Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

35 

 

Səriyyə   Talıbova  isə   daha   dəhşətli   hadisələrin   şahidi olmuşdu: "Bizi erməni 



qəbirstanlığına  gətirdilər....  Burada  erməni  döyüşçünün  qəbri  üstündə  4  məshəti 

türkünü  və  3  azərbaycanlını  qurban  kəsdilər...  Sonra  valideynlərin  gözləri 

qarşısında  uşaqlara  işgəncə  verdilər  və  öldürdülər...Az  sonra  milli  ordunun 

formasında  azərbaycanlıları  gətirdilər, ucu iti dəmirlə  onların  gözlərini çıxardılar. 

On bir yaşlı Ramil Həsənov xatırlayır ki, "dostlarım Elçin və Elgizin meşədə necə 

öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu,   bizimlə  qaça  

bilmirdilər,  lal-dinməz    qarın    üstünə  uzanmışdılar  və  yavaş-yavaş  gözlərini 

yumurdular". 

Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu 

faciəni  törətmiş  millətə  isə  dünya  birliyində  yer  yoxdur.  Dünya  bunu  nə  vaxtsa 

başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya  görə,  Xocalı   soyqırımı   

zamanı      613      dinc      əhali,  o  cümlədən  63  uşaq,  106  qadın,  70  qoca  xüsusi 

qəddarlıqla  qətlə  yetirilmişdir.      Xocalı      üzərinə      hücuma      mayor      Seyran   

Ohanyan  (hazırda  o,  Ermənistanın  Müdafiə  naziridir),  Yevgeni  Nabokixi  Valeri 

Çitçyan  və  erməni  əsilli  50-dən  artıq  zabit  və  praporşl  rəhbərlik  etmişlər.  Həmin 

dövrdə Xocalıdan Ağdama gətirilmiş 18 meyid (130 kişi,51   qadın, onlardan   13   

uşaq)      məhkəmə-tibbi  ekspertizadan  keçirilmişdir.  Nəticədə  müəyyən  edilmişdir 

ki,  1  nəfər  güllə,  20  nəfər  qəlpə,  10  nəfər  küt  alətlərlə  öldürülmüşdür,  meyidlərin 

əksəriyyətinin baş dəriləri soyulmuşdur. 

Ermənilər  Xocalı  üzərinə  hərbi  əməliyyat  keçirmək  məqsədi  ilə  hücum 

etməmişdilər. Onların məqsədi dinc əhaliyə divan tutmaqda ibarət idi. Onlar yaxşı 

bilirdilər  ki,  Xocalıda  ciddi  hərbi  qüvvə  yoxdur.  Şəhərin  az  saylı  müdafiəçiləri 

XTM  dəstəsinin  bir  bölüyü  yerli  özünümüdafiə  taburu  və  minomyot 

batareyasından  ibarət  idi.  Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra  qədər 

müqavimət

 

göstərdilər,  lakin  düşmənin  dəfələrlə  üstün  qüvvəsi  və  texnikasını 



qarşısını  ala  bilmədilər.  Şəhərin  müdafiəçilərinin,  demək  olar  ki  hamısı 

qəhrəmanlıqla  həlak  oldular.  Martın  5-6-da  Azərbaycan  hərbi  komandanlığı 

Əsgəran,  Xocalı  istiqamətində  əks-hücuma  keçməyə  cəhd  göstərdi.  Silahlı 

qüvvələrin  bir  neçə  tankı  Əsgəranın  həndəvərinə  yaxınlaşdı.  Lakin  daha  ciddi 

nəticələrə nail ola bilmədilər və geri qayıtmalı oldular. Xocalı faciəsindən az sonra 

Rusiya  hərbi  komandanlığı  366-cı  alayı  Xankəndindən  çıxardı,  bu  vaxt  alayın  25 

tankı, 87 zirehli piyada maşını, 28 digər zirehli texnikası, 45 artilleriya-minomyot 

sistemi  erməni  tərəfinə  təhvil  verildi.  Ermənilər  Xocalı  faciəsindən  sonra  da 

vəhşiliklərini  davam  etdirirdilər.  İşğalçılar  martın  12-də  Sırxavənd,  Qaraşlar, 

Bəşirlər,  Baş  Güneypəyə,  Orta  Güneypəyə,  Xatınbəyli,  Manikli  kəndlərini  zəbt 

edib  yandırdılar.  1992-ci  il  aprelin  7-də  Kəlbəcər  rayonunun  Ağdaban  kəndi 

darmadağın edildi. Kənd tamamilə yandırıldı, 67 nəfər dinc sakin vəhşicəsinə qətlə 

yetirilidi,  o  cümlədən  90-100  yaşlı  8  qoca,  2  uşaq,  7  qadın  diri-diri  yandırıldı. 



36 

 

Aprelin  12-də  ermənilər  bəşəriyyət  əleyhinə  cinayət  hesab  olunan  daha  bir 



vəhşiliyə əl ataraq, Şuşanın müdafiəçilərinə  qarşı kimyəvi silahdan istifadə etdilər. 

Bunun  ardınca    Ermənistanın    silahlı    birləşmələri      aprelin    26-da  Zəngilan 

rayonunun Qazançı və Dərəli kəndlərinə soxuldular. 

Xocalı  soyqırımından  və  ermənilərin  törətdikləri  digər  vəhşiliklərdən  

sonra  beynəlxalq  təşkilatlar    Qarabağ  məsələsinə  diqqəti  artırdılar.  Birləşmiş  

Millətlər  Təşkilatı   1992-ci  il  martın  2-də Azərbaycanı öz üzvlüyünə qəbul etdi 

və  bununla  ölkəmizin  müstəqilliyi,  suverenliyi,  Qarabağ  da  daxil  olmaqla  ərazi 

bütövlüyünü rəsmi  qaydada    tanıdı.    1991-1992-ci   illərdə   bir  sıra   vasitəçilik 

cəhdləri oldu. B.Yeltsin  və  N.Nazarbayevin birgə  missiyası oldu.  ABŞ-ın keçmiş 

dövlət  katibi  S.Vens  BMT  baş  katibinin  xüsusi  nümayəndəsi  kimi  regiona  gəldi. 

İranın  qısamüddətli  vasitəçiliyi  oldu.  ATƏM  (ATƏT)  isə  vasitəçilik  missiyasına 

təsadüf  nəticəsində  başladı.  1992-ci  il  yanvarın  30-da  keçmiş  SSRİ 

respublikalarının əksəriyyəti eyni vaxtda bu quruma üzv qəbul olundular. ATƏM-

in Praqada keçirilən bu yığıncağının sonunda britaniyalı nümayəndə gözlənilmədən 

çıxış  üçün  söz  istədi  və  bildirdi  ki,  bu  gün  üzv  qəbul  olunan  ölkələrdən  ikisi- 

Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir, bu məsələ ilə məşğul olmaq 

lazımdır.  Oradaca  qərara  alındı  ki,  vəziyyəti  öyrənmək  üçün  regiona  missiya 

göndərilsin.  Həmin  il  martın  24-də  qurumun  xarici  işlər  nazirlərinin  Helsinki  

görüşündə təklif olundu ki, bu məsələ  ilə bağlı  sülh konfransı çağırılsın. Belorus 

nümayəndəsinin   konfransın   öz ölkəsinin paytaxtında keçirilməsi təklifi ilə hamı 

razılaşdı.  "Minsk  konfransı"  ideyası      belə      yarandı.        Sonra      Ermənistamn   

işğalçı  hərəkətləri  ilə  bağlı  konfransı  çağırmaq  mümkün  olmadı  və  "Minsk 

konfransı"  "Misk  qrupu"na  çevrildi.  Bu  qrupun  ilk  sədri  İtaliyanın  xarici  işlər 

nazirinin  keçmiş  müavini  Mario  Raffaeili  oldu  və  onun  ilk  iclası  Minskdə  deyil, 

Romada  keçirildi.  Minsk  qrupunun  tərkibilə  formalaşdırıldı  və  sonralar 

dəyişdirildi.  Əvvəllər  buraya  Azərbaycana  Ermənistan,  Belorus,  Çexoslovakiya, 

Fransa,  Almaniya,  İtaliya,  Rusiya,  İsveç,  Türkiyə  və  ABŞ  daxil  idilər.  Sonra 

Çexoslovakiyanın əvəzinə Avstriya, Finlandiya, Norveç daxil oldular. 

Hərbi  əməliyyatlarda  366-ci  motoatıcı  alayın  və  digər  birloşmələrin 

ermənilər  tərəfindən  iştirakı  Azərbaycanda  olan  rus  hərbi  hissələrinə  qarşı 

münasibəti  kəskinləşdirdi.  Ona  görə  də  Rusiya  qoşunlarını  Azərbaycandan 

çıxartmağa  başladı.  Bu  şəraitdə  əsasən  AXC-nin  təşəbbüsü  ilə  bir  sıra  hərbi 

hissələrin  silah,  sursat  və  texnikası  tutulub  saxlanıldı.  1992-ci  ilin  ilk  3-4  ayı 

ərzində Rusiyanın Azərbaycanda olan 4-cü ordusunun 4 reaktiv qurğusu, 14 tankı, 

96  zirehli  piyada  maşını,  45  digər  zirehli  texnikası,  2929  ədəd  atıcı  silahı,  836 

nəqliyyat  vasitəsi  ələ  keçirildi.  Eyni  hadisələr  Ermənistanda  da  baş  verirdi. 

Rusiyanın  orada  yerləşdirilmiş  7-ci  ordusunun  komandanlığı  silah  arsenalının 

böyük hissəsini ermənilərin ixtiyarına verdi. Ermənilər 39 zirehli piyada maşını, 10 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə