N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   ...   30   31   32   33   34   35   36   37   38

 

75 


istifadə 

olunmuş 


ədəbiyyat 

siyasından ibarətdir.  

Əsərin giriş  hissəsində  türkolo-

giyada, rus və Azərbaycan dilçiliyində 

əsərlər  barədə  geniş  məlumat  verilir. 

Tədqiqat o dövrdə respublikamızda ən 

nüfuzlu  mətbuat  orqanı  olan  «Kom-

munist» qəzeti əsasında aparılmışdır. 

Monoqrafiyanın birinci fəslin-

də qəzet dilində bədii ifadə vasitələ-

rindən  bəhs  olunur.  Bu  bədii  ifadə 

vasitələrinə  nələrin  aid  olduğu  və 

müəllifin bu barədə mülahizələri ve-

rilir.  Qəzet materiallarında təsvir va-

sitələri və hazır nitq formaları ilə sa-

bit birləşmələrlə yanaşı, onlarda yeni 

söz qruplarından, üslubi neologizm-

lərdən də istifadə olunur. Bunlar ya-

zıları daha oxunaqlı, təsirli və ifadəli 

edir. 


Bu 

xüsusiyyətə 

əsasən 

məlumat  səciyyəli  məlumatlarda, 



hesabatlarda, baş məqalə, reportaj və 

oçerklərdə,  qısa  xəbər-reportajlarda 

rast gəlinir. «Kommunist» qəzetinin 

leksikasını  ümumxalq  dili  sözləri 

təşkil edir. Ümumxalq dilinə məxsus 

sadəlik, aydınlıq, yığcamlıq, axıcılıq, 

ifadəlik 

kimi 


keyfiyyətlər 

«Kommunist» 

qəzetinin 

dilinə 


məxsus  xüsusiyyətlərdir.  Bu  fəsildə 

bədii ifadə vasitələrinin qəzet dilində 

ekspressiv-emosional məna çalarları 

və  bədiilik,  milli  kolorit,  axıcılıq 

verməsindən  bəhs  olunur.  Burada 

həmçinin 

ayrı-ayrı 

dilçilərin 

baxışları da təhlil olunur. 

Fəsildə  göstərilir  ki,  qəzetin 

gündəlik  hadisə,  yenilik  xəbərləri 

xalq  kütləsinə  mümkün  olduqca  tez 

və birbaşa məlumat vermək bunlara 

öz münasibətini bildirmək xüsusiyyət-

ləri onda hazır şəkildə olan nitq forma-

larından – frazeoloji birləşmələrdən is-

tifadə  etmək  imkanı  yaradır.  «Kom-

munist»  qəzetinin  dilində  bədii  ədə-

biyyat nümunələrinə – hekayə, təmsil, 

müdrik sözlərə, bədii publisistika janr-

larına rast gəlmək olur. Bunlar da qəzetin 

oxunaqlı, təsirli olmasına təsir göstərirdi. 

Monoqrafiyanın  ikinci  fəsli 

«Qəzetin 

dilində 

leksik-üslubi 

laylar»  adlanır.  Bu  fəsildə  qəzetin 

dilində 


işlənən 

terminlərdən, 

publisist  leksika  və  rəsmi-işgüzar 

leksika, 

tarixizm, 

arxaizm, 

dialektizm  və  əcnəbi  leksikadan 

bəhs  olunur.  Bu  leksik-üslubi  lay-

lardan  həm  müsbət  cəhətlərə,  həm 

də  nöqsanlara  müəllifin  münasibəti 

də bildirilir. Mətbuat üslubunda ter-

minlərdən əsasən materiallara lazımi 

dəqiqlik  və  fikir  ifadə  edərkən  ona 

yığcamlıq vermək üçün istifadə olu-

nur.  Qəzetdə  publisist  üslub  və  rəs-

miişgüzar üslub sözlərindən yeri gəl-

dikcə  istifadə  olunurdu.  Publisist 

leksika mətbuat üslubunun təbiətinin 

və xarakterinin açılmasında əhəmiy-

yətli yer tutur. Bu əsərdə də terminlər-

dən  cox  nümunələr  gətirilmişdir. 

«Kommunist»  qəzetinin  dilində  pub-

lisist leksikaya  qəzet janrlarının çoxu-

sunda  işlədilən,  yüksək  emosionallığı, 

ekspressivliyi,  obrazlılığı  ilə  seçilən 

və ictimai, publisist mahiyyətə malik 

sözlər aid edilmişdir. Publisist leksika 

qəzet    üslubunun təbiətinin, xarakter 

xüsusiyyətlərinin 

açılmasında 

başlıca  rol  oynayır.  Qəzetin  dilində 

istifadə  olunan  publisist  leksika 




 

76 


semantik  tərkibinə,  quruluşuna  görə 

rəngarəng  və  zəngindir.  «Kom-

munist»  qəzeti  leksikasının  xarakter 

xüsusiyyətlərindən  biri  də  ondadır 

ki, 

onda 


ümumxalq 

danışıq 


sözlərindən  çox  istifadə  olunur.  Bu 

da  əsil  xəlqilikdən  irəli  gəlirdi.  Qə-

zetin  dilində  əcnəbi  dil  leksikasına 

da rast gəlmək olurdu. Canlı danışıq, 

loru,  dialekt,  şivə  sözləri,  ekzotik  lek-

sika mətbuat üslubu üçün səciyyəvi de-

yildir, lakin onlar müəyyən üslubi rəng 

və  çalar   yaratmaq  məqsədilə  işlədilir. 

Arxaizm və tarixizmlərdən qəzet tarixi 

keçmişimiz  haqqında  təsəvvür  yarat-

maq, həmin dövrü real və inandırıcı şə-

kildə təsvir etmək üçün istifadə edir. 

Monoqrafiyanın  üçüncü  fəsli 

«Azərbaycan ədəbi dili lüğət tərkibi-

nin  zənginləşməsində  qəzetin  rolu» 

adlanır. «Kommunist» qəzetinin icti-

mai, elmi, mədəni və texniki tərəqqi 

nəticəsində yaranmış yeni söz və ter-

minləri Azərbaycan ədəbi dilinə gə-

tirməsi  yolları  araşdırılır.  Burada 

həmçinin xarici  və  ictimai amillərin 

təsirilə  Azərbaycan  dili  sözlərinin 

yeni  mənalar  almasından,  sözlərin 

köhnə 


mənalarını 

saxlamaqla 

mənaca 

inkişafından, 



qəzetin 

Azərbaycan  dilinin  daxili  imkanları 

hesabına  Azərbaycan  ədəbi  dilini 

yeni  elmi-texniki,  mədəni,  ictimai-

siyasi  hadisə  və  tərəqqi  ilə  əlaqədar 

şəkildə 


termin 

və 


sözlərlə 

zənginləşdirilməsindən 

danışılır. 

Bundan  başqa  Azərbaycan  dilinin 

daxili  imkanları  hesabına  (ümum-

xalq,  canlı  danışıq,  dialekt  və  şivə 

sözləri,  sözlərin  mənaca  inkişafı          

və  s.)  da  Azərbaycan  dilinin  lüğət 

tərkibini  zənginləşdirir  və  inkişaf 

etdirir. 

«Kommunist»  qəzeti  mətni, 

mütləq  və  üslubi  sinonimləri  işlət-

məklə  həm  təkrardan  qaçır,  həm  də 

ekspressivlik,  emosionallıq,  komik-

lik,  ironiya  və  milli  kolorit  yaradır. 

Bu qəzetdə frazeoloji vahidlər, ayrı-

ayrı mütəfəkkir və yazıçılardan sitat-

lar gətirməklə də estetik təsir funksi-

yası tələblərinə əməl olunur.  

«Kommunist»  qəzeti  Azər-

baycan  ədəbi  dilinə,  ictimai  və 

dildaxili  amillərin  təsirilə  bir  sıra 

yeni  sözlər,  mənalar  gətirmişdir. 

Qəzetin  gətirdiyi  alınmalar  kalka 

üsulu  ilə  yaradılan  sözlər  böyük 

çoxluq  təşkil  edir.  «Kommunist» 

qəzeti  Azərbaycan ədəbi dilinin  lüğət 

tərkibini təkcə alınmalarla deyil, daxili 

mənbələr  hesabına,  xüsusilə  ümum-

xalq,  danışıq,  dialekt  və  şivə  sözləri 

hesabına  zənginləşdirmişdir  ki,  bu  da 

qəzetin dilinin ümumxalq sözləri əsa-

sında  qurulmasına  sübutdur.  «Kom-

munist» qəzetinin materialları göstərir 

ki, yeni söz və anlayışlar əsasən mət-

buat  vasitəsi  ilə  Azərbaycan  dilinə 

keçmişdir  və  elmi-texniki  yenilik  və 

tapıntılar dilin lüğət xəzinəsini zəngin-

ləşdirən amillərdən biridir.        

İ.  Məmmədov  haqlı  olaraq 

qeyd edir ki, qəzet materiallarının ha-

zırlanmasında  müəllif  və  ya  jurna-

listlər daha çox işləməli, yazını yara-

dıcı  şəkildə,  bədii  və  ifadəli  tərzdə 

vermək  və  s.  üçün  kifayət  qədər 

imkanlara  malik  olmalıdır.  «Kom-

munist» qəzetinin leksikasını əsasən 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə