60
ГЮНЕЛЬ АЛИЕВА
ОБ ОМОНИМИИ ИМЕННЫХ СЛОВОСОЧЕТАНИЙ
В СОВРЕМЕННОМ АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ
Р е з ю м е
Статья посвящена омонимии именных словосочетаний в
современном азербайджанском языке. По мнению автора, омонимия
чаще всего проявляется среди именных словосочетаний третьего типа.
Такой вывод сделан на основе анализа языкового материала литературно-
художественного и публицистического стилей. Однако благодаря
возможности устранения омонимии словосочетаний с помощью
предложений, текста и контекста это явление не препятствует процессу
коммуникации.
Ключевые
слова:
современный
азербайджанский
язык,
синтаксическая омонимия, омонимия именных
словосочетаний,
процесс
коммуникации,
информативная нагрузка языковых единиц
GUNEL ALIYEVA
ABOUT HOMONYMY OF THE NOMINAL COMBINATIONS
IN THE MODERN AZERBAIJANI LANGUAGE
S u m m a r y
This article is dedicated to the problems of homonymy of the nominal
combinations in the modern Azerbaijani language. In this article as a result of
analysis of the artistic and publicistic stylistic materials the concept of
possessing rich appearing chances of the homonymic phenomenon of the third
type defining word combinations is dealt with.The author comes to conclusion
that as it is possible to eliminate the homonymy of the word combinations by
means of a sentence, a text and a context it doesn't make obstacle for the
communication process and it is necessary to study this fact of the language.
61
Key words: the modern Azerbaijani language,
syntactic homonymy,
the
homonymy of the nominal combinations,
the process of
communication,
the informative load of the language units
Ünvan: Az-1148. Bakı-148, Z. Xəlilov küç., 23. Bakı Dövlət
Universiteti. Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası
E-mail: gunel19ng@mail.ru
Çapa təqdim edən
T. Hacıyev –
«Türkologiya» jurnalı
redaksiya heyətinin üzvü
Çapa tövsiyə edən
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun elmi şurası
(21.I.2011, protokol № 2)
Məqalənin redaksiyaya
daxil olma tarixi
24.XII.2010
Təkrar işlənməyə
göndərilmə tarixi
21.II.2011
Çapa göndərilmə tarixi
25.II.2011
_________
62
№ 2 2011
ŞƏBNƏM HƏSƏNLİ
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ MORFOLOJİ
YOLLA FELLƏRDƏN İSİM YARATMA
X ü l a s ə. Yeni söz yaratmaq məqsədilə xüsusi sözdüzəldici
morfemlərin (affiks) sözlərlə birləşməsi morfoloji yolla sözyaratma
adlanır. Türk dillərində şəkilçilər vasitəsilə sözyaratma söz yaradıcılığı
üsullarının ən məhsuldarıdır. Fel köklərindən də xüsusi şəkilçilərin
vasitəsilə yeni isimlər yaranır. Məqalədə də fel köklərindən isim yaradan
məhsuldar şəkilçilər tədqiq edilmişdir.
Açar sözlər: affiks,
sözyaratma,
türk dilləri,
isim yaratma,
morfoloji yol
Olduqca zəngin derivatoloji imkanlara malik olan türk dillərində
morfoloji üsul söz yaradıcılığında aparıcı rol oynayır. Dilin müxtəlif
laylarında demək olar ki, hər zaman əsas sözyaratma üsulu kimi çox
zəngin və rəngarəng imkanlara malik olan morfoloji üsul daim
inkişafında və dəyişməkdə olan dil ünsürlərinin, habelə ayrı-ayrı sözlərin
konkret məna və məzmun kəsb etməsində yaxından iştirak edir. Bu
baxımdan dildə işlənən sözdüzəldici şəkilçilərin zənginliyi də
sözyaratma prosesinin mütəmadi inkişafını təmin edən ən əsas amildir.
Oğuz qrupuna daxil olan Azərbaycan, türk, türkmən və qaqauz dilləri də
tarixən morfoloji üsulla söz yaratma dilin inkişafı və formalaşmasında
başlıca vasitə olaraq qalmışdır. Xüsusilə təkcə isim yaradıcılığında
onlarla şəkilçinin işləkliyi bu dillərdə morfoloji qanunauyğunluqlar
əsasında yeni sözlərin yaranmasına necə böyük təsir göstərməsinin bariz
nümunəsidir. İsim yaradıcılığında işlək olan bu şəkilçilərin bir qismi
fellərdən yeni söz əmələ gətirmə xüsusiyyətinə malikdir.
Müxtəlif mənalı və funksiyalı sözlərin yaranmasında iştirak edən
feldən isim düzəldən şəkilçilərdən biri olan -ma, -me tarixən də işləkliyi
və çoxfunksiyalılığı baxımından əhəmiyyətli mövqeyə malikdir.
A. N. Kononov, N. K. Dmitriyev və digər türkoloqlar bu şəkilçinin -maq
ТЦРК ОЛОЭИЙА