Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

51 

 

beynəlxalq qurumlar, o cümlədən müxtəlif komitələr, missiyalar, məruzəçilər və s. 



vasitəsi ilə reallaşdırmağa çalışırlar. 

ATƏM-in  (ATƏT-in)  1994-cü  ilin  dekabrında  Budapeştdə  keçirilmiş 

sammitində  Minsk  qrupunun  idarə  olunması  ilə  bağlı  dəyikşiklikər  edildi, 

həmsədrlik  institutu  yaradıldı.  Rusiya  və  İsveçin  nümayəndələri  həmsədr  oldular 

(1995-ci  ildə  İsveçi  Finlandiyanın  nümayəndəsi  əvəz  etdi).  Budapeşt  sammiti 

tərəfindən Minsk qrupu qarşısında iki əsas vəzifə qoyuldu: atəşkəs rejiminin davam 

etdirilməsinə  nail  olmaq  və  "silahlı  münaqişənin  dayandırılmasına  dair  siyasi 

saziş"in  imzalanması  üçün  danışıqlar  aparmaq.  İmzalanması  nəzərdə  tutulan 

sazişin konsepsiyası Minsk qrupu tərəfindən hazırlanmış bir sıra sənəd layihələrinə 

əsaslanırdı.  Bu  layihələr  daha  çox  "BMT  Təhlükəsizlik  Şurasının  qətnamələrinin 

yerinə  yetirilməsinə  dair  təxirəsalınmaz  tədbirlər  Qrafiki"  adlanırdı.  Hər  hansı 

başqa  məsələ,  o  cümlədən  Dağlıq  Qarabağın  statusu  ilə  bağlı  məsələ  Minsk 

qrupunun  mandatına  daxil  edilməmişdi.  Statusun  müzakirə  edilməsi      və  qərar 

qəbul  olunması  Minsk  konfransının  səlahiyyətinə  daxil  idi.  Budapeşt  sammitində 

həmçinin  münaqişənin  nizamlanmasından  sonra  regiona  ayırıcı  qüvvələrin 

yerləşdirilməsi  ilə  bağlı  təklif  də  müzakirə  edildi.  Bu  təkliflə  əlaqədar  qərar 

layihəsinin  hazırlanması,  müəyyən  hazırlıq  işələrinin  həyata  keçirilməsi  üçün 

Yüksək  Səviyyəli  Planlaşdırma  Qrupu  (YSPQ)  yaradıldı.  YSPQ-nin  mənzil-

qərargahı Vyanada yerləşir. 

ATƏT-in  1996-cı  ilin  dekabrında  keçirilmiş  Lissabon  sammitində 

müəyyən konkret qərarlar qəbul etməyə cəhd göstərildi. Minsk qrupu münaqişənin 

nizama  salınması  üçün  3  əsas  prinsipi  təklif  etdi:  Azərbaycan  və  Ermənistanın 

ərazi bütövlüyünün tanınması; Azərbaycanın tərkibində yüksək idarəetmə dərəcəsi 

ilə  Dağlıq  Qarabağın  hüquqi  statusunun  müəyyən  edilməsi;  Dağlıq  Qarabağ  və 

onun  bütün  əhalisi  üçün  təhlükəsizlik  təminatının  verilməsi.  Bu  prinsiplər  53 

iştirakçı  dövlət  tərəfindən  müdafiə  olundu,  yalnız  Ermənistan  qətnaməyə  veto 

qoydu.  Ona  görə  də  sənəd  ATƏT-in  fəaliyyətdə  olan  sədrinin  yalnız  tövsiyyə 

xarakterli xüsusi bəyanatı kimi qəbul olundu. Bu sənədin elə bir ciddi əhəmiyyəti 

yox  idi.  Lissabon  sammitinin  sonunda  Minsk  qrupu  həmsədrləri  institutunun 

formatında  dəyişikliklərlə  bağlı  razılıq  əldə  olundu.  1996-cı  il  dekabrın  30-da 

ATƏT-in  fəailiyyətdə  olan  sədrinin  qərarı  ilə  Fransa  Finlandiyanın  əvəzinə    

həmsədr təyin olundu. Azərbaycanın bu təyinata etirazlarından sonra ABŞ üçüncü 

həmsədr  təyin  edildi.  Bununla  üç  həmsədrdən  (ABŞ,  Rusiya,  Fransa)  ibarət  yeni 

struktur  formalaşdı.  Minsk  qrupunun  üç  həmsədrlik  institutunun  formalaşdıgı 

dövrdə  beynəlxalq  təcrübə  baxımından  Azərbaycanın  haqlı  mövqeyini 

möhkəmləndirən iki  hadisə  baş verdi.  Bu Şotlandiya  və  Kvebekin taleyi ilə  bağlı 

məsələlər  idi.  1998-cı  ildə  Şotlandiyada  referendum  keçirildi.  Referenduma 

çıxarılan  məsələ  müstəqilliklə  deyil,  yüksək  muxtariyyətlə  bağlı      idi.  Həmin 




52 

 

dövrdə beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulandı ki, müstəqilliklə 



bağlı  referendumların  keçirilməsi  üçün,  ümumiyyətlə,  hüquqi  mexanizm  yoxdur. 

Kvebeklə  bağlı  bir  qədər  əvvəl  iki  dəfə-1980  və  1995-ci  illərdə  referendum 

keçirilmişdi.  Həmin  referendumlarda  da  Kvebekin  müstəqilliyi  deyil,  bu  əyalətin 

Kanadanın tərkibində  yeri haqda məsələ  səsverməyə çıxarılmışdı.  1998-ci ildə isə 

Kanadanın  Ali  Məhkəməsi  belə  bir  qərar  qəbul  etdi  ki,  "Kvebek  əyalətinin 

əhalisi...onun  təmsilçi  qurumları...beynəlxalq  qanunlara    görə,  birtərəfli  qaydada 

Kanadanın  təkibindən  çıxmaq  hüququna  malik  deyildirlər".  Təəssüf  ki,  bu 

presedentlərin baş verdiyi dövrdə Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsi ilə 

bağlı  ikili  standartlar  mövqeyindən  çıxış  edərək,  fərqli  təkliflər  irəli    sürdülər. 

Həmsədrlərin "Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli 

saziş"  adlandırdıqları  birinci  variant  1997-ci  il  iyul  ayının  18-də  tərəflərə  təqdim 

olundu. Bu sənəd daha çox "paket həlli variantı" kimi tanınırdı. Məzmun etibarı ilə 

bu  variant  bir  paketdə  birləşdirilən  iki  anlaşmadan  ibarət  idi.  Sənəd  Dağlıq 

Qarabağın  ətrafındakı  rayonların  azad  edilməsi  ilə  bölgənin  özünü  idarəetmə 

statusunun eyni   vaxtda müəyyənləşdirilməsini nəzərdə tuturdu. Azərbaycan tərəfi 

müəyyən şərtlərlə layihəni qəbul etdiyini bildirdi. Ermənistan isə Dağlıq Qarabağın 

müstəqilliyi  üzərində  israr  edərək  layihəni  rədd  etdi.  Bundan  sonra  beynəlxalq 

təşkilatlar  Ermənistana  müəyyən  təzyiqlər  göstərdi.  Təzyiqlərin  nəticəsi  olaraq 

Ermənistanın  mövqeyi  bir  qədər  yumşaldı.  1997-ci  ilin  oktyabrında  Avropa 

Şurasının  Strasburqda  keçirilən  sammitində  Azərbaycan  və  Ermənistan 

prezidentləri birgə bəyanatla çıxış etdilər. Həmsədrlər bu bəyanatın əsasında  yeni 

sənəd layihəsi  üzərində  işləməyə  başladılar. Belə  razılıq əldə  olundu  ki,   əvvəlcə 

rayonların  azad  edilməsi,  kommunikasiyaların  açılması  və  s.  məsələlər  barədə 

sənəd hazırlansın, sonra bölgənin statusu ilə bağlı müzakirələrə başlanılsın. 1997-ci 

il  dekabrın  2-də  həmsədrlər  "mərhələli  həll"  variantını  tərəflərə  təqdim  etdilər.  

Lakin  bu  variantın  müzakirəsinə  imkan  olmadı.  1998-ci  il  fevralın  3-də 

Ermənistanda dövlət çevrilişi baş verdi. R. Koçaryan L. Ter-Petrosyanı devirərək, 

hakimiyyəti ələ keçirdi və dərhal "mərhələli həll" planını rədd etdi. Bu plana görə, 

Dağlıq Qarabağın ətrafındakı rayonlar 5+1 prinsipi ilə  (Ağdam, Füzuli,  Cəbrayıl, 

Zəngilan,  Qubadlı,  sonra  isə  Kəlbəcər)  azad  edilməli  idi.  Laçının      boşaldılması    

sonraya  saxlanılırdı.  Sənəddə  həmçinin  göstərilirdi  ki,  Ermənistanın  silahlı 

qüvvələri münaqişə zonasını tərk etməli, Dağlıq Qarabağın qüvvələri isə bölgənin 

inzibati  sərhədləri  daxilinə  çəkilməlidir.  Azərbaycanın  silahlı  qüvvələrinin  5  km 

geri  çəkilməsi  və  Dağlıq  Qarabağın  inzibati  sərhədləri  boyunca  bufer  zonanın 

yaradılması nəzərdə turulurdu. Buraya və Laçın dəhlizinə beynəlxalq sülhyaratma  

qüvvələri   nəzarət   etməli idilər. Laçın rayonunun hansı ərazilərinə dinc əhalinin 

qayıtması  Dağlıq  Qarabağın  statusu  ilə  eyni  vaxtda  həll  edilməli  idi.  Naxçıvanla 

dəhliz  məsələsi  sonraya  saxlanılırdı.  Dağlıq  Qarabağın  statusu  de-fakto 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə