Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

67 

 

mənasızdır. Azərbaycanın bu danışıqlarda iştirakı işğalçı Ermənistanın maraqlarına 



xidmət edir. Ermənistan danışıqlar yolu ilə Dağlıq Qarabağı ilhaq etmək şansını və 

manevrlər    imkanını  saxlayır.  Vasitəçilər  yaxşı  bilirlər  ki,  bu  danışıqlar  işğal 

olunmuş  ərazilərin  həmişəlik  Ermənistana  təhvil  verilməsinə  doğru  aparır.  Ona 

görə də Azərbaycanın  danışıqlardan çıxmaq cəhdlərinin qarşısını bütün vasitələrlə 

alırlar.  Azərbaycan  on  altı  il  ərzində  səbrlə  danışıqları  davam  etdirməklə 

beynəlxalq  təşkilatlar  qarşısında  bütün  öhdəliklərini  yerinə  yetirmiş,  beynəlxalq 

hüquq  normalarına  hörmətlə yanaşdığını  nümayiş etdirmişdir.   Danışıqların heç 

bir  nəticə  verməməsinin  məsuliyyəti  vasitəçilərin  üzərinə  düşür.  Ermənistanın 

əsassız  iddialarının  qarşısında  əlacsız  qalan,  ədalətli  və  prinsipial  mövqe    tuta   

bilməyən      vasitəçilərin  "xidmətlər"indən      birmənalı  şəkildə  imtina  olunmalıdır. 

Azərbaycan  öz  mövqeyini  beynəlxalq  təşkilatlar  qarşısında  əsaslandırmalı  və 

danışıqları birtərəfli qaydada dayandırmalıdır. Altıncısı, torpaqlarımız   yalnız hərb   

yolu   ilə işğaldan azad oluna bilər. Beynəlxalq təşkilatların ədalətli mövqe tutmaq 

istəməməsi, Ermənistanın işğalçı və ilhaqçı iddialarından geri çəkilməməsi bu yolu 

labüd  edir.  Məsələnin  digər  tərəfi  mənəvi  amillərlə  bağlıdır.  Ermənilərin  silahla 

zəbt  etdiyi  ərazilər  silahla  da  geri  alınmalıdır.  Bu,  millətin  və  dövlətin  əxlaq, 

ləyaqət  və  qürur  məsələsidir.  Azərbaycanın  milli  qürurunun  özünə  qaytarılması 

üçün qalibiyyətli müharibə hava və su kimi vacibdir. Qüruru öldürülmüş millət və 

dövlət labüd məhvə məhkumdur. Tarix bunun nümunələrini dəfələrlə göstərmişdir.   

Azərbaycan    işğalçı    Ermənistana  qarşı  uğurlu  hərbi  əməliyyatlar  aparmaq  üçün 

bütün  imkanlara  malikdir.  Bu  müharibə  Azərbaycan  tərəfi  üçün  işğala  qarşı 

yönəlmiş  ədalətli  müharibədir.  Beynəlxalq  hüquq  normaları  Azərbaycanın 

müharibəni  başlamasına  imkan  verir.  Birləşmiş  Millətlər  Təşkilatının 

Nizamnaməsinin  51-ci  maddəsində  işğala  məruz  qalmış  ölkə  və  xalqın  işğalçıya 

qarşı bütün vasitələrlə, o cümlədən hərbi yolla mübarizə  aparmaq hüququ  aydın  

şəkildə  göstərilir.  Beynəlxalq təşkilatların işğala qarşı müharibə aparan ölkəyə hər 

hansı sanksiya tətbiq etmək hüququ yoxdur. Azərbaycanın müharibə aparmaq üçün 

maliyyə,  maddi  və  insan  resursları  kifayət  qədərdir.  Bu  resurslar  Ermənistanın  az 

vaxt  ərzində  darmadağın  edilməsi  üçün  kifayətdir.  Ciddi  resursları  olmayan 

Ermənistanın  xarici  donorlara  bəslədiyi  ümidlər  əbəsdir.  Xarici  donorların 

Ermənistana  davamlı  və  kifayət  qədər  yardım  edəcəkləri  real  deyildir.  Mənəvi-

psixoloji üstünlük də Azərbaycanın tərəfindədir. Azərbaycan Ordusu öz torpaqları 

uğrunda  qisas  və  intiqam  hissi  ilə  vuruşacaqdır.  Ermənilərin  isə  özgə  torpağında   

ruh   yüksəkliyi   ilə   döyüşəcəyi   mümkün   deyildir. Azərbaycan potensial hərbi 

müttəfiqlər  baxımından  da  üstündür.  Bir  sıra    dövlətlərin    Azərbaycanı  

dəstəkləyəcəyi,   on  azından  bitərəf qalacağı şəksizdir. Hər hansı xarici dövlətin 

Ermənistanı  ciddi  şəkildə  dəstəkləyəcəyi  ilə  bağlı  ehtimallar  isə  həddindən  artıq 

şişirdilmişdir.  Bu  baxımdan  ehtimal  olunan  ölkələrin  daxili  problemləri  və 




68 

 

Azərbaycanla bağlı maraqları nəzərə alınmalıdır. Əlbəttə, müharibə böyük risq və 



təhlükələrlə bağlıdır. Ona görə də müharibəyə hər tərəfli hazırlıq işləri aparılmalı, 

bütün amillər nəzərə alınmalı, əlverişli şərait və vaxt  seçilməlidir. Lakin  istənilən 

halda  müharibə  qaçılmazdır.  Azərbaycan  hətta  uzunmüddətli  və  fasiləsiz 

müharibəyə də hazır olmalıdır. Bu ölüm-dirim, millətin və dövlətin varlığı-yoxluğu 

məsələsidir.  Burda  tərəddüdlərə,  şübhələrə,  qeyri-müəyyənliyə  artıq  yer  yoxdur. 

Bu müharibəni biz başlamamışıq, amma biz başa çatdırmalıyıq. Vaxt da gözləmir, 

ildırım sürəti ilə bizim əleyhimizə işləyir. 

Beləliklə,  Beynəlxalq  təşkilatlar,  böyük  dövlətlər  Qarabağ  məsələsinin 

ədalətli prinsiplər əsasında nizama salınmasını, işğala məruz qalmış Azərbaycanın 

haqlı  mövqeyini  müdafiə  etmək  istəmirlər.  Onlar  bölgədə  sabitliyin  qorunub 

saxlanılmasında  maraqlıdırlar.Lakin  ötəri  və  müvəqqəti  tədbirlərlə  sabitliyi 

saxlamaq mümkün deyildir. Davamlı sabitlik yalnız ədalətli yanaşma ilə əldə oluna 

bilər. Ermənistan Rusiyanın  dəstəyi ilə əldə  etdiyi qələbə  eyforiyasından tədricən 

uzaqlaşır  və  bu  "qələbə"nin  onun  üçün  hansı  fəlakətləri  hazırladığını  anlamağa 

başlayır.  Müharibənin  və  atəşkəs  dövrünün  acı  həqiqətlərindən  dərs  götürmüş 

Azərbaycan isə məğlubiyyəti qələbəyə çevirmək əzmindədir. Qüdrətli və ləyaqətli 

millətə, dövlətə doğru aparan yol Qarabağdan keçir. Başqa yol yoxdur! 

 

 

Xronologiya 

 

 

Eradan  əvvəl  IV  əsr.  Arsax-Qarabağ  vilayətinin  də  daxil  olduğu  Azərbaycan 

Albaniya dövləti yaradılır. 

VII əsr. Qarabağ Ərəb xilafəti dövlətinin tərkibinə daxil edilir. Vilayətin əhalisinin 

böyük əksəriyyəti islam dinini qəbul edir. 



IX əsr. Qarabağ Sacilər dövlətinin təkibində. 

XII əsr. Qarabağ Atabəylər dövlətinin təkibində. 

XIV-XV əsrlər. Qarabağ Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində. 

XVI-XVIII əsrlər. Qarabağ Səfəvilər dövlətinin təkibində. 

1750-ci il. Qarabağ xanlığı yaradılır. 

14 may 1805-ci il. Qarabağ xanlığı Rusiya dövlətinin himayəsini qəbul edir. 

1823-cü  il.  İlk  rəsmi  siyahıyaalmaya  görə,  indiki  Dağlıq  Qarabağ  ərazisində 

yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4%-i erməni ailələridir. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə