N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   99   100   101   102   103   104   105   106   107

378 
 
Natrium  bioloji  mayelərdə,  kalium  isə  toxumalarda  çox-
dur. Məsələn, qan zərdabında natrium 335 mq%, kalium 20 mq%, 
əzələlərdə isə natrium 38 mq% və kalium 320 mq%-dir. Kaliumun 
95%-dən  çoxu  eritrositlərdədir.  Bu  elementlər  osmos  təzyiqinin 
yaranmasında  (xüsusilə  natrium),  buferli  məhlulların  əmələ  gəl-
məsində, ayrı-ayrı orqanların (sinir sistemi, ürək, əzələlər, damar-
lar və s.) fəaliyyətində iştirak edir. Natrium əzələlərin oyanmasını 
artırır, kalium isə əksinə ləngidir.      
Qidada natrium az olanda insan və heyvanlarda adinomiya 
xəstəliyi baş verir.  
Kalsium  ən  çox  (97%)  fosfat  və  karbonat  turşusunun 
duzları  şəklində sümük toxumasında rast  gəlinir. Qalan orqan və 
toxumalarda  ion  şəklində,  yaxud  zülallarda  (məsələn,  kazeinlə) 
birləşmiş haldadır. 
Kalsium sinir oyanmalarını, toxuma zülallarının su ilə bir-
ləşmək  qabiliyyətini,  hüceyrələrin  sızma  xüsusiyyətini  (keçrici-
liyini) azaldır, qanın laxtalanmasında iştirak edir, ürəyin fəaliyyə-
tini  artırır.  Fermentlərin  fəallığına  da  təsir  göstərir.  Lesitinazanı 
fəallaşdırır, dipeptidazaların fəallığını azaldır.  
Kalsium 25–35% sidiklə, 65–75% isə nəcislə ifraz olunur.  
Maqnezium  hüceyrədaxili  kationdur.  Mitoxondriyalarda 
oksidləşməklə fosforlaşmanı sürətləndirir. Nüvədə və ribosomlar-
da zülallarla və nuklein turşuları ilə birləşmiş halda olur. O, ADF 
və ATF-lə komplekslər əmələ gətirməklə onları fəallaşdırır. Bu da 
pirofosfat  qrupunun  ikivalentli  kationlarla  birləşmək  qabiliyyəti 
və hüceyrələrdə maqnezium ionunun qatılığının çoxluğu ilə əlaqə-
dardır.  Kalsium və maqnizium mübadilə proseslərində bir-birinin 
antoqanistidir. Maqnizium çox qəbul edildikdə, o kalsiumu zülal-
ların və mineral birləşmələrin tərkibindən sıxışdırıb çıxarır. Onun 
artıq miqdarı böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. 


379 
 
 
 
Maqnezium  ionunun  ATF-lə  kompleks  əmələ  gətirmək 
qabiliyyəti  ADF-ə  nisbətən  10  dəfə  çoxdur.  ATF  isə  MgATF
2-
 
kompleksi  şəklində  daha  fəal  olmaqla,  fermentativ  reaksiyalarda 
fosfatın  donoru  rolunu  oynayır.  Maqnezium  ionu  mübadilə  pro-
seslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiy-
yətlə əlaqədar çevrilmələrin nizamlanmasında, əzələlərin qısalma-
sında,  bir  sıra  fermentlərin  (fosfataza,  peptidaza,  karboksilaza  və 
s.) fəallaşmasında iştirak edir.  
Maqneziumun  70%-ə  yaxını  fosfatlar  və  karbonatlar  şək-
lində sümük toxumasındadır.  
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülal-
ların  (fosfoproteidlər),  lipidlərin  (fosfatidlər),  karbohidratların 
törəmələrinin  (monosaxaridlərin  fosfat  efirləri),  nukleotidlərin 
(nukleozidfosfatlar) və s. birləşmələrin də tərkibinə daxil olur. 
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların 
parçalanmasında fosforun rolu çox böyükdür.  
Fosfat turşusu bir sıra kofermentlərin də tərkib hissələrin-
dən biridir. O, kalsiumla birlikdə sümük toxumasının əsasını təşkil 
edir.  Bədəndəki  fosforun  87%-i  sümük  toxumasındadır.  Bunların 
yəni fosfor və kaliumun mübadiləsi pozulduqda tetaniya, raxit və  
                                                                      Mg
2+
 
                                                       O
-
      
-
O        O 
                                                       │        │        │ 
Mg ATF
2-
         
Adenin-riboza 
─O─P─O─P─O─P─O
-
 
                                                                  ║        ║ 
                                                                  O        O 
 
                                                      O             O 
                                                      ║             ║ 
Mg ADF
-
        
Adenin-riboza
 ─O─P──O──P─O
-
 
                                                      │             │ 
                                                     
-
O─Mg
2+
─O- 


380 
 
osteomalyasiya xəstəliyi baş verir.  
Kükürd  əsas  üzvi  birləşmələrin:  bəzi  aminturşularının, 
peptidlərin  (qlütation),  zülalların,  hormonların  və  fermentlərin 
tərkibində olur.  
Kükürd bəzi  vitaminlərdə də  (tiamin, biotin) vardır. Bun-
larda  kükürd  reduksiyalaşmış  formada:  hidrogen-sulfidin  qalığı 
şəklindədir.  Kükürd  sulfhidril  qrupu  şəklində  oksidləşmə-reduk-
siya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopolisaxarid-
lərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklin-
dədir.  
Kükürd  ən  çox  tükdə  (yunda),  buynuzda,  dırnaqda  və 
lələkdə olur. Onun qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını) 
dəridə toplanır.  
Kükürd orqanizmdə əmələ gələn bir sıra zərərli maddələrin 
(fenol, krezol, indol, skatol və s.) sulfat turşusunun efirləri şəklin-
də zərərsizləşməsində mühüm rol oynayır. O, orqanizmə zülallarla 
daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə sulfatlar (natrium-
sulfat,  kalium-sulfat,  ammonium-sulfat,  kalsium-sulfat,  maqne-
zium-sulfat), az qismi isə sulfat turşusunun efirləri (fenol-kükürd, 
indoksilkükürd, krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.  
Dəmir ən çox (60–70%) porfirinin törəmələrində (hemoq-
lobin,  mioqlobin),  katalazada,  peroksidaza  və  sitoxromlarda  olur, 
zülal  komplekslərində  isə  nisbətən  azdır.  Qan  plazmasında  beta-
qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.  
Dəmir orqanizmdə baş verən oksidləşmə-reduksiya proses-
lərində,  immunobioloji  reaksiyalarda,  boy  artımı  və  qanyaranma 
proseslərində aktiv iştirak edir. Dəmir mübadiləsi qan zərdabında 
dəmirin  daşıyıcısı  rolu  oynayan  ixtisaslaşmış  zülali  maddə-
siderofillin vasitəsilə həyata keçirilir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə