N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   76   77   78   79   80   81   82   83   ...   107

298 
 
 
 
 
 
 
Monosaxaridlər  müxtəlif  sürətlə  qana  sorularaq  qaraciyər 
və başqa orqanlara aparılır. Qlükozanın bağırsaqdan qana sorulma 
sürətini  şərti  olaraq  100  götürsək,  qalaktozanınkı  110,  fruktoza-
nınkı  43  və  mannozanınkı  19-dur.  Pentozaların  sorulma  sürəti 
daha zəifdir.  
Qaraciyərdə,  əzələlərdə  və  başqa  orqanlarda  qlükozanın 
müəyyən hissəsi qaraciyərdə qlikogenə çevrilir və ehtiyat  maddə 
kimi toplanır. Qalan hissəsi isə qanla orqanlara aparılaraq, hücey-
rələrdə oksidləşmə prosesinə uğrayır.  
Orqan və toxumalarda karbohidratların: əsasən qlikogenin 
və qlükozanın miqdarı nisbətən sabit olur. Qanda qlükozanın miq-
darı insanda 80–120 mq%, atda 90–110 mq%, kövşəyən heyvan-
larda  40–100  mq%,  inəkdə  60–100  q%,  camışda  70–90  mq%, 
qoyunda  60–90  mq%,  donuzda  40–250  mq%,  itdə  70–100  mq% 
arasında dəyişir. Qlükozanın və başqa karbohidratların miqdarının 
qanda və s. orqanlarda nizamlanması sinir sistemi və daxili sekre-
siya vəziəri ilə aparılır.  Onlardan  adrenalinin,  insulinin,  kortikos-
teronu, qlükaqonu və s. hormonları göstərmək olar.  
İnsulin və adrenalin bir-birinin antiqonistidir. İnsulin hor-
monu qaraciyərdə, əzələlərdə və s. orqanlarda qlükozanın qlikoge-
nə  çevrilməsini  sürətləndirir,  qlükozanın  bir  hissəsini  (30%)  isə 
yağa çevirir, aminturşuların karbohidratlara çevrilməsini dayandı-
rır, qlikoneogenezi ləngidir. Adrenalin isə bunun əksinə təsir gös-
tərir,  yəni  qlikogenin  qlükozaya çevrilməsində  iştirak edir, qanda 
süd turşusunu artırır.     


11
22
12
2
6
10
6
O
H
C
n
O
H
O
H
C
sellülaza


 


    
                                                        sellobioza 
11
12
6
2
11
22
12
2
O
H
C
O
H
O
H
C
sellobiaza






                                   
 sellobioza                                       β-qlükoza 


299 
 
Tiroksin və hipofizin hormonları əzələlərdə olan qlikogeni 
qlükozaya  çevirir.  Ona  görə  də  diabetogen  hormonlar  sayılır. 
Bunun  əvəzində  azotsuz  üzvi  birləşmələrdən  karbohidratların 
sintezini sürətləndirir. Kortikoidlər (kortizon, kortikosteron və s.) 
insulinin əksinə təsir edir, qaraciyuərdə qlikoneogenezi sürətləndi-
rir, qlükozanın mübadiləsini zəiflədir. 
Qanda  qlükozanın  miqdarının  nizamlanması  uzunsov 
beyində şəkər mərkəzinin iştirakı ilə həyata keçirilir.  
Qanda qlükozanın  miqdarının sabitliyi  pozulduqda  –  yəni 
hipoqlikemiya zamanı qanda qlükozanın miqdarı azaldıqda (istifa-
də artdıqda, qəbulu azaldıqda və s.) heksokinazanın fəallığı azalır, 
toxumalar, xüsusilə mərkəzi sinir sistemi qlükoza ilə təmin olun-
mur,  bihuşluq  baş  verir.  Hiperqlikemiyada  (qanda  qlükozanın 
miqdarının  çoxalması)  heksokinazanın  fəallığı  artır,  qlükozadan 
tam  istifadə  olunmur,  sidiklə  8–10%    qlükoza  ifraz  edilir.  Hiper-
qlikemiya  diabet  zamanı,  hipofizin,  qalxanvari  və  böyrəküstü 
vəzilərin hiperfunksyası nəticəsində baş verir. 
 
 
11.2 Karbohidratların aralıq mübadiləsi 
 
Karbohidratların  həzm  aparatında  qlükozaya  qədər  parça-
lanması aralıq mübadilənin başlanğıcı hesab olunur. Aralıq müba-
dilə  iki  mərhələdə  gedir.  Onlardan  biri  anaerob,  digəri  aerob 
mübadilə adlanır. Anaerob mübadilənin son məhsulu süd turşusu, 
aerob mübadiləninki isə karbon qazı və sudur.  
Anaerob  mübadilə  qlikogendən  başlayırsa  qlikogenoliz, 
qlükozadan başladıqda Embden – Meyerhof – Parnas (EMP) yolu 
və  ya  qlikoliz  adlanır.  Qlikolizin  ümumi  tənliyinin  sxemi  belə 
yazılır:    


300 
 
   
ATF
COOH
CHOH
CH
ADF
PO
H
O
H
C
2
2
2
2
3
4
3
6
12
6





 
 
Burada 50 kkal enerji ayrılır. Onun 20 kkalorisi (2 molekul) 
ATF-də  toplanır  və  30  kkalorisi  isə  istilik  enerjisi  şəklində  çıxır. 
Beləliklə,  qlikolizin  energetik  faydalılığı  təxminən  35%  təşkil 
edir.  
Qlikogenolizdə  qlikolizdən  fərqli  olaraq  3  molekul  ATF 
əmələ gəlir. Çünki qlikogenolizdə qlükoza-6-fofatın əmələ gəlmə-
sinə ATF istifadə olunmur.  
Toxumalarda  qlikogen  ilk  mərhələdə  fosforoliz  yolu  ilə 
parçalanaraq qlükoza-1-fosfata ayrılır.   
 
Qlikogen +H
3
PO
4
 
           
→         Qlükoza-1-fosfat + Qlikogen 
 (n-qalıq)                                                              (n-1) qalıq 
 
Qlükoza  -1-fosfat  qlükoza-1,6  difosfat  kofermentinin 
iştirakı  ilə  fosfoqlükomutaza  fermentinin  təsirindən  qlükoza-6-
fosfata çevrilir.  
 
 
 
Bu qarışıq birləşmədə 95% qlükoza-6-fosfat olur. Bu reak-
siya qaraciyərin fosfoqlükomutaza reaksiyasının məhsulu adlanır. 
Qlükoza  6-fosfat  qaraciyərdə  qlükoza-6-fosfataza  fermentinin 
iştirakı ilə sərbəst qlükozaya və fosfat turşusuna parçalana bilər.  


301 
 
 
 
Həmçinin qlükoza-6-fosfat qlikoliz prosesinə qoşula bilər.  
Esterləşmə (efirləşmə) reaksiyasına daxil olmamış qlükoza 
qana  daxil  olur  qan  vasitəsilə  toxumalara  daşınaraq  energetik 
material  kimi  istifadə  olunur.  Qlükoza-6-fosfat  isə  bir  çox  toxu-
malarda (əzələ və beyin toxumasından başqa) ATF-in regenerasi-
yasına və enerjinin çıxarılmasına (ayrılmasına) sərf olunur.  
Qlükoza-6-fosfatın orqanizmdə parçalanması iki istiqamət-
də:  1)  Dixotomik  istiqamət  (anaerob  çevrilmə)  bu  istiqamətdə 
molekula tən yarıya bölünür.  
2) Apotomik parçalanma – molekula birinci karbon atomu-
nu itirir.  
 
 
11.3 Dixotomik yolla (anaerob) qlükoza-6-
fosfatın parçalanması 
 
Bu üsulla parçalanmada qlükoza iki molekul süd turşusuna 
parçalanır. 
2
6
3
6
12
6
2
O
H
C
O
H
C

 
mol
Coul
K
G
9
,
196
0



 
Spirtə qıcqırmada isə qlükoza etil spirtinə və karbon qazı-
na parçalanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə