N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   99   100   101   102   103   104   105   106   107

370 
 
tının tamamilə tükənməsinə səbəb olur; bu xəstəlik zamanı orqanı-
zmdə  qanın  tərkibindəki  şəkərin  əzələ  liflərinə  daxil  olması 
çətinləşir, nəticədə  əzələ toxuması qlükozadan energetik material 
kimi  istifadə  etmək  imkanından  məhrum  olur.  Belə  hallarda 
mərkəzi sinir sisteminin təsiri ilə həm qanın tərkibində qlükozanın 
miqdarı artırılır, həm də piy toxumalarında olan yağlar səfərbərli-
yə alınaraq, qaraciyərə daşınır. Qaraciyərə gətirilmiş yağlar parça-
lanaraq,  əzələ  toxuması  tərəfindən  qlükozaya  nisbətən  asan 
mənimsənilə  bilən  β-hidroksi-yağ  və  aset-sirkə  turşularının  sinte-
zinə  sərf  olunur.  Bundan  əlavə,  əzələlərin  energetik  təlabatının 
tam  ödənilməməsi  nəticəsində  zülali  maddələrin  kompensator 
parça-lanması baş verir. Bu zaman ketogen aminturşuların (leysin, 
tirozin,  fenilalanin  və  s.)  parçalanması  nəticəsində  əmələ  gələn 
keton  cisimcikləri  qan  vasitəsilə  ətraf  toxumalara  daşınır;  onların 
miqdarı həddindən atıq olduğuna görə, toxumalar tərəfindən tama-
milə istifadə edilə bilmir. Bunun nəticəsində şəkərli diabetə tutul-
muş  şəxslərin  qanında  keton  cisimciklərinin  miqdarı  çoxalır  və 
onların artıq qalan hissəsi sidik vasitəsilə orqanizmdən xaric edi-
lir.  Aseton  uçucu  birləşmə  olduğuna  görə  tənəffüs  yolları  vasitə-
silə də orqanizmdən xaric edilə bilər. 
Şəkərli diabet xəstəliyi olan şəxslər bir gün ərzində sidiklə 
10 – 15 q keton çisimcikləri ifraz edə bilərlər.  
Aset-sirkə  və  β-hidroksi-yağ  turşuları  məhlulda  anionlar 
halında  olduqlarına  görə,  onların  miqdarının  artması  asidozla 
(qanın turşuluğunun normal hala nisbətən artıqlığı) nəticələnir; bu 
zaman  ifraz  edilən  sidik  də  turş  reaksiyalı  olur.  Şəkərli  diabetin 
ağır formasına tutulmuş şəxslərdə baş verən hiperqlikemik koma-
nın  əmələ  gəlməsində  keton  cisimciklərinin  də  müəyyən  rolu 
vardır, onlar mərkəzi sinir sisteminə narkotik təsir göstərirlər.  
12
.
9
.
2
.
3. Xolesterin mübadiləsinin pozğunluqları. Xoles
-
 


371 
 
terin  mübadiləsinin  pozulmaları  ateroskleroz,  öd  daşı  xəstəliyi, 
ksantomatoz (idiopatik hiperxolesterinemiya), lipoidli nefroz və s. 
xəstəliklərin  əsasını  təşkil  edir.  Ateroskleroz  xəstəliyi  qanda 
xolesterinin  artması  ilə  müşayiət  olunur.  Öd  daşlarının  ümumi 
kütləsinin  əsas  hissəsini  (90%-ə  qədər)  xolesterin  təşkil  edir. 
Xolesterin  normal  halda  ödün  tərkibində  məhlul  halında  olur. 
Suda  həll  olmayan  xolesterinin  məhlul  halında  qalmasında  öd 
turşularının mühüm rolu vardır. Xolesterinin kristallaşaraq çökün-
tüyə keçməsi nəticəsində öd daşları əmələ gəlir. Bu kristal daşlar 
oksalat,  urat,  fosfat,  karbonat  duzlarının  həll  olmayan  çöküntü-
ləridir.  Xolesterin  mübadiləsinin  pozulmaları  praktiki  təbabətin 
mühüm  problemlərindən  biridir.  Bu  problem  haqqında  tələbələr 
―Patoloji fiziologiya‖ kursunda və klinik kafedralarda daha ətraflı 
məlumat  alacaqlar  və  onun  aradan  qaldırılması  yolları  haqqında 
məlumat əldə edəcəklər.  
 
 
Mövzuya aid suallar
 
 
1. Lipidlər haqqında ümumi məlumat verin. Onların orqa-
nizmdə əsas rolunu aydınlaşdırın. 
2. Yağların parçalanmasının mexanizmini izah edin. 
3.  Ali  yağ  turşularının  β-oksidləşməsinin  əsas  mərhələlə-
rini  yazın.  Yağların  karbohidratlara  nisbətən  enerji  effektivliyini 
aydınlaşdırın. 
4. Hansı fermentlər yağ turşularının mübadiləsində əsas rol 
oynayır? 
5. Qliserin orqanizmdə hansı  yolla mübadiləyə qoşulur və 
bu prosesdə iştirak edən fermentlər hansılardır? 


372 
 
6. Doymamış ali  yağ turşularının orqanizmdə biosintezini 
qısa təsvir edin. 
7. Doymamış yağ turşularının biosintezini aydınlaşdırın. 
8. Triqliseridlərin sintezi hansı yolla baş verir? Bu prosesi 
kataliz edən fermentləri yazın. 
9. Ketonemiya və ketonuriya nədir? 
10.  Lipid mübadiləsinin tənzimlənməsinin  əsas detallarını 
izah edin. 
 
 


373 
 
XIII FƏSİL 
 
13. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ. 
 
İnsan  və  heyvanların  bədənində  mineral  maddələrdən  su 
və  duzlar  olur.  Bunlar  da  molekul  və  ionlar  şəklində,  həm  də 
başqa maddələrlə (zülallar, karbohidratlat, turşular və s.) birləşmiş 
halda təsadüf edilir.  
Duzlara  molekul  halında  əsas  sümük  toxumasında  və 
qismən hüceyrələrin tərkibində rast gəlinir. Onlar birləşmiş halda, 
yaxud  ionlar  şəklində  hüceyrə  və  toxumaların  əmələ  gəlməsində 
və s. (molekulların formalaşmasında da ) iştirak edirlər.  
Su  toxumalarda  zülallarla,  lipidlərlə,  karbohidratlarla  bir-
ləşmiş  haldadır.  Bu  da  onlardakı  funksional  qruplarla  (karboksil, 
hidroksil, keton, aldehid qrupları  və  s.), su ilə  onun disssosiasiya 
məhsullarının: hidrogen və hidroksil ionlarının xassələri ilə əlaqə-
dardır.  Su  birləşmiş  halda  sərbəst  formaya  nisbətən  çox  az  olur. 
Əzələlərdə suyun birləşmiş forması onun maksimum 1%-ni təşkil 
edir.  
Mineral  maddələrdən  çoxluğu  təşkil  edən  sudur.  O,  poli-
funksional  maddədir.  Su  polyarlıq  xassəsinə  və  hidrogen  rabitəsi 
yaratmaq  qabiliyyətinə  malik  olduğundan  orqanizmdə  həlledici 
rolunu oynayır. O, bədəndə temperaturun nizamlanmasında iştirak 
edir. Bu da istilik tutumunun çoxluğu ilə izah olunur.  
Su bioloji mayelərin (qan, sidik, öd, həzm şirəsi və s.) əsa-
sını təşkil edərək, bədəndə onların hərəkətinə də şərait yaradır. O, 
ifrazatda  da  iştirak  edir.  Maddələr  mübadiləsi  nəticəsində  əmələ 
gələn  son  məhsullar  sulu  məhlullar  şəklində  ifrazat  orqanlarına 
aparılır və bədəndən xaric olunur. Buna sidik, tər və s. misal gös-
tərilə bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə