllif  bu  omonimliyi  mübtədanın  həmişə  açıq  və  ya  gizli 

şəkildə  cümlənin  prepozisyonal-məntiqi  əsasının  əmələ  gəlməsində  vacib  rol 

oynayan  subyekti  ifadə  etməsi,  informasiyanı  ötürənin  kommunikativ 

məqsədlərindən asılı olaraq bir forma daxilində bir neçə müxtəlif dərin quruluşu 

reallaşdırma imkanı kimi izah edir: «Bir üst quruluş iki dərin quruluşu özündə 

ehtiva edir və ya bir formal quruluş iki müxtəlif məzmun qatı təqdim edə bilir 

ki, gördüyümüz kimi,  bu da cümlədə  mürəkkəbləşdirilmiş  mübtəda tərkibinin 

mövcud olması nəticəsində baş verir»  [5. S. 58].  

Onu da qeyd edək ki, K. Abdullayev doğru olaraq bu qeyri-müəyyənliyin 

kommunikasiya prosesində müxtəlif maneələrin yaranmasına səbəb olduğu və 

bu  maneələrin  dəf  edilməsinin  makrotekst  və  situasiya  hesabına  həyata 

keçirildiyi qənaətinə gəlmişdir. 

 

 

Aşağıdakı nümunələrə diqqət yetirək:  



 

 

1.  Aruz  oğlancığı  Qıyan  Səlcuqun,  Basat  qardaşının  intiqamını  Tək-



gözdən almışlar, minnətini Qalın Oğuz çəkir (K. Abdulla): qardaşının intiqamı

1 – ‘Basatın öz qardaşının intiqamını Təkgözdən alması’ (əsas); 2 – ‘qardaşın 

kimə və ya nəyəsə görə intiqam alması’; 2. Keşişin dəvəti ilə bir neçə dəfə on-

lara  qonaq  getmiş,  üzüaçıq  gəzən  xristian  qadınlarını  görmüş  və  yazmışdı             

(Ə. Cəfərzadə): keşişin dəvəti: 1 – ‘keşişin kimi isə dəvət etməsi’ (əsas); 2 – ‘ke-

şişin kim tərəfindənsə dəvət olunması’; 3. A ğ a  M u s a. ...Onda sən də borclu 

qalmadın, Hacının təqaüdündən imtina elədin (Ə. Əmirli): Hacının təqaüdü: 1 – 

‘Hacının N. Nərimanova ayırdığı təqaüd’ (əsas);  2 – ‘Hacının aldığı təqaüd’;    

4. C a m a l. Barmağında mənim nişan üzüyüm, ürəyində isə Yusifin məhəbbəti 

(S.  Rəhman):  Yusifin  məhəbbəti:  1  –  ‘Bənövşənin  Yusifə  olan  məhəbbəti’ 

(əsas);  2  –  ‘Yusifin  kimə  isə  olan  məhəbbəti’;  5.  Kişi  daha  plaşı  soyunmadı, 



 

57 


qapını açdı, arvadın sorğusuna macal vermədən otaqdan çıxdı (S. Əhmədli): 

arvadın sorğusu: 1– ‘arvadın onu sorğu-sual etməsi’ (əsas); 2 – ‘kiminsə arvadı 

sorğu-sual  etməsi’;  6.  Rəis  də  məni  göndərişlə  rektorun  qəbuluna  yolladı             

(Y.  Əhmədov):  rektorun  qəbulu:    1  –  ‘rektorun  kimisə  qəbul  etməsi’  (əsas);                 

2 – ‘rektorun kim tərəfindənsə qəbul olunması’. 

 

III növ təyini söz birləşmələrindəki omonimlik hadisəsinin  mahiyyətini 



düzgün  şəkildə  dərk  etmək  üçün  yuxarıda  sadalanan  nümunələrdən  birincisi 

üzərində  dayanaq:  qardaşının  intiqamı  birləşməsində  omonimliyin  meydana 

çıxmasına səbəb birləşmənin birinci tərəfinin aktiv (qardaşın kimə və ya nəyəsə 

görə intiqam alması) və ya passiv (Basatın öz qardaşının intiqamını Təkgözdən 



alması)  mövqedə  durmasıdır.  Onu  da  qeyd  edək  ki,  birinci  tərəfin  mövqeyi 

onun  ikinci  tərəfə  olan  münasibəti  əsasında  müəyyənləşir.  Göründüyü  kimi, 

cümlə daxilində həmin söz birləşməsi bu mənalardan yalnız birini, yəni birinci 

tərəfin ikinci tərəfə münasibətdə passiv mövqedə durması nəticəsində meydana 

çıxan mənanı reallaşdırır. 

 

III növ təyini söz birləşmələrinin omonimliyi faktına televiziya dilində də 



təsadüf olunur,  məs.: 1.  İngilis əsgərlərin işgəncəsi («Xəzər» tv): 1 –  ‘ingilis 

əsgərlərin  iraqlı  məhbusları  işgəncəyə  məruz  qoyması’  (əsas);  2  –  ‘ingilis 

əsgərlərin  kim  tərəfindənsə  işgəncəyə  məruz  qalması’;  2.  Səfirin  təqdimatı 

(«Xəzər» tv): 1 – ‘ABŞ öz səfirinin təqdimatını ləngidir’ (əsas); 2 – ‘səfirin kimi 

və ya nəyi isə təqdim etməsi’. 

 

 



Dilimizin  bütün  özünəməxsus  keyfiyyətlərini  yaradıcılıqlarında  əks 

etdirən M. F. Axundov və C. Məmmədquluzadənin dram əsərlərinin dilində də 

omonim  III  növ  təyini  söz  birləşmələrinə  aid  kifayət  qədər  nümunə  tapmaq 

mümkündür. Onların bəzilərini nəzərdən keçirək: 1. M o l l a  H ə m i d. ...Hələ 



buyurun  görək  zəhmət  çəkməyinizdən  qərəz  məhz  o  cənabın  ziyarətidir,  ya 

başqa  bir  məramınız  dəxi  var?  (M.  F.  Axundov):  cənabın  ziyarəti:                           

1  –  ‘nuxuluların  cənabı  ziyarət  etməsi’  (əsas);  2  –  ‘cənabın  kimi  isə  ziyarət 

etməsi’; 2. N u x u l u l a r. ...Olacağa çarə yoxdur. İndi bizim təklifimiz nədir? 

(M. F. Axundov): bizim təklifimiz: 1 – ‘Molla İbrahimxəlilin nuxululara etdiyi 

təklif’ (əsas); 2 – ‘bizim irəli sürdüyümüz təklif’; 3. D i v a n b ə y i. A canım, 

aşağı  düşən  atlıların  xəbərin  mənə  tatarlar  verməyiblər,  malağanlar 

söyləyiblər (M. F. Axundov): atlıların xəbəri: 1 – ‘kiminsə atlılarla bağlı verdiyi 

xəbər’ (əsas); 2 – ‘atlıların gətirdiyi xəbər’; 4. P r o f e s s o r. ...Elədə bəs, Pər-



vərin  dəvətini  qəbul  etmək  (C.  Məmmədquluzadə):  Pərvərin  dəvəti:                       

1  –  ‘Pərvərin  professoru  dəvət  etməsi’  (əsas);  2 –  ‘Pərvərin  kim  tərəfindənsə 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə