N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   97   98   99   100   101   102   103   104   ...   107

367 
 
həzm sistemində hərəkəti sürətlənir və bağırsaq divarlarının selikli 
qişasında  anatomik  dəyişikliklər  meydana  çıxır  ki,  bunlar  da 
yağların sorulmasının pozulmasına səbəb ola bilər. 
Qida  maddələrinin  tərkibindən  yağların  və  lipoidlərin 
tamamilə çıxarılması  yolverilməz haldır, çünki onların qida mad-
dələrinin  tərkibindən  çıxarılması  nəticəsində  orqanizm  yağlarda 
həll olan vitaminlərdən (A, D, E, K) və əvəzedilməyən yağ turşu-
larından  (linol  – 
C
17
H
31
COOH, 
linolen  – 
C
17
H
29
COOH
)  məhrum 
olur.  
 
 
 12.9.2 Lipidlərin aralıq mübadiləsinin pozğunluqları 
 
12.9.2.1.  Qaraciyər  piy  infiltrasiyası.Yağların  və  yağa-
bənzər  maddələrin  mübadiləsində  qaraciyərin  çox  mühüm  rolu 
vardır.  Qaraciyər  üzvi  turşuların  parçalanmasının  və  sintezinin 
mərkəzi  üzvüdür;  neytral  yağlar  və  keton  cisimcikləri  əsas 
etibarilə  bu  orqanda  sintez  olunur.  Bundan  əlavə,  qaraciyərdə 
doymuş turşulardan hidrogensizləşmə yolu ilə doymamış turşular 
əmələ  gəlir  və  orqanizm  üçün  çox  əhəmiyyətli  olan  fosfatidlər 
sintez  edilir.  Qaraciyərdə  əmələ  gəlmiş  fosfolipidlər  başqa 
toxumalara  neytral  yağlara  nisbətən  asanlıqla  daşınır  və  triqlise-
ridlərin  sintezinə  sərf  olunur.  Fosfatidlərin  sintezinin  pozulması 
lipidlərin  qaraciyərdən  digər  orqanlara  daşınmasını  çətinləşdirir 
ki, bu da piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın 
meydana çıxması ilə nəticələnir.  
Normal halda çiy qaraciyərin ümumi çəkisinin 5%-ə qədə-
rini  yağlar  təşkil  edir,  lakin  piy  infiltrasiyası  zamanı  onların 
miqdarı 40 – 60%-ə çata bilər. Piy infiltrasiyası qaraciyərin bütün 
əsas funksiyalarını zəiflədən ağır patoloji prosesdir. Qəbul edilən 


368 
 
qida  madələrinin  tərkibində  lesitinlərin  miqdarının  artmasının  bu 
pro-sesin  qarşısının  alınmasında  mühüm  əhəmiyyəti  vardır. 
Məlumdur  ki,  lesitinlər  insan  və  heyvan  toxumalarında  sintez 
olunur.  Lakin  qida  maddələrinin  tərkibindən  lipotrop  amillərin 
çıxarılması  lesitinlərin  toxumadaxili  sintezini  dayandırır.  Lipo-
trop amillər – yağların qaraciyərdən digər toxumalara daşınmasını 
asanlaşdıran  maddələrdir.  Bu  maddələrdən  bəziləri  qida  vasitəsi 
ilə  əldə  edilir  (ekzogen  lipotrop  amillər),  bəziləri  isə  orqanizm 
tərfindən  sintez  olunur  (endogen  lipotrop  amillər).  Xolin,  əvəz-
edilməyən  aminturşular  (metionin),  inozit,  panqam  turşusu  (B
15
 
vitamini) və s. ekzogen lipotrop amillərə misal ola bilər. Heyvan-
lar  üzərində  aparılan  təcrübələr  göstərmişdir  ki,  uzun  müddət 
tərkibində  həm  lesitinlər,  həm  də  yuxarıda  göstərilən  ekzogen 
lipotrop amillər olmayan qida maddələrinin qəbulu qaraciyərin piy 
infiltrasiyasının meydana çıxması ilə nəticələnir. Lipotrop amillər 
qaraciyərdə lesitinlərin sintezini sürətləndirməklə  piy infiltrasiya-
sının  qarşısını  alır.  Xolin  və  əvəzedilməyən  yağ  turşuları  bilava-
sitə  lesitinləri  sintezinə  sərf  olunur,  digər  lipotrop  amillər  isə  bu 
prosesə dolayı yolla təsir edir. Məsələn, metionin xolinin endogen 
sintezində  metil  qruplarının  donoru  kimi  iştirak  edir;  südün 
tərkibinə daxil olan zülali maddə - kazein metioninlə zəngin oldu-
ğuna  görə,  lipotrop  təsir  göstərir.  Xolinin  toxumadaxili  oksidləş-
məsinin məhsulu olan betain də lipotrop təsirə malikdir. O, metio-
ninin  tərkibindəki  metil  qrupunun  ayrılması  nəticəsində  əmələ 
gələn  homosisteini  metilləşdirərək,  metioninə  çevirir.  Panqam 
turşusu  biokimyəvi  proseslərdə  metil  qruplarının  daşıyıcısı  kimi 
iştirak  etməklə,  xolinin  sintezini  sürətləndirir.  İnozitin  lipotrop 
təsirinin mexanizmi hələlik məlum deyil.  
Endogen mənşəli lipotrop amillərdən biri – mədəaltı vəzi-
nin  xırda  axacaqlarının  divarlarının  epitel  hüceyrələrində  hazırla-


369 
 
nan  lipokaindir.  Bu  hormon  qaraciyərdə  fosfatidlərin  sintezini  və 
yağ  turşularının  oksidləşməsini  sürətləndirməklə  piy  infiltrasiya-
sının  qarşısını  alır.  Şəkərli  diabet  xəstəliyinə  tutulmuş  şəxslərdə 
qaraciyərin piy infiltrasiyasının və ya distrofiyasının əmələ gəlmə-
si,  əsasən,  lipokainin  sekresiyasının  azalması  ilə  əlaqədardır. 
Lakin  bu  prosesdə  insulinin  də  müəyyən  rolu  vardır.  Onun  çatış-
mazlığı  qaraciyərdə  həm  qlikogenin  miqdarının  azalmasına,  həm 
də yağların artmasına səbəb olur.  
12.9.2.2.  Ketonemiya  və  ketonuriya.  Üzvi  turşuların 
aralıq  mübadiləsinin  məhsulları  olan  keton  cisimcikləri  orqa-
nizmin  toxumalarında  (xüsusən  əzələ  və  böyrəklərdə)  asanlıqla 
oksidləşərək, karbon qazına və suya çevrilir. Buna görə də sağlam 
insanların qanında və sidiyində az miqdarda keton cisimciklərinə 
təsadüf edilir. Normal halda qanda keton cisimciklərinin miqdarı 6 
mq%-dən artıq olmur. Lakin qidanın tərkibindən karbohidratların 
çıxarılması,  aclıq və bir sıra xəstəliklər qanda β-hidroksi-yağ və 
aset-sirkə  turşularının  artması  ilə  nəticələnir  (300  –  400  mq%-ə 
qədər).  Bu  ketonemiya  və  ya  hiperketonemiya  adlanır.  Belə  hal-
larda  sidiklə  çoxlu  miqdarda  keton  cisimcikləri  ifraz  edilir  (keto-
nuriya).  Sağlam  şəxslər  bir  gün  ərzində  sidiklə  təxminən  40  mq 
keton  cisimcikləri  ifraz  edirlər.  Karbohidratların  çatışmazlığı 
(aclıq) şəraitində qaraciyərdə üzvi turşuların parçalanması sürətlə-
nir.  Bu  zaman  qaraciyərdə  əmələ  gələn  keton  cisimciklərinin 
əksəriyyəti qan vasitəsilə digər toxumalara daşınaraq, orqanizmin 
energetik təlabatının ödənilməsinə sərf olunur.   
Şəkərli  diabet  xəstəliyində  patoloji  ketonemiya  halına 
təsadüf  edilir.  Bir  sıra  müəlliflərin  fikrinə  görə,  şəkərli  diabet 
xəstəliyi zamanı ketonemiya xəstə orqanizmin energetik ehtiyacı-
nın  ödənilməsi  üçün lazım  gələn kompensator hal  kimi  meydana 
çıxır.  Məlumdur  ki,  diabet  xəstəliyi  qaraciyərin  qlikogen  ehtiya-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə