N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə70/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

Suriya və İran məsələsi böyük geosiyasi məkan üçün təhlükə
olaraq qalır. Bu prosesin necə nəticələcəyini heç kəs dəqiq proqnoz-
laşdıra bilmir. Qərbin bu kimi ölkələrdə atdığı addımlar, həyata
keçirdiyi planlar hərtərəfli hazırlanmadığından, daha çox geosiyasi
məzmun daşıdığından növbəti mərhələlərdə yeni problemlər ya-
radır. Çinin Mərkəz Asiya ilə yanaşı, İran neftinə də iddialı
olması Qərb üçün əlavə risk amilinə çevrilir. Aydındır ki, Qərb
İrana etibarlı enerji mənbəyi kimi baxa bilmir.
Avrasiya məkanında “yeni enerji kartları”nın masanın üzərində
olduğu müşahidə olunur. Azərbaycan Prezidenti 2012-ci il mart
ayının 2-də Türkiyənin TRT kanalına verdiyi müsahibənin bir yerində
vurğulamışdı: “...bu gün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinki
bölgə üçün, dünya üçün əhəmiyyətlidir. Birgə təşəbbüslərimiz –
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Tran-
sanadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da sıx
edəcək, eyni zamanda, bölgədə və dünyada təsir imkanlarımızı daha
da artıracaqdır” (4.4.26).
Bu fikirlər strateji gələcəyi xarakterizə edir. Azərbaycan və Türkiyə
konkret enerji layihələri ilə “Avropanın enerji xəritəsini dəyişirlər”
(İlham Əliyev). Əsas məsələ ondan ibarətdir ki, bu tarixi missiyanı
reallaşdırmaq üçün iki qardaş ölkənin siyasi iradəsi, iqtisadi gücü və
enerji diplomatiyası lazımi səviyyədədir.
Həmin məqam bütövlükdə Avrasiya geosiyasi məkanının yeni mühüm
amilidir. Prezident İlham Əliyev bu yeniliyi aşağıdakı kimi təqdim edir:
“Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyənin
enerji təhlükəsizliyi 
ni təmin edəcək, eyni zamanda, başqa ölkələrə
Türkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları,
tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə möv-
qeyimizi müdafiə edə biləcəyik. Çünki bu gün dünya və Avropa üçün
enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bilirik ki,
gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdır
və bu məsələdə birinci sırada yenə Azərbaycandır” (4.4.26).
Burada söhbət dəqiq təhlil əsasında verilən strateji proqnozdan
gedir. Xəzər hövzəsinin enerji qaynaqları yuxarıda təsvir etdiyimiz
218


səbəblərdən dünya üçün daha çox əhəmiyyət kəsb edəcək. Azərbaycan
həmin prosesə hazırdır və konkret fəaliyyəti ilə bunu sübut edir.
Transanadolu layihəsi bu baxımdan strateji məna daşıyır. Ancaq
bu layihəni Azərbaycan və Türkiyə bu gün müstəqil olaraq reallaşdır-
maqla, əslində, gələcəyə addım atdıqlarını nümayiş etdirirlər. Türkiyənin
Baş naziri R.T.Ərdoğan bununla bağlı deyib: “Türkiyə və Azərbaycan
TANAP layi həsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqe
qazanmaq yolunda mühüm bir addım atmışlar” (4.4.27).
Göründüyü kimi, Azərbaycan qısa müddət ərzində enerji-nəqliyyat
sahəsində regionlar arasında dəhlizlər açmışdır. Bu proses Bakı-
Supsa (1999-cu il), Bakı-Ceyhan (2006-cı il), Bakı-Ərzurum (2007-
ci il) layihələri ilə başladı, Bakı-Qars dəmiryolu və Transanadolu
qaz marşrutları ilə davam edir. Bundan başqa, geosiyasi aspektdə öl-
kəmiz faktiki olaraq iki qitəni – Avropa və Asiyanı birləşdirir. Bizim
ölkənin neft kəmərləri Qara və Aralıq dənizlərinə çıxır. Xəzər dəni-
zi-Qara dəniz-Aralıq dənizi bu kəmərlərin sayəsində bütövləşir.
QDİƏT-in 20 illik yubileyinə həsr edilmiş İstanbul sammitində
Prezident  İlham Əliyev ayrıca vurğulamışdı: “Biz bu ilin sonunda
növbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-
Qars dəmir yolunun istismara verilməsi nəticəsində biz qədim İpək
Yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə iştirak edən üç ölkəni
deyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir
layihədir” (4.4.28). Yəni artıq Azərbaycan sadəcə mühüm geosiyasi
məkan deyil, həm də qlobal enerji xəritəsinə təsir edən aktordur. Bu,
geosiyasi baxımdan ciddi təkamül yolu keçmək deməkdir. Dünya miq-
yasında strateji oyunçu olmağa doğru atılmış vacib addımdır. Avropa
ilə Asiyanın, Şərqlə Qərbin, Şimalla Cənubun, Xristianlıqla İslamın
kəsişdiyi məkanda yerləşərək geosiyasi körpü rolunu oynayan gənc,
müstəqil Azərbaycanın, həmçinin, bir çox böyük dövlətin maraqlarının
qovuşuğunda yeni güc mərkəzinin təməlini qoyması tarixi hadisədir.
Azərbaycan Avrasiya enerji-nəqliyyat dəhlizinin inkişafı üçün
bundan sonra da əlindən gələni edəcəkdir. Bu istiqamətdə xarici
siyasətin əsas məqsədi regional və qlobal səviyyədə əməkdaşlığı ge-
nişləndirməkdən ibarətdir. Ölkəmiz üçün bu yol prioritetlərdən biri
olaraq qalacaqdır.
219


4.5. Azərbaycanın modernləşməsi və xarici 
siyasətin transformasiyası
Modernləşmə müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmiş
hər bir ölkə üçün aktual sayılır. Qloballaşma prosesi dünya dövlətlərinin
iqtisadi inteqrasiyası problemini ortaya qoyur. Mondializasiya isə
müasir anlamda cəmiyyətlərin həmrəyliyi məsələsinə diqqət çəkir.
Bunların fonunda milli dövlətçiliyin taleyi və vətəndaş cəmiyyətinin
formalaşması son dərəcə vacib görünür. Şübhə yoxdur ki, müstəqil
cəmiyyətlər yeniləşməli, inkişaf etmiş ölkələrin təcrübələrindən bəh-
rələnməlidirlər. Qlobal miqyasda cərəyan edən hadisələrin təsirinə
necə reaksiya verilməsi məsələsi üzərində düşünməlidirlər. Bütövlükdə,
XXI əsr üçün inkişaf strategiyasını müəyyənləşdirməlidirlər.
Azərbaycan XX əsrin 90-cı illərindən strateji inkişaf modelini
müəyyənləşdirib. Modernləşmə bu aspektdə ölkə rəhbərliyinin diqqət
yetirdiyi əsas məsələlərdən biridir. Azərbaycanın modernləşməsini
iki mərhələyə bölmək olar. Birinci mərhələ 1993-2003-cü illəri əhatə
edir. Həmin dövrdə əsasən xarici sərmayələrin qoyuluşu hesabına
ölkənin sosial-iqtisadi yeniləşməsi həyata keçirildi, iqtisadi keçid
prosesi faktiki olaraq başa çatdı.
2003-cü ildən başlayan ikinci mərhələdə ölkənin daxili potensialı
hesabına cəmiyyətin yeniləşməsi həyata keçirilir. Bu mərhələdə
xarici maliyyə mənbələrindən asılılıq minimuma endirilib. Nəticədə,
Azərbaycana dünya maliyyə böhranı demək olar ki, təsir etmədi.
Modernləşmənin indiki mərhələsində ölkəmiz müstəqil geosiyasi
səviyyəsinə qalxdı. Güclü dövlət konsepti ilə regional lider və
müstəqil geosiyasi oyunçu statusu bu mərhələdə üzvi surətdə bir-
birini tamamlamış oldu. Bu şərtlər özlüyündə Azərbaycanın xarici
siyasətində transformasiyanı zəruri edir.
Henri Kissincer xarici siyasətin daxili siyasətin davamı olduğu
tendensiyasının və özünüdərk prosesinin intensivləş məsinin müasir
dünyanın geosiyasi nizamına ciddi təsir etdiyini vurğulayır (4.4.8,
s.26). Hər iki amil xarici siyasətin transformasiyasını şərtləndirir.
Onların üzərində ayrıca dayanmaq lazımdır.
220


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə