Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

65 

 

Son  yüz  ildə,  xüsusi  ilə  də  çağdaş  tariximizdə  ermənilərin  bizə  qarşı 



törətdiyi  vəhşiliklərdən,  işğalçı  və  ilhaqçı    siyasətdən  dərs

 

götürməli,  nəticələr 



çıxarmalıyıq.  Birincisi,  erməni  toplumu  bizə  qarşı  törədilmiş  cinayətlərə  görə 

kollektiv məsuliyyət daşıyır. "Yaxşı erməni" axtarışının heç bir mənası yoxdur. Biz 

rasist deyilik, lakin ermənilərə etdiyimiz yaxşılıqların müqabilində həmişə pislik və 

xəyanət  görmüşük.  Ona  görə  də  bundan  sonra  işimizi  bilməliyik.  Hər  kəs 

bilməlidir  ki,  bizimlə  yaxınlıq  edən  hər  hansı  erməni  hansısa  müvəqqəti 

maraqlarını güdür, sadəlövlüyümüzdən istifadə etməyə çalışır və hökmən müəyyən 

məqamda  xəyanət  edəcək,  arxadan  zərbə  vuracaqdır.  Bütün  ermənilərin  xisləti 

eynidir.  Katolikosundan  tutmuş  fəhləsinə  qədər  bir  erməni  də  bu  günə  qədər 

Azərbaycana  qarşı  Ermənistan  rejimi      tərəfindən      törədilmiş        işğal      faktını, 

vəhşilikləri  ittiham  etməmişdir.  Müqayisə  üçün  qeyd  edilməlidir  ki,  Hitlerin 

yaratdığı  dəhşətli  faşist  diktaturası  şəraitində  də  yüzlərlə  alman  həyatı  ilə  risk 

edərək,  təşkilatlar  yaradır,  antibəşəri  rejimə  qarşı  etirazını  bildirir,  faşizmin 

qurbanlarını xilas etməyə çalışırdı. Ermənilərə isə bu hisslər yaddır, əksinə, işğalçı 

və  terorçu  rejimlərini  dəstəkləməyə  çalışırlar.  Ona  görədə  törədilmiş  cinayətlərin 

məsuliyyəti hər bir erməninin üzərinə düşür və hər biri cavab verməlidir. Ġkincisi, 

heç  bir  azərbaycanlı  ermənilərin  qəsdini,  törətdikləri  vəhşilikləri  unutmamalıdır. 

Unutqanlıq  ermənilərin  başımıza  açdıqları  faciələrin  təkrar  olunmasına  gətirib 

çıxarır.  Düşmənimizi  tanımalı  və  düşmənlə  düşmən  kimi  rəftar  etməliyik. 

Ermənilərlə  münasibətdə  həmişə  müəyyən  məsafə  saxlanılmalıdır.  Ermənilərlə 

yaxınlıq  edilməsi,  xoş  münasibətlərin  bərpa  edilməsi  növbəti  dəfə  bədbəxtliklər 

gətirə  bilər.  Hər  bir  gənc  erməni  vəhşilikləri  haqqında  məlumatlandırılmalıdır. 

Erməni  təhlükəsi  haqda  xəbərdarlıq  nəsildən  nəsilə  ötürülməli,  qan  yaddaşımıza 

əbədi  həkk  olunmalıdır.  Ermənilərin  arxasında  kimin    durmasından,    kimlərin  

onlardan  istifadə etməsindən  asılı  olmayaraq zərbə  bizə  həmişə erməni  əli  ilə 

vurulmuşdur.  Öndə  olan,  qılıncla,  top-tüfənglə,  tankla  üstümüzə  gələn  erməni 

olmuşdur.  Xəncəri  kürəyimizə  ermənilər  sancmışlar.  Bunu  heç  vaxt  yadımızdan 

çıxarmamalıyıq.  Üçüncüsü,  ermənilərə  heç  vaxt  aman  və  fürsət  verilməməlidir. 

Onların hər hansı təşəbbüsü beşiyindəcə boğulmalıdır. Çox vaxt ilk baxışdan fikir 

vermədiyimiz  erməni  yalanı  az  sonra  dəhşətli  fəlakətə  çevrilir,  qarşısını  almaq 

mümkün  olmur.  Erməni  yalanlarına  qarşı  hər  yerdə,  hər  an  ağıllı  mübarizə 

aparılmalıdır. Erməni təbliğatına qarşı biganəlik, laqeydlik, yalançı təvazökarlıq və 

etinasızlıq  xəstəliyindən  yaxamızı  qurtarmalıyıq.      Ermənilərin      maskalarını   

yırtmalı,      dünyaya      həqiqi  simalarını  nümayiş  etdirməliyik.  Ermənilərin  islah 

edilməsinin,  sivil  dəyərlərə  riayət  etmələrinin  başqa  yolu  yoxdur.  Qonşunun 

torpaqlarına  göz  tikən,  yaxşılığa  eybəcərliklə  cavab  verən,  xeyirxahlarına  qarşı 

gecə-gündüz dayanmadan məkrli planlar cızan, xeyirlə şər arasında fərqi itirən bir 

toplum,  onun  yaratdığı  quldur  dövlət  üçün  sivil  dünya  birliyində  yer  yoxdur. 



66 

 

Dördüncüsü,  erməni  işğalına  qarşı  mübarizədə  yalnız  öz  gücümüzə 

arxalanmalıyıq. Ən yaxın dostun və müttəfiqin də öz maraqları var. Biz bunu təbii 

qarşılamalıyıq.  Zəif  və  gücsüzlərə  heç  kəs  yardım  etməz.  Çünki  yardım  edən  də 

fikirləşir  ki,  verdiyi  dəstək  hədər  getməsin.  Zəifə  verilən  dəstək  həmişə  hədər 

gedir. Zəif özünda təpər tapıb dəstəyi nəticəyə, qələbəyə çevirə bilmir. Özümüzdə 

güc tapıb problemimizi həll etməyə qadir olduğumuzu nümayiş etdirməliyik. Onda 

bizə  dəstək  çıxanların  sayı  da  çox  olacaq.  Yazıqdan,  zar-zar  ağlayanlardan  Allah 

da  bezər.  Qaçqın  komasında,  yaxud  varlı  villasında  əllərini  qoynuna  qoyub 

gözləyən millətə heç kəs kömək etməyəcəkdir. Səsimizi birlikdə   çıxartmalıyıq  ki,   

lal      olmadığımızı      bilsinlər.    Səsimizi  birlikdə  çıxartmalıyıq  ki,  iradəmizi, 

torpaqlarımıza  sahib  olmaq  əzmimizi  görsünlər.  Səsimizi  bir  yerdə  çıxartmaq, 

vahid  iradəmizi  nümayiş  etdirmək  üçün  isə  təşkilatlanmalıyıq.  Müasir  dünyanın 

tələbi  budur.  Haqqımızı  müdafiə  etmək  istəyiriksə,  bu  yolla  getməliyik. 

Düşmənimizin yaratdığı yüzlərlə təşkilatın qarşısına heç olmasa, bir neçə təşkilatla 

çıxmalıyıq.  Bu  təşkilatlar  qrand  həvəsi  üçün  deyil,  millət  davası  üçün 

yaradılmalıdır. Hələlik mətbəxlərdə üsyan edən, restoran, kafe və çayxanalarda od 

püskürən  vətəndaşlara  bu  təşkilatlarda  birləşməlidirlər.  Sözdən  əmələ  keçid 

təşkilatlanma ilə başlayır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, axşam-səhər 

palçıqlı küçə ilə gedib-gələn, övladlarına bir tikə çörək qazanan fağırla limuzində 

gəzən özündənbəyin, yaxud xaricdə pul qıran, bərk gedən oğlanın arasında heç bir 

fərq  yoxdur.  Hər  birinin  alnına  şərəfsiz  və  qeyrətsiz  damğası  vurulmuşdur.  Bu 

damğanı  silməyin  ancaq  bir  yolu  var,  o  da  mübarizədir.  Mübarizəni  isə 

təşkilatlanaraq  aparmaq  olar.  XX  əsrin  əvvələrində  ermənilər  İrəvanda, 

Zəngəzurda, Qarabağda qurultay çağrır, təşkilat yaradıb tələblər irəli sürəndə bizim 

fağırlar dükanda, bazarda alver edir, çöldə-bayırda əkin əkir, heyvan saxlayırdılar 

ki,  vaxtımız  yoxdur,  bəylərimiz,  ruhanilərimiz,  ziyalılarımız  isə  ya  çayxanalarda 

qəlyan  çəkirdilər,  ya  da  əziz  canlarının,  övladlarının  "xoş"  gələcəyinin  hayında 

idilər ki, bunların bizə dəxli yoxdur. İrəvanı, yaxud Zəngəzuru ermənilərə verəndə 

beş  nəfər  irəvanlı,  ya  da  zəngəzurlu  bir  yerə  yığışıb  tələb  qoymadı  ki,  bu  nə 

hoqqadı,  çıxarırsınız!? Bu  gün daxilini deyil,  zahirini dəyişmiş,  Avropa  paltarları 

geyinmiş fağırlar da, bəylər də, ziyalılar da elə həmin vəziyyətdədirlər. Bu vəziyyət 

və  münasibət  dəyişməlidir.  Düşünüb-daşınmalı  və  dəyişdirməliyik.  Beşincisi, 

Qarabağ  məsələsi  ətrafında  beynəlxalq  təşkilatların  vasitəçiliyi  ilə  aparılan 

danışıqlar  heç  bir  nəticə  vermədi.  Bu  danışıqlar  status-kvonun  saxlanılmasına, 

Ermənistanın    iddialarının    maksimum  ödənilməsinə  yönəlmişdir.  Ermənistan 

beynəlxalq təşkilatların dəstəyi ilə ona nail olmuşdur ki, danışıqlarda əsas məsələ 

kimi işğal faktı deyil, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirə olunur. 

Bu yanaşma Ermənistanın işğalçı  tərəf kimi  məsuliyyətini  heçə endirir.  Ona görə 

də  bu  yanaşma  ilə  aparılan  danışıqlardan  hansısa  nəticənin  gözlənilməsi 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə